Keçəl İsmayıl və şeytan



Yüklə 0,52 Mb.
səhifə10/31
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#52713
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
Qıllıcanın nağılı

Biri var imiş, biri yox imiş, bir kişi ilə bir arvad var imiş. Günlərin bir günündə arvad xəstələnir, kişini yanına çağırıb vəsiyyət edir:

- Mən öləndən sonra evlənmək istəsən, mənim paltarım kimə yaraşsa, onu da alarsan.

Arvad öləndən sonra kişi kənd-kənd axtarır ki, arvadının paltarı kimə yaraşsa, onu alsın. Amma, paltar heç kimə yaraşmır. Günlərin bir günü kişi evə gələndə görür ki, qızı arvadının paltarını geyinib paltar yuyur. Həm də paltar qıza çox yaraşır. Atası qızına təklif etdi ki, ananın vəsiyyətinə görə, sən mənimlə evlənmisən. Qızı narazı olduğu halda kişi bunu heç yana buraxmır. Qız bilmir nə etsin. Atasına deyir:

- İcazə ver, gedim su gətirim.

Ata qızı qaçmasın deyə belinə ip bağlayır. Qız səhəngi götürüb suya gedir. Gedərkən həyətdəki keçi dərisini də özü ilə götürür. Bir az uzaqlaşdıqdan sonra ipi səhəngə bağlayıb, keçi dərisi geyinib qaçır. Qız az gedir, çox gedir, gəlib bir xanımın küllüyünə çıxır. Orada bir az oturur. Bu zaman xanımın qulluqçuları kül tökməyə gəlirlər. Qulluqçular nə qədər edirlərsə Qıllıca küllükdən çıxmır. Onlar gəlib xanıma xəbər verirlər ki, küllükdə bir Qıllıca var. Xanım əmr edir:

- Gedin onu mənim hüzuruma gətirin.

Qulluqçular Qıllıcanı xanımın hüzuruna gətirirlər. Xanım Qıllıcadan soruşur:

- Sən kimsən?

Qıllıca ağlayıb deyir:

- Mənim heç kimim, kimsəm yoxdu. Bir işiniz olsa sizin yanınızda işləyərəm.

Xanım ona qaz otarmağı təklif etdi. Qıllıca razılaşdı. Hər gün qazları otarmağa aparırdı. O qazları otaran vaxtda qazlar arıqlamağa başlayır. Bunu görən xanım oğluna deyir:

- Ay Məhəmməd, Qıllıca qazları otarmağa başlayandan bəri qazlar arıqlayıb. Get, onu izlə.

Məhəmməd Qıllıcanı izləməyə başlayır. Bu zaman görür ki, qız dəridən çıxıb, çimməyə başladı. Qaz­lar da elə Qıllıcaya tamaşa edir. Məhəmməd Qıl­lıcanın gözəlliyinə heyran qalır. Axşam evə gəlir, anasına deyir:

-Mənim yeməyimi Qıllıca ilə göndərərsən.

Anası deyir:

-Ay oğul, etmə-eləmə, Qıllıcanın qılı yeməyinə düşər, vurub öldürərsən.

Məhəmməd əl çəkmir, anasını razı salır. Axşam Qıllıca gələndə qaravaşlar yeməyi hazırlayıb Qıllıcaya verirlər. O, yeməyi Məhəmmədin otağına aparır. Anası gözləyir, amma Qıllıca gəlmir. Nökərləri gön­dərir ki, Qıllıca niyə gec gəldi? Nökərlər gedəndə görürlər ki, Məhəmmədin otağında bir gözəl oturub, bu gözəlin gözəlliyi otağa işıq salır. Tez gəlib xanıma deyirlər:

-Otaqda bir gözəl var, Aya sən çıxma mən çıxım, günə sən çıxma mən çıxım deyir.

Nəhayət, Məhəmmədlə Qıllıca evlənir və onların iki oğlu olur. Bunlar şən-şəlayən yaşayırdılar.

Günlərin bir günü qızın atası axtara-axtara gəlib bunlara çıxır. Ata qızını xoşbəxt gördükdə hiyləyə əl atmalı olur. Qız da atasını tanıyır və Məhəmmədə yalvarır:

- Bu kişini qonaq saxlama.

Məhəmməd isə qızın sözünə məhəl qoymur və kişini qonaq saxlayır. Kişi gecə qalxıb uşaqların başını kəsib, qanlı bıçağı qızın cibinə qoyur. Sabah duranda görürlər ki, uşaqlar qalxmır. Baxırlar ki, uşaqların nənnisi qanla doludur. Kişi təklif edir ki, qanlı bıçaq kimin cibindən çıxsa, onun gözlərini ovsunlar. Axtaranda bıçaq qızın cibindən çıxır. Mə­həm­məd qəzəblənib ananın göz­lərini ovub oğlanları ilə birlikdə aparıb meşəyə atırlar. Həmin vaxt göydən üç göyərçin uçdu. Göyərçinlərdən biri dedi:

- Gözü kora bax, kora.

O birisi dedi:

- Başı kəsiyə bax, başı kəsiyə.

Digər göyərçin isə dedi:

-Gəlin bir lələk çəkək onlar sağalsın.

Göyərçinlərin hərəsi bir lələk çəkdi, onlar sağal­dılar və burada yaşamağa başladılar. Günlərin bir günü Məhəmməd vəzir, vəkilini götürüb ova çıxır. Bir qədər gəzib dolandıqdan sonra ov edirlər. Mə­həmməd etdikləri ovu vəzirinə verib deyir:

- Apar bu ovu tüstü gələn yerdə bişir, gətir.

Vəzir daxmaya tərəf gedir. Gedəndə görür ki, daxmada bir gözəl əyləşib, yanında da bir cüt oğlu. Vəzir xanıma yaxınlaşıb əti bişirməsi üçün icazə alır. Sonra ocağı toplayıb kabab bişirməyə başlayır. Xanım o qədər gözəl idi ki, vəzir gözünü ondan çəkə bilmirdi. Qız gördü ki, kabab yanır, üzünü vəzirə tutub dedi:

- Ey oğlan, baş kəsənin başı kəsilsin, göz ovanın gözü ovulsun, üzünü çevir kababın yandı.

Vəzir gəlib bu sözləri Məhəmmədin yanında deyir. Məhəmməd bu sözləri eşidib deyir ki, mən bu axşam o evdə qonaq qalmalıyam. Onlar gedib həmin xanımın evində qalırlar. Uşaqların hərəsinin narıncı və turuncu var idi. Bunlar yatdıqdan sonra qız uşaqları öyrədir ki, Məhəmmədin ayaqqabısının birinin içinə narıncını, birinin içinə isə turuncunu qoysunlar. Uşaq­lar belə də edirlər. Anası onlara tapşırır:

-Sabah tezdən duranda deyərsiniz ki, ana mənim narıncımı ver, ana mənim turuncumu ver.

Uşaqlar sabah tezdən duranda ana­ları­nın öyrətdiyi kimi deyirlər. Qız deyir:

-Gəlin axtaraq, kimdən çıxsa, oğru odur.

Uşaqlar axtarıb narıncı və turuncu Məhəm­mədin ayaqqabısından tapdılar. Bu zaman qız deyir:

- Gəlin bunun gözlərini ovaq, aparaq bir meşəyə ataq.

Bu zaman Məhəmməd başa düşdü ki, bunlar onun arvadı və uşaqlarıdır. Məhəmməd arvadını və uşaq­larını aparır, qırx gün qırx gecə yenidən toy edir, şən və şəlayan yaşayırlar.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin