I Diaqnostikanın mahiyyəti və metodları
Məktəbli şəxsiyyətinin mənəvi inkişafı məsələlərinin həllində tərbiyə işlərinin pedaqoji-psixoloji diaqnostikaya əsaslanması mühüm əhəmiyyət kəsb edir. Çünki müasir inkişafın təsiri ilə mənəvi dəyərlərdə dəyişikliklər sürətlənir, bəşəri mədəniyyət və əxlaq tərbiyə prosesinin məzmununu, məqsədini, strategiya və texnologiyalarını müəyyən edir.
Diaqnostika – təlim-tərbiyə prosesinin gedişi və nəticələri barədə məlumat əldə etməyin ümumi üsulu-qaydasıdır.
Pedaqoji diaqnostika təhsilin bütün mərhələlərində aparılır və pedaqoji prosesin məzmunu və nəticələri, həmçinin iştirakçıları, şərtləri və məzmunu barədə dəqiq məlumat almağa imkan verir.
Təhsilin ayrı-ayrı mərhələlərində pedaqoji diaqnostikanın xüsusiyyətlərinə təsir edən amillər bunlardır:
təhsilin səviyyəsi;
təhsil müəssisəsinin xüsusiyyəti;
təlim forması;
təhsilin məzmunu;
təhsil prosesinin təşkili, vasitələri, şərtləri və funksiyaları.
Pedaqoji diaqnostikanın ənənəvi nəzarət qaydalarından fərli xüsusiyyətləri vardır:
diaqnostik fəaliyyətin məzmunu, təşkilatı və metodik vahidliyi;
diaqnostikanın tərkib hissələrinin kompleks xarakteri;
diaqnostikanın nisbətən müstəqillik xüsusiyyəti;
təlim-tərbiyə prosesinə daha yaxşı təsir göstərmək imkanları.
Pedaqoji diaqnostika sisteminə aiddir:
Dostları ilə paylaş: |