İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə32/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   28   29   30   31   32   33   34   35   ...   53
MÖHSÜN NƏSİRİ. Şairin „Lisanüt-teyr“ (Quşların dili) əsəri məlumdur, Əsər „Tutunamə“ də adlandırıla bilər. Çünki bu mövzuda yazılan əsərlər „Tutinamə“ adı ilə tanınır. Burada verilən əhvalatlar da şirindilli tutinin dili ilə danışılır. Əsərin əlyazmçası əldədir. Amma haqqında az danışılıb. Əsərin mövzusu ənənəvi mövzudur, tarixi hind ədəbiyyatı ilə bağlıdır. Bu qədim əfsanə və süjetlər hind folklorundan fars-tacik ədəbiyyatına keçmiş və „Tutinamə“ adlı hekayələr toplusuna çevrilmişdir. Didaktik bir əsər olan „Quşların dili“ əsərində doğruçuluq, nəciblik, əxlaqi-mənəvi dəyərlər və s. müsbət keyfiyyətlər əsərin əsas məziyyətləri sayılır.

Möhsün Nəsiri alleqoriyadan da əsərlərində istifadə etmişdir. „Göy tülkünün nağılı“ bu hekayələr içərisində ən ibrətamiz bir hekayədir. Bu hekayə müdriklik rəmzidir, orta əsr hekayə janrının mükəmməl bir örnəyidir. Şairin „Sərçə, ağacdələn, arı və qurbağa“ hekayəsi də alleqorik hekayələr sırasındadır. Hekayədə zəif sərçənin fildən qisas almaq fikrinə düşməsi həm gülməli, həm də mənalıdır. Şairin hekayələri bir qayda olaraq nəsihətlə başlayır.

Haqqında müxtəsər məlumat verilən Nəsirinin „Tutinamə“ əsəri Azərbaycan bədii nəsrinin ən gözəl bir nümunəsi kimi bu gün də ideya-bədii dəyərini saxlamaqdadır.
ŞƏHRİYAR“ DASTANI. Əsərin orta əsrlər nəsrinin kamil bir nümunəsi kimi XVIII əsrdə yaranması təsadüfi deyil. Bu əsər yeni nəsrin keyfiyyətlərini özündə əks etdirən bir örnək kimi dəyərlidir və orta əsr ədəbiyyatı ilə XIX əsr bədii nəsrinin arasında mənəvi körpüdür. Dastanın müəllifi Məhəmməd istedadlı bir nasirdir. Əsər daha çox yazılı ədəbiyyat nümunəsidir.

Əsər şifahi şəkildə deyil, onun yazılı variantə bizə gəlib çatmışdır. Məzmunu folklordan alan müəllif onu yeni bir biçimdə qələmə almışdır. Əsərdə ictiami bərabərsizlik əsas konflikt kimi götürülür. Dastanın qəhrəmanı Şəhriyar tacir oğlu, onun sevgilisi Sənubər isə yuxarı təbəqəyə mənsubdur. Orta əsrlərdə insanlar arasında bir sədd yaradan ictimai uyğunsuzluqlar aşiqlərin öz istəyinə qovuşmasına imkan vermirdi. Dastanda aşiqlərin əqli-mənəvi uyğunluğu bir-birini tamamlayır. Sanki onlar bir-birləri üçün yaranmışlar.

Məhəmmədin „Şəhriyar“ əsərinin yeganə əlyazması Akademiyanın Əlyazmalar İnstitutunda saxlanılır. 1987-ci ildə Ə. Səfərli ilk dəfə olaraq „Şəhriyar“ dastanın əlyazmasını nəşrə hazırlamış, geniş ön söz yazmış, lüğət və şərhlərlə elmi ictimaiyyətə çatdırmışdır.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin