İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə11/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   119
Hüceyrənin qocalması. Orqanizmin qocalması ilə əlaqədar olaraq, onun hüceyrələrində də dəyişikliklər gedir. Məsələn, sinir və əzələ hüceyrələri embrional inkişafın axırında bölünmə qabiliyyətini itirərək, orqanizm ölənə kimi yaşayır. Qocalmış orqanizmin hüceyrələri cavan orqanizmin hüceyrələri ilə müqayisə olunduqda bir sıra morfoloji, funksional, fiziki, kimyəvi dəyişikliklərə məruz qalır. Bu zaman nüvənin qırışması, sitoplazmada vakuolların əmələ gəlməsi hüceyrələr arasında sərhəddin itməsi və iki nüvəli hüceyrələrin əmələ gəlməsi müşahidə edilir. Belə hüceyrələrin əmələ gəlməsi orqanizmin qocalığa uyğunlaşması reaksiyası olub, hüceyrənin funksiyasını artırır. Qocalmış hüceyrədə suyun azalması fermentlərin fəallığının zəifləməsi, xolesterinin artması, lesitinin azalması, narıncı sarı rəngdə lipofusinin toplanması, tənəffüs və zülal sintezinin zəifləməsi kimi biokimyəvi dəyişiriklər baş verir.

Hücyrənin ölümü – fizioloji və patoloji olur. Fizioloji ölüm təbii olaraq onun həyat fəaliyyətinin bitməsidir. Müxtəlif səbəblərdən hüceyrədə baş verən dərin degenerativ dəyişikliklər patoloji ölümə səbəb olur. Dərinin örtük epitelisinin, eritrositlərin, leykositlərin və piy vəzisi hüceyrələrinin ölümü fizioloji ölümdür.

Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr yığımına və hüceyrələrarası maddələrə toxuma deyilir.İnsan orqanizmində toxumaların 4 əsas tipi mövcüddür:

  1. Epitel toxuması.

  2. Birləşdirici toxuma.

  3. Əzələ toxuması.

  4. Sinir toxuması.

Epitel toxuması, textus epithelialis, orqanizmi xaricdən, boşluqlu orqanları daxildən örtür və inkişaf mənbəyini hər 3 rüşeymi vərəqədən götürür. Sekresiya, sorma, müdafiə, ifrazat və mübadilə reaksiyası daşıyır, yəni orqanizmlə xarici mühit arasında mübadilə proseslərində iştirak edir. Epitel toxumasının növlərinə – yastı, çoxsıralı, təkqatlı, keçid, kubabənzər, silindrəbənzər, çoxqatlı, vəz, kirpikli və s. epitel aiddir. Seroz boşluqları örtən tək qatlı yastı epitel mezotel adlanır. Epitel toxuması əsas zardan (bazal membrana) və müxtəlif mənşəli epitel hüceyrələrindən ibarətdir.

Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin