Kurs: III fənn: Məktəb təliminə hazırlığın əsasları



Yüklə 154,47 Kb.
səhifə17/22
tarix10.01.2022
ölçüsü154,47 Kb.
#106696
1   ...   14   15   16   17   18   19   20   21   22
Fasilitasiya – qrupda diskussiyanın təşkili, fəallaşdırılması, səmərəli yönəltmə prosesidir. Fasilitator isə uşaq tərəfindən biliklərin əldə edilməsi prosesində bələdçi rolunu yerinə yetirir.

IV Qısamüddətli məktəbəhazırlıq proqramının əsasını təşkil edən prinsiplər aşağıdakılardır.

fərdi yanaşma (uşağın dəyərinin dərk edilməsi, onun tələbatlarının, xüsusiyyətlərinin və maraqlarının nəzərə alınması);

uşaq haqlarına riayət olunma (tərbiyə haqqı, fikir yürütmə haqqı və s.);

fəal təlim (uşağın şəxsi təliminin müəllifi olması üçün təlim vərdişlərinin yaradılması);

inteqrativ inkişaf (fəaliyyətə inteqrativ münasibət);

uğura yönələn təlim (uşağın hər bir nailiyyətinin dəyərləndirilməsi).



V Keyfiyyətli məktəbəhazırlıq təhsilinin xüsusiyyətləri aşağıdakılardır

1. Təlim həm irəlidə olan, həm də əlavə köməyə ehtiyacı olan uşaqlar üçün uyğunlaşdırılmışdır. Müəllimlər bilir ki, kiçik yaşlı uşaqlar eyni bilikləri eyni üsulla eyni vaxtda öyrənə bilmirlər.

2.Müəllimlər günün müxtəlif vaxtlarında uşaqlarla fərdi qaydada, kiçik qruplarda və böyük qrupda işləyirlər. Böyük qrupla iş müəllimin iş gününün bir hissəsini təşkil edir.

3. Təlim rəngarəngdir. Məşğələlərdə uşaqlar daim nəsə edirlər: öyrənirlər, mahnı oxuyurlar, rəqs edirlər, rəsm çəkirlər, applikasiya kəsirlər, sadə idman oyunları oynayırlar və s.

4.Müəllimlər uşaqlara kitab oxuyurlar.

5. Sinif otağı uşaqların orijinal işləri, hərf və rəqəmlərin şəkilləri, nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilir.

6.Valideynlər uşaqlarını məktəbə göndərdikdə narahatlıq keçirmirlər, əksinə, əminlik hiss edirlər. Uşaqlar isə məktəbdə özlərini xoşbəxt hiss edirlər.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: III mövzu: Məktəb təliminə hazırlığın məqsədi və vəzifələri

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan


  1. Məktəb təliminə hazırlığın məqsədi və vəzifələri

  2. Uşaqların məktəbə hazırlığının təşkili

  3. Məktəbəqədər yaşlı uşağın fiziologiyası, psixologiyası, öyrənmə xüsusiyyətləri

  4. Məktəbəhazırlığın əhəmiyyəti

I Məktəbəqədər təhsil proqramının (kurikulumunun) məqsəd və vəzifələrini dərindən dərk etmədən onun səmərəli tətbiqi çox çətindir.

Uşaqyönümlülük, nəticəyönümlülük, inkişafyönümlülük, inteqrativlik, hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması, millilik və dünyəviliyin nəzərə alınması, uşaqların məktəb təliminə hazırlanması tələblərinə müvafiq olaraq formalaşdırılan, məktəbəqədər təhsil proqramını tərbiyəçi tərəfindən dərk olunmalıdır.

Dünya təcrübəsində məktəbə hazırlıq sistemli olaraq üç yaşından etibarən başlanır.

Məktəbə hazırlıq kompleks şəkildə həyata keçirilməlidir. Burada pedaqoji psixoloq, loqoped və həkim tərəfindən aparılan hazırlıq işlərin məcmusu yekun nəticənin çıxarılmasına imkan verir. Hər bir mütəxəssisin həyata keçirtdiyi əməli işlər müəyyən meyarlara uyğun aparılır:

Pedaqoq – ətraf mühiti dərk etmə, idrak proeseslərinin korreksiyası (diqqət, hafizə, təfəkkür, təxəyyül), incə və böyük motorikanın inkişafı (düzgün yazı vərdişlərinin aşılanması), hərflərin üzdən tanınması və sadə şəkildə oxunması, riyazi və məntiqi bacarıqların aşılanması,

Həkim-psixoterapevt düzgün və sağlam qidalanma, Rasionun təyini, sağlam yuxu rejimi, boy və çəkinin normasının təyini.

Psixoloq – uşağa sosial adaptasiyanın təşkili valideynlərə bağlılıq hissinin psixokorreksiyası. Düzgün davranış terapeyasının tətbiqi.

Loqoped – düzgün nitq bacarıqlarının təyini. Müəyyən dil qüsurlarının aşkarlanması

Məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.


Yüklə 154,47 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin