Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə33/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   29   30   31   32   33   34   35   36   ...   314
2 5290018709182616340

İBRAHİM MÜCAM 
 
Seyid  Əmir  Məhəmməd  Abidə  gəlincə,  o  da  kənara  çəkilib  ibadətlə  məşğul 
olur.  Beləcə,  təbii  əcəli  ilə  dünyadan  köçür.  Çox  dəyərli  övladları  varmış.  Elm, 
zöhd,  vərə  və  təqva  baxımından  onların  hamısından  ən  üstün  olanı  ayıqlıqda 
Əmirəl-möminin  Həzrət  Əli  (ə)  kimi  şəxsiyyətin  salamının  cavabı  iftixarına  nail 
olan və buna görə də «Mücab» ləqəbiylə məşhur olan seyid İbrahim Mücabdır. 
Seyid  İbrahim  Mücab  dəyərli  atasının vəfatından  sonra  mütəhhər  cədlərinin, 
xüsusən  mübarək  məzarı  yeni  tapılan  və  o  zamanda  böyük  bir  şöhrətə  yol  açan 
                                                 
1
  Qətləğ,  qədim  türk  dilində  «böyük»  deməkdir.  Qədim  zamanlarda  padşah  tərəfindən  bəzi  hakim  və  böyüklərə 
«Qətləğ» ləğəbi verilirdi. Bu səbəbdən Monqollar İranda qələbə çaldıqdan sonra Oqtay, «Qətləğxan» ləğəbin onlara 
qarşı müxalifət etməyən Atabək əzəm Muzəffüruiddin Əbubəkr ibn Sədi Zəngiyə verdi. Seyid Əlauiddinin məzarını 
yad edən Qətləğ xan, Məmun tərəfindən fars valisi olan və imamzadələrlə döyüşən Qətləğ xan deyil. 
2
 Şiələrin Qumdakı Həzrət Məsumənin (ə.s) ziyarətinə getdikləri kimi, Şirazdakı Rəsulallahın (s) nəvəsi olan 
imamzadənin də ziyarətinə getmələri yaxşı olardı. Onları ziyarət etmək böyük savabdır.  


 
39 
Həzrət  Əlinin  (ə)  qəbrini  ziyarət  etmək  üçün  o  müqəddəs  ziyarətgahlara  doğru 
hərəkət edir». 
Hafiz:
 
«Əmirəl-möminin  həzrət  Əlinin  (ə)  (kərəməllahu  vəchəhu)  məzarı  o 
zamana qədər necə imiş ki, yüz əlli ildən sonra kəşf oldu?». 
Dəvətçi: «Əmirəl-möminin həzrət Əlinin (ə) şəhadəti Müaviyənin xilafəti və 
bəni-Ümməyyənin azğınlığı zamanında vaqi olduğuna görə, Həzrətin vəsiyyəti ilə 
onun  mübarək  cismini  gecə  ikən,  gizli  bir  şəkildə  dəfn  etdilər.  Hətta  qəbrin 
üzərində bir əlamət belə qoymadılar. O həzrətin (ə) əshab və övladlarından çox az 
hissəsi  dəfndə  iştirak  etdilər.  Ramazan  ayının  25-ci  gününün  səhəri  vəziyyətin 
düşmənlərə  şübhəli  olması  və  həzrətin  (ə)  qəbrinin  yerini  bilməmələri  üçün  iki 
məhməl
1
  bağlayıb  birini  Mədinəyə,  digərini  də  Məkkeyi-müəzzəməyə  doğru 
göndərdilər.  Bu  səbəbdən  həzrətin  (ə)  mübarək  məzarı  uzun  illər  gizli  qaldı.  O 
həzrətin  (ə)  övladları  və  məxsus  əshablarından  başqa,  heç  bir  kəs  İmamın  (ə) 
qəbrinin yerini bilmirdi». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin