İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə96/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   92   93   94   95   96   97   98   99   ...   112
Yuxugörmənin təhlili.

Freyd daima sübut etməyə çalışmışdır ki, yuxugörmələr psixoloji pozuntuların meydana çıxmasında sükançı rolunu oynayan bir amildir. Başqa sözlə,yuxugörmələr heç də təsadüfən və məzmunsuz. Onlar həmin şəxs üçün yerinə yetirilməsi mümkün olmayan arzu və istəyin başqa formada icrasıdır.Şüursuzluğun məhsulu olan yuxugörmələr psixoanalitik üçün geniş imkanlar yaradır. Yuxugörmələrin məzmununa nüfuz edərək, onu psixoanalitikin tədqiqat materialına çevirmək üçün Freyd əsasən iki anlayışdan istifadə etməyi təklif etmişdir:

1.Yuxugörmələrin təhlili

2.Yuxugörmələrin yozulması

Yuxugörmələrin təhlili yuxunun qapalı məzmununun açılmasını (aydınlaşdırılmasını), yuxunun pozulması isə əksinə, yuxugörməni məzmununu və simvollarının tapılmasını nəzərdə tutur. Yuxugörmələri təhlil edərkən, bir neçə qanunauyğunluqlara istinad edilməlidir. Bunlar aşağıdakılardır.

*Qatılaşdırma;

*Yuxugörmənin yerdəyişməsi;

*Fikirlərin görmə obrazlarına çevrilməsi.

Freydin fikrincə,yuxunun konkret məzmunu olduqca az məlumata malik olur. Onun qapalı məzmunu daha genişdir və xirdalanmalıdır. Bu,qatılaşmadır. Yerdəyişmə “senzuranın” nəticəsi olub, yuxugörmənin simvollarla,işarələrlə ifadə formasıdır. Fikirlərin görmə obrazlarına çevrilməsi isə beyin qabığının mürəkkəb funsiyalarından biri olub mücərrəd ifadələrin konkretləşdirilməsi kimi başa düşülməlidir.Yuxugörmələrin təhlili prosesində başlıca məsələ sərbəst assosiasiyalar metodundan istifadə etməkdir. Məqsədinə nail olmağı çalışan analitik aşağıdakı 3 şərtə əməl etməlidir:



  1. Yuxunun məzmunundan asılı olmayaraq,analitik şüuraltı sahədə cərəyan edən hadisələri axtarmağa cəhd etməlidir.Yəni bilavasitə yuxunun məzmunu nə qədər aydın məzmun ifadı edirsə etsin,o,yalnız simvollardır.

  2. Yuxugörmələri təhlil edərkən onu bir neçə elementlərə bölmək məsləhət görülür. Pasiyentə təklif edilir ki, o, hər bir elementi ayrılıqda izah etsin və bu zaman sərbəst assosiasiyalardan çəkinməsin.Yəni fikrinə ilkin gələn hər şeyi olduğu kimi izah etsin.

  3. Analitik pasiyentin səbrlə dinləməli, heç nəyi diqqətdən yayındırmadan, qapalı fikirlərin sərbəst açılmasını gözləməlidir.

Bu günədək psixoanalizə olan münasibət kontrast olaraq qalmaqdadır.Bu problemə Freydin panseksualistik yanaşması kəskin tənqidlə qarşılaşmış və ciddi müqavimətə heç də həmiş tab gətirı bilməmişdir.Hələ öz sağlığında Freydi tənqid edən tələbələri gec tez psixoanalizin iflasa uğrayacağını qeyd etmişlər. Lakin bütün bunlar psixoanalizi sıradan çıxara bilmədi. Müalicə metodu kimi bu üsuldan bir çox ölkələrdə müvəffəqiyyətlə istifadə edilməkdədir.



Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin