İnsan həyatının çox mühüm hissəsi ailədə - həyat yoldaşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Ailənin çoxcəhətli vəzifələri də ailə üzvlərinin ünsiyyəti formasında həyata keçirilir. Ailədə ünsiyyətin müxxəlif istiqamətləri fərqləndirilir. Ailə məişəti və ailə üzvlərinin normal həyat fəaliyyəti ilə bağlı olan bütün məsələlər ərin arvadla, ananın uşaqlarla, bacının qardaşla, nənənin nəvələri ilə ünsiyyəti şəraitində həll olunur. Eyni zamanda, ailə üzvləri bir yerdə istirahət edir, əylənirlər və s.
Ünsiyyətşəxsi məna çaları kəsb etdikdə nitqdə özünəməxsus cəhətlər meydana çıxır. Ərlə arvadın niqtində müəyyən sözlər elə çalarlı məna kəsb edir ki, bunu bütün aydınlığı və zəruriliyi ilə yalnız onlarbaşa düşürlər. Ünsiyyət tələbatının təmin olunmasında söhbətlərin əhəmiyyəti böyükdür. Onlar, necə deyərlər, üz-üzə, göz-gözə ünsiyyətin ən təsirli formasıdır. Kişilər və qadınlar bir-birləri, habelə dostları və rəfıqələri ilə nə haqda söhbət edirlər? Bu söhbətlər müxtəlif olur, təbiət və cəmiyyət hadisələrinin ayrı-ayrı sahələrini əhatə edir. Mövzusununa görə onları beş qrupa bölürlər: