ALLAH-TƏALANIN GÖRÜLMƏSİNİN MÜMKÜN
OLMADIĞINA DAİR DƏLİL VƏ HƏDİSLƏR
Dəvətçi: «Cənabali, siz hədisin sadəcə bir cümləsini qeyd etdiniz. Ağaların
icazəsilə hədisi tam şəkildə söyləyim, o zaman sizin kifayət qədər cavabınız
verilmiş olar. Bu hədisi siqətul-İslam əzəmətli Şeyx Məhəmməd ibn Yəqub
Kuleyni (q.s) «Üsuli-kafi»nin «Tövhid kitabı»nın babında və hörmətli Şeyx Səduq
Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babaveyh Qummi (q.t),
«Tövhid» kitabının «Allahı görmə əqidəsinin ibtalı» (batilliyi) babında haqq və
natiq olan Məhəmməd (ə) oğlu imam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql
edirlər: «Yəhudi bir alim Əmirəl-möminin həzrət Əlinin (ə) yanına gələrək, «Ey
Əmirəl-möminin! Allaha ibadət etdikdə Onu görürsənmi?» soruşdu. Həzrət Əli (ə):
«Görmədiyim Rəbə itaət etmərəm» buyurdu. «Necə görürsən?» soruşanda İmam
(ə) belə buyurdu: «Gözlər Onu görməz, fəqət qəlblər iman nuruyla Onu görürlər».
Əmirəl-möminin həzrət Əlinin (ə) bu cavabından belə anlaşılır ki, Allahı
cismani olan bu maddi gözlə görmək mümkün deyildir. Ancaq qəlb gözüylə
mümkündür. Bu məna «Lən» kəlməsindən anlaşılır. Çünki məlumdur ki, «Lən»
ədatı əbədi nəfy ədatı üçün istifadə olunur və bu ayədə, «Gözlər onu görməz»
əvvəldəki ayəni təkid edir. Yəni dünya və axirətdə qətiyyən Allah-təala heç bir
şəkildə görülməyəcəkdir.
Əqli və nəqli dəlillər bu mənanı ortaya çıxarır. Şiənin böyük alim, mühəqqiq
və müfəssirlərindən başqa, Qazi Bəyzavi və Carullah Zəməxşəri kimi böyük
alimləriniz öz təfsirlərində Allah-təalanın görülməsinin əqlən imkansız olduğunu
vurğulamışlar. Kim Allah-təalanın istər bu dünyada olsun, istər axirətdə,
görülməsinə inanırsa, Allah-təalanı öz əhatəsində qərar vermiş və Onun zatı üçün
cismaniyyəti qəbul etmişdir. Çünki maddi cism olmazsa, maddi gözlə onu görmək
mümkün olmaz. Belə bir inanc tamamilə küfrdür. Çünki böyük alimlərimiz bunu
öz təfsir və elmi kitablarında zikr etmişlər. Bu mövzu üzərində bəhs etmək
imkanımız olmadığına görə, onlardan bəzi cümlələri şahid ərz etdik.
100
Etibarlı kitablarınızda qeyd edilmiş yalan, uydurma və xurafat sözlərə gəlincə,
misal olaraq iki hədisin xülasəsini möhtərəm ağaların şiə kitablarındakı açıqlaması
və təvili mümkün olan bəzi xəbəri-vahidləri irad tutmamaları üçün nəql edirəm».
«Sitz «Səhihi-Sittə»ni, xüsusilə «Səhihi-Buxari» və «Səhihi-Müslim»i vəhy
olan bir kitab kimi təsəvvür edirsiniz. Ricam, təəssübdən uzaq olub, bir az insaf
gözüylə, bu qədər ifrata getməməniz üçün bu hədislərə baxmanızdır.
|