Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Şəxsiyyət psixologiyasının predmeti



Yüklə 136,29 Kb.
səhifə3/69
tarix01.01.2022
ölçüsü136,29 Kb.
#104092
1   2   3   4   5   6   7   8   9   ...   69
Şəxsiyyət psixologiyasının predmeti şəxsiyyətin psixoloji inkişaf qanunauyğunluqlarını tədqiqidir.

Şəxsiyyət psixologiyasının vəzifələri:

  • Şəxsiyyətin ontogenezdə inkişafını nəzərdən keçirilməsi

  • Şəxsiyyətin mənlik şüuru, sosiallaşması və motivlərinin öyrənilməsi

  • Şəxsiyyətin formalaşması məsələlərini aydınlaşdırmaqdan ibarətdir.

2. Şəxsiyyət, fərd və fərdiyyət anlayışları

İnsanı orqanizm, fərd və şəxsiyyət səviyyəsində xarakterizə etmək olar. Bu anlayışlar bir- biri ilə qarşılıqlı əlaqədədir, lakin onlardan hər birinin özünəməxsus evristik mənası vardır.

Elmə təxminən 50-yə qədər belə hadisə məlumdur. Müxtəlif heyvanlar - meymun, canavar, ceyran, ayı və s. içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasından tapılmış, Kəmalə və Amalə adlandınlmış qızlar psixoloqlar tərəfindən nisbətən ətraflı öyrənilmişdir.

Kəmalənin çox uzun və qabarlı əlləri var idi, ovucları batmışdı, qulaqları iri və yastı idi. O, demək olar ki, soyuğu və istini hiss etmirdi. Yalnız çiy ət yeyir, süd içirdi, çox güclü alt çənəsi və iti dişləri var idi. Gündüzlər, demək olar ki, hərə- kət etmir, gecələr isə gəzişir və canavar kimi ulayırdı. Bir il keçəndən sonra o, ətrafdakı adamlarla maraqlanmağa başlayır. İkinci ildə qız artıq stəkandan istifadə edir və otuz söz bilirdi. O, küçəyə çılpaq çıxmağa daha razı olmurdu.

Qarşıya sual çıxır: bu uşaqları şəxsiyyət adlandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Gəlin, bu suallara cavab vermək üçün fərd və şəxsiyyət anlayışları ilə tanış olaq.

Fərd - özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsi olduğu kimi təkrar etməyən, yəni heç kəsə tam oxşamayan və onu eynən təkrar etməyən varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir.

Şəxsiyyətin motivləri, cəhdləri, yönəlişləri, adətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasmdan, hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından və s. asılıdır.

Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik sürətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, onu öz sərvətinə çevirir. Şəxsiyyətin inkişafının bu cəhəti, adətən, onun ictimailəşməsi (sosializasiyası) kimi xarakterizə olunur.

Bu o deməkdir ki, şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır, riyazi terminlə desək, onların hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir.

Psixologiyada həmin cəhəti təhlil etmək üçün inteqral (latınca inteqer - bütöv deməkdir) fərdiyyət anlayışından istifadə olunur, insanm bütün fərdi xüsusiyyətləri - biokimyəvi, ümumi somatik, neyrodinamik (sinir sisteminin xassə- ləri), psixodinamik (temperament xassələri), şəxsiyyətə məxsus xassələri qarşılıqlı əlaqədə təhlil edilir. Fərdi xüsusiyyətlərin nəzərdən keçirdiyimiz sistemində şəxsiyyətə aid xüsusiyyətlər müəyyənedici əhəmiyyət kəsb edir. Müasir psi- xologiyada bu baxımdan şəxsiyyət fərdi inteqrasiya orqanı kimi başa düşülür və təhlil olunur.

Ümumiyyətlə, psixologiyanın inkişafında olduğu kimi, yaş psixologiyasında da psixi inkişafın əsas mənbəyinin müəyyənləşdirlməsinə görə alimlər bir-birinə zidd olan, iki cəbhəyə - biogenetiksosiogenetik cərəyanlara bölünmüşlər.

Bu cərəyanlardan 1-sinə görə uşağın inkişafı tam bioloji yetkinlik kimi dərk olunur. Məsələyə bu baxımdan yanaşan amerikan alimi E.Torndayk uşaq şəxsiyyətini “genlər toplayıcısı” kimi başa düşürdü. Digər xarici psixoloqlar uşağın psixi inkişafında başlıca yeri bədənin fiziki quruluşundakı dəyişikliklərlə verirdilər.

Biogenetik cərəyan tərəfdarları bəzən uşağın psixi inkişafında ətraf mühitin, təlim və tərbiyənin rolunu cüzi dərəcədə qəbul etsələr də, bunları uşağın təməlinə təbiətən qoyulmuş keyfiyyət və xassələrin meydana çıxmasına əlverişli şərait yaradan zəmin kimi qiymətləndirirlər.

Biogenetik nəzəriyyə öz mahiyyəti etibarilə psixikanın inkişafına ictimai mühitin təsirini inkar edir, ictimai həyat şəraiti ilə yanaşı, təlim və tərbiyənin də rolunu heçə endirir.

Sosiogenetik nəzəriyyə tərəfdarları da düzgün elmi mövqedə dayanmırlar. Onlar inkişafın təbii əsaslarını, anatomik-fizioloji zəminlərin mövcudluğunu inkar edir, bununla da uşaq şəxsiyyətinin təlim və tərbiyəsi prosesində təşəkkülünü orqanizmin inkişafı və yetkinliyindən ayırırlar. Bu isə belə bir qeyri-elmi nəticəyə çıxarır: hər bir uşağı müəyyən müddət ərzində kim desək eləmək olar. Bu vaxt ictimai mühitin özü də dəyişməz bir ehkam kimi götürülür.

Əslində isə uşağın psixi inkişafına bioloji və sosioloji olmaqla iki amil qarşılıqlı sürətdə daha çox təsir göstərir. Lakin bu iki amilin bir-birinə qarşılıqlı münsibəti qarşılıqlı bioloji və sosioloji təmayül nümayəndələri tərəfindən tamamilə başqa-başqa şəkildə başa düşülür.

Avstriya psixiatrı və psixoloqu Ziqmund Freyd (1856-1936) XX əsrin əvvəllərində psixikanın ümumi inkişaf nəzəriyyəsini yaradır. O, psixi inkişafın hərəkətverici qüvvələrini sosial münasibətlərdən kənarda axtarır. Freyd də öz sələfləri kimi, psixikada həlledici yeri biolojiyə - instinktiv başlanğıca verir. Onun fikrincə, psixikanın inkişafını təmin edən qüvvə, orqanizmin bioloji dərinliklərindən gələn və onun fəaliyyətini müəyyənləşdirən meyllərdir, həvəsdir. Freyd və onun ardıcılları öz əsərlərində həvəsin formalaşması xüsusiyyətlərini inkişaf prosesində nəzərdən keçirirlər. Əvvəllər uşağın həvəsi cinsi fəaliyyətlə bağlı olmur. Lakin sonralar, erkən yaşlarda onların müəyyən obyektlər üzrə fərdiləşməsi prosesi baş verir. Freydin fikrincə, cinsi həvəs çox erkən formalaşmağa başlayır. Uşaqda təzahür edən ilk həvəslərdən biri də Freydin şagirdi Anna Freydin “Anaya məhəbbətin əmələ gəlməsi” əsərində ətraflı təhlil olunur.

Uşaq böyüdükcə ətrafdakıların sosial tələblərini mənimsəyir ki, bunun sayəsində uşağın “həvəsi” “daxilə qovulur”, daxili hərəkətverici qüvvəyə çevrilir və müəyyən vaxtlarda davranışın affektiv olması kimi xaricə çıxmağa səy göstərir.

Sosiogenetik cərəyan nümayəndələri uşağın psixi inkişafını onu əhatə edən sosial mühitin təsiri nəticəsi kimi nəzərdən keçirirlər. Bu cərəyanın ilk nümayəndəsi sayılan Emil Dürkheym (1858-1917) psixoloji baxımdan biogenetik nəzəriyyələrin kəskin tənqidini verir. Onun fikrincə, uşağın psixi inkişafı – assimiliyasiyadır, daha doğrusu, başqa adamların hisslərinin, təsəvvür və imkanlarının mənimsənilməsidir. Uşağın ətraf aləmdən dərk etdiyi fikir və emosiyalar onun ruhi fəaliyyətini müəyyən edir.

Uşaq inkişaf prosesində bəşəriyyətin qazanmış olduğu təcrübəni – adət və ənənələri mənimsəməlidir. Bu mənimsəmə isə təqlid sayəsində müvəffəqiyyətlə həyata keçir. Təqlidetmənin cəmiyyətdəki əhəmiyyəti irsiyyətin biologiyadakı əhəmiyyəti qədərdir. Uşaq anadan məhz təqlidetmə xüsusiyyəti ilə doğulur.

Psixi inkişafın sosial şərtlənməsi haqqında fikri fransız sosial məktəbinin başqa bir nümayəndəsi Şarl Blondel də söyləmişdir. O, Dürgheymi insanda üzvi və sosial olanları bir-birinə qarşı qoyduğuna görə təqsirləndirirdi. Blondel cəmiyyəti uşağın ətraf aləmlə bilavasitə əlaqəsinə kömək edən münasibətlər sistemi kimi nəzərdən keçirirdi. O göstərirdi ki, tərbiyə sosial inkişaf qaydalarının rəftar və davranışda möhkəmlənməsini təmin edir. Ictimai, sosial mühitin təsiri altında təkcə idrak prosesləri deyil, həm də iradi-emosional sahə təşəkkül tapır.

Uşağın sosiallaşmasının ilk mərhələlərini nəzərdən keçirən Blondel maddi cisimlərlə hərəkətlərin mənimsənilməsi faktına böyük əhəmiyyət verirdi. Onlarla hərəkət edən uşaqlar, Blondelin fikrincə, həmin cisimlərdən istifadə etmək üsullarına yiyələnirlər.

Burjua psixologiyasındakı sosial istiqaməti xarakterizə edən rus psixoloqları göstərirlər ki, onun nümayəndələri, hətta psixikanın sosial-tarixi inkişafı haqqında tezisdən çıxış etdikdə belə sosial istiqaməti ya ictimai şüuru, ayrı-ayrı fərdi şüurların təsiri nəticəsi kimi səhv başa düşərək psixojiləşdirir, ya da əksinə, fərdi şüurun məzmununu sadəcə olaraq insan psixikasında ictimai tarixi inkişaf sayəsində əmələ gəlmiş kollektiv təsəvvürlərin, ideologiyanın, anlayışların obyektiv məzmununun proyeksiyası kimi başa düşürlər.

Beləliklə, nə bioloji, nə də sosioloji şərh psixoloji inkişaf probleminin düzgün elmi həllini təmin edə bilməmişdir.

Biogenetik və sosiogenetik cərəyanlıların birtərəfliliyini aradan qaldırmaq təşəbbüsünü ilk dəfə alman psixoloqu Vilyam Ştern (1871-1938) irəli sürmüşdür. Uşaq psixikasının inkişafı haqqında əsas müddəalarını o, özünün “Erkən uşaqlığın psixologiyası” adlı əsərində şərh edir. Həmin əsərin “Ruhi inkişaf” adlanan fəslində V.Ştern uşağın psixi inkişafı, yaxud onun öz təbirincə desək, ruhi inkişaf haqqında əsas nəzəri müddəalarını irəli sürür. O yazır: “Ruhi inkişaf heç də anadangəlmə xüsusiyyətlərin sadəcə olaraq ifadəsi, həm də xarici təsirlərin sadəcə qavranılması olmayıb, daxili məlumatların, inkişafın xarici şərtləri ilə “konvergensiyasının” – görüşməsinin nəticəsidir. Müəllif daha sonra yazır: “konvergensiya nəzəriyyəsi bizim sonrakı mülahizələrimizin istiqamətvericisi olacaqdır”.

V.Şternin mövqeyini səciyyələndirən rus psixoloqu L.S.Vıqotskı göstərirdi ki, Şternin metodoloji prinsip kimi istifadə etdiyi “konvergensiya” məhfumu müəllifə sosial amil və psixikasının inkişafında onun rolunun təhlilindən azad olmağa imkan vermişdir. Konvergensiya nəzəriyyəsinə əsaslanıb “1,5 – 2 yaşında uşaq dərketmə imkanına, daha doğrusu, mürəkkəb əqli əməliyyatları həyata keçirmək – dilin mənasını başa düşmək imkanına malikdir” – nəticəsinə gələn müəllifi L.S.Vıqotski tənqid edərək yazırdı: “Uşaq nitqin mənasını dərhal bütün həyat üçün dərk etmir”. Uşaq nitqinin inkişafının şərhi məqsədilə konvergensiya nəzəriyyəsindən istifadə etmək nümunələri göstərir ki, V.Ştern psixi prosesləri kortəbii halda götürür.

XX əsrin 30-cu illərinin əvvəllərində psixoloqların bir qrupu psixikanın inkişafında bioloji və sosioloji amillərin qarşılıqlı nisbəti problemində sosial amilə üstünlük verməyə başlayırlar.

Neofreydizmin nümayəndələri K.Xorni, Q.SallivenE.Fromm belə hesab edirlər ki, insan psixikasının inkişafı və təşəkkülünə sosial şərait və şəxsiyyətlərarası münasibətlər təsir göstərir.

K.Xorninin fikrincə, insandakı – Freydin bioloji hesab etdiyi – bir sıra xassələr sosial cəhətdən şərtlənmiş olur. Uşağın psixi inkişafını nəzərdən keçirən müəllif qeyd edir ki, valideynlərin ədalətsizliyi uşaqda davranışın mənfi formalarının meydana gəlməsinə səbəb olur.

Bu cərəyanın başqa nümayəndəsi olan Erik Fromm Freydin bioloji konsepsiyasını ciddi tənqid edir. O da şəxsiyyətin təşəkkül amilini ictimai-iqtisadi şəraitdə görür, lakin o, burada təhtəlşüur sahəyə, psixikanın daha dərin daxili təbəqələrinə böyük əhəmiyyət verir.

Nəticədə məlum olur ki, neofreydistlər də, Freyddə olduğu kimi, psixi inkişafın başlıca qüvvəsini uşaq doğulan zaman, yaxud da erkən uşaqlıqda meydana gələn, sonralar isə tamamilə dəyişməz qalan təhtəlşüur sahə ilə əlaqədar izah edirlər.

Uşağın psixi inkişafında sosial təsirlərin mövcudluğunu etiraf edən Jan Piaje eyni zamanda onların cüzi rol oynadığını göstərir. Istər məktəbəqədər yaşlı, istərsə də tədris fəaliyyəti aparıcı rol oynayan kiçik məktəbyaşlı uşaqlarda əqli inkişafın amillərini nəzərdən keçirən Piaje təlimi heç vaxt onların sırasına daxil etməmişdir. Piaje, uşağın psixi inkişafında təlimin rolunu inkar etmir, lakin belə hesab edir ki, təlim inkişafın məzmun, yaxud ardıcıllığını dəyişə bilməz; o onu ancaq ləngidə, yaxud sürətləndirə bilər.


Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin