İxtisas: Kitabxanaçılıq və informasiya Kurs: III fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi Müəllim: Rəsulzadə Aysu Telman qızı


Mövzu 13. Azərbaycanda mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması



Yüklə 77,54 Kb.
səhifə13/15
tarix10.01.2022
ölçüsü77,54 Kb.
#107673
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 13. Azərbaycanda mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması

Plan:

1. Kitabxanaların bu dövrdəki fəaliyyəti

70-80-ci illərdə kitabxana işi sahəsində baş verən bütün demokratik prosesləri o dövrün ictimai, siyasi və ideoloji həyatı fonunda araşdırıb təhlil etdikdə belə bir həqiqət aşkara çıxır ki, bütün bu işlərin baş tutması H.Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olmuşdu. H.Əliyevin rəhbərliyi ilə reallaşan bütün ideoloji və siyasi tədbirlərin məzmununda milli ideologiya, milli şüur, xalqımızın mədəniyyətinin 141 təbliği məsələləri qırmızı xətlə keçirdi. Görülən işlər də mütləq bəhrəsini verir, nəticəsiz qalmırdı. Kitabxanaların bu dövrdəki fəaliyyətinin təhlili göstərir ku oxucuların milli mədəniyyətimizə, ədəbiyyatımıza, Azərbaycan tarixinə, milli ideologiyaya dair nəşrlərə marağı olduqca çoxalmışdı. Çox fərəhləndirici haldır ki, Azərbaycan dilində olan kitablara da sorğu əvvəlki illərə nisbətən qat-qat artmışdı. 1974-cü ildə Sov.İKP MK «Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında» qərar qəbul etdi. Bu qərarda müasir mərhələdə kitabxanaların ideoloji, mədəni-maarif və məlumat funksiyaları müəyyənləşdirilmiş, kitabxanaların mərkəzləşdirilməsi məsələsi irəli sürülmüşdü. Bu qərarın qəbulundan dərhal sonra Azərbaycan KP M К onu həyata keçirmək üçün kitabxana işi haqqında xüsusi qərar qəbul etdi. Bu qərarda kitabxana işinin mərkəzləşdirilməsinə hərtərəfli kömək etmək rayon partiya komitələrinə bir vəzifə olaraq tapşırılmış, rayon xalq deputatları sovetləri icraiyyə komitələrinə kitabxana işinin yenidən qurulması üçün onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə kömək etmək, bina və kadrlarla təmin etmək həvalə edilmişdi. Bu qərarın yerinə yetirilməsinə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev bilavasitə nəzarət edirdi. Mərkəzi Komitənin qərarını yerinə yetirmək məqsədilə Azərbaycan Nazirlər Soveti də kitabxana işi haqqında qərar qəbul etdi. Kitabxana işinə bilavasitə rəhbərlik edən Mədəniyyət Nazirliyi respublikada kitabxana işinin mərkəzləşdirilməsinə həsr edilmiş geniş kollegiya iclası keçirdi. Kollegiya respublikada kitabxana işinin mərkəzləşdirilməsinin proqramını, mərkəzləşdirmə planını və müddətini müəyyənləşdirən qərar qəbul etdi. Respublikada kitabxana işinin mərkəzləşdirilməsi bu plana müvafiq həyata keçirilməyə başladı. Bu planın həyata keçirilməsinə respublikanın bütün kitabxana ictimaiyyəti cəlb edilmiş, peşəkar kitabxana işçiləri yerlərdə mərkəzləşdirməyə ha142 zırlıq işləri aparmaq üçün kənd rayonlarına ezam edilmişdilər. M.F.Axundov adına Milli Kitabxananın mütəxəssisləri mərkəzləşmənin metodik təminatında yaxından iştirak etməklə onun təşkilati işinə də əhəmiyyətli köməklik göstərirdilər. Kənd rayonlarında mərkəzləşmənin aparılmasında böyük çətinliklər qarşıya çıxırdı. Bu çətinliklər kitabxanaların maddi-texniki bazasının zəifliyində, müasir şəraitə cavab verəcək kitabxana binalarının az olmasında, kitabxana kataloqlarının, uçot və hesabat işlərinin qaydasında olmamasında, mütəxəssis kitabxanaçı kadrların düzgün seçilib yerləşdirilməməsində özünü göstərirdi. Mərkəzləşdirməni müvəffəqiyyətlə aparmaq üçün göstərilən nöqsanlar sürətlə aradan qaldırılmağa başladı. Bu işdə rayonun bütün ictimaiyyətinin iştirakı mühüm nailiyyətlər əldə etməyə, mərkəzləşmə işində dönüş yaratmağa kömək etdi. Sovet hakimiyyəti illərində kitabxana işində aparılan ən böyük islahat olan mərkəzləşmə işi müvəffəqiyyətlə başa çatdırıldı. Mərkəzləşmə nəticəsində respublikada 3174 filialı olan 69 mərkəzləşmiş rayon kitabxana sistemi yaradıldı. Kənd kitabxanalarında rayon kitabxanaları mərkəzi kitabxana kimi, rayon uşaq kitabxanaları və müstəqil kənd kitabxanaları isə onların filialı kimi formalaşdı. Respublikamızın 8 şəhərində 111 filialı olan mərkəzləşdirilmiş sistem yaradılmışdı. Rayon kitabxanalarının mərkəzləşməsinin müvəffəqiyyətlə başa çatmasına baxmayaraq, şəhər kitabxanalarının, xüsusilə Bakı şəhər kütləvi kitabxanalarının mərkəzləşməsi prosesini müəyyən obyektiv və subyektiv çətinliklər üzündən tam başa çatdırmaq mümkün olmamışdı. Şəhər kitabxanalarında mərkəzləşmənin aparılması 80-ci illərin əvvəllərinə qədər davam etdi. Respublikamızda kitabxana işinin inkişafında 1970-1985- ci illər yeni mərhələ kimi xarakterizə olunur. Məhz bu mərhələdə kitabxana işi sahəsində baş verən çox dərin dəyişikliklər, kitabxana işinin əsaslı şəkildə yenidən qurulması bilavasitə ölkənin kitaba və məlumata olan tələbatının obyektiv şəkildə artması ilə əlaqədar idi. Bütün bu dəyişikliklər kitabxana işinin 143 yenidən qurulması sahəsində indiyə qədər həll edilməsi mümkün olmayan bir çox keyfiyyətcə yeni, mürəkkəb problemlərin həll edilməsinə imkan verdi. Bu problemlər içərisində: mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədar kütləvi kitabxana şəbəkəsinin və digər kitabxanaların köklü şəkildə yenidən təşkili; kitabxanaların məlumat fəaliyyətinin inkişafı ilə əlaqədar olaraq onların funksiyalarının əhəmiyyətli dərəcədə genişlənməsi; kütləvi kitabxana fondlarının formalaşmasına yanaşmanın əsaslı şəkildə dəyişməsi; depozitar kitabxana fondlarının yaranması; kitabxanalara dövlət rəhbərliyinin təkmilləşdirilməsi, kitabxanaşünaslıq və biblioqrafiyanın ən mühüm sahələrinə dair elmi-tədqiqat işlərinin genişlənməsi; elmimetodik fəaliyyətin əlaqələndirilməsinin daha da möhkəmləndirilməsi və s. daha çox diqqəti cəlb edir.


Yüklə 77,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin