İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə24/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   20   21   22   23   24   25   26   27   ...   112
Birincili prosesə münasibət bir qədər başqadır. Birincili pro-ses qeyri-mütəşəkkil, nizamsız psixi fəaliyyət olub, qeyri-şüuri impluslara istinad etdiyindən bizə sanki yad görünür. Burada məntiq qanunları, zaman, məkan, ardıcıllıq kateqoriyaları möv-cud deyil.Bütün funksiyalar tələbatın həmin an,reallıq nəzərə alınmadan ödənilməsinə yönəlmişdir. Birincili prosesə bariz mi-sal bizim yuxularımız ola bilər ( məsələn, insan özünü yuxuda beş yaşlı uşaq kimi görür, o eyni zamanda 10-cu sinifdə oxuyur, sinif rəhbəri anasına oxşayır, hadisələr isə keçən əsrdə cərəyan edir). Birincili proses ikincilidən tamamilə fərqlənən mexanizm-lər üzərində qurulmuşdur:

    1. Simvolizm (simvolizm) – obyekt və ya obrazın orijinalı ilə onun əvəzedicisinin zahiri oxşarlığına əsaslanaraq, əlavə məna kəsb etməsidir (məsələn,banan kişi tənasül üzvünün simvolu ola bilər).

    2. Qatılaşma (condensiation) – müxtəlif təsəvvürlərin va-hid tam şəkildə birləşməsini göstərir (məsələn, ata,müəllim və qonşu yuxuda eyni adam kimi qavranılır).

    3. Əvəzolunma (displacement) – emosiyalar, fikir və arzu-lar bir obyekdən digərinin üzərinə köçürülür.

Bütün bu mexanizmlər yuxuda mövcud olduğundan, oyaqkən çox vaxt mənasız görünür. Birincili prosesi psixozlu xəstələr-də də müşahidə etmək olar. Bunu həmin xəstələrdə senzuranın zəifləməsi və qeyri-şüuri material şüura nisbətən daha asan keçə bilməsi ilə izah etmək olar. Bir yaşına qədər uşaqlarda birincili proses psixi prosesin normal hissəsi kimi qiymətləndiril-məlidir. Azyaşlı uşaqlar demək olar ki, sehrli təfəkkürdən istifadə edirlər. Bu cür təfəkkür təxəyyül aləmini real aləmlə ey-niləşdirməyə çalışaraq, arzu və istəklərin həqiqəti müəyyən et-məsinə inam yaradır. Məsələn, uşaqlar inanırlar ki, əgər onlar kiməsə ölüm arzulayarlarsa, bu mütləq baş verəcək. Uşaqlar böyüdükcə fantaziya ilə reallıq arasında təzadı görür və tədricən sehrli təfəkkürdən uzaqlaşırlar.


  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin