İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə23/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   19   20   21   22   23   24   25   26   ...   53
Bədr Şirvani(1387-1450). XV əsr Azərbaycan şeirinin maraqlı simalarından biri Bədr Şirvanidir. Daha çox farsca yazan şair Azərbaycan türkcəsində də şeirlər yazmışdır. Şair farsca yazdığı divanında 1387-ci ildə Şamaxıda anadan olduğunu qeyd etmişdir. Atasının adı Şəmsəddin Məhəmməd olmuşdur. Bədr Şirvanşah İbrahim və onun oğlu I Xəlilullah dövründə yaşamışdır. O şahlara məhhiyyələr yazsa da, sarayla əlaqəsi olsa da, çox vaxt çətinlikləri də olmuşdur. Şairin vətəni tərk edib xeyli müddət Xorasan, Gilan, Təbriz, Ərdəbil, Dərbənd, Qəbələ şəhərlərində yaşaması da ehtiyac üzündən olmuşdur.

Şairin farsca divanı Daşkəddə Buruni adına Şərqşünaslıq İnstitutunda saxlanır. Şair 1450-ci ildə vəfat etmişdir.Tədqiqatçılar onun Bakıda, yaxud Şamaxıda dünyasın dəyişdiyini ehtimal edirlər. Bədr şeirlərində Xaqani, Nizami, Mücür Beyləqani kimi şairlərin adını tez-tez çəkir, özübü onların varisi sayır.


Getdi Xaqani, mənəm indi mədh edən,

Şeir elmində bu gün kimsə deyil həmtayi-mən.


HAMİDİ Azərbaycan ədəbiyyatının XV əsr poeziyasında görkəmli şairlərdən biridir. Fars, ərəb, türkcə(Azərbaycan) şeirlər yazan şair tarixçi kimi də tanınmışdır. Onun əsas xidmətlərindən biri anadilli şeirimizin inkişafına rəvac verməsidir. „ Tarixi-ali-Osman“ adlı elmi əsər yazmışdır.

Hamidi təxminən 1407-ci ildə İsfahan şəhərində anadan olmuşdur. 20 yaşından ömrünü 30 ilini səyahətldə və müxtəlif yerlərdə keçirmişdir. Bundan sonra şair təxminən 1457-ci ildə Ruma(Türkiyəyə) gəlmişdir. 20 il də Osmanlı sultanı Fateh Məhəmmədin sarayında hörmət və varlı həyat yaşamışdır. Sonralar ehtiyatsızlıqdan burdan aralanıb Bursada şeyx kimi yaşamağa məcbur olmuş şair az sonra saraya qayıdıb sonsdək burda yaşamışdır.

HAmidinin ədəbi irsi öz əli ilə yazılmış avtoqraf divanından ibarətdir. Burada türk, farsca yazılmış qəsidələr. qəzəllər, rübailər, maddeyi-tarixlər və başqa əsərlər toplanmışdır. Şair qəsidələrində Fateh Sultan Məhəmmədi, oğlu Sultan Bəyazidi, vəzirləri, sərkərdələri mədh etmişdir.

Şairin əsərlərinin öyrənilməsi göstərir ki, o özünəqədərki Azərbaycan və Şərq ədəbiyyatını dərindən bilən, orijinal, yeni poetik əsərlər yaratmış ustad sənətkardır.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin