İyun-2019 Mündəricat Giriş


Klassik xarici ticarət nəzəriyyələtinə olan tənqidlər



Yüklə 473,05 Kb.
səhifə10/26
tarix05.01.2022
ölçüsü473,05 Kb.
#111057
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
Klassik xarici ticarət nəzəriyyələtinə olan tənqidlər Əmək-dəyər nəzəriyyəsi baxış açısından tənqid edilmişdir.istehsal,xərc və dəyər tək bir faktorla açıqlanmışdır.Əmək faktoru eyni qabul edilərək,əməyin xüsusiyyətli və ya xüsusiyyətsiz olması və bunu xərclər üzərində olan təsiri nəzərə alınmamışdır.Sığorta və çatdırılma xərcləri nəzərə alınmamışdır.Klassik nəzəriyyə azalan səmərəlilik(artan xərclər) qanunun təsirlərini nəzərə almamışdır.

Heckscher- Ohlin Teorisi Adam Smith və David Ricardo modellərində,hər ölkənin öz texnologiyası,öz ekoloji şərtləri,öz ehtiyyatlarına sahib olduğunu söyləmişlər və sahib olan bu fərqli xüsusiyyətlərin millətlər arasında səmərəlilik fərqlərinin dəyişməsinə səbəb olduğunu bildirmişlər.Xüsusilə faktor səmərəliliyində fərqlər xarici ticarətin əsas səbəbi görülürdü.İgirminci yüzillikdə bir neçə iqtisadçı beynəlxalq ticarəti daha yaxşı izah etmək üçün yeni bir model hazırladı.İsveçli iqtisadçılar Eli Heckscher və Bertil Ohlin qarşılaştırılmalı üstünlüklər nəzəriyyəsinin əsas problemlərini aradan qaldırmaq və yeni bir baxış açısı üçün “Faktör Donatımı Teorisini” ortaya qoydular.Daha sonralar Paul Samuelson,onların əsas düşüncələrinə uyğun bəzi dəyişikliklər həyata keçirmişdir.

Eli.F,Hecksher,klassik qarşılaşdırılmalı üstünlüklər nəzəriyyəsinin tək istehsal faktorlu(əmək) və əməyin səmərəliliyindəki fərqliliklərdən dolayı ölkələrin bir bir ilə ticarəti həyata keçirdiyi əsas fərziyyələrə qarşı,1919 cu ildə yayımlanan “Gəlirlərin paylanmasında xarici ticarətin təsiri” məqaləsində yalnız əmək deyil digər bir istehsal faktoruna da toxunmuşdur.Ölkələr nisbi olaraq hansı istehsal faktoruna daha çox sahibsə o faktorun daha çox istifadəedildiyi malların istehsalı üzrə ixtisaslaşmalı,nisbi olaraq hansı istehsal faktoru daha az isə həmin istehsal faktorunun daha çox istifadə edildiyi malların idxalını həyata keçirməli olduğu və yalnız bu şəkildə qarşılıqlı ticarətin faydalı olduğunu söyləmişdir.Məsələn,A ölkəsində sərmaye nisbi olara bol,əməyin isə qıt olduğu faktordur,lakin,ticarət partnyoru olan B ölkəsində əmək nisbi olaraq bol,sərmaye isə qıt faktordur.Belə bir vəziyyətdə A ölkəsi istehsalda sərmaye faktoru daha çox istifadə edilən malları daha çox istehsal edib,əməyin daha çox tələb olunduğu malları idxal etməli.B ölkəsi isə bunun tam əksini həyata keçirməlidir.

Heckscher-Ohlin modelinin əsaslandığı əsas fərziyyələr aşağıdakı kimi açıqlana bilər.


  • Modeldə iki ölkə,iki növ homojen faktoru(əmək-sərmaye) və iki cür mal vardır.

  • İki ölkədə də eyni texnologiyadan istifadə edilməkdədir

  • Hər bir əmtəə istehsalında miqyasa görə damia gəlir qüvvədədir

  • Güclü faktor əsas götürülür.Yəni,bir əmtəədə həmişə bir faktor digərindən daha çox tələb olunmaqdadır.Məsələn; “Paltar və mator” paltar matora görə daha çox əmək tələb etməkdədir.

  • Heç bir ölkə sadəcə bir malın istehsalında ixtisaslaşmaz

  • Bütün mal və faktor bazarlarında tam rəqabət qanunları keçerlidir

  • Hər ölkə içində tam faktor hərəkətliliyi,ölkələr arasında isə hərəkətsizliyi baş vermekdedir

  • Dünya ticarətində heç bir əngəl,tarif və ya kvota yoxdur

  • Nəqliyyat xərcləri sıfırdır

Heckscher-Ohlin modelinin dayandığı dört önəmli nəzəriyyə var;Faktor Avadanlıqları Nəzəriyyəsi,Faktor-Qiymət Bərabərliyi Nəzəriyyəsi,Stolper- Samuelson Gəlirin Bölünməsi Nəzəriyyəsi və Rybczynski Nəzriyyələridir.


Yüklə 473,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin