İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


MÖVZU XVI əsr Azərbaycan ədəbiyyatı



Yüklə 0,66 Mb.
səhifə25/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   21   22   23   24   25   26   27   28   ...   53
13.MÖVZU

XVI əsr Azərbaycan ədəbiyyatı
XV əsrin axırlarında Ağqoyunlu dövləti Səfəvi orduları qarşısında tənəzülə uğrayır. Şah İsmatıl Xətai və oğlu Şah Təhmasib dövrlərində ölkə yeni inkişaf mərhələsinə daxil olur. Şiəlik, qızılbaşlıq ideyaları ortaya cıxdı. Həqiqi, Həbibi, Xətai, Şahi, Xəzani və digər sənətkarlar meydana gəldi.Aşıq şeirində Qurbani kimi görkəmli sənətkar yetişdi. məhəbbət dastanları yarandı, heca vəznində şeir yaradıcılığı xüsusi mərhələyə girdi.

Füzuli yaradıcılığında kamillik o dövrün siyasi, ictimai inkişafı ilə uyğun olmasa da, xalqın mənəvi yüksəlişinə, dövrün ziddiyətlərinə, qüsurlarına, xalq qəlbinin etirazlarının səviyyəsinə uyğun idi. Saraylarda tanınmış şairlər. sənətkarlar var idi. Azərbaycan şifahi və yazılı ədəbi dili inkişaf edirdi. XVI əsr Azərbaycan ədəbiyyatı bir sıra yeni keyfiyyətləri ilə özündən əvvəlki və sonrakı dövrün poeziyasından seçilməkdə idi.

HƏQİRİ TƏBRİZİ (…-1586). Bu şair haqqında mənbələrdə geniş məlumata rast gəlinmir. Sam Mirzə onun haqqında qısa, Məhəmməd Kəşani isə bir qədər geniş məlumat vermişdir. Hər iki məlumatda Həqiri istedadlı şair kimi təqdim olunub. Buradan o da məlum olur ki, Həqiri Təbrizi kimi adlı-sanlı şair 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürülmüşdür.

Həqiri adı ilə iki şair yaşamışdır. 1525-ci ildə Həqiri adlı şair „Leyli və Məcnun“ adlı əsər yazmışdır. Araşdırmalar hər iki Həqirinin eyni şair olduğunu deməyə əsas verib. Lakin mütəxəssislər bu fikirin qəti olduğu üzərində o qədər dayanmırlar.

Ümumiyyətlə, müxtəsər şəkildə olsa da, qeyd edək ki, araşdırmalara görə, Həqiri türkdilli Azərbaycan ədəbiyyatında dahi Nizaminin ölməz ənənələrinə ehtiramla yanaşan, humanist ideyalarına səs verən, „Xəmsə“ mövzusunda Azərbaycan dilində əsər yaradan ilk istedadlı sənətkarlardan biridir.

Şah İsmayıl Heydər oğlu Xətai görkəmli dövlət və siyasi xadim, istedadlı şair və qüdrətli sərkərdə olmuşdur.

Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində anadan olmuşdur. Ulu babası Şeyx Səfi şərqin ən böyük təriqət başçılarından biri idi. Atası Şeyx Heydər də təriqət başçılarından idi. Xətainin anası da Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Sultan Yaqub Səfəvi sülaləsinin nüfuzunun artdığını görüb Şeyx Heydəri öldürtdürür. Baçısı Aləmşahbəyimi uşaqları ilə birlikdə İstəxr qalasında həbs etdirir. Sonra onlar hadisələrin gedişində həbsdən azad olunurlar.

Uşaq yaşlarından hakimiyyət uğrunda gedən mübarizələrin şahidi olımuş İsmayıl hökmdar olmaq fikrinə çox tez düşür. 1499-da İsmayıl 70 nəfərlik dəstə ilə Ərdəbilə hərəkət edir. Yol boyu ustaclı, təkəli, varsaq, zülqədər, qacar, əfşar qəbillərindən toplanmış 7 minlik ordu ilə Ərdəbilə daxil olur. Sonra bu ordu ilə Şirvan üzərinə yeriyib Fərrux Yasarın 20 minlik ordusunu məğlub edir. Sonra Əlvənd Mirzənin 30 ninlik ordusunu Şərur düzündə məğlub edir. Beləliklə, Şamaxı, Bakı, Qarabağ, Naxçıvan və Cənubi Azərbaycanı birləşdirib, 1502-ci ildə Təbriz şəhərini paytaxt, özünü şah, Azərbaycan türk dilini də dövlət dili elan etmişdir. Bunula da o, tarixdə qüdrətli Səfəvillər dövlətini yaratmışdır. Şah İsmayıl bir çox dövlətləri tutaraq ölkənin ərazisini xeyli genişləndirmişdir. 1514-cü ildə Osmanlı sultanı Sultan Səlimlə Çaldıran düzündə baş verən döyüşdə ilk dəfə məğlub olmuşdur. Bu məğlubiyyətə səbəb Osmanlı ordusunun topla, odlu silahla silahlanması səbəb olmuşdur.

Xətai öz sarayına Azərbaycanın bir çox şair və alimlərini, nəqqaşları toplamışdır. Onun Azərbaycan(türk) dilində divanı, „Dəhnamə“( on məktub) adlı poeması, „Nəsihətnamə“ adlı əsəri və qoşmalar məcmuəsi mövcuddur. Xətai türk-Azərbaycan dilinə xüsusi əhəmiyyət vermiş, bütün əsərlərini, əksər diplomatik yazışmalarını bu dildə aparmışdır. „Dəhnamə“ Azərbaycan türkcəsində yazılmış ilk poemalardandır. Poemanın dili cox sadədir.
Qış getdi, yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi.


Xətai eyni zamanda heca vəznində, aşıq şeirlərini xatırladan gözəl şeirlər yazmış, sarayında aşıqlar fəaliyyət göstərmişlər.

Xətainin şeirlərində sufizmi ideyaları var. Onun nəzərində həqiqi sufi əsil insandır. Sufinin alıb satmaq, harama meyl etmək, əyri yolla getmək niyyəti ola bilməz.

Şairin məhəbbət lirikası məzmunca rəngarəng formaca əlvandır.Sufi panteist məhəbbətlə real insani sevgi gah birlikdə, gah da ayrılıqda şeirlərində ifadə edilir.

Xətai 1524-cü ildə vəfat etmişdir.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin