100-Valinin qƏlbini ƏlƏ almaq
Səhl ibni Hunəyf İslamın ilk müxlis müsəlmanlarından və Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləmin ən yaxın silahdaşlarından biri sayılırdı. O bütün müharibələrdə o Həzrətin hüzurunda düşmənlə vuruşaraq Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən sonra Əli (əleyhissalam)-ın xəttində də hərəkət edirdi. Səhl İmam Əli (əleyhissalam) tərəfindən Fars əyalətlərinə vali və fərmandar təyin olunmuşdu. O, Eləcə də bir müddət Mədinənin fərmandarı vəzifəsində də çalışmışdı. Əli (əleyhis-salam) öz ordusu ilə Mədinədən Qasitlər və Nakəslərin müharibəsinə hərəkət etdiyi zaman Mədinədə öz canişini qoymuşdu.
O 38-ci Hicri ilində Siffeyn müharibəsindən sonra Kufədə dünyadan köçmüşdü. İmam Əli (əleyhissalam) onun ölümündən bərk narahat olmuşdu və Hunəyfin cənazəsinə beş dəfə namaz qılmışdı. (yəni hər dəfə yeni cəmiyyət gəldiyindən namazı təkrar qılmağa məcbur idi. Həzrət Əli (əleyhissalam) bu zaman buyurdu: “Əgər buna yetmiş dəfə belə namaz qılsam, yenə də layiqdir...”
O ənsar başçılarından Osman ibni Hunəyfin qardaşı və Əvs sülaləsindən sayılırdı.
Kufədə olan İmam Əli (əleyhissalam)a bir qrup adamın Mədinədən Şama gedərək Müaviyəyə qoşulması xəbəri çatdıqda Mədinənin fərmandarı olan Səhl bu vəziyyətdən çox narahat və mütəəssif oldu. Bu vaxt İmam Əli (əleyhissalam) Səhlə bir məktub yazdı. Bu məktubu fərmandar ürəyini ələ almaq üçün yazılan bir namə kimi də adlandırmaq olar. Əli (əleyhissalam) bu məktubda belə yazmışdı. Mənə məlumat çatıb ki, o diyarın camaatından bəzisi gizlin halda Müaviyənin yanına qaçmışlar. Bu barədə heç də təəssüflənmə, habelə bir qrup öz hami və silahdaşlarından itirdikdə, əsla fikirləşmə. Onlar üçün yalnız bu kifayətdir ki, düz yoldan azğın yola düşüblər ki, bu da sənin sakitləşməyin üçün tutarlı bir əsasdır. Onlar dünya-pərəst olduqlarından dünyaya doğru sür”ətlə yüyürmüşlər, bir halda ki, ədaləti yaxşı başa düşüblər. Onlar bilirlər ki, bizim hökumətimizdə bütün camaat eyni hüquqa malikdir. Onlar bu bərabərlikən öz mənafeləri naminə boyun qaçırmışlar.
“And olsun Allaha onlar ədalətə qovuşmamışlar. Biz ümidvarıq ki, Allah bu yolda çətinlikləri bizim üçün həll edərək səhmansızlıqlara səhman verəcək.”
Bu minvalla Əli (əleyhissalam) öz fərmandarının qəlbini ələ alaraq, nəinki, bir qrup cəmiyyətin yoldan dönməsinin qarşısını almaqda zəiflik göstərmədi, hətta onu qəlbə təskinlik verən bir əsas saydı. Çünki onlar adi və təbii surətdə müqəddəs İslam cəmiyyətindən uzaqlaşmışdılar. Beləliklə onların bu uzaqlaşması nəticəsində cəmiyyət onların murdar vücudundan təmizləndi.
101-Xain iCra haKiminin tƏnbeh olunmasI
Münzir ibni Carude Əbdi böyük ərəb şəxsiyyətlərindən və Əbdül-Qeys qəbiləsindən sayılırdı. Atası (Carud) əvvəllər məsihi idi, 9-cu hicri ilində bir dəstə adamla Mədinəyə gəlib İslamı qəbul etmiş, sonra isə Bəsrədə yaşayaraq kafirlərlə müharibədə İran torpağında şəhadətə yetişmişdi. Münzir Həzrət Əli (əleyhissalam) tərəfindən İslam ölkəsi nahiyələrindən birində icra hakimi təyin edilmişdi. Buna baxmayaraq o beytül-mala xəyanət edib saysız-hesabsız hədiyyə və bəxşişlərlə öz qohum qardaşına əl tuturdu.
Bu xəbər Əli (əleyhissalam)-a yetişdikdə İmam (əleyhissalam) bu sifarişi onun üçün göndərərək onun həbs olunmasını əmr etdi.
Atanın ləyaqətli olması, məni sənə qarşı xoşbin və qafil etdi. Belə güman edirdim ki, sən də atanın yolu ilə gedəcəksən (pərhizkarsan), lakin birdən mənə xəbər verdilər ki, sən nəfsani həvəslərin dalınca düşüb öz axirətin üçün bir şey qoymamısan. Sən öz dünyanı abad etməklə axirətini viran qoyursan. Belə ki, öz qohumlarına qovuşmaq naminə öz dinini əldən veribsən. Əgər sənin barəndə mənə çatan xəbərlər düz olsa, qohumlarının dəvəsi və ayaqqabının bağı səndən yaxşıdır. Sənin kimi bir adam nə sərhəd qorumağa layiqdir, nə icra edilməsi işləri öz öhdəsinə götürməyə qüdrəti ola bilər nə də öz hörmətini yuxarı aparmağa ləyaqəti olmaz.
“Allahın istəyi ilə bu məktubum sənə çatdıqda durmadan yanıma gəl.”
102-Əli (Əleyhissalam)-In rƏbbani alimƏ nƏsihƏt
Abdullah ibni Abbas Abdül Mütəllibin oğlu həm Peyğəmbərin həm də Əli (əleyhissalam)-ın əmisi oğlu sayılırdı. Bəni-Haşim Şebe Əbu Talibdə mühasirədə olduqları vaxt (yəni besətin 7 və 8-ci ili) həmin Şebdə (Məkkədə) dünyaya gəlmiş təqribən hicri 71-ci ilində 75 yaşında Məkkədə də dünyadan köçmüşdü.
O, Quran müfəssiri olub Əli (əleyhissalam)-ın ləyaqətli şagirdlərindən eləcə də İslamın böyük alimlərindən hesab olunurdu. Onun Peyğəmbər xanidanına böyük məhəbbəti var idi. O, dünyadan köçən zaman Məhəmməd ibni Hənəfiyyə (Əli (əleyhissalam)-ın oğlu) deyirdi:
“Bu gün bu ümmətin İlahi alimi dünyadan köçdü.”
Ölüm yatağında olarkən bu sözləri tez-tez təkrar edirdi. İlahi! Diriyəm o, əqidəyə ki, Əli (əleyhissalam) onunla diri idi və ölürəm o əqidə ilə ki, o dünyadan getdi. Bu sözləri söylədikdən sonra canını tapşırdı.
Qeyd etmək lazımdır ki, Cəməl mühari-bəsindən sonra İmam Əli (əleyhissalam) Abdullah ibni Abbası Bəsrənin fərmandarı təyin etmişdi. Əllamə Xoyi özünün “Nəhcül-bəlağə”dəki şərhində yazır.
İslam genişləndikdən sonra vergi və bəzi İslami qənimətlər sel kimi Hicaza axmağa başladı. Əshablardan bəziləri mal toplayıb yığmağa hərisləşdilər. İmam Əli (əleyhis-salam) onlara nəsihət edərək bu işdən çəkinmələrini söylədi. Həzrət Əli (əleyhis-salam) bununla əlaqədar olaraq ibni Abbasa aşağıdakı məzmunda belə bir məktub yazdı:
Sən Allah tərəfindən təyin olunmuş əcələ toxuna bilməzsən (yəni qarşısını ala bilməzsən). Sənin ruzin olmayan bir şey sənə qismət olmayacaq.
Bil ki, dünya iki gündür. Bir günü sənin xeyrinə. İkinci günü isə sənin ziyanınadır. Bil ki, dünya dəyişilən və yenilik əmələ gətirən bir evə bənzəyir. Dünyadan sənin üçün təyin olunan şey sənin sorağına gələr, nə qədər aciz olsan belə o şey ki, sənin ziyanınadır gec-tez o da sənin yaxanı tutacaqdır nə qədər qüvvətli olsan belə. Daha başqa bir yerdə belə buyurur:
Açıq üzlə camaatla davran və ədalətli mühakimə yürütməklə onlara bax. Qəzəb və kindən uzaq ol, bil ki, kin şeytanın bir nümunəsidir.24
İmam bu nəsihətlə hətta böyük məzhəbi şəxslərə belə xəbərdarlıq etdi ki, məbada camaatı təhqir edib ümumi-mala əl uzadalar. Məbada dünyadan qafillik onların qürurunu artıra və məbada öz ətəklərini dünyaya bulaşdıralar. Dünyanı özlərinə hədəf sanalar. Əksinə, dünyanı axirətə və ali mənəvi hədəflərə körpü edib istifadə etsinlər.
Dostları ilə paylaş: |