İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə91/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   87   88   89   90   91   92   93   94   ...   112
Somnambülizm: Hipnoz olunan şəxs, özü üzərindəki idarə qabiliyyətlərini bir az daha şüurlu və əhatəli olaraq təkrar istifadə etməyə başlayır. Təlqin birbaşa mümkün deyil, ancaq razısalma yoluyla mümkündür. Yəni,təlqin əmr formasında deyil,məsləhət formasında verilir. Hipnoz olunan şəxsdə adi halda görülməyən bir zəka və mühakimə qabiliyyəti meydana çıxa bilər.

Müasir dövrdə spiritüalizmde və parapsixologiyada istifadə edilməsi ilə yanaşı, psixoterapiyada, kriminologiyada və sancısız doğum, sancısız diş çəkmə (ABŞ-dakı stomatoloqların təxminən dörddə birinin hipnozdan istifadə etdiyi müəyyən olunmuşdur), xarici dili tez öyrənmə kimi müxtəlif məqsədlərlə bir çox sahədə istifadə edilə bilər. Hipnoterapi, ruhi və orqanizm xəstəliyi və pozğunluqlarının müalicəsində tamamlayıcı bir müalicə üsulu olaraq tətbiq edilə bilər. Ümumiyyətlə hipnozdan kəkələmə, spirt, siqaret və maddə asılılığı, fobiyalar ,şəxsiyyət pozuntuları, psixoloji ağrı pozuntuları, cinsi funksiya pozuntuları, yuxu pozuntuları vs. bu kimi xəstəliklərin müalicəsində istifadə olunur

Hipnozu reallaşdırmaq üçün bir çox fərqli üsuldan istifadə edilə bilər. Ən çox istifadə olunan üsul, xəstənin yüngül yellənən bir obyektə baxması və bütün diqqətini o obyektdə cəmləşdirilməsi nəticəsində trans halına keçməsidir. Bu müddətdə, hipnoterapist sakit və təsir edici bir səslə danışaraq hipnozun reallaşmasını asanlaşdırır. Hipnoterapist hipnoz olunana sakit və təsir edici bir səslə göz qapaqlarının ağırlaşdığını, üzərinə ağır bir yorğunluq çökdüyünü və bir azdan gözlərinin bağlanacağını söyləyərək hipnotik yuxuya keçməsini təmin edir. Əgər 1-2 dəqiqə içində xəstənin gözləri bağlanmazsa, terapist əlləriylə müdaxilə edərək xəstənin gözlərini bağlayır və danışmasını davam etdirir. Bəzi xəstələr dərin bir hipnotik yuxuya keçdikləri halda, bəziləri də yüngül bir yuxuya keçir, çünki hipnoz əsnasında yaranan yuxunun dərinliyi adamdan adama fərqlilik göstərir. Hipnotik yuxunun ən yüngül halında adamın şüuru yerində olur və adamda bir boşalma vəziyyəti meydana gəlir. Adam özünə deyilən təlqinlərin hamısını bu yüngül səviyyədəki hipnozdan sonra xatırlaya bilir. Dərin hipnozda olanlar isə hipnoz əsnasında yaşanan hadisələri və danışmaları xatırlaya bilmirlər. Ən yüngül hipnoz vəziyyətində belə adam terapistin təlqinləri istiqamətində hərəkət edir və bir çox narahatlığından xilas ola bilir.

Terapist istədiyi hər kəsi hipnoz edə bilməz, çünki terapistin əlində sehirli bir güc mövcud deyil. Əgər adam hipnoz olmamaq üçün müqavimət göstərsə hipnoz vəziyyəti reallaşa bilməz. Hipnotik yuxunun reallaşması üçün şəxsin buna uyğun olması və özünü terapistə əmanət edəcək qədər güvənməsi və terapistin istədiyi istiqamətdə hərəkət etməsi lazımdır. Bundan başqa hipnoz əsnasında, terapist hər istədiyini xəstəyə icra etdirə bilməz, çünki xəstə meylli olmadığı şərtləri yerinə yetirmir.. Məsələn, hipnozdaki birinə oğurluq etdirə bilmək üçün adamın oğurluğa meylli bir olması lazımdır. Yəni verilən əmrlərin şəxsin xarakteriylə və ehtiyaclarıyla üst-üstə düşməsi lazımdır.


  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin