İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə34/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   30   31   32   33   34   35   36   37   ...   53
Nəbati (1812-1874). Xalq şeiri üslubunda yazmış tanınmış lirik şair Nəbati Cənubi Azərbaycanın Qaradağ mahalının ÜŞtibin qəsəbəsində anadan olub. Şair „Məcnun və ya Məcnunşah“ ləqəbi, „Nəbati“, „Xançobani“ təxəllüsü ilə şeirlər yaratmışdır. Şair Cənubi və Şimali Azərbaycan şairləri və el şairləırinə qüvvətli təsir göstərmişdir. Onun qoşmalarında el aşıqlarının ruhu, üslubu özünü aydın göstərir. Aşıqlar onu adı ilə bağlı „Xançoban“ dastani və el havası yaratmışlar. Nəbatinin „Gəlsin, gəlməsin“ qoşması aşıq şeirlərindən seçilməyən, həqiqi aşiqin daxili mənəvi aləmini təsvir edən bir şeirdir.

Səba, məndəm söylə o gülüzara,

Bülbül gülüstana gəlsin, gəlməsin.
Bu beytlə başlayan qoşma öz dili və bədii ifadə vasitələrinə görə xalq şeirinin ən incə örnəklrindəndir. Şairdə xalq ruhlu belə qoşma. Gəraylı, təcnis və s. nümunələri kifayət qədər vardır. O, həm klassik, həm də aşıq şeri tərzində ədəbiyyat tariximizdə layiqli yer tutmuş bir sənətkardır.

M. Ş. Vazeh (1794-1852). Şair A. Bakıxanovun müasiri, M. F. Axundzadənin müəllimi və sələfidir. O, Gəncədə Kərbəlayi Sadiq adlı bir memerın ailəsində anadan olub. Mirzə Şəfi ilk təhsilini Gəncədə ruhani mədrəsəsində almışdır. Amma ruhaniliyim əleyhinə çıxışlar etdiyinə görə mədrəsədən çıxarılmışdır. Şair dünyəvi elmləri öyrənmişdir.

O, 1840-cı ildə Tiflisə köçüb, burada Tiflis qəza məktəbində Azərbaycan və fars dili müəllimi təyin edilmişdir. 1846-cı ilə qədər Tiflisdə çalışan şair rus, gürcü, xarici ölkə ziyalıları ilə yaxın əlaqələr yaradır. Bakıxanov, Axundov, Bodenştend onun yaxın dostları idi.

Mirzə Şəfi 1844-cü ildə Tiflisdə „Divani-Hikmət“ ədəbi məclisini yaradır. Məclisdə iştirak edənlərdən biri də Mirzə Şəfidən fars dili dərsini alan alman vətəndaşı Bodenştend idi. O, Mirzə Şəfinin şeirlərini Almaniyaya aparıb alman dilində „Mirzə Şəfinin şərqiləri“ adı ilə nəşr etdirir. O əsərin şöhrətləndiyini görüb sonralar onu öz adı ilə nəşr etdirir. Lakin Bonenştendin bu saxtakarlığı sonralar ifşa edilir.

Mirzə Şəfinin bədii irsi içərisində rast gəldiyimiz „Teymur“, „Dərviş“, „Knyaz Abbas“ „Sədi və şah“. „Suallar və cavablar kimi poemaları onu demokratik ruhlu şair kimi tanıtmaqdadır. Realist-demokratik ruhlu mənzum hekayələrində Mirzə Şəfi Vazeh əzilən məzlum kütlələrin tərəfində dayanaraq zülmkarları tənqid etmişdir.

16. MÖVZU




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin