Kanada qədim, orta əsrlərdə Yeni tarixdə



Yüklə 32,13 Kb.
tarix20.10.2022
ölçüsü32,13 Kb.
#118440
Kanada (Автосохраненный)1


Kanada qədim, orta əsrlərdə
Yeni tarixdə
Plan


  1. Avropa və Amerika tədqiqatlarında Kanada ərazisinin ilkin məskunlaşması yerli mənbələr və elmi tədqiqatlarda

  2. Avropalıların Kanada torpaqlarına ilkin gəlişləri

Yeni tarix

  1. Avropa müstəmləkəçilərinin kanadanı ələ keçirmək uğrunda mübarizələri

  2. Avroamerika siviliziasiyasının Kanada üçün təsirləri və nəticələri

Ədəbiyyat:

  1. Amerika tarixinin əsas cəhətləri Bakı 1998 (Azərbaycan dilində)

  2. Maksim Russo. Amerikada izlər Politru. Moskva 2017

  3. Anene Burke,Tomas Miqham. İlkin insanların Kanadaya gəlişi. Moskva 2017

  4. Apteker.Q.A. Amerika xalqının tarixi.Moskva 1961

  5. Qebler K. Bəşər tarixi: Amerika Kolumbun kəşfindən sonra. Moskva 2003

  6. Akimov E. Fransa Kanadası məsələləri. Moskva 2000

  7. Akimov E. Koloniyalar arasi konfliklerden imperiyalar döyüşünə: şimali amerikada fransız ingilis rəqabəti(1613- 1815)C.Peterburq 2002

  8. Tişkov V.A. Kolonial Kanadada azadlıq hərəkatı. 1987. Moskva

  9. Peyerson Reyerson S.B. Kanadanın əsaslanması, Kanada ən qədim zamanlardan 1815-ci ilədək. Moskva 1968




  1. Kanada ərazisində ilk yaşayış izləri haqqında arxeoloji, paleogeneoloji, epiqrafik, etnoqrafik, Antropoloji tədqiqatlara qədər müxtəlif fərziyyələr və baxışlar mövcud idi. Yazili qaynaqlar istisna olduğu üçün eyni zamanda yerli əhalinin öz məlumatlarına da ciddi yer verilmişdir. Hesab edilir ki, üç böyük okeanla əhatə olunmuş Kanadaya ilk qədim insan köçləri son buzlaşma dövründən (13-10 mln il bundan əvvəl) bəzi hesablamalara görə isə 26 mln il bundan əvvəl və sonra bu torpaqlara daxil olmuşlar. Onlar əsasən cənubi Asiyadan Berinq boğazından Alyaskaya, ordan isə əvvəlcə Şimali Amerikaya, daha sonra isə içərilərə qədər irəliləyərək məskən salmışlar.( Berinq nəzəriyyəsi)

Arxeoloji və naleogenetik tədqiqatlar yerli xalqların Ontario əyalətinin cənub hissəsində, yukonun şimalında 26500 il bundan əvvəl olmasını təsdiq edir. Paleohindu insanının Kanadada yaşayışının 2 ən qədim obyektləri Old Krou Flets və Blufiş mağaralarıdır. Kalvert adasında 13, 12,6 min il əvvələ aid 29 insan izləri qalıqların gil lövhələrdə aşkar edilmişdir. İnsan qrupları Kanada ərazisinə Alyaskaya Şərqi Sibirdən miqyasi ilə gəlmiş, burada köklü əhali ovçuluq, əkinçiliklə(irokezlər) məşğul olmuşlar. Hər bir regionda əhalinin mədəniyyət, dil xüsusiyyətləri olmuşdur. İbtidai din və inanc formaları-animizm, tetişizm, şamanizm yerli sakinlər arasında xüsusilə yayılmışdır. Kanada hinduları içərisində habelə 8 unikal saqa olmuşdur ki, bunlarda dünyanın yaranması, torpaq qəbilə üzvləri, ixtilaflar ölünün dirilməsinə aid məlumatlat əks edilir. Kanada aborigenlərinin sivilizasiyası özündə kənd və şəhər məskunlaşmasını, təsərrüfat formalarını, tarixi-ictimai və arxitektura abidələrini, sosial ierarxiyanı təcəssüm etdirir. Bu sivilizasiyalardan bəziləri ilk avropa məskunlaşmalarına qədər (15-17-ci əsrlər) yox olmuş, yalnız arxeoloji tədqiqatlarda(19-20-ci əsrlərdə) üzə çıxmışdır. Bəzi dəyərləndirmələrə görə, 1400-cü illərin sonunda 200 mindən 2 mln-a qədər onların sayı çatırdı. Avropalıların gəlişindən sonra infeksion xəstəliklərinin (qrip,çiçək, yatalaq) onlarla kontaktı nəticəsində rəqəmlərdə 40-80% qədər yerli əhali ölümlə üzləşmişdir. Kanadanın köklü xalqlarına hindular(quronlar), eskimoslar-oleutlar, irokezlər, metislər daxildir. Hindular spesifik təsərrüfatla məşğul olaraq ənənəvi sənətkarıq, ovçuluq, balıqşılıq, əkinçiliklə məşğul olmuş, geniş incəsənət və mədəniyyətə malik olmuşlar.Aborigenlərdə ictimai təsərrüfat, məişət, mədəniyyətdə ciddi dəyişikliklər baş verməmiş, orta əsrlər dövrü avropalıların gəlişinə qədər demək olar ki, saxlanılmışdır. Quronlar və irokezlər əsasən qarğıdalı, lobya, balqabaq, günəbaxan becərir, bundan başqa maral, suiti, balıq ovlamaqla eyni zamanda eyni zamanda ərzaq toplayırdı. Meşə zonası tayfaları ( mikmalar, montanyarlar,naskaplar, ocibvelər) alkonk dillərində danışır, vəhşi heyvan ovu üçün toplu razılığa gəlir və əldə edilənlər qəbilələr arasında bölüşdürülürdü.
Avropalıların gəlişinə qədər eskimos və hinduların sayı 100 mindən artıq olduğu hesab edilir. Onların sayının artımına bir sıra hallarda tayfalararası ziddiyyətlər, silahlı toqquşmalar və epidemiyalar mane olurdu. Hindu tayfaları içərisində assin boylar, atapasklar, kralar çöllərdə(preriyalarda) alkonkinlər,quronlar,irokezlər-meşələrdə, mikmalar, beotuklar-atlantik sahillərində, nutkalar,inklər sakit okean sahillərində yaşayırdılar. Onlar dövlətin olmadığı ibtidai icma quruluşunda hərbi sosial demokratiya münasibətində yaşayırdılar. Hətta şimali Amerika hindularında tayfa münasibətləri tam formalaşmamışdı. Bu hindu qəbilələri daha çox çay və göl ətrafında kütləvi olaraq kəndlərdə(Manikuaquan, Missisoqa, Stadakona, Xoçelaqa, Toronto, Oşava) oturaq həyata keçirərək təbii fəlakətlər üzündən bir sıra hallarda zəngin məskunlaşmamış ərazilərə köçürdülər. Hindularda tayfa birliyi və faydalı təsərrüfat vərdişləri formalaşmışdı. Onlar sərrast ovçular və balıqçılar olaraq təbiət resuslarından ehtiyatla istifadə edirdilər. Onların zəngin şifahi yaradıcıllığı qəribə idi. Onlar məhəlli xəritəni torpaq və qar üzərində çizirdi. Onlarda dini etiqad( başlıca şaman etiqadı) əsasında elementar hüquq normaları təşəkkül tapmışdır. Daha çox digər tayfalarla alkonkinlər isti münasibətlərdə(misal, irokez və quronlarla) idilər. Lakin bir neçə minilliklər eskimos və hindular icma münasibətlərindən çıxa bilmədi. İbtidai kənd dəyərlərinə əsaslanan bu sivilizasiyalar daha çox mühafizəkar xarakter daşıyırdı. Hindular mütəşəkkil olaraq təsərrüfat və icma münasibətlərində olmaqla əldə etdikləri məhsulu ibtidai icma quruluşu normalarına uyğun şəkildə mübadilə edirdilər və xüsusi mülkiyyət formalarına keçməkdə maraqlı deyildilər. Dinc yanaşı yaşamaq tayfalararası münasibətlərdə əsas prinsip götürülürdü. Eskimoslar sayca az olsalar da prinsipcə cəvur sülhsevər tayfalar idi. Ona görə də Avropa sivilizasiyaları ilə qarşılaşdırıldıqda geridə idilər.

  1. Avropalılar hazırkı Kanada hüdudlarına 10-11-ci əsrlərdə çatmışdı. Bunlar skandinaviyanın dənizçi və döyüşçüləri idi.(vikinqlər, normanlar, varyaqlar). Skandinav xronikalarında Eriko və Leyfin başçılığı ilə vikinq yürüşlərindən bəhs edilir, ikincinin öz dəstəsi ilə dəniz arxası Vinland ölkəsinə(Avropadan qərbdə) gəlişindən 19-cu əsrin ortalarına qədər mifik məlumatlar var idi; hesab edirdilər ki, vikinqlər kiçik taxtalardan düzəldilmış ibtidai qayıqlarla fiziki olaraq okeanı keçə bilməzdi. Faktik olaraq İslandiya və Qrenlandiya Viland hesab edilirdi. Lakin buralarda üzüm yetişmədiyindən Erik və Leyf haqqında saqa uydurma hesab edilir.

Yalnız 20-ci əsrin arxeoloji Norveç cə İsveç ekspedisiyaları baş verənlərin bərpasına şərait yaratdı; orta əsrlərin xronolojisi təsdiqini tapdı, ilk olaraq Kanadanın Atlantik sahilləri Nyufaundlenddə 11-ci əsr vikinqlərin qalıqları qazıntılarla aşkar edildi; Avropa mənşəli əmək vasitələri üzə çıxdı. Daha sonra norveçlilərin hazırki Kvebek və New Şotlandiyanın dənizətrafında yerləri tapıldı. Hazırda tam sübuta yetirilmişdir ki, Erik və Leyf real fiqurlar kimi faktik olaraq Amerikanın ilk daxil olanları, o cümlədən, Kanadanı kəşf edənlər olmuşlar. Onların dəniz yürüşləri 986-1020-ci illərə aiddir. Norveçlilərin dayaq məntəqələri Nyufaundlenddən bir neçə həftəyə yetişməli məsafədə yerləşən Qrenlandiya olmuşdur. Müasir alim və dənizçilərin Skandinav drakkarlarını naviqasiya sınağı vikinqlərin cəsur dənizçilik kefiyyətlərini üzə çıxardı. Üzümçülüyə gəldikdə isə klimatologiya müəyyən etmişdir ki, Şimal yarımkürəsi indikindən qədimdə daha çox Kanadanın Atlantik sahillərində kifayət qədər istilər olmuşdur və burada yabanı üzüm yetişəsi mümkün sayılmışdır. Vikinqlərin Şimali Amerikaya ekpediyisası əvvəlcə çox uğurlu olmuşdur. Normanlar əbəs yerə deyil ki, öz qorxazlığı,cəsurluğu və məqsədyönlülüyü ilə öyünürdülər. Qranit qayalar, fiordlar, sıx meşələr onlara şanslı Skandinaviyanı xatırladırdı. Norveç kolonistlərin buralara nüfuzu hətta Böyük Göllərin ətrafında aşkar edilmişdir. Lakin sonra onlar çətin maneələrlə üzləşmişlər. 12-13-cü əsrlərdən Şimal yarımkürəsində uzunmüddətli soyuqlaşmalar başlandı. Arktik əbədi buzlaqların sərhədləri və genişlənməsindən yaranan aysberqlər cənuba hərəkət edərək təhlükə yaratdı. Kolonistlərin tezliklə əvvəlcə Norveç, sonra isə Qrenlandiya ilə əlaqəsi kəsildi. Bundan başqa normanların Nyufaundlend eskimosları, hindularla New Şotlandda uyğunlaşa bilməməsi özünü göstərmişdi. Təsərrüfat və məişətdə qarşılıqlı yardım yarada bilən nigahlar baş vermədi. Nəticədə 14-cü əsrin ortalarında “şanlı leyfin” ardıcılları azalmağa və tükənməyə başladı, bu ərazilərin sonrakı inkişafında iz qoya bilmədi. 14-cu əsrin sonlarında Kanada sahillərində şotland feodallarından qraf Orkneyskinin səyahəti tufanla üzləşdi, gəmi uzağa qərbə hərəkət etdi. Yeni ərazini bu yolçular qədim yunan Akadinin şərəfinə Akadi adlandırdı. Alimlər güman edir ki, şotlandlar müasir Nyu-Bransuik sahillərdində olmuşlar. Vikinqlərdən fərqli olaraq Orkney naməlum torpaqlarda əsaslı qala bilməyərək geriyə döndü. Bu səyahət haqqında etibarlı mənbə azdır. Vikinqlərin sirli torpaqlarda olması barədə ehtimal ki, Kolumbda 1492-ci il səyahətində məlumat olmuşdur. Eyni zamanda Kolumbun Piri Rəisin əlində olan dəniz xəritəsindən istifadə etməsi də məlumat sırasındadır.


  1. Kolumbun kəşfi ilə avropalıların yeni dünyaya axını sürətləndi; bu Kanada tarixinə də ciddi təsir göstərdi. Növbəti axınlar hökumətin səlahiyyət verdiyi kapitanların başçılıq etdiyi yaxşı təhciz edilmiş donanmalar yerli torpaqların tədqiq və işğalına istiqamətlənmişdi. 16-cı əsr səyahətləri iqlimin istiləşməsi və Şimali Atlantikanın təbii şərtləri ilə asanlaşdı. Kolumbdan 5 il sonra ingilis kralı 7-ci Henrixə xidmət göstərən digər avropalı Covani Kabot 5 kiçik gəmi ekspedisiyası ilə şimal-qərbi yollar axtarışında Nyufaundlendə və qismən onun yuxari ərazilərinə çatdı. O zəngin balıq resusları aşkar etdi. Tezliklə o Şimali Atlantikada itkin düşdü. 1499-cü ildə yalnız bir gəmi geriyə qayıda bilmişdir. Güman edilir ki, Kabotun flaqman gəmisi qayalara çırpılaraq sıradan çıxıb. Kabot hazırki kanada dövləti ərazisinə rəsmi gəmi səyahət edən ilk səyyah idi. Nyufaundlend( yeni tapılmış torpaq) adını da o vermişdir. Lakin bu tapıntının ada yaxud materik olduğunu müəyyən edə bimədi. Avropalıların iştahası get-gedə artırdı. Eskimos və hindulardan onlar yaxınlıqdakı “böyük torpaq”-Saqeney, zəngin qiymətli daşların yeri haqqında öyrənirdilər. 1508-ci illərdə Kanadanın Atlantik sahilləri o zamanki dünya xəritələrində təhriflərlə yer aldı. İngilis kralı 7-ci Henrix bu məsələlərə ehtiyatla yanaşırdı. Bu zaman qüdrətinin zirvəsində olan Portuqaliya irəli çıxdı. Nyufaundlend və Labradorun tədqiqinə məhşur portuqal naviqatorlar Kartereal qardaşları(sonradan Şimal Buzlu okeanda xəbərsiz yoxa çıxdılar) oldu. Portuqal balıqçılar Nyufaundlend bankı quraraq sənaye qurdu, adada Portuqal bayrağı altında genişlənməyə başladılar. Lissabonla Madrid rəqabətdə idi-bask balıqçıları və himayədarları adanın birləşdirilməsi planını hazırlayırdılar. Az sonra mübarizəyə Fransa daxil oldu. 1534-cü ildə kral 1-ci Fransisk dövlət xəzinəsini doldurmaq məqsədi ilə britan dənizçi kapitan Jak Kartyeyə yeni dünyaya səyahət icazəsi(patent) verdi. Təcrübəli kapitan üç yaxşı silahlanmış donanmaya komandanlıq hüququ aldı. “Böyük Ermila”, “Kiçik Ermila”, “Ermilyon” ekspedisiya məqsədilə və qizil axtarışı ilə Saqeney ölkəsini gəzdi. Kolumbun kəşfindən bir neçə onil sonra Qərbi Avropada hələ də Asiyaya yolu tükənməz Amerika qitəsinin kəsdiyi başa düşülmürdü. Kartye cənub-şərqə hərəkət edərək qurunu böyük dəniz və adalarda kəsən ada tədqiq edir və buranı Müqəddəs İohann adlandırdı. Sonra dənizçilər çoxsulu çayların burnundan keçib bir neçə yüz mil yuxarıda böyük hindu kəndi Xoçelaqaya qalxdı. Fransız kapitanın səbirli davranışları hindularla toqquşmalardan uzaqlaşmağa və onlardan ölkənin içərilərində qizil və almazların yerini öyrənməyə imkan verdi. Hinduların köməyi ilə almaz nümunələri ələ keçirildi. Amerikanın 1500km içərilərinə ekspedisiya daxil oldu. 1534-cü ildə ərazini fransız kralının hakimiyyətinə aid edən fransız bayrağı və taxta xaçın qaldırılması çətinlik çəkmədən baş verdi. Kapitan və yoldaşları olduqları ölkənin adını bilmək istəyirdi. Hinduların yardımı ilə əlini üfüqə doğru uzadan Kartye onun adını öyrənmək istəsə də bu baş tutmadı. Hindu anlatımlarında avropalılara xas olan coğrafi, siyasi anlamlar mövcud deyildi. Hindular bu cür təsəvvürlərə malik deyildi; onlar olduqları torpaqları qum və ya buz üzərində çizərək bu ətrafları “Kanata” adlandırırdı. Kardye bu söz əsasında bu torpaqları Kanada adlandıraraq özü ilə götürdüyü nümunələrlə krala məlumat verdi. Qəbilələrarası ixtilafları aradan qaldıran 4-cü Henrix okeanın o tayında ekspansiyanı bərpa etdi. Hollandiya nümunəsində və onun idarə etdiyi imtiyazlı Ost-Hind kompaniyası 1603-cü ildə Syer de Mont(inzibatçı) və Semuyel de Şamplen(kartoqraf alim) ekspedisiyalarını fransız mülkləri ələ keçirməyi və bu əraziləri Fransa hakimiyyətinə tabe etdirmək tapşırığını verdi. Əhəmiyyətinə görə 3-cü ekspedisiyalarda coğrafiyaçı, dil-tərcüməçi Etyen Brül var idi. 15 il ərzində fransızlar əvvəlcə indiki ABŞ-ın şimal-şərq ştatlarını, daha sonra Akadiya(hazırki New Şotland və New Bransuiki ) araşdırdılar. Akadiya yumşaq iqlimi və çoxsaylı əlverişli buxtalarla fransızların xoşuna gəlmişdi. Burada 1605-ci ildə onlar ilk daimi avropa məskəninin əsasını qoydu və onu Port-Royal adlandırdılar(kral limanı). Bura Fransız donanmasının dayaq məntəqəsi oldu. Sonra onlar əvvəllər Kartyenin aşkar etdiyi çaya daxil olaraq onu yeni adla Müqəddəs Lavrenti adlandırdılar. Çayın yuxarısında okeana tökülən hinduların tərk etdiyi Stadakonda 1608-ci ildə xəz ticarəti düşərgəsini- hinduların Kvebek(çay yatağı)adlandırdığı məntəqəni saldılar. Faktoriyada (ekspansistlərdə) 28 kolonist qərarlaşmışdı. Əvvəlcə onlar taxta evlərdə, bir neçə illər sonra isə daş binaları(ikimərtəbəli və siqnal qülləsi ilə) özləri üçün inşa etdilər. Yerli tayfalar-quronlar, montanlar, ottavlarla ittifaq bağladılar. Hindu qəbilələri fransızlarla xəz dəri əldə etməkdə maraqlı idilər və torpaqlarda bələdçilik edirdilər. Şamplen və Brül vikinqlərdən sonra Avropa torpaqlarında içərilərə qədər nüfuz edən ilk avropalılar idi. Yerlilərin bələdçiliyi ilə onlar çayla Müqəddəs Lavretidən digər çayla Ottavaya, yükdaşıyanlarla birlikdə Böyük Göllərə çataraq Corcen-Beyaya qədər irəlilədilər. Axtarışlar tez-tez hinduların-quron və montaneylərin izokezlərlə savaşı ucbatından ləngiyirdi. Belə toqquşmaların birində Şamplen iki irokez başçısını güllələdi. Digərlərində isə Brül meşədə hindulara əsir düşərək ritual qaydada cəzalandırıldı. Avropa odlu silahının gücü azsaylı fransızlara qələbə qazandırdı. Fransaya növbəti monarx 13-cü Lüdoviqin zamanı qayıdan Şamplen “Yeni Fransanın” mötəbər xəritəsini dərc etdirsə də bu kapitan Kartyenin xoşuna gəlməmişdi. 1618-ci ildə kral şurasında Yeni Fransa hesabatında Şamplen bu torpaqların kolonizasiyası, geniş iqtisadi-aqrar sənaye perspektivləri barədə öncədən əldə etdiyi proqnozları təqdim etdi. Hükumət bu məsələyə yalnız 1627-ci ildə münasibət bildirdi. 1927-ci ildə kardinal Rişelye hökuməti tacirlərə “yeni Fransa”kompaniyası yaratmağı əmr etdi. Şamplen orada səlahiyyətli kral nümayəndəsi təyin edildi. Ən azı 300 nəfərlik koloniya özü ilə aparılmalı idi. Kvebekə Reşelye kiçik qarnizon göndərdi. Metropoliya hökuməti bununla uzaqgörən alimin layihəsini təsdiq edərək ona qoşunla yardım etdi. Lakin birbaşa maliyyə yardımı ayırmadı və koloniyanın aqibətinə görə məsuliyyət daşımırdı.

Yeni Fransa koloniyası məmurları və koloniya leytenantı Kvebekə çatmamış 1628-31-ci illərdə ingilis-fransız müharibəsi baş verdi. İngilislər Nyufaundlend qubernatoru Kirkin başçılığı ilə (fransızlar onu pirat adlandırmışdı) yolda açıq dənizdə fransız donanmasını ələ keçirdi. Sonra onlar yeni Fransaya çıxaraq Kvebeki ələ keçirərək Fransa metropoliyası ilə əlaqəni kəsdi. Fransızların durumu Brülün İngilislər tərəfinə keçməsi ilə daha da çətinləŞdi. 1929-cu ildə kiçik qoşunları Şampleynin taqətsiz qornizonunu təslim etdi. Yeni Fransa La Roşelye və Biskay Avropa körfəzlərindəki fransız silahları ilə xilas edildi. Sülh şərtlərinə görə Kirk tutduğu əraziləri tərk etdi; maliyyə sui-istifadəsi motivi ilə Nyufaundlenddən geri çağrılaraq həbs edildi. Brül qarnizonunun mülkü “Quroniyaya” qaçdı(ehtimal ki orada hindular onu öldürdü) . 1635-ci ildə Şamplen azad edildi və koloniyaya başçılıq etdi. Lakin xəstəlik buna imkan vermədi. 1642- ci ildə kapitan Pol-de Mezonnex onun şərəfinə hinduların Xoçelaqi şəhərində Monrealın əsasını qoyuldu. Əhali çox ləng artırdı, 1942-ci ildə Yeni Fransada(Akadiya daxil) 300 fransız yaşayırdı. Bunlar əsasən əsgərlər, xəz tacirləri, keşişlər idi. 1660-ci illərə doğru əhalinin sayı 2,5 minə çatdı. Bu Amerikanın İspan, Hollandiya, İngiltərəninkindən xeyli az idi. Ona görə də ingilislərin Massaçusts və Hollandların Nyu-Yorkda mövqelərindən azsaylı koloniyaları ələ keçirə biləcəklərindən ehtiyat edirdilər. Hətta Atlantikadan Böyük Göllərədək geniş ərazilərdə ticarət kapitalı da yetərsiz idi. Yavaş inkişaf edən Fransız burjaziyası hollanlar və ingilislər qədər pul resuslarına malik deyildi. Belə zamanda kral 14-cü Lüdoviqin naziri-inzibatçı, iqtisadçı Lan Kolber Yeni Fransanın birbaşa hökumətin idarəsinə verilməsinə(1663) israr etdi. Kolber və tərəfdaşları kolonial hökumət təşkilatı yaradılmasında ərazinin təhlükəsizliyini görürdü. Koloniyaya kral məmurları-notarius, vergi toplayanlar, məhkəmələr, prokurorlar, torpaq qurucuları başda qubernator və intendantla birlikdə daxil olurdu. Onun hakimiyyəti təkcə monarx hakimiyyəti ilə tabelik qaydada məhdudlaşırdı. Qubernator koloniyaların xarici münasibətlərinə rəhbərlik edir, orduya sərəncam verir, xilaskarları çağırır, o yerli qaydada Kvebeke bu məlumat tanınmış torpaq sahibi, zabit, Monreal senyoru titulu daşıyan Pyer Buş tərəfindən çatdırılırdı. Kolber və tərəfdarları Yeni Fransanın təhlükəsizliyinin möhkəmlənməsi, kolonial idarə fəaliyyətinin təşkili üçün çox iş gördü. Buraya müntəzəm təkcə ticarət gəmiləri deyil, habelə hərbi donanma gəlirdi. Nizamlı silahlı qüvvələrin zabitləri, o cümlədən generallar gəlirdi. İntendent qubernatora tabe olmaqla məmur idarəçiliyinə inzibati qaydada nəzarət edir, ali kolonial şuraya başçılıq edir, sərəncamlar verirdi. Bütün hallarda müstəmləkəyə görə bütün məsuliyyət qubernatora düşürdü. Müstəmləkələrə 8-10 min kişi göndərilirdi. Qadınlar isə buraya gəlmək istəmirdi, yalnız subaylar və dul qadınlar gəlirdi,burada onların təhsilinəə uyğun şərait yaradılmamışdı. Kolonist kişilər hindu qadınlarla qarışıq nigaha dini qaydalar əsasında daxil oldurdu. Təmiz hava, saf su, fiziki əmək sayəsində doğum halları artırdı. Qarışıq nigahlarla frank, kvebeklərin genetik fondu xeyli zənginləşdi. Hindularla əlaqələr genişlənirdi. Yerlilər kolonistlərdən tüklü şuba, papaq, makasin alıb geyinməyi əxz etdilər. Fransız kanadalıları artıq özünü yerli hesab edir,hətta hindulardan və ingiliscədən bəzi sözləri işlək dilə gətirdilər. Roma papasının məxfi göstərişi ilə missoner Laval yeni Fransada xristian dinini yaymağa başladı. 18-ci əsrin ortalarında gənc montanlar, quronlar, moxaiklərin müəyyən qismi katolikliyi qəbul etdi. 1663-cü ildə Kvebek ruhani seminariyası təsis edildi, zamanla qərb yarımkürəsində ilk universitetə çevrildi. Lakin kilsə elmi mədəniyyətin inkişafına maneə idi. Koloniyaya aid “ Yeni Frananın tarixi və ümumi təsəvvürlər” kitabı həmin fransızlar tərəfindən 1744-cü ildə metropoliyada nəşr edildi. 99% kənd əhalisi olan koloniya dəmirçiliyə, dənizçiliyə, meşəçiliyə, dülgərliyə və s. meyilli olub əqli əməyə maraqlı deyildilər. Koloniyada praktik sahibkarlıq yox idi. Yalnız 18-ci əsrdə Qavur, Ruan, Sen-Malo və Bardodan olan bəzi xırda və orta tacirlər Yeni Fransada qərarlaşdı. Onlar hindulardan şubalar alıb metropliyada satırdı. Sənaye gəmi tikintisi və təmirindən əlavə mövcud deyildi, banklar, maliyyəçilər yox idi-ancaq natural kənd təsərrüfatı mövcud idi. Meşəqırma və gəmi tikintisi yalnız 18-ci əsrin ortalarında meydana gəldi. Bundan əlavə pivə və silahqayırma sexləri meydana gəldi. Ölkəyə sənaye məhsulları gətirmək üçün anqlo-amerikan kolonistlərindən yükdaşıyan gəmilər alırdılar. Nyufaundlenddən Böyük Göllərə və Ohayoya qədər geniş ərazidə torpaq fondunun cəmi 5%-i istifadə edilirdi. Kvebeki Monreala bağlayan tək yol ancaq 1735-ci ildə çəkildi.
Portuqaliya və İspaniyanın Hollandiyanın zəifləməsi ilə Britaniya fransızların əsas rəqibinə çevrildi. 1613-cü ildə onlar Akadiyaya güclü zərbə endirdi. 1621-ci ildə isə İngilis kralı 1-ci Yakovun hökuməti Akadiyaya rəsmi iddia etdi. İlk ingilis-şotland məskunları Vilyam Aleksanderin başçılığı ilə özünü göstərdi. 1679-cu ildə 2-ci Karl London tacirlərinə şimal-qərbi Labrador və Böyük Göllərdə onların öz xahişi ilə suveren hüquqlar verdi. İmtiyazlı Qudson kompaniyası öz qoşunu, donanması, pul buraxması ilə hindular və eskimoslar üzərində təsir əldə etdi. Onun agentləri Şm. Yeni Fransanın sərhədlərində qərarlaşaraq onun bəzi rayonlarına iddia etdi. 18-ci əsrdə bu kompaniya Şm.Amerikaya ingilis kapitalının daxil olmasının əsas subyekti oldu. Kompaniyanın agenti Radisson ingilis rəsmilərindən də dəstək alaraq kompaniyanın fəaliyyətini koordinə etdi. 1749-cu ildə anqlo-amerikan işbazlar daha bir il içərisində Virciniya torpaq sahibləri Corc və Lourens Vaşinqton qardaşlarının olduğu Ohaya kompaniyasını payçı olmaqla qurdu. Onlar Atlantik okeanında Men və Vermont sahillərini tutub cənubdan fransızlara təhlükə yaratdı. Artan gərginlik onlar arasında 18-ci əsrdə 3 böyük müharibənin olmasına gətirib çıxardı. İspan mülkləri uğrunda 1701-13-cü il müharibəsi yeni Fransanın şimal-şərq hissəsi Hundson körfəzini və Akadiyanı əhatə edirdi. 1710-cu ildə xırda toqquşmalardan sonra Port-Royalla birlikdə Akadiyanın böyük hissəsini ələ keçirdi. Fransızlar isə 1708-ci ildə Nyufaundlenddə Britaniyanın Bonavista məntəqəsində Sent-Consu tutaraq Müqəddəs İohan adasında Por-le-Rua limanını qurdu. 1740-48-ci illərdə Avstriya vərəsəliyi uğrunda müharibədə amerikan(ingilis) koloniyalarının zərbələrini dəf edərək Levrenti çayının sərhəd rayonlarını xarabalığa çevirən fransızlar Akadiyanı qaytarmağa çalışdı. 1745-ci ildə Massaçusets və Kennektikutadan quruya çatan ingilislər Luisbur qalasını fransız komandan Veryeri mühasirəyə almaqla tutdu. Axen sülhü ilə Luisbur Fransızlara qaytarılsa da yediillik müharibədə 10 minlik fransızı Markiz Jorj de Tresi, qraf Lui de Frontenak belə fəaliyyət göstərirdi. Onun başçılığı ilə Kvebekdə hərbi baza yaradıldı, sonradan marşal Sebastyan Voban qalası tikdirildi: bu Kvebeke açar oldu və Amerika Qibraltarı oldu. Belə tikililər Hollandiya və İngiltərə müstəmləkələrində yox idi. Növbəti ingilislərlə müharibədə (1689-97) ingilis desant eskadrası yenidən Müqəddəs Lavrenti çayını keçib Kvebekə hücum etdi(1690). Möhkəm özünümüdafiə dəstələrinin köməyi, musket və torpaqlardan sərrast müdafiə ilə düşmən darmadağın edildi. 17-ci əsrdə irokezlərin ingilis qubernator və Massaçusets, Nyu-York, Pensilvaniya müstəmləkələrindən aldıqları odlu silah ilə fransızların mütəffiq birlikləri darmadağın edildi, kəndlər yandırıldı, əhali qılıncdan keçirildi, keşişlər diri-diri yandırıldı. 1701-ci ildə irokezlər fransızların quron tayfalarının da yardımı ilə döyüşlərdən sonra qubernatorla sülh bağladı: hücum etməmə haqqında razılaşsalar da qubernator onlara heçnə vəd etmədi. İrokezlər cənub-şərqə Ohayo vadisinə geri çəkildilərvə ingilislərin mütəffiqi olaraq davam etdilər. Quron qəbilələrinin yardımından istifadə edən fransızlar irokezlər üzərindəki son qələbə ilə yeni dünyada geniş təsir qazandılar. Yeni Fransanın missioner və tədqiqatçıları Atlantik sahillərini ələ keçirən ingilis rəqiblərini qabaqlayaraq 18-ci əsrin birinci yarısında Amerika materikinin dərinliyinə nüfuz edib Yuxarı Göllərdən zirvə dağlaradək, cənubda Missisipi və Meksika körfəzinin subtropik ərazilərinə qədər gəlib çatmışdı. Sonralar 10 Amerika ştatı yerləşən geniş ərazilər 1700-ci ildə kral Luiziananın şərəfinə əldə edildi. Yeni dünya xəritəsində de Trua(sonradan Detroyton), San Lui, Port Düken, Frontenak, Baton- Ruj, Yeni Orlean təşəkkül tapdı. Bu işlərdə başda zabitlər Pyer de La Verendre, onun oğlu Lui Jozef xeyli zəhmət çəkmişdilər. Fransızların qarşısında inkişaf üçün faydalı perspektiklər olsa da “Axilles dabani” əhali çatışmazlığı kəskin qarşıda dururdu. Bu dövrdə Fransa metropoliyasında Avropada ən sıx 20 mln. təbəə ilə qarşıda dururdu. Lakin krallığın 96%-i əhalisi 12-18-ci əsrlərdə torpağa təhkim edilmiş asılı kəndlilər olub mükəlləfiyyət ödəyirdi. Doğrudur, bu katolik ölkəsində bir neçə yüz min quqenotlar( protestant) katolik çoxluqla gərgin münasibətdə idi. Onlar okeanın o tayına getməyə razı idilər. Onların gəlişi yeni dünyada məzlum və azsaylı avtoxonlara nəfəs verə bilərdi. Lakin 14-cü Lüdoviqin sarayında iqtisadi deyil, ideoloji təsəvvürlərə yer verilirdi. Quqenotlar şübhəli, düşmən element sayılırdı. Ona görə də onlara koloniyalara köç qadağan edilmişdi. Katoliklərdən isə sərt şərtlərdə öz vətənindən ayrılıb öz vətənindən uzağa getmək arzusu yox idi. Yeni dünyada insan potensialını artırmaq məqsədi ilə 500 fransız(16 yaşlarında), 7 min əsgər, min cinayətkar məhbus aparıldı ki, onların rəyini soruşan olmurdu. 14-cü Lüdoviq çağrışlarla köç edən zadəganlara torpaq vəd etdi. Bu çağırışa Bretona və Normandiyadan cəmi 200 xırda zadəgan qoşuldu. Yeni ərazilərə köç edənlər asılı kəndliləri də özləri ilə aparırdı, onlar senyorlar, kəndlilər asılı icarədarlar adlanırdı. Bu torpaqlarda senyorial sistem yaradıldı. Hər senyora kral göstərişi ilə 7,5 ha torpaq sahəsi kəsilib verilirdi. Asılı kəndlilər biyar və töycü ödəyirdi, yerinə yetirmədikdə cismani cəza alırdılar. Hər icarədara 30 ha torpaq verilirdi, onlar bu torpağı meşədən və alalardan təmizləməli, boş vaxtlarında yollar salınmasında, ot biçilməsində iştirak etməli idilər. Cəmi 200-250 ailələrdən kəndlər yaradılırdı. Hər icarədar 16-60 yaş arası hər il 2-3 ay hərbi təlim keçərək hərbi mükəlləfiyyətli sayılırdı. Nizami qoşun rəsmi müharibə elan edildikdə metropoliyadan gətirilirdi. Asılı icarədarlar üçün mükəlləfiyyətlər metropoliyada olduğundan daha sərfəli idi. Onlar icarə haqqını daha az və yeri gəldikdə natura ilə ödəyə bilərdi. Artıq qalan vəsaitlə əlavə torpaq sahəsi ala bilərdi. Çaylar və göllər balıqla dolu idi. Lakin onlar savadsız olub barmaqla sayırdı. Habelə yarımqaranlıq yaşayış yerlərində heyvanlarla birlikdə yaşayır, təsərrüfata uyğun geyimlər istifadə edirdilər. Bu cür icma-kollektiv əlaqələr fransız Kvebek cəmiyyətində 20-ci əsrin ortalarına kimi saxlanmışdı.
İngilislərlə müharibədə zəif düşmüş əhali Kvebek və Luizianada qərarlaşdı. Fransanın diqqət vermədiyi Qalifaks buxtası Şm.Amerikada Britaniya hərbi limanına çevrildi. 1760-cı ildə Britaniya kolonistlərinin sayı 2 mln. çatdı. Hərbiləşmiş Kvebek qubernatorlarının Quronlarla ittifaq haqqında Benjamin Franklin göstərirdi: “ Nə qədər ki, Fransa Kvebekə sahibdir, bizim 13 koloniyamızda dincliyimiz olmayacaq”. Şimali Amerikada hərbi əməliyyatlar 1754-cü ildə müharibə elan edilməsiylə qüvvətləndi. Volter(Şm. Amerikadakı ingilis qubernatoru) açıq bildirirdi: “Amerikadakı atəş səsləri bütün Avropada müharibəyə gətirib çıxardı”. Ontario gölündəki yeni Fransız eskadra donanması Nev Englend və Virciniyada general Eberkrombinin Fort-Karilyonda döyüşlərdə qoşunu ilə 4 min itki versə də Massaçusetsdə strateji üstünlük qazandı. Kiberon limanı dəniz döyüşündə 20 min peşəkar əsgərlə möhkəmlənən ingilislər qalib gəldi. 1759-cu ildə bununla Fransanın yeni Fransa ilə əlaqəsi kəsildi. İngilis-amerikanların say tərkibi artdığı üçün Yeni Fransada 17 minlik fransız səfərbərliyi keçirdi. Luisburun qurudan və dənizdən bombardman edilməsindən sonra “Amerika Qibralteri” dağıldı və ingilisburu ingilislər tutdu. Fransız qubernator- baş komandana tabe olmayan leytenant Monkaln 1,3 min itki verərək 4,5-5 minə bərabər qüvvələr olsa da ingilislərin Kvebek ətrafında Karilyon və Monmoransi yaxınlığında üstünlüyü ilə fransızların ümidini tükətdi. 1762-ci ilə doğru Nyufaundlenddə desant çıxan ingilislər Sent-Consu da keçirdi. Nev Franse ingilislər tərəfindən işğal edildi. 1763-cü il Paris sülh konfransında fransızlar Vest-İndiananı qaytarmağı tələb etsələr də ingilislər əvvəlcə Kvebeki qaytarmaq istədilər, lakin kral 15-ci Lüdoviq Britaniya xeyrinə Nev Fransaya olan hüquqlardan imtina etdi. Qərb yarımkürəsində 80 min əhali İngiltərə, Şotlandiya, İrlandiya kralı 3-cü Georqun təbəəsinə çevrildi. İngilis general Emxerst əvvəlcə baron, sonra isə ferdmarşal rütbəsinə yüksəldildi. İngilis dəniz səyyahı Ceyms Kuk Akadiya və Nyufaundlendin xəritəsini çəkdi. Nəşriyyat işi, sahillərdə mayak, ticarət və nəqliyyat gəmilərinin gediş-gəlişi nizama salındı. 1793-cü ildə Fort-York(indiki Toronto), Kinqston, Niaqara-on-Leyk, 1796-cı ildə Fort-Eri salındı. Asiyaya şimal-qərb yolu üçün sakit okean sahillərində Britaniya Kolumbiyasını yaratdılar.

  1. 19-cu əsrin birinci yarısında Müqəddəs Lavrenti çayı üzərində Atlantikadan Böyük Göllərə qədər olan kanal tikintisi işi sürətləndi. Britaniya qubernatoru Ceyms Morrey və xələfi Qay Karlton yerli əhaliyə qarşı da dinc-bərabər hüquqlu siyasət həyata keçirirdi. Londonun müstəmləkə siyasətində ingilisləşdirmə siyasəti keçirilirdi. Müqəddəs İohann adası Prins Eduard Luisbur Keyp-Breton, Nev-Şotland-Nyu Bransuikə yeni koloniya köçürüldü. 1774-cü ildə Kvebekin daha yaxşı idarə edilməsi üşün Britaniya hökuməti “Kvebek Aktı” qəbul etdi. Akt Kvebeklilərin dini, əmlak hüquqlarını təsdiq edir, fransız əhalinin buradakı hüquqlarını tanıyırdı. Aktla Luiziana Kvebekə birləşdirildi. Bu Amerika inqilabını yaxınlaşdırdı. 1774-cü ildə Ohayo vadisində ingilisdilli kolonistlər və Britaniya əsgərləri arasında, sonra isə 13 koloniya arasında döyüşlər meydana çıxdı. Amerikanlar Riçard Montqormeri və Arnold Benedikt başçılığı altında noyabrda Monrealı azadlıq şüarı altında tutdu və geniş əməliyyat meydanı ortaya çıxdı. Saratoqa döyüşündə qələbədən sonra 13 koloniyanın komandanı Corc Vaşinqtron fransızların Bostona eskadra göndərərək Kanadanı qaytarmaq tələbini rədd etdi. İngilis general Karlton hərbi əməliyyatlarda dönüş yarada bilmədi. 1783-cü ildə Paris sülhü ilə Britaniya Kvebek, Yeni Şotlandiya, Prins Eduard, Nyu Bransuiki saxlasa da 13 koloniyanın müstəqilliyinə razılıq verməyə məcbur oldu. Amerikanlarla ticarət qadağan edildi. Qudsonov kompaniyasının hüquqları tanındı. Kanadada Kvebek və Nyu-Bransik, Yeni Şotlandiya əhalisi 10-20 minə qədər artdı. Onlardan yarıyaqədəri general- Karlotonun məsləhəti ilə Britaniya koloniyalarına göndərildi. Onlar əsas etibarı ilə plantatorlar, tacirlər, hüquqçular, ruhanilər idi. Buralarda torpaq məsələsi ortaya çıxmışdı. Prins Eduard adalarında loyalistlər Britaniya parlamenti ilə 3-cü Georqa müraciət edərək vergidən imtina etdilər. 1791-ci ildə konstitusiya aktı verildi. 5 ingilis koloniyası başda general-qubernator olan Britaniya Şimali Amerikası adlandırıldı. Hər koloniya öz qubernatoruna, ikipalatalı qanunverici orqan, seçki sistemi və məhkəmə sisteminə malik olurdu. Kvebek Ottava çayı boyu Yuxarı və Aşağı Kanada əyalətlərinə bölünürdü. Yuxarı Kanada və Prins Eduard ingilisdillilərin əksəriyyəti olduğundan qubernator və assambleya tərəfindən torpaqlar pulsuz istifadəyə verilirdi. Aşağı Kanadada(fransızdilli) bu prinsip mütləq qaydada deyildi. Müqəddəs Lavrenti vadisində feodal hüquqlarla senyorial sistem saxlanılırdı. Sərbəst torpağın üçdə biri kral və anqlikan kilsəsinə aid edilmişdi. Aşağı Kanadada katolik hüququ saxlansa da anqlikan kilsəsi hər ikisində imtiyazlı durumda idi. 1794-cü ildə Fransa respublikası diplomatiyasının təsiri ilə Müqəddəs Lavrentidə antikolonial loyalistlərin müdafiə etdiyi həyəcanlar baş verdi. 18-ci əsrin sonu Britaniya adalarında kütləvi immiqrasiyalar baş verdi: bunlar müflis fermerlər, torpaq maqnatları,sənətkarlar idi ki, sənaye inqilabında əmək haqqından məhrum edilmişdilər. Şotland, irlandiya mənşəli imkanlı ailələrdən mayorat hüquqlu öz vətənindən sıxışdırılanlar da bu sırada idi. Tədqiqatçı kolonizatorların Vankuver, Dandas, Tompsan və b. Şimal-qərbdə ingilis və frankokanadalılar hindu adlarını-Atabask, Vinnipeq, Kolyari, Monitoba, Ontario, Saskaçevan, Yukon və s. Yer adları saxlanılmışdı, qarışıq Noranda-Şimali Kanada xəritəyə salınmışdı. İmmiqrasiya Kanadaya yeni iqtisadi struktur gətirdi, dəniz və okean balıqçılığı, taxıl təsərrüfatının yeni texnologiya ilə istifadəsi baş verdi, hətta xarici bazara da çıxarıldı. Müstəmləkə təsərrüfatı getdikcə çoxşaxəli hala gəlməkdə idi. Yeni Şotlandiya və Aşağı Kanadada zəngin şam, küknar, palıd meşələri gəmiqayırma və mebel sənayesinin inkişafını təmin etdi. Fransız immiqrantlar isə daha çox Avropa, Vest-İndia, Seneqal və nadir halda Kvebekə köçürdü. 19-cu əsrin 30-40-ci illərdinə kanadadan dəri şubalar, meşə məhsullarə və taxıl sürətlə eksport edilir və xeyli mənfəəat gətirirdi. Nəticədə elm və mədəniyyət sürətlə inkişaf edirdi. Yuxarı Kanadada Toronto və Kinaston kimi şəhərlər salınırdı, nəşriyyat( “Monreal qəzeti”, “Le Kanadyen”) buraxılır, Qalifaksda 1774-cü ildə “Akadius” pyesi səhnələşdirildi, 1827-ci ildə Tomas Makqill ilk ingilisdilli Monreal universitetini açdı. Bir çox “Kanadyenlər” meşəqırıntı, kağız fabriklərində Vermont və Mendə çalışırdı. Əhalinin sosial vəziyyəti durmadan Avropa kolonistlərinin fəaliyyətinin təsiri ilə inkişafla yaxşılaşırdı. Bununla belə Britaniyanın buralarda öz nüfuzunu qoruyub saxlamaq, möhkəmlənmək, amerikanların ABŞ-a yeni ərazilər qatmaqla güclənmək üstündə 1812-15-ci ildə başlanan hərbi əməliyyatlar 1846-ci ildə Qayalı dağlardan Sakit okean sahillərinədək sərhədlə müəyyən edildi. 1840-cı ildə Aşağı Kanadada Kanada əyaləti yaradıldı. 1848-ci ildə üsyan nəticəsində daxili idarə təsis edildi. 1854-cü ildə Kanadada daxili müstəqillik təsis edildi.

Yüklə 32,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin