Kurs: I fənn: Pedaqogika


Azuşaqlı və ya təkuşaqlı ailələrin sayının artması



Yüklə 298,36 Kb.
səhifə204/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   200   201   202   203   204   205   206   207   ...   242
Azuşaqlı və ya təkuşaqlı ailələrin sayının artması. Bu amilin meydana çıxması və intişar tapmasının əsas səbəbləri, bizcə, bunlardır:

  • yuxarıda göstərilən birinci amil - yəni cəmiyyətdə mövcud olan iqtisadi və sosial çətinliklər. Həmin çətinliklərdən çıxış yolunu gənc ailələr hər şeydən əvvəl, uşağın sayını azaltmaqda, əksər hallarda isə bir uşaqla kifayətlənməkdə görürlər. Belə valideynlər «uşağın ruzisinin özündən qabaq gəlməsi»nə inanmaq istəmirlər.

  • gənc valideynlərdə çoxuşaqlı ailənin üstünlükləri barədə kifayət qədər biliyin olmaması. Çoxuşaqlı ailələrin azuşaqlı ailələrə nisbətən müxtəlif üstünlüklərindən yalnız birini göstərməklə kifayətlənirik. Məhəmməd Peygəmbər (s.ə.s.) buyurub: “İnsanlar öz qardaşları ilə bərabər qüvvətlidirlər”. Atalar əbəs yerə «Güc birlikdədir”, “Tək əldən səs çıxmaz”, “Güc bir olsa, zərbi kərən sındırar, el bir olsa, dağ oynadar yerindən”, “Birlik harada, dirilik orada”, “E1 giıcü, sel gücü” deməmişlər. Düzgün ailə tərbiyəsi görmüş uşaqların hər biri azca böyüyən kimi valideynin köməkçisi, ailənin qoruyucusu, müdafıəçisi, gəlir gətirəni, əməkçisinə çevrilir ki, bu da ailənin və həm də gələcəkdə bütöv bir xalqın mövcudluğu deməkdir.

    Azuşaqlı ailələr üçün xarakterik cəhət odur ki, bu şəraitdə böyüyən, tərbiyə olunan uşaqlar öz qardaş və bacılarına qulluq etmək vərdişlərindən məhrumdurlar. Öz balaca bacı və qardaşlarına qulluq edən, onların qayğısını çəkən uşaqlar gələcək valideynlik imkanları üçün də praktik vərdişlərə yiyələnirlər. Qardaş və bacılarını digərlərindən müdafiə edən uşaqlarda, Vətəninin, xalqının, millətinin, özününkü olanın, sahib olduğu hər şeyin qoruyucusu, müdafiəçisi olmağın ilkin əsasları qoyulmuş olur. Özündən böyüklərə hörmət, kiçiklərə qayğı vərdişləri xalqın milli siması üçün xarakterik olan əxlaqi keyfıyyətlərin formalaşmasının əsasını qoymuş olardı və s.


    Yüklə 298,36 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   200   201   202   203   204   205   206   207   ...   242




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin