Китабын ады


Halbuki, vahid Allahdan başqa heç bir Tanrı yoxdur



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə110/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   106   107   108   109   110   111   112   113   ...   314
2 5290018709182616340

Halbuki, vahid Allahdan başqa heç bir Tanrı yoxdur». 
 
XRİSTİANLARIN ƏQİDƏSİ 
 
Bu ayə xristianların Nəsturiyə, Milkaiyə və Yəqubiyyə kimi firqələrinə aiddir. 
Onlar da bu inancları bütpərəstlərdən və məcusilərdən götürmüşlər. (Müəllif Tənir 
Biyruninin  «əl-Bəsniyyətu  fid-diyanətin  –  nəsraniyyə»  kitabına  müraciət  edin.) 
Qısaca desək, xristianlar da bütpərəst və məcuslər kimi müşrükdirlər. Çünki üç əslə 
inanırlar.  
Başqa sözlə desək, onlar üluhiyyətin Allah, Məryəm (ə.) və İsanın (ə) arasında 
ortaq olduğunu söyləyirlər. Onlardan bəziləri Allah, İsa (ə) və Ruhul-Qüsdün ayrı-
ayrı ilahlar olduğu inancındadırlar. Deyirlər Ki, başlanğıcda ilahlar üç idilər: Ata, 
oğlu və Ruhul-Qüds. Sonra bu üçün bir araya gəlib, Məsih oldular.  
Şübhə  yox  ki,  əqli  və  nəqli  dəlillərə  görə,  bu  anlamda  belə,  bir  ittihad 
imkansız və batildir. Hətta vücudu vacib olanın zatı xaricindəki varlıqlar üçün belə 
imkansızdır. Bu səbəblə, yuxarıda söylədiyimiz ayənin sonunda belə buyurur: 
«O tək bir İlahdan başqa ilah yoxdur». 
Yəni  bir  olan  Allahdan  başqa,  ibadətə  layiq  heç  bir  varlıq  yoxdur.  O,  xalis 
vəhdaniyyət mahiyyətlidir.  


 
110 
2.  Sifətlərdə şirk 
Allah-təalanın elm, hikmət, qüdrət, həyat və başqa bu kimi sifətlərini, qədim 
və  Onun  zatına  zaid  (yəni  zatın  xaricində)  bilmək,  sifətlərdə  şirk  anlamına  gəlir. 
Əbülhəsən  Əli  ibn  İsmayıl  Əşəri  Bəsrinin  davamçıları  olan  Əşərilərin  etiqadı 
belədir.  Böyük  alimlərinizdən  Əli  ibn  Əhməd  ibn  Həzəm  əz-Zahiri  «Fəslin»  IV 
cüzünün, 207-ci səhifəsində və məşhur filosof Əndülüslü İbn Rüşd Məhəmməd ibn 
Əhməd  «Əl-Kəşfu  ən  mənahicil-ədilləti  fi  əqaidil-milləti»  kitabının  58-ci 
səhifəsində  Allahın  sifətlərinin  zaid  (zatından  əlavə)  və  qədim  olduğuna 
inandıqlarını yazmışdır.  
Belə isə, əgər bir kəs Allahın sifətlərini Onun uca zatının xaricində olduğunu 
qəbul edirsə, yəni Allahı alimiyyət, qadiriyyət, hikmət, həyat və bu kimi sifətlərlə 
vəsfləndirir və bunları Allah-təalanın zatının özü olaraq bilməzsə, müşrikdir. Çünki 
qədimlikdə  Onun  üçün  bənzər  və  bərabər  edilmiş  olar.  Halbuki,  Allah-təalanın 
zatının xaricində heç bir şey qədim deyildir. Allahın sifətləri Onun zatının özüdür. 
Məsələn,  şəkər  və  şirinlik,  yağ  və  yağlılıq  kimi;  şəkərdən  şirinliyi,  yağdan  da 
yağlılığı  ayırmaq  mümkün  deyildir;  şirinlik  və  yağlılıq,  sonradan  şəkər  və  yağın 
zatına  qatılan  şeylər  deyillər.  Allah-təala  daha  başlanğıcda  onları  şirin  və  yağlı 
olaraq yaratmışdır. Şəkərdən şirinliyi, yağdan da yağlılığı ayıra bilsək, artıq o, yağ 
və şəkər olmayacaqdır.  

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin