fərqlə ki, məndən sonra peyğəmbər yoxdur».
Görəsən, sizcə, bu qədər əhli-sünnət üləmasının (onların çox az bir qisminin
adlarını zikr etdim) bu hədisi həzrət Peyğəmbərin (s) səhabələrindən bir çoxuna
istinad edərək nəql etmələri hədisin mütəvatir olduğuna dair dəlil deyilmi?!
Görəsən, bu anda bu hədisin xəbəri-vahid olduğunu söyləməklə xəta etdiyinizi və
mütəvatir hədislərdən olduğunu qəbul edirsinizmi?! Çünki mühəqqiq alimləriniz
də bu hədisin mütəvatir olduğunu iddia etmişlər.
185
Məsələn; Cəlaləddin Siyuti «Risalətul-Əzharil-Mütənasirəti fi Əhədisil-
Mütəvatirə» və «İzalətul-Xifa və Qurrətul-Əyneyn» kitablarında bu hədisin
mütəvatir olduğunu təsdiq etmişdir.
Bu hədisin sənədinin səhihliyi haqqında adətiniz üzrə şəkk etdiyiniz üçün
böyük alimlərinizdən olan Məhəmməd ibn Yusif Gənci Şafeinin «Kifayətut-Talib
fi Mənaqibi Əli ibn Əbi Talib» kitabının VII bölümünə müraciət etməniz yaxşı
olar. O, həzrət Əlinin (ə) digər üstünlüyünü də bildirən altı hədis nəql etdikdən
sonra 149-cu səhifədə öz nəzərini bildirməklə həqiqətləri bəyan etmişdir. Əgər
sözlərimizi qəbul etmirsinizsə, bu Şafei aliminin sözləri Höccəti sizə tamamlayır.
O, belə yazır: «Bu hədis səhihliyinə görə böyük alimlərin ittifaq etdiyi
hədislərdəndir».
Böyük alim və hafizlərdən Əbu Əbdullah Buxari «Səhihi-Buxari», Müslim
ibn Həccac «Səhihi-Müslim», Əbu Davud «Sünnəni-Əbu Davud», Əbu İsa Tirmizi
«Came»sində, Əbu Əbdürrəhman Nəsai «Sünəni-Nəsai» və İbn Maccə Qəzvini
«Sünəni-İbn Maccə» kitabında bu hədisi nəql etmiş və bütün bu alimlər məzkur
hədisin səhihliyi haqqında ittifaq etmişlər. Hakim Nişaburi də «Bu, təvatür həddinə
yetişən bir hədisdir» demişdir.
Belə güman edirəm ki, bu hədisin səhihliyi və mütəvatir olduğuna dair olan
şübhələri aradan aparmaq üçün əlavə dəlil gətirməyə ehtiyac yoxdur».
Hafiz: «Gətirdiyiniz bu səhih və etibarlı dəlillər qarşısında təslim oluram.
Mən o qədər imansız və inadkar deyiləm. Amma böyük alim və mütəkəllim olan
Əbul-Həsən Amudi dəlillərlə bu hədisi rədd etmişdir. Lütfən, bunun üzərində bir
az düşünün».
Dəvətçi: «Sizin kimi insaflı bir alimin əhli-sünnətin ümumisinin qəbul etdiyi
böyük alimlərdən gətirdiyim dəlillər qarşısında Amudi kimi şərli, əqidəsiz və
namazı tərk edən birinin sözlərinə diqqət etməsi, həqiqətən, məni təəccübləndirir».
Şeyx: «Bəşər əqidəsini bildirməkdə azaddır və bir nəfər əqidəsini bildirərsə
onu ittiham etmək doğru deyildir! Hələ sizin kimi əxlaqlı bir alimin məntiqli cavab
vermək əvəzinə, bir fəqihi pis sözlərlə ittiham etməsi çox çirkin bir şeydir!».
186
Dəvətçi: «Yanlış buyurdunuz. Mənim heç kimə bir pisliyim yoxdur,
Amudiylə də eyni dövrdə yaşamamışam. Amma onun yanlış əqidə sahibi olduğunu
sizin böyük alimləriniz nəql etmişlər».