İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə35/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   31   32   33   34   35   36   37   38   ...   53
QASIM BƏY ZAKİR

(1784-1857).
1830-40 illərdə çar zülmünün artması, o biri tərəfdən kəndli-mülkədəar ziddiyyətləri, ictimai-siyasi şüurun artması satirik şeirin inkişafı üçün əlverişli şərait yaradırdı.İlk maarifçilrərin, xalq aşıqları və şairlərin yaradıcılığında sarira və tənqid inkişaf etməyə başladı. Bu dövrdə yaşamış göyçəli Aşıq Musanın, el şairi Məmmədcəfər Miskinin, Mirzə Baxış Nadimin, Baba bəy Şakirin, Q. B. Zakir və b. yaradıcılığında satirik şeirin nümunələri meydana gəlirdi. Çar üsul-darəsinin tənqidi, buna qarşı mübarizə bu dövrdə yaranmış tənqid və satiranın əsas hədəfləri kimi götürülürdü. Satira və tənqidin təşəkkül tapmasında Zakirin isə daha böyük xidmətləri vardır.

Q. B. Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. O, Cavanşir tayfasındandır. O, kicik yaşlarından Qrabağda baş verən ictimai-siyasi hadisələri, Qaçarın hücumunu, Vaqifin Məhəmməd bəy Cavanşir tərəfindən öldürülməsini gözləri ilə görmüşdür. 1829-cu ildə şairin gənc oğlu ölür, qəm, qüssə onun belini bükür. „Maddeyi-tarix“ şeirində şair oğlunun ayrılığına dözə bilmədiyini, ağır bədbin həyat keçirdiyini təsvir etmişdir.

Zakir bir müddət rus ordusunda qulluq etmişdir. Car-Balakəndə Rusiya əleyhinə baş vermiş üsyanın yatırılmasında Zakir də iştirak etmişdir. Müasirlərinin qeyd etdiyinə görə şair həm sima, həm də mənəvi cəhətdən gözəl bir insan olmuşdur. Nəcib xüsusiyyətlərinə görə şair təkcə xalq arasında deyil, dövrünün qabaqcıl adamları arasında da böyük nüfuza sahib olub. M. F. Axundov, İ. Qutqaşınlı, Xasay xan Usmiyev(ləzgi) Məmməd bəy Aşiq, X. Natəvan və b. şairin məktublaşdığı yaxın dostları idi. Eyni zmanda Cəfərqulu ağa Nəva, kapitan Mirzə Adıgözəl bəyin oğlu Hüseyn bəy, Tarxan Murovov onun qəddar düşmənlərindən idi.

Zakir həm aşiqanə lirik şeirlərin- qoşma, gəraylı, təcnis, bayatı, həm də əruz vəznində qəzəl, müxəmməs, müstəzad, tərcibənd, rübai şeir formalarında gözəl sənət nümunələri yaratmışdır. Şair zərif qəzəlləri ilə Füzuli şeir məktəbinin görkəmli nümayəndəsidir.

Zakirin satirik şeirin inkişafında da xidmətləri böyükdür. Onun satirik yaradıcılığı I Nikolayın hakimiyyəti illərinə təsadüf edib. Bu illərdə Azərbaycanda feodal münasibətlərinin eybəcərlikləri, təhkimçilik, xalqa zülm etmə hadisələri artırdı. Zakirin satiraları başlıca olraq Azərbaycandakı Çar və onların yerli hakimlərinin tənqidinə yönəldilmişdir. Şairin o zamankə Qarabağın hakimlərindən Xandəmirov və Tarexan Muravov haqında yazdığı satiralarında qəzəbi son dərəcə güclüdür.Satiraları ilə yanaşı şairin yaradıcılığında təmsil şeiridə əsas yer tutub. „Tülkü və Şir“, „Qurd, Çaqqal və Şir“ kimi onlarla bədii nümunələr təmsilin gözəl nümunələridir.

Zakirin yaradıcılığı üçün mənzum hekaytələr də xarakterikdir. „Dərviş ilə qız“, „Zövci-axər“, „Tərlan və elçi“ mənzum hekayələrində şair Nizami ənənələrini davam etdirərək hakimləri xalqla yaxşı rəftar etməyə çağırmışdır.

XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi-mədəni həyatındakı inkişaf daha da artdı. 1870-ci illərdə Bakının böyüməsi, müasir ruhda təhsil alanların artması, ziyalı təbəqəsinin əmələ gəlməsi milli mətbuatın yaranma zururətini ortaya qoyurdu. Bu mənada H. B. Zərdabi ciddi fəaliyyətə başladı. 1875-ci ilin 22 iyilunda „Əkinçi“ qəzetinin nəşrini reallaşdırdı. Bunula milli mətbuatımızın əsasını qoydu.

1875-çi lin 22 iyulundan 1877-ci ilin 29 sentyabrınadək nəşr edilən „Əkinçi“ qəzeti ayda iki dəfə 300-400 tirajla buraxılırdı. Qəzet „Daxiliyyə“, „Əkin və ziraət xəbərləri“, „Məktubat“, „Elmi xəbərlər“ və „Tazə xəbərlər“ başlıqları altında beş əsas şöbəyə bölünürdü.

„Əkin və ziraət xəbərləri“ qəzetin əsas şöbəsi idi. „Məktubat“ şöbəsində məqalələr verilirdi.

Qəzetdə N. B. Zəzirov, Əsgər ağa Gorani, S. Ə. Şirvani, M. F. Axundzadə və digər görkəmli ziyalıların məqalə və əsərləri nəşr edilirdi.

M. F. Axundzadə


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin