8. Təlimdə yaxın inkişaf zonasına oriyentasiya prinsipi.-Əgər uşaq calışmanı yerinə yetirə bilmirsə onda təlimi həmin uşağın inkişafına, səviyyəsinə endirmək lazımdır. Əgər şagird fəaliyyətindəki qusuru duzəldə bilmirsə, onda ona irad tutmağa ehtiyac yoxdur. Cunki bu irad onun inkişafına hec bir təsir gostərməyəcək. Əgər gostərmiş olarsa bu neqativ tərəfdən (uşaqda onu əhatə edən adamlardan intiqam almaq hissi formalaşa bilər) ozunu təzahur edəcəkdir.
9. Müəllim və şagirdlərin vahid məqsədlər üçün birləşməsi prinsipi.Bu iş prinsipi məqsədləri, texnologiyaları şagirdlərə zorla qəbul etdirməməlidir. Tədris prosesini təkmilləşdirmək üçün müzakirələr keçirmək olur. Təlim prosesinin texnologiyası müəllim və şagirdlərin fəaliyyətinin birgə məhsulu olmalıdır. Amerika məktəblərində komissiyalar yaradılır. Həmin komissiya müəllim və şagirdin bu cəmiyyətdə birləşməsidir. Bir qrup müəllim bir sinfin şagirdləri ilə birləşir, onlar arasında müqavilə bağlanır. Müqavilədə şagirdin və müəllimin ayrılıqda nəyə cavab verəcəyi gostərilir. Amerika məktəblərində aparılan sorğunun nəticələri gostərir ki, bu forma şagirdlərin xoşuna gəlir. Onlar qayğı hiss edir. Müəllimin üz nailiyyətləri üçün böyük məsuliyyət daşıdığı gostərilir.