İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


MÖVZU XVII-XVIII ƏSRLƏRDƏ AZƏRBAYCAN ƏDƏBİYYATI



Yüklə 0,66 Mb.
səhifə27/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   23   24   25   26   27   28   29   30   ...   53
14 MÖVZU

XVII-XVIII ƏSRLƏRDƏ AZƏRBAYCAN ƏDƏBİYYATI
XVII-XVIII əsrlərdə şifahi xalq ədəbiyyatı çox inkişaf etmişdi. Xalq dastanlarından „Şah İsmayıl“, „Aşıq Qərib“, Abbas və Gülgəz“, „Qurbani“, „Əsli –Kərəm“ və b. dastanlar bu əsrlərdə daha çox yayılmışdır. Aşıq şeiri üslubunda yazan Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi sənətkarların şeirlərində dünyəvi, nikbin, real düşüncələrin bədii əksi yeni ədəbi hadisəyə çevrildi.
XVII əsr Azərbaycan şifahi xalq ədəbiyyatının daha da inkişaf etdiyi dövrdür. İşğalçı ordulara, daxili və xarici düşmənlərə qarşı xalqın mübarizəsi böyük qəhrəmanlıq epopeyası olan „Koroğlu“ dastanının yaranmasına səbəb oldu. Bu dastan vətənpərvərlik, qəhrəmanlıq ruhu, düşmənə qarşı nifrət hissi ifadə edir. Dastanın qolları Koroğlu və silahdaşlarının qəhrəmanlıqlarını səfərlərini əks etdirir. Dastanın əsas qəhrəmanı Koroğludur. O dastanda ilxışı oğlu kimi verilir. Əsil adı Rövşəndir. Qırat, Misri qılınc, Koroğlunun nərəsi Koroğlunun məğlub edilməzliyinin simvoludur. Dastan 17 qoldan İbarətdir. Bundan başqa da 8 qol məlumdur. Dastanın türk xalqlarında oşxar variantları mövcuddur. Orta Asiya variantları-türkmən, özbək, qazax variantlarını göstərmək olar. Türkiyə, Cənubi və Şimali Azərbaycanda məşhur olan dastanda Rövşən atasının gözləri çıxarıldıqdan sonra Koroğlu adlanır. Orta Asiya variantlarında isə Koroğlu „qəbir oğlu“ kimi verilir.

Dastandakı silahdaşlar igid mənasında „dəlilər adlanır. Bunlar arasında Dəmirçiğlu, Dəli Həsən, Eyvaz, Bəlli Əhməd daha məşhurdur. Koroğlunun həyat yoldaşı Nigar xanımdı. Dastanda Ruqiyə xanım, Telli xanım və digər qadın obrazları da iştirak edir.


F Ə D A İ

Fədai Azərbaycan ədəbiyyatında „Bəxtiyarnamə“ poeması ilə tanınır. Sam Mirzənin „Töhfeyi-Sami“ təzkirəsindən məlum olur ki Fədai təbrizlidir. 1550-ci illərdə təzə-təzə şeirlər yazmağa başlamışdır.

„Bəxtiyarnamə“ poeması ənənəvi mövzuda yazılmışdır. Əsərin bir əlyazması Təbrizdə Haçı Məhəmməd ağa Naxçıvaninin kitabxanasında saxlanılır. Qulam Məmmədli 1945-ci ildə bu əlyazmanın fotosurətini əldə edib əsəri əvvəl ərəb əlifbası, sonra isə kril əlifbası ilə çap etdirmişdir. Qulam Məmmədli əvvəl və sondan catmayan səhifələrini isə fars dilində olan bir „Bəxtiyarnamə“ məsnəvisi əsasında bərpa etmişdir.

Azərbaycan ədəbiyyatına ənənəvi mövzuda „Bəxtiyarnamə“ əsərini Azərbaycan türkcəsində yazması onun əsas xidməklərindəndir. Nizami-Füzuli mövzularının dəbdə olduğu bir zamanda Fədainin əz əsəri üçün az işlənmiş bir mövzunu seçib işləməsi onun dünyagörüşü, tarixi dövrə, ictimai-siyasi şəraitə münasibətilə izah edilir. Şairə görə insanın ən eybəcər sifətlərindən biri onun varlanmaq ehtirası, tamahkarlıqdır. Bu kimi cəhətlər insanlar arasında dərin nifaqlar yaradır.

Poemada „Bəxtiyarın tacir macərasını nağıl etməsini“ hissəsində orta əsr həyatının bu acı həqiqəti ibratamiz. Təsrli şəkildə ifadəsin tapmışdır. Şair təsvir etdiyi tacirin simasında onun acgöz, tamahkar, dövlət hərisi olan bir insanın faciəsini göstərir.Poemada tacir ilk dəfə adi bir bağbanla qarşılaşır onun insanlığını bəyənib onunla yaşayır. Fədainin bu qoca bağban surəti Nizaminin „Sirlər xəzinəsi“ əsərindəki kərpickəsən qocanı xatərladır. Əsərdə belə maraqlı hekayələr diqqəti şəkir.

Müxtəsər qeydlər verdiyimiz bu poema orta əsr mühitinin ziddiyyətlərini, ictimai haqsızlıqlarını əks etdirir.


M Ə S İ H İ (1575-1655)

Məsihi Azərbaycan ədəbiyyatında daha çox „Vərqa və Gülşa“ poeması ilə tanınır. Orta əsr təzkirəçiləri şairin bədii irsinin yüz min beytdən ibarət olduğunu yazırlar. Məsihi I Şah Abbas və Şah Səfi zamanlarında yaşamışdır. Sahibin dostu və ustadı olmuşdur. Şairin şeirlər divanının yeganə əlyazması İsfahanda Fərhəng kitabxanasında saxlanılır. Bu divan Əliyar Səfərli tərəfindən aşkarlanmış və Tehranda 1998-ci ldə əski əlifba ilə cap edilmişdir.

Məsihi şeirlər divanını Səfəvi hökmdarı Məhəmməd Xudabəndəyə ithaf etmişdir. Burada şahın Xorasana getməsi və osmanlı terklərinin Azərbaycanı tutması barədə məlumat verilir. Divanda Azərbaycan adının çəkilməsi də məhz Məsihiyə məxsusdur. Divanda şair özü barədə də müəyyən qeydlər vermişdir. Məlum olur ki, şair Təbrizdən olmuş, və orada qazi vəzifəsində çalışmışdır. Nə vaxtsa da Təbrizdən uzaq düşüb Rumda (Türkiyədə) yaşamışdır.

Məsihinin lirik yaradıcılığı Azərbaycan yazılı və şifahi ədəbiyyat ənənələri əsasında ərsəyə gəlmişdir. O, dahi türk şairləri Nəvai və Füzuli şeirinin bədii gözəlliklərindən çoz yararlanmış, Nəvaini özünə ustad saymışdır. Şair özbək-çığatay ləhcəsində də şeirlər yaratmışdır.

Şairin divanı dibaçı, qəzəl, rübai və məsnəvilərdən ibarətdir. O, ulu sələfi Füzuli kimi qəzələ daha çox üstünlük vermişdir. Məsihi Səfəvilər dövrünün istedadlı bir şairi kimi lirik və epik şeirimizin zənginləşməsində tarixi xidmətlər göstərmişdir.

Məsihi bir neçə məsnəvi də yaratmışdır. Bunlardan biri „Vərqa və Gülşa“ poemasıdır. Poemanın iki əlyazması Londonda və Tehran Unuversitet kitabxanasında saxlanılır. Əsər ilk dəfə 1977-ci ildə Əş Səfərli tərəfindən nəşr etdirilmişdir. Əsərin mövzusu ənənəvi mövzudur. Ərəblərin „Əntərə“ romanı, „Mürəqqiş və Əsma“, „Urva və Əfra“ sərgüzəştləri yayılır ki. Binlardan sonuncu „Vərqa və Gülşa“ ilə yaxından səsləşır. „Vərqa və Gülşa“ əfsanəsi ilk dəfə XI əsrdə nəzmə çəkilmişdir.

Məsihinin „Vərqa və Gülşa“ əsəri 10 min misraya yaxındır. O, əfsanə əhvalatını təfsilatı ilə qələmə almışdır.Əsər lirik-epik poemadır. Qoşa qəhrəmanların adları ilə adlanan bu əsər 1628-1629-cu ildə yazılmışdır. Poema yüksək bir məhəbbətin əzəmət və ülviyyəti haqqında dastandır. Şair əsərdə bu əqidəyə gəlir ki, mübarizəsiz məhəbbət heç bir gözəlliyə malik deyildir. Qəhrəmanların xarakterini açan şair onların iradəsini, döyüşüb çarpışmasını da göstərir.

Poemanın baş qəhrəmanı Vərqadır. Məsihi onu ideal səviyyəsinə qaldırır. Vərqada cismani qüvvətlə mənəvi gözəlliklər birləşir. Vərqa klassik ədəbiyyatda yeni mənəvi səciyyəsi ilə seçilən aşiqdir. O, Gülşanı sevir. Gülşanı Vərqaya nişanlayırlar. Toy gecəsi Əmrin quldur dəstəsi Gülşanı qaçırır. Vərqa böyük qəhrəmanlıqlar göstərib sevçilisini düşmən əlindən qurtarır.

SAHİB TƏBRİZİ (1601-1679)

S. Təbrizi Yaxın və Orta Şərq xalqlarının bədii fikir tarixində yeni bir mərhələ aşmışdır. O, Təbriz şəhərində anadan olmuşdur. Uşaqlıqdan mükəmməl təhsil almışdır. Sahib İsfahan da yaşamışdır. Yaxın və Orta Şərq ölkələrini gəzmişdir. Məkkədə, Mədinədə, Bağdadda, Anadoluda olarkən məşhur insanlarla görüşmışdır. Şah sarayı ilə əlaqəsi olsa da I Şah Abbasla arasında ədavət yaranır. Buna görə də Sahib 1625-ci ildə Hindistana gedir, türk-monqol saraylarında yaşayaraq böyük hörmət qazanır. Altı il Hindistanda yaşamış şair sonra vətəninə qayıdır. Təbrizdə Övliyə Çələbi ilə görüşür.

İkinci Şah Abbas(1642-1666) sahibi saraya gətirirb ona məlikküşşüəra adını verir. Hakimiyyətə gəlmiş Şah Süleyman Sahibə lazımı qayğı göstərmədiyindən şair saraydan üz döndərir. Ömrünün sonlarında şeirlərini şair yazdığı divanında toplayır.

Şair 1676-cı ildə İsfahanda vəfat etmiş və „Sahib təkyəai“ adlı yerdə dəfn edilmişdir.

Şairin yaradıcılığı haqqında təzkirələr məlumat vermişdir. Şərqşünas alimlər şairin yaradıcılığına yüksək qiymət vermişlər. Şairin yaradıcılığı Azərbaycan ədəbiyyatında öz dəyərini almışdır. Şairin divanı 120 min beytdən ibarətdir. Sahibin məşhur „Bəyaz“ əsərində 800 nəfər şairin əsərlərindənnümunələr gətirilir. Sahib böyük şair olmaqla yanaşı həm də tədqiqatçı olub. O klassiklərlə bağlı yaradıcılıq işləri görmüşdür. Şair qəzəl, qəsidə, məsnəvi, rübai qitə və poemaları ilə yanaşı nəsr əsərlər də yazmışdır. O, sufi-panteist görüşlərində ilahi eşqə xüsusi əhəmiyyət vermişdir. Onun lirikası Yaxın və Orta Şərq xalqları ədəbiyyatına nəcib təsir göstərmişdir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin