Mövzu 13: Ənənəvi psixoanaliz.
Plan:
Ənənəvi psixoanalizin xüsusiyyətləri.
Psixoanaliz texnikasının mərhələləri.
Köçürmə fenomeninin formaları.
Yuxugörmənin təhlili.
Ədəbiyyat.
İsmayılov F.Q. Klassik psixoanalizin əsasları.Seçilmiş əsərləri. IV cild. Bakı, 2011.
İsmayılov F.Q. Ziqmund Freyd. Bakı, 1994.
İsmayılov N.V İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. Bakı, 2008.
İsmayılov N.V. Psixiatriya. Bakı, 1998.
З. Фрейд. Введение в психоанализ. М., 1989.
З. Фрейд. Основные психологические теории в психоанализе. М,1922.
Зарубежный психоанализ. Хрестоматия. Москва-Харьков, 2001.
Ənənəvi psixoanalizin xüsusiyyətləri.
Əsası Z.Freyd tərəfindən qoyulan sonralar onun ardıcıllarının inkişaf etdirdiyi psixoanaliz XX əsrin əvvəllərindən ta bu günədək psixatriya və psixoterapiya aləmində ən çox mübahisələrə səbəb olan bir elmi-təcrübi istiqamət kimi tədqiqatçıların diqqət mərkəzindədir. Bu elmi konsepsiyanı sirf psixoloji, fəlsəfi, ictimai və i.a. istiqamətlərinə varmadan biz onu ancaq psixoterapiya metodu kimi nəzərdən keçirərək və onun müalicəvi imkanlarını müzakirə edəcəyik.
Psixoanalizin texnologiyası müalicə imkanları bu günədək tam dəqiqləşdirilməmişdir. Bu mövzuya toxunan Z.Freyd özü vaxtilə qeyd etmişdir ki, psixoanalitik texnika nəzəriyyənin və təcrübənin vəhdəti olub,hər bir psixoterapevtin şəxsi imkanları daxilində reallaşan bir müalicə metodudur. Hətta belə bir mülahizə də mövcuddur ki, hec bir psixoanalitik öz üsulunun sirlərini axıracan açmır. Hər kəs bu sahədə bildiklərini özününkü,daha doğrusu öz təcrübəsi sahəsində qazandığı mülkiyyəti hesab edir . Rulf Qinsonun psixoanalizi “tək-tək” adamların peşəsi adlandırması da təsadüfi deyil. Deyilənlərdən belə qənaətə gəlmək olur ki, heç də hər kəs psixoanalitik ola bilmir. Bunun üçün hansı keyfiyyətlər lazımdır? Bu suala cavab verməyə cəhd göstərən Z.Freyd hesab edirdi ki, müvafiq hazırlığı olan hər kəs psixoanalitik ola bilər. Lakin Freyd tezliklə yanlış olduğunu etiraf etdi. O, 1922-ci ildə Beynəlxalq Psixoanalitika Assosiasiyasının konqresində cıxış edərkən demişdir:” Gələcək analitik mükəmməltəcrübə keçmiş analitikin himayəsi altında bu peşəni öyrənmədən fəaliyyət göstərə bilməz. Öz tələbatını pasiyentin tələbatı ilə qarışdırmamaq üçün bu sahədə çalışan mütəxəssis xüsusi keyfiyyətlərə malik olmalıdır”.
Z.Freydin psixoanalizi yaratmasi heç də təsadüfi olmamışdır. Hipnozdan və onun vasitəsiylə katarsisdən istifadə edən Z.Freyd seans zamanı pasiyentlərinin istirablarını açmağa cəhd göstərərdi. Öz təəssüratlarını söyləyən pasiyentlər (əsasən nevrozlu xəstələr) tez-tez affekt halı keçirirlər. Belə emosiyaların zərərini aradan qaldırmaq üçün o,seansın sonunda hər şeyi unutmağı təklif edərdi. Xəstələrin bir çoxu heç də asanliqla hipnoza tabe olmurdular və buna görə də hamıya istənilən təlqini etmək mümkün olmurdu. Deməli həkmin imkanları məhdudlaşirdı. Çıxış yolunu Freyd ya katarsisdən imtina etməkdə və ya dərin hipnoz üsulu tətbiq etmədən yalnız müvafiq təlqinin köməyi ilə katarsisə nail olmağı öyrənməkdə görürdü. Bir sıra təcrübələrdən sonra Freyd müəyyən etdi ki, xüsusi psixoloji şəraitdə yalnız təlqin yolu ilə pasiyentin qəlbini açması, beynin alt qatlarında, şüursuzluq təbəqəsində özünə yer tapmış xəyal və arzuları şüur təbəqəsinə qaldırmaq (yaddaşda canlandırmaq) mümkündür.
Öz üsulunu tətbiq edərkən, Freydin ən çox istifadə etdiyi qayda pasiyenti divana uzadıb, gözlərini yummasını və fikrini bir nöqtəyə cəmləməsini təklif etməsi idi. O,barmaqları ilə pasiyentin alnına təzyiq göstərər və ciddi ifadələrlə xəstələnməsinə səbəb olan mənfi emosiyaları xatırlamasını təlqin edərdi.Xəyala dalan və ya təlqin hissi keçirən pasiyentə təkrar-təkrar “fikirləşin,hər şey yadınıza düşəcək”deyərdi. 1896-ci ildə Freyd birdəfəlik hipnozdan imtina etdi, bir qədər sonra təlqini də qeyri-məqbul sayaraq, yalnız “sərbəst assosiasiyalar” üsulundan istifadə etməyə başladı. Bu zaman Freyd daha bir çətinliklə qarşılaşmalı oldu. Müalicəyə cəlb edilən hər bir pasiyentin psixoterapevtik əməliyyatlara müqavimət göstərməsi faktı narahatlıq yaratmağa başladı. Beləliklə, əks müqavimət fenomeni psixoanaltik nəzəriyyənin ən vacib probleminə çevrildi. Lakin bununla da problemlər bitmədi, hec də əhəmiyyəti olmayan “köçürmə effekti” meydana çixdi. Bu, keçmişin təsiri altinda indinin səhv qavranilmasıdır. Müalicə prosesində psixoterapevt pasiyentə keçmiş və indini düzgün qiymətləndirməyi anlada bilirsə, müalicənin səmərəsi təmin olunur.
Dostları ilə paylaş: |