Mövzu 25
Yerquruluşu, torpaq kadastr və ərazinin monitorinqi məqsədi ilə aero və kosmik şəkillərin köməyi ilə həll olunan məsələlər
Plan:
1.Aero və kosmik şəkillər və onların nəticələrinin məsələlərin həllində tətbiqi.
2.Torpaqların vəziyyəti və istifadəsi üçün baza xəritə və planların yaradılması , onların əsasında tematik xəritələrin alınması.
3.Kosmik təsvirlərin rəqəmli emalı əsasında kənd təsərrüfatı və digər torpaq sahələrinin xəritəyə alınması.
4.Torpaqların Dövlət monitorinqinin yerinə yetirilməsi.
5.Torpaqların neqativ xarakterli ekoloji dəyişmələrinin aydınlaşdırılması, monitorinqi və proqnozu
Ədəbiyyat
1.S.A.Muraşev Y.U.Qebqart A.S.Kisliçın Aerofotogeodeziya-Moskva“Nedra”1985 2.Adil Əzizov Məsafədən zondlamanın fiziki əsasları Bakı -2011
3.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011
Aero və kosmik şəkillər və onların nəticələrinin işlənməsinin üstünlükləri çoxsaylı məsələlərin həllində tətbiqinə imkan verir.
-
Öyrənilən ərazi haqqında metrik və məna cəhətdən operativ informasiyanın alınması
-
Bu informasiyanın obyektivliyi və sənədləşməsi , çünki planalma nəticəsinə obyektlərin faktiki vəziyyətləri qeyd edilir.
-
Alınmış informasiyanın iqtisadi cəhətdən effektivliyi
-
Öyrənilən ərazidə baş verən dəyişiklikləri müntəzəm müşahidə etmək imkanı.
Aero və kosmik şəkillərin köməyi ilə həll olunan məsələlər aşağıdakı kateqoriyaya bölünür;
1.Tematik xəritələrin alınması.
2.Torpaqların Dövlət monitorinqinin yerinə yetirilməsi.
3.Torpaqların neqativ xarakterli ekoloji dəyişilmələrinin aydınlaşdırılması , monitorinqi və proqnozu.
4.GİS –nin ilkin informasiyalarının yaradılması.
Torpaqların vəziyyəti və istifadəsi üçün baza xəritə və planların yaradılması , onların əsasında müxtəlif tematik xəritələrin alınması.
Bu materiallar kənd, şəhər , rayon həmçinin regionların əraziləri üçün tərtib edilir. Onların miqyası məlumatların dəqiqliyindən asılıdır. Baza plan –kartoqrafik material istənilən ərazinin təbii xüsusiyyətlərini və təsərrüfatının inkişafını ifadə edir. Tematik xəritələr xüsusi məlumatları daha müfəssəl təsvir etmək üçün yaradılır. Baza xəritə və planlar aşağıdakı işlər üçün məlumat mənbələridir:
-
Müxtəlif təyinatlı torpaqların sərhədləndirilməsi, inventarizasiyası və kadastr qiymətləndirilməsi.
-
Torpaqlardan istifadənin effektliyinin qiymətləndirilməsi.
-
Operativ torpaq kadastr məlumatlarının alınmasının təminatı.
-
Müxtəlif təyinatlı ərazilərin (yaşayış məntəqələri , sənaye zonaları və s) perspektiv inkişafının layihələndirilməsi.
-
Mühəndis kommunikasiyalarının layihələndirilməsi üçün layihə-axtarış işlərinin yerinə yetirilməsi.
-
Yol şəbəkəsinin inkişafı və rekonstruksiyası.
-
Yeraltı kommunikasiyaların, boru kəmərlərinin və s vəziyyətlərinin qiymətləndirilməsi və aşkarlanması. Burada məlumatlar qeyri-fotoqrafik planalma materiallarının əsasında alınır(istilik, radiolokasiya , lazer)
-
Torpaq ehtiyatlarının idarə edilməsinin və planlaşdırılmasının məlumat təminatı.
-
İqtisadi və hüquqi məsələlərin həlli
-
Torpaq bazarının və daşınmaz əmlakın və s məlumat təminatı
Kənd təsərrüfatı sahələri elektron xəritəsi əsasında CMS texnologiyasının köməyi ilə torpaqların şorlaşma xəritəsinin tərtib edilməsi.
Azərbaycanda suvarılan torpaqların yarıdan çox hissəsi bu və digər dərəcədə şorlaşmışdır.
Kür-Araz düzənliyində aparılmış (2003) torpaq tədqiqatların nəticələri göstərir ki, düzənliyin ərazisində torpaqların 60 %-dən çox hissəsi müxtəlif dərəcədə şorlaşmışdır. Bundan başqa, şorlaşmış torpaqlara Azərbaycanın Siyəzən-Sumqayıt, Ceyran-çöl massivlərində Naxçıvan MR-da və s. ərazilərdə təsadüf edilir.
1998-ci ildə"LANDSAT-TM" Yerin süni peykindən Aərbaycan ərazisinin çəkilmiş təsvirləri Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun bir qrup əməkdaşları tərəfindən emalı aparılaraq, respublikamızın ərazisinin 1:50 000 miqyasında kənd təsərrüfatı sahələri xəritəsi (2001-ci il) hazırlanmışdır.
-
1998-ci ildə "LANDSAT-TM" peykindən çəkilmiş təsvirlərin emalı nəticəsində respublikamızın kənd təssərrüfatı sahələri elektron xəritəsi hazırlanıb qurtardıqdan sonra, həmin xəritənin əsasında coğrafı məlumatlar sistemi (CMS) texnologiyasının köməyi və kontakt üsulu ilə Kür-Araz düzənliyi torpaqlarının şorlaşma xəritəsi tərtib edilmişdir.
-
Qeyd etmək lazımdır ki, 1998-ci ildə"LANDSAT-TM" peykindən çəkilmiş təsvirlərin rəqəmli emalı nəticəsində Kür-Araz düzənliyinin hazırlanmış kənd təssərrüfatı sahələrinin elektron xəritəsində nəinki əkin, örüş torpaq sahələri, meşələr, çaylar, göllər, yaşayış yerləri və s. eləcə də şiddətli şorlaşmış və şoran torpaq sahələri də müəyyən edilmişdir. Odur ki, düzənliyi torpaqlarının şorlaşma xəritəsini tərtib edən vaxt, düzənliyin kənd təssərrüfatı sahələri xəritəsində şiddətli şorlaşmış və şoranlar həmin xəritəyə keçirilmişdir.
-
Kür-Araz düzənliyində əkin altında istifadə olunan torpaqların şorlaşmasını müəyyən etmək üçün, əkin sahələrinin şum və şumaltı qatlarından torpaq nümunələri götürülüb, duzların miqdarı öyrənilmişdir. Müəyyən olmuşdur ki, Kür-Araz düzənliyinin əkin sahələrində duzların miqdarı 0,15-0,35% arasında dəyişir.
-
Beləliklə, əkin sahələrində, duzların göstərilən miqdar arasında 0,15-0,35 % dəyişməsi, həmin torpaqların şorlaşmamış və zəif şorlaşmış torpaqlar olmasını göstərir. Ona görə də, "LANDSAT-TM" peykindən çəkilmiş təsvirlərin emalı əsasında hazırlanmış kənd təssərrüfatı sahələri elektron xəritəsində əkin şahələrinin (pambıq, taxıl, tərəvəz və bostan bitkiləri, üzümlüklər, bağlar və s.) hamısı, Kür-Araz düzənliyi torpaqların şorlaşma xəritəsində həmin torpaqlar şorlaşmamış və zəif şorlaşmış torpaq sahələrinə aid edilmişdir. Bundan sonra, tədqiqat apardığımız ərazidə orta şorlaşmış torpaq sahələri müəyyən edilmişdir.
-
Kür-Araz düzənliyində apardığımız torpaq tədqiqatları göstərir ki, orta şorlaşmış torpaqlara əsasən örüş, sahələrdə yüksək şorlaşmış və şoran torpaq sahələrin də eləcə də zəif şorlaşmış torpaqlar arasında təsadüf olunur. Ona görə də, tədqiqat ərazisinə qısa müddətli (5-6 günlüyə) torpaq ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyada olarkən yuxarıda adlarını çəkdiyimiz sahələrdən torpaq nümunələri götürülüb, duzların miqdarı öyrənilmişdir. Bu nümunələrdə orta şorlaşmış torpaq sahələri müəyyən edilərək, onlar torpaqların şorlaşma xəritəsinə salınmışdır.
-
Beləliklə, kosmik təsvirlərin rəqəmli emalı nəticəsində Kür-Araz düzənliyi kənd təssərrüfatı sahələrinin hazırlanmış elektron xəritəsi əsasında CMS texnologiyasının köməyi və kontakt üsulu ilə tədqiqat apardığımız ərazi üçün torpaqların şorlaşma xəritəsi hazırlanır (şəkil 2).
-
Şəkil 2. 1998-ci ildə “LANDSAT-TM” peykindən çəkilmiş təsvirlərin rəqəmli emalı nəticəsində hazırlanmış kənd təsərrüfatı sahələri xəritələri əsasında CMS texnologiyasının köməyi ilə tərtib edilmişdir
Torpaqların Dövlət monitorinqinin yerinə yetirilməsi
Torpaqların Dövlət monitorinqi- torpaqların vəziyyəti və ondan istifadəsinin müşahidə sistemindən, torpaq kadastrı , yerquruluşu, torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti , həmçinin digər tədbirlər üçün məlumat təminatından ibarətdir. Monitorinq bütün torpaqlara aid edilir və bu zaman müxtəlif mənbələrdən müxtəlif üsullarla alınmış məlumatlar istifadə edilir. Monitorinqin nəticələrinin informasiyalarını 3 qrupa bölmək olar.
-
Baza qrupu – obyektlərin vəziyyətlərinin monitorinq başlanana qədər qeydiyyatı.
-
Müntəzəm qrup – verilmiş obyektlər üçün müəyyən vaxt intervalı ilə aparmış
-
Operativ qrup - ərazidə baş vermiş dəyişikliklər növbətçi rejimdə təyin olunur.
Aero və kosmik planalmaların materialları əsasında torpaqların hüququ vəziyyətlərinin monitorinqi aparılır. Kameral işlərinin və çöl tədqiqatlarının nəticələri əsasında inzibati ərazi qurumlarının sərhədlərinin və sahəsinin dəyişirilməsi aydınlaşdırılır, kadastr bölgüsünün sərhədlərinin dinamikası , ərazi zonaların sahələrinin və hüquqi rejimləri həmçinin müxtəlif mülkiyyət formalı sahələrin sərhədləri təyin edilir.Planalma materiallarını çöl deşifrlənməsi nəticəsində torpaqlardan istifadənin monitorinqi yerinə yetirilir. Deşifrlənmə momentində torpaqlardan istehsalat təyinatlı istifadə olunmasının faktiki vəziyyəti bilinir.Yeni alınmış və köhnə məlumatların müqayisəsi nəticəsində baş verən bütün dəyişiklikləri aydınlaşdırılır. Aero və kosmik şəkillərin materiallarında ifadə olunan torpaqların keyfiyyət göstəricilərinin fərqi onları kadastrı qiymətləndirilməsinin monitorinqində tətbiqinə imkan verir. Bu zaman alınan məlumatlar torpaq sahələrinin bazar və girov qiymətləri icazə haqları, vergi tutmaları və digər iqtisadi göstəriciləri üçün istifadə olunur.
Torpaqların neqativ xarakterli ekoloji dəyişmələrinin aydınlaşdırılması , monitorinqi və proqnozu
Buraya yararsız vəziyyətə düşmüş torpaqların sərhədləri və sahələri ,su basmış və izafi nəmlənmiş torpaqların , çirklənmiş torpaqların , qirilmiş və yanmış meşələrin haqqında məlumatlar daxildir. Vaxtında təqdim olunmuş məlumatlar neqativ hadisələrin xarakteristikası və dinamikası həmçinin onların ləğv olunması tədbirlərində istifadə edilir.
GİS-nin ilkin informasiya layında istifadə olunan ərazinin rəqəmli modelinin fotoqrammetrik metodlarla yaradılması
Planalma sistemlərinin təkmilləşdirilməsi , kompüter texnikasının və təsvirlərin işlənmə texnologiyasının inkişafı və proqram təminatı torpaq ehtiyatlarından rasional istifadə məqsədli həll olunan məsələlərin dairəsinin genişləndirilməsinə imkan yaradır.
Alluvial torpaqların əksəriyyəti boz və açıq rənglidir. Bu torpaqlar demək olar ki, struktursuz, yumşaq və çox az hallarda bərkimiş olur. Həmin torpaqların mexaniki tərkibinin əksəriyyəti qumsal və qumlu hissələrdən ibarət olmasına baxmayaraq ayrı-ayrı qatlar arasında ağır gillicəli və ağır gilli təbəqələrə də təsadüf edilir. Alluvial torpaqların üst qatlarında humusun miqdarı təxminən 2 % təşkil edir. Alluvial torpaqların çox hissəsi müəyyən dərəcədə şorlaşmışdır Tədqiq etdiyimiz ərazinin torpaqlarında mübadiləlik kaliumun miqdarı böyükdür, 400-600 mq/kq arasında dəyişir. Odur ki, SSRİ-nin dövründə bu torpaqlara kalium gübrələrin verilməsinə alimlər ehtiyac olmadığinı söyləmişlər. Sonralar torpaqların kənd təssərrüfatı bitkiləri altında intensiv istifadəsi və suvarmaların nəticəsində suda asan həll olan kalium duzları yuyulmuş və onun miqdarı azalmışdır.
Azot birləşmələrinin hamısı suda həll olduğu üçün, qısa müddətdə tədricən torpaqdan yuyulub kənar edilir.
Ona görə də onların miqdarı torpaqda həmişə az olur. Bu miqdar da humusun və bitki qaliqlarının tərkibində olan azot birləşmələridir.
Massivin torpaqlarında fosforun miqdarı yüskəkdir. Ancaq bu fosfor bitkilər tərəfindən mənimsənilməyən formadadır, yəni mütəhərrik deyildir. Odur ki, əkin altında istifadə olunan torpaqlara fosfor gübrələri verilməlidir ki, bitkilərin fosfora təlabatı ödənsin.
MÖVZU 26
TORPAQLARIN QEYDİYYATI VƏ QİYMƏTLƏNDİRİLMƏSİNDƏ,TORPAQ KADASTRININ TƏRTİBİNDƏ AEROFOTOPLANALMA MATERİALLARINDAN İSTİFADƏ.
P L A N
1.Ümumi mılumat
2.Torpaqların qeydiyyatı
3.İşin aparılma sxemi
4.Torpaqların qiymətləndirilməsi.
ÜMUMİ MƏLUMAT.
Kənd təsərrüfatı istehsalı intensivliyin aptırılmasının tərkib hissəsi olan torpaqların qeydiyyatı və qiymətləndirilməsi dövlət əhəmiyyətli bir işdir. Kənd təsərrüfatı torpaqlarının ölçüləri, torpağın tərkibi və vəziyyəti, aparılan aqrotexniki tədbirlər, eroziya prosesləri və digər tədqiqat materiallarının haqqında vaxtında verilmiş məlumatlar torpaqların potensial imkanı,onlardan kənd təsərrüfatı istehsalında rasional istifadənin dərin və hərtərəfli öyrənilməsinə şərait yaradır.
Torpaqların qeydiyyatının əsası torpaq istifadəsinin planı hesab olunur ki,qeydiyyata götürüləcək obyektin məkan mövqeyi haqqında təsvir yaradılır.
TORPAQLARIN QEYDİYYATI
Torpaqların qiymətləndirilməsi o zaman öz təyinatına tam cavab verir ki bu proses müntəzəm olaraq aparılsın yəni, obyekdə baş verən bütün dəyişiliklərin dinamikası ifadə olunsun.Torpaqların kəmiyyət qeydiyyatının məlumatlarının yeniləşdirilməsi üçün yeni aerofotoplanalmaların şəkillərindən istifadə etməklə məqsədə uygundur. Materialların tam yeniləşdirilməsi dövrü hər bir ərazi üçün tələb olunan mütəxəssislərin miqdarı da nəzərə alınmalıdır ki, n ildən sonra qeydiyyata götürüləcək ərazinin aerofotoplanalması yerləşdirilə bilsin.
Belə sistem işlərin təşkili və planlaşdırılmasını yüngülləşdirir. Şəkil çəkmənin miqyası fotoplanın miqyasından 4-5 dəfə kiçik olmalıdır. Düzənlik rayonlarda torpaqların qeydiyyatının kəmiyyət məlumatlarının dövri yerləşdirilməsi üçün büyüdülmüş aerofotoşəkillər istifadə oluna bilər ki, bu da onların yüksək ölçmə xassələrinə əsaslanər.
Böyüdülmüş aeroşəkillərin dəyəri də fotoplanın dəyərindən bir neçə dəfə aşagı olur.
IŞİN APARILMA SXEMİ
-
İş aşagıdakı sxem üzrə aparılır.
-
1: 40 000 miqyaslı aerofotoplanalma;
-
1:10 000 miqyasına qədər böyüdülmüş aerofotoşəkillərin hazırlanması(möhkəm əsaslar);
-
Böyüdülmüş aerofotoşəkillərin düşifrə edilməsi;
-
Aerofotoşəkillər üzrə torpaqların sahələrinin təyini;
-
Eksplikasiyanın tədqiqat və qeydiyyat sənədlərinin doldurulması.
Bütün bu proseslər bir mövsüm vaxtında yerinə yetirilə bilər. Təkrar aerofotoplanalmanın aeroşəkillərin kameral şəraitdə müqayisəsi tətbiq olunan ərazidə baş verən dəyişilikləri aydınlaşdırmaga inkan verir. Belə yanaşma çöl deşifrlənmə işlərinin həcmini azaldır. Deşifrə olunmuş aerofotoşəkillər köhnəlmiş planların korrektə edilməsində və düzəldilməsində istifadə oluna bilər.
Yaşayış məntəqələrinin torpaqlarının qeydiyyat məsələsi də eyni yolla həll olunur.Bu zaman yaşayış məntəqələrinin aerofotoplanalmasının ardıcıl bölüm(seriya) şəklində yrinə yetirilməsi lazımdır. Hər bölüm bir yaşayış məntəqəsini örtür. Şəkillərin uzununa örtməsi 80%. miqyas isə 1:8 000, 1:6 000 qəbul edilir. Belə şəraitdə yaşayış məntəqələrinin şox hissəsi bir- iki aeropeqativlər təsvir oluna bilərSeçilmiş aeropeqativlərdən 1:2 000 miqyasa qədər böyüdülmüş aerofotoşəkillər hazırlanır. Əgər hələ köhnəlməmiş aerofotoplanalma materialları varsa onlardan istifadə etmək olar. Belə hallarda aeroplyonka rulonun hər birində 2-3 aeroneqativ çıxardır. Hər bir aeroşəkil üçün 1\5 000, dəqiqlik ilə təyin olunmuş 1-2 ədəd miqyas bazisi ölçülür və ya radio yüksəklik ölçənin göstəricisi üçün istifadə olunur.
TORPAQLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
Torpaqların qiymətləndirilməsi elə mürəkkəb kompleks işlərdir ki, nəticədə torpaqların istehsal xüsusiyyəti və onların kənd təsərrüfatı istehsalında daaha effektiv istifadəsi aydınllaşdırır.Bu işin əsasını torpaqların bonitirovka materialları, həmçinin torpaqların iqtisadı qiymətləndirilməsi təşkil edir. Bu zaman torpaqların tipi və alt tipi, onların sahəsi eroziya dərəcəsi bormofetrik məlumatlar və digər xüsusiyyətlər nəzərə alınır. Beləliklə bonitirovka zamanı torpaq xəritələrinin yaradılması meydana cıxır.
Bu xəritələr aerofotoplanalma materiallarının əsasında əvvəllərdə göstərilmiş metodlarda tərtib edilir.Bu zaman fərqli cəhət torpaqların deşifrlənmə əməliyyatı hesab edilir.Bu onunla əlaqədardır ki, fototəsvirlərdə torpaqgın üst səthi bir çox hallarda bitki ilə örtüyü oldugundan tam təsvir olunur ki,bunlara da relyef və bitki qatı aiddir. Relyefin xarakteri üçüün hərtərəfli məlumat ərazini streotoskopik modeli üzrə alınır. Müəyyən torpaq tipinə müəyyən bitkilər uyğun gəldiyi üçün deşiflənmədə onlardan istifadə olunur. Belə obyektlərə indekatorlar deyilir. Göstərilən bitkilərə ağaclar, kolluqlar və təbii otlar aiddir. Az bitki örtüklü və ya heç olmayan sahələrdən dolayı əlamətlərlə yanaşı deşifrlənmənin birbaşa əlamətləridə istifadə edilir.Torpaq deşiflənməsinin prespektiv üsullarından birisi landşaft yanaşması hesab edilir.Bu zaman birbaşa və dolayı əlamətlərə görə landşaftın tipi,bundan sonra isə uygun olaraq növləri təyin olunur.Torpaq deşifrlənməsinin ardıcıllıgı digər digər deşifrlənmə növündə oldugu kimidir. Aerofotoşəkillər üzərində aparılan deşiflənmənin fotoplana köçürülür. Sonra ştrixli torpaq planları(xəritələri) hazırlanır və onlarda torpağın qiymətləndirilməsində uyğun sənədləşmə göstərilir.Torpaqların qiymətləndirilməsinin bütün materialları beş ildən bir az olmayaraq dəqiqləşdirilir və yeniləşdirilir.
Mövzu – 27. Ətraf mühitin vəziyyətinə nəzarət
Plan
-
Yerin tərkibi hissəsində istifadə aerokosmik materialların rolu
-
Aerokosmikm materialların neft-qaz komplekslərinin istismarı zamanı yaranan ekoloji problemlərin aşkarlanması istiqamətində istifadəsi
-
Aerokosmik materialların meşələrin vəziyyətinin qiymətləndirilməsində istifadəsi
-
Aerokosmik materiallarda bitki örtüyünün tədqiqatı zamanı istifadə
-
Torpaqların vəziyyətinin qiymətləndirilməsi sahəsində aerokosmik materiallardan istifadə edilməsi
-
Aerokosmik materiallar əsasında antropogen və təbii sistemin davamlılığının qiymətləndirilməsi
-
Sahələrin ekoloji problemlərinin aşkar edilməsi sahəsində aerokosmik materiallardan istifadə edilməsi
-
Aerokosmik materiallarında istifadə etməklə atmosfer çirklənməsinə nəzarət
-
Səth sularının ekoloji vəziyyətinin tədqiqi zamanı aerokosmik materiallardan istifadə edilməsi
2.R.M.Heydərova, P.Y.Nağıyev. Kosmosdan yerin tədqiq edilməsi. Bakı – 2011
Yerin təkinin istifadəsində MYZ məlumatları dağ-mədən, sənaye , energetika müəssisələrinin və mühəndis qurğularının ətraf mühitə təsirinin qiymətlənməsi üçün istifadə edilə bilər. Bu məqsədlə aşağıdakılar həyata keçirilir :
-açıq karxanaların, şlam toplanan ərazilərin , sənaye çirkab sularının çökdürücü qurğularının , neft quyularının və s. kimi obyektlərin aşkar edilməsi.
-yerin təkindən istifadə edən obyektlərinin daxili strukturunun müəyyən edilməsi.
-geoloji mühiti müxtəlif dərəcədə pozulmuş ərazilərin aşkar edilməsi
-antropogen stimulyasiya olunan müasir və cavanlaşmış ekzogen proseslərin getdiyi ərazilərin aşkarlanması və onlarin aktivləşmə dərəcəsinin müəyyən edilməsi.
Qeyd edək ki, neft-qaz çıxarma kompleksləri olan ərazilərdə bu sənaye sahəsinin inkişafı ilə əlaqədar həll edilməsi çətin və hətta mümkün olmayan ekoloji problemlər yaranıb. Həmin ərazilərdə yüzlərlə yolüstü məşəllər yanır, neft-qaz sızmaları və qəzalar baş verir. Xarakterik nəticələrinə görə baş verən hadisələri belə qruplaşdıra bilərik:
-atmosferin qlobal çirklənməsi
-neft məhsulları , quyu məhlulları, mineral sularla yer səthinin , meşə -bataqlıq sistemlərinin kimyəvi çirklənməsi
-meşə yanğınları , meşələrin qırılması , elektrik ötürücü xətlərin tikintisi, yolların salınması, karxana və neft –qaz kəmərlərinin qurulması, yeni köməkçi antropogen sistemlərin təşkili kimi fəaliyyət növləri və hadisələr nəticəsində biosenozların fiziki-kimyəvi çirklənməsi, hissələrlə paylanması və ya tam dağılması
-biokütlənin və bioloji ehtiyatların itməsi, bitki örtüyünün və heyvan aləminin növ tərkibinin azalması, məskunlaşmış ərazilərin çöllüyə və bataqlıq əraziyə transformasiya etməsi
-müxtəlif tipli eroziyalar və səhralaşma prosesinin sürətlənməsi ,münbit torpaqların neftlə çirklənməsi nəticəsində kənd təsərrüfatı əhəmiyyətli əkin sahələri və otlaqların azalması.
Bütün bu təsirləri və nəticələri aşkar etmək , onların istiqamətinə nəzarət etmək üçün MYZ məlumatları geniş istifadə edilə bilər. Faydalı qazıntı əraziləri , o cümlədən neft-qaz kompleksləri ərazilərinin vəziyyətini, arxivləşmiş və təzə alınmış kosmik təsvirlərin müqayisəsi əsasında müəyyən etmək və ekoloji şəraitə dəyən zərərə qiymət vermək olar. Çünki belə yataqların ətraf mühitə təsiri.omların yerləşdiyi ərazilərdən (tundra,meşə-tundra,az mənimsənilən meşə zolaqlarında,açıq sahələrdə,dəniz və okeanların səthində)alınmış kosmik təsvirlərdədaha aydın görünür.(çəkil 11.1).
Meşələrin vəziyyətinin sahəsində MYZ məlumatları aşağıdakı məsələlərin həllində istifadə edilə bilər.
-meşə massıvlərinin kəsildiyi ərazilərin vəziyyəti və strukturunun müəyyən edilməsi;
-meşələrin və onların kəsildiyi sahələrin müəyyən edilməsi;
-meşələrin kəsilməsi zamanı icazə verilən sərhədlərin pozulması hallarının aşkar edilməsi;
-böyük həcmlisu axınlarıolan su hövzələri ətrafında və xüsusi qorunan ərazilərdə meşə örtüyünün azalmasına nəzarət olunması;
-meşə ehtiyatları həcminin müəyyən edilməsi;
Meşələrin və meşə ərazilərin sərhədinin müəyyən edilməsi;
-meşələrin yay strukturu və məhsuldarlıgının təyin edilməsi;
-meşələrin yanğın təhlükəsinin və meşə yanğınlarının və onların nəticələrinin müəyyən edilməsi.
Qeyd edək ki,meşə yanğınları ən təhlükəli fövqəladə hadisələrdən biri olub biosferin maddi və energetik balansına ciddi təsir edir.Belə hadisələrin vaxtında və operativ müəyyən edilməsi ən aktual məsələlərdən biridir. Məhz MYZ vasitələrini istifadə etməklə bu problem həll edilə bilər.Çünki meşə, o cümlədən digər yangın ocaqları MYZ vasitələri ilə alınan təsvirlərdə asanlıqla aşkar oluna bilir.
Tədqiqat ərazisinin təbii şəraiti və bitki formasiyaları. Azərbaycan şimal-qərb hissəsinə, Balakən, Zaqatala, Qax, Şəki, Oguz, Qəbələ və İsmayıllı rayonlarının inzibati ərazisi daxil olmaqla, sahəsi 1,25 milyon hektardır. Böyük Qafqaz silsiləsinin cənub ətəklərinin suayrıcı, yüksək və orta dağ əraziləridir və Alazan-Əyriçay vadisinə doğru aşağı enir. Relyefin yüksək meyilliyi (35-40°) parçalanmanın çox olması və s. ekzogen proseslərlə əlaqədar olaraq yamaclarda sürüsmə, uçqunlar baş verir, torpaq qatının quruluşu pozulur.
Böyük Qafqazın Cənub yamacının geomorfologiyasına aid akademik B.A. Budaqov (1969) geniş tədqiqat işləri aparılmışdır. O öz tədqiqatlarında həmin ərazidə dərələr və çökəkliklərdə delüvial - prolüvial, çay kənarlarında isə alluvial - prolüvial, çöküntülər yayıldığını göstərmişdir.
Böyük Qafqazın Cənub yamacı ərazinin torpaqəmələgətirən süxurları aşağı, orta, üçüncü və dördüncü dövr çöküntülərindən ibarətdir. Bu regionun dağlıq hissəsi gilli şistlerden ibarət oldugu halda dağ ətəyi hissəsi isə, təbaşir dövrünə mənsub əhəngdaşı və karbonatlı qum qatlarından ibarətdir.
Qranumetrik tərkibcə bu torpaqlar yüngül və orta gillicəlidir. Gil hissəciklərin miqdarı profil boyu aşağı qatlara getdikcə azalır. Humusun miqdarı üst qatda 3,3-4,3% arasında dəyişir. Aşağı qatlara getdikcə humusun miqdarı tədricən azalır. Bir metrlik qatda 0,8-0,9 %-ə çatır. Ərazinin torpaqları karbonatlardan yuyulmuşdur. pH miqdarına görə zəif qələvi xassəlidir. Profil boyu 7,6-8,3 arasında dəyişir.
Orta illik temperatur yuxarıdan dağ çəmənliklərindən aşağıya doğru 6-10% arasında artır: mütləq maksimum temperatur 35° S təşkil edir. Yağıntıların illik miqdarı1350-1440 mm arasında dəyişir. Nisbi rütubətlənmə 26,0-24,5 % arasında dəyişir.
Təbii obyektlərin spektral parlaqlığa görə təsnifi.
Məsafədən yerin zondlaması sistemləri obyektlərin elektromaqnit dalğalarını spesifik şəkildə, müxtəlif diapazonlarda əksetməsi, udması və şüalanması qabiliyyətinin analizinə əsaslanır. Obyektlərin əks etmə qabiliyyətini tədqiq etməklə, obyektə məxsus spektral parlaqlıq (SP) əsasında, obyektin həqiqi vəziyyətini xarakterizə edən parametrləri müəyyən etmək olar.
Elektromaqnit şüalanması spektrinin görünən oblastında təbii obyektlərin spektral parlaqlığa görə klassiktəsnifi Y.L.kirinov tərəfindən tərtib edilib və sonradan belə təsnif İQ-oblastda da aparılıb.
Bu təsnifə görə landşaftda olan bütün müxtəlif obyektlər dörd əsas sinfə bölünür və onların hər biri özlərinə məxsus spektral parlaqlıq əyrisi ilə xarakterizə edilir (şəkil 1).
Dostları ilə paylaş: |