İyun-2019 Mündəricat Giriş


Faktor-Qiymət bərabərliyi Nəzəriyyəsi



Yüklə 473,05 Kb.
səhifə12/26
tarix05.01.2022
ölçüsü473,05 Kb.
#111057
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
Faktor-Qiymət bərabərliyi Nəzəriyyəsi Faktor-Qiymət bərabrliyi nəzəriyyəsi,ölkələr arasında faktor hərəkətliliyi olmadan sərbəst ticarət yolu ilə faktor qiymətlərinin bərabərliyə doğru bir meyl göstərməsi ilə bağlıdır.İki ölkə müxtəlif faktor dərəcələrinə bağlı olaraq beynəlxalq ticarətin ortaya çıxması vəziyyətində,xarici ticarət,ticarətin həyata keçirildiyi əmtəələrin qiymətlərini bərabərləşdirmiyəcək,ama iki ölkənin nisbi faktor qiymətlərinin bir-birinə yaxınlaşmasına köməklik göstərəcəkdir.

Bundan əlavə,azad ticarət faktor qiymətlərini ancaq bu məhdudlaşdırıcı nəzəriyyələr altında bərabərləşdirməkdədir.



  • Ticarətin həyata keçirildiyi iki ölkəyə aid iki əmtəə də ticarəttən əvvəl və sonra istehsal olunmaqdadır.

  • İki ölkədə də eyni istehsal texnikologiyaları mövcuddur.

  • Ticarətin həyata keçirildiyi mallardan biri hər zaman əmək yönümlüdür.

  • İki istehsal faktoru da istehsalda istifadə edilməkdədir.

  • İstehsal faktorları arasında keyfiyyət baxımından bir fərq mövcud deyildir.

  • Faydalı faktor istifadəsində bir dəyişiklik olmamaqdadır.

  • Ticarətdə hər hansı bir məhdudlaşdırıcı əngəl yoxdur.

  • Nəqliyyat xərcləri sıfırdır.

  • Bütün bazarlarda tam rəqabət vəziyyəti mövcuddur.

  • İstehsal faktorları ölkələr arasında hərəkətsizdir.

Nəzəriyyəyə görə sərbəst ticarət vəziyyətində,hər ölkə daha çox sahib olduğu faktorun istifadə edildiyi malın istehsalında ixtisaslaşır və malı ixrac edər.Bundan əlavə daha az malik olduğu faktorlarla istehsal edilən malları isə idxal etməlidir.Beləliklə,İxracat,daha çox olan istehsal faktoruna tələb və beləliklə onun qiymətində artım,idxal isədaha qıt və bahalı olan istehsal faktoruna olan tələbin azalmasına və qiymətinin düşməsinə səbəb olar.Daha ətraflı desək xarici ticarət,ölkələrin daha çox sahib olduğu istehsal faktorunun qiymətini yüksəldərək və daha az sahib olduğunu faktorun qiymətini düşürdərək iki ölkə arasında faktor qiymətlərinin nisbi olara bərabərləşməsini həyata keçirər.

Lakin,həyatda xarici ticarətdə ölkələr arasında istehsal faktorlarının qiymətlərinin (ödəniş-faiz) bərabərləşmədiyi bilinməkdədir.Bunun səbəbi isə xarici ticarətə hökümətlərin müdaxiləsi,ölkərin istehsalda istifadə etdiyi texnologiyaların müxtəlifliyi,istehsal faktorlarının homogen olmaması,nəqliyyat xərcləri və.s sayıla bilər.




Yüklə 473,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin