XIX ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI
XIX əsrlərdə Azərabaycandakı yarımmüstəqil xanlıqların İran və çar Rusiyası tərəfindən işğal edilməsi 1828-ci il Türkmənçay müqaviləsinin bağlanması ilə bitdi. Şimali Azərbaycanada ədəbi-mədəni mühitdə yeni bir inkişaf hiss olunmağa başladı.
Bu dövrdə yetişən tanınmış şəxsiyyətlərdən biri A. Bakıxanov Qüdsi oldu (1794-1847). Bakılxanov Bakı xanlarının nəslindəndir. 1794-cü ildə Əmircan kəndində anadan olub. Fars, ərəb dillərini yaxşı öyrənib. Bu dilləri bilməsi ona Firdovsi, Xaqani, Nizami, Sədi, Hafiz kimi böyük klassiklərin yaradıcılığını öyrənməyə imkan vermişdir. Tiflisdə rus dilini də mükəmməl öyrənmişdir. Tiflisdə rəsmi dövlət qulluğunda çalışıb. A. Qriboyedov, A. Puşkin, Bestujev-marlinski kimi ziyalıların simasında dekabrist Rusiya ilə əlaqələr saxlamışdır. Şərqi səyahətə çıxmış, İran, Türkiyə və Misirin paytaxtını gəzmişdir. Ərəbistanı gəzərkən 1847-ci ildə vəba xəstəliyindən dünyasını dəyişmişdir. O, alim, şair və mütəfəkkir idi. O, „Qanuni-qüdsi“, „Təhzibi-əxlaq“, „Əsrarül-məlaküt“, „Gülüstani-İrəm! kimi elmi və fəlsəfi əsərləri yazmışdır.
XIX əsrin I yarısında Vaqif şeiri üslubunda Q. Zakir, Aşıq Pəri, Mirzəcan Mədətov, Məmməd bəy Aşiq, Kazım aöa Salik, Əndəlib Qaracadaği, S. Ə. Nəbati əhəmiyyətli yer tutur.
Bu əsrin birinci yarısında aşıq yaradıcılığı da sürətlə inkişaf etmişdir.Qəzəl yazan şairlərin böyük bir qismi də aşıq şeiri tərzində gözəl şeirlər yaratmışlar. Bunlardan biri də Aşçıq Pəri olmuşdur. O, Araz çayının sahillərinə yaxın Maralyan kəndində anadan olub. Sonralar Şuşaya gəlib orada yaşamış, az bir zamanda Qarabaq şairləri içərisində tanınmışdır.
Dostları ilə paylaş: |