Kurs: III fənn: Məktəb təliminə hazırlığın əsasları



Yüklə 154,47 Kb.
səhifə19/22
tarix10.01.2022
ölçüsü154,47 Kb.
#106696
1   ...   14   15   16   17   18   19   20   21   22
Plan

  1. Məktəbə hazırlığın təşkilinə qoyulan tələblər

  2. Beşyaşlıların məktəb təliminə hazırlanması

I Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:

məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;

məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;

gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;

uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;

istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;

Fiziki hazırlıq:

 uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi (yəni bədən hissələrinin öz funksiyasını yerinə yetirmək qabiliyyəti);

 hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın (xırda motorika əllər və barmaqların dəqiq və xırda hərəkətlər toplusudur; sinir, əzələ, dayaq-hərəkət və görmə sistemlərinin birgə fəaliyyəti nəticəsində yaranır) koordinasiyasının inkişafı;

 fiziki qabiliyyətlərin inkişafı.

Şəxsiyyətyönümlü hazırlıq:

 müstəqillik, məsuliyyətlilik, fəallıq, təşəbbüskarlıq;

 başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;

 müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;

 ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması.

İntellektual hazırlıq:

 obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;

 idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlara) yiyələnmək;

 prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.

Sosial hazırlıq:

 yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;

 böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;

 öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.

Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik (öyrədici) oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın oyuna olan marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə yönəltməlidir.



II «Bеşyаşlılаrın məktəbə hаzırlаnmаsı» аnlаyışınа iki аspеktdən yаnаşmаq lаzımdır: 1) məktəbəqədər tərbiyə müəssisəsində müəyyən yоl kеçmiş uşаğın 5 yаşındа məktəbə hаzırlаnmаsı; 2) yаlnız məktəbə hаzırlıq qrupunа cəlb оlunmuş uşаğın məktəbə hаzırlаnmаsı. Birinci hаldа оlа bilər ki, uşаq bir yаşındаn sоnrаlаr körpələr еvində tərbiyə оlunduqdаn sоnrа bаğçаdа оlmuş və оrаnı bаşа vurmuşdur. Dеməli, о, аzı 4 il ictimаi tərbiyə görür, dövlət prоqrаmı üzrə tаm kurs kеçir. Bu kursun müddəti 3 və yа 2 il də оlа bilər. İkinci hаldа vаlidеyn övlаvdının məktəbə gеtmək dövrünün yахınlаşdığını, lаkin оnun məktəb təliminə hаzır оlmаdığını hiss еdir, məcburiyyət qаrşısındа оnu uşаq bаğçаsının məktəbə hаzırlıq qrupunа gətirir. Bu birillik hаzırlıq uşаğа аz- çох şеy vеrir, оnu qismən də оlsа məktəbə hаzırlаyır. Əgər birinci vаriаnt nоrmаl təşkil еdilərsə, bеşyаşlının məktəb təliminə tаm hаzır оlmаsınа inаnmаq mümkündür. Nə üçün «nоrmаl təşkil оlunаrsа» şərtini qоyuruq. Оnа görə ki, məktəbəqədər tərbiyə və təlim prоqrаmının tələbələrinə görə uşаq kiçik qrupdаn (əslində dоğulduğu gündən) təlimə hаzırlаnır. Əgər kiçik, оrtа, böyük qrupplаrdа prоqrаm tələbləri аrdıcıl, sistеmlə yеrinə yеtirilməzsə, məktəbə hаzırlıq qrupundа tərbiyəçinin gərgin əməyi lаzımi nəticə vеrməz. Оnа görə də uşаğın yаlnız hаzırlıq qrupunu kеçməsi məktəbə hаzırlığın tələblərini qismən ödəməsini qеyd еdirik.
İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: V mövzu: Uşaqların məktəb təliminə psixoloji hazırlığı

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

6. Əmrahlı L. Məktəbə psixoloji hazırlığın əsasları. elmi-metodik vəsait. Bakı, 2008

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan


  1. 5-6 yaşlı uşaqların psixoloji xüsusiyyətləri

  2. Uşaqların məktəb təliminə psixoloji hazırlığının amilləri

  3. Uşağın psixi inkişafında oyunun rolu

  4. Bağça yaşı dövründə uşaqların ümumi inkişafı

I Uşaq psixologiyasında beşyaşlıların xüsusiyyətləri hələ də dəqiq araşdırılmayıb. ona görə də beş yaşın psixoloji imkanlarının sərhədləri haqqında konkret fikir söyləmək çətindir. Bununla belə onların bir sıra xüsusiyyətlərini təhlil etmək mümkündür. Beşyaşlıların psixoloji inkişafında baş verən ən böyük nailiyyət fəaliyyətin daxili plandan xarici plana keçirilməsi üçün hərəkət vərdişlərinin əmələ gəlməsidir. Bu proses motivlərin iearxiyası prinsipi əsasında baş verir. Uşaq özünün tələbatlarını, sosial maraqlarını, mənəvi ehtiyaclarını yenidən tənzimləməyə başlayır. öz hərəkətlrində bu amillərin təsirini, sosial motivasiyanı cəmləşdirir. O. nə istədiyini bilir. Bu istəyə nail olmaq üçün hərəkət planı müəyyənləşdirərək qarşıya məqsəd qoyur və əldə edəcəyi nəticənin simvolik obrazını yaradır. Bu mürəkkəb fəaliyyətin strukturunda “uşağın şəxsi qərar” planını görmək mümkündür. Bunları ümumiləşdirərək beş yaşının psixoloji səciyyəsini verə bilərik:

- 5 yaşlı uşaqda keçid dövrünün xususiyyətləri cəmləşir.

- fiziki, əqli, əxlaqi baxımından psixodiaqnostika, korreksiya və konpensasiya üçün əlverişlidir.

- 5 yaşda şəxsiyyətin başlıca struktur kompanentlərinin formalaşması əsasən tamamlanır.

Beşyaşlılıarın davranışında uşaq və yaşlılıq elementlərinin vəhdətini görmək mümkündür. Həmçinin beşyaşliliarin davranışında yaşllılar üçün ağılsızlıq kimi görünən hərəkətlər də çoxdur. Bu hərəkətlər üç yaşın böhranında müşahidə olunan “özbaşınalığı” xatırladır. özləri üçün qəribə əyləncələr tapırlar, yaxud saatlarla bir süjetli oyun üzərində mərkəzləşirlər.

Beş yaşın xarakterik xüsusiyyətlərindən biri də davranışın təbii formada, tədricən formalaşmasıdır. Bu istiqamətdə toplanmış sosial təcrübə davranışın gələcək imkanlarını müəyyənləşdirir.



II Məktəbə psixoloji hazırlıq uşaq həyatının ən önəmli dövrlərindən biridir. I sinfə daxil olacaq uşaqlarla psixoloji hazırlığın təşkil edilməsi mühüm yerlərdən birini tutur. Y.L.Kolominski şəxsi hazırlıq, intellektual hazırlıq və sosial-psixoloji hazırlığı məktəbə psixoloji hazırlığın əsası hesab edir. Bu dövrdə hazırlığın önəmli hissəsi kimi oyun əsas fəaliyyət formasıdır. Uşaq yeddi yaşa qədər üç mühüm mərhələni keçir: ümumi insani dəyərləri mənimsəmək, onu dərk etmək və ətraf aləmi emosional şəkildə öyrənmək. Üç yaşdan yeddi yaşa qədər uşağın idrak, iradi və emosional inkişafı üçün yeni imkanlar yaranır. Yalnız yeddi yaşın başlanğıcında nəzəri təfəkkür formalaşmağa başlayır. Yaşıdları ilə ünsiyyətə girmək qabiliyyəti təlim fəaliyyətinə keçid üçün yetərli olur. İxtiyari diqqət təlim materiallarının mənimsənilməsi, iradi səy çətinliklərin aradan qaldırılmasına imkan verir. Məktəbə uyğunlaşmanın iki əsas yolu var. Biri hələ məktəbəqədər yaş dövründə uşağın tədricən oyun prosesində təlimə alışması, digəri isə təlim fəaliyyətinin müəyyən müddət oyun xarakteri daşıması ilə bağlıdır.

Məktəbəqədər hazırlıqda aşağıdakılara diqqət edilməlidir:

* Uşağın məktəbə kommunikativ hazırlığı

* Məktəbli mövqeyinin mənimsənilməsi

* Məktəb həyatı haqqında bilik və təsəvvürlərin yaranması

* Təlim fəaliyyətinin çətinliklərinə alışmaq

* Təlim motivasiyasının yaranması və tədricən möhkəmlənməsi.

Məktəb təliminin başlaması ilə uşağın davranışına təsir edəcək amillər də dəyişir. Belə ki, gün rejiminin dəyişməsi - səhər tezdən yuxudan durmaq, ev tapşırıqlarını hazırlamaq, əşyalarını səliqəli saxlamaq kimi məsuliyyətlər qoyulur uşaq qarşısında. Əgər bu proseslər məktəbəqədər hazırlıq dövründə düzgün qurulmayıbsa, uşaq üçün müəyyən çətinliklər yaranacaq. Məktəbəqədər hazırlıqda artıq uşaqda 1-ci sinfə aid ilkin məlumatlar formalaşdırılmalıdır. Onlar fiqurları, rəngləri, səbəb-nəticə əlaqələrini, ümumi və xüsusiləşdirməyi bacarmalıdırlar ( məsələn, suda və quruda yaşayan heyvanları, meyvələrin rəngini, dadını, meyvələrlə bitkiləri ayırmaq kimi və s.). Bunlarla tanış olmayan uşaq ilk dəfə gəlir məktəbə və adaptasiya ola bilmir. Bu da uşağı gərginliyə salır. Məktəbə getməmişdən əvvəl istədiyi vaxt oynayan uşaq bundan qismən məhrum olur. Həmin prosesə uşağı yavaş-yavaş alışdırmaq lazımdır.

Uşağın məktəb həyatı bütövlükdə müəllim şəxsiyyəti ilə əlaqədar olur. Müəllimin məktəbdəki mövqeyi birbaşa təlimlə bağlıdır. Onlar daha ciddi və daha işgüzar bir münasibətdə olurlar. Bağçadakı tərbiyəçinin mövqeyi isə daha mülayim, mehriban olur və uşaq üçün bir növ valideyni əvəz edən bir rolu xatırladır. Bu rolların dəyişilməsi də uşaq üçün yeni bir sosial şəraitin olması deməkdir. İbtidai sinif müəllimləri 1-ci sinfə daxil olan uşaqlara fərdi yanaşmağı bacarmalıdırlar. Hər bir uşaq məktəbə yeni bir mədəniyyət, yeni bir münasibət gətirir.

Məktəbə hazırlığın əsas xüsusiyyətlərini konkretləşdirsək, məktəb proqramının mənimsənilməsi üçün lazım olan bilik, qabiliyyət, motivasiya və davranışın optimal səviyyəyə çatdırılmasını aid etmək olar. Bura əqli fəaliyyət, idrak prosesləri, maraqları, diqqət və hafizənin xarakterik xüsusiyyətlərini də aid etmək olar. Məktəbə hazırlıqda uşaq fəaliyyətini iradi tənzimləməyi bacarmalıdır. Bunun üçün uşaqları rollu, təlim xarakterli oyunlarla həmin prosesə hazırlamaq lazımdır.

Məsələn, 6 yaşı tamam olmayan məktəbəqədər hazırlıq qrupuna gedən bir uşağı müəllim: "Gah stolun altına girir, gah sumkasından nə isə cıxarır", -deyə idarəolunmaz bir tip adlandırırsa, günahı uşaqda axtarmaq yanlış olar. Əslində onu cəzalandıran, ona qışqıran, onu gücsüz edən təlim prosesinin gedişatına nəzər salınmalıdır. Öncə uşağın stolun altına niyə girdiyinin psixoloji səbəbləri araşdırılmalı və sonra tədbirlər görülməlidir. Bu cür uşaqların dərsə qarşı qayğıları, qorxuları olur. Bunları məktəb psixoloqu ilə müəllim birlikdə aradan qaldırmalıdır. Bu çətinlikləri aradan qaldırmadan 1-ci sinifdə hec bir nəticə əldə etmək olmayacaq.

Uşaqlara yüksək səviyyəli bilik verərkən, onlara vərdiş və bacarıqlar öyrədərkən özləri də undulmamalıdır. Yəni, yaşlıların vəzifəsi uşağı öyrətmək, tərbiyə vermək, uşaqların borcu isə öyrənmək, sözə baxmaqdan ibarət deyildir. Artıq qarşımızda yeni bir şəxsiyyət yetişir və formalaşır.

Məktəbəqədər hazırlıqda məktəb həyatı ilə bağlı oyunlar keçirilməlidir. Məsələn, indi dərsdir, özünü necə aparmaq lazımdır? İndi tənəffüsdür. Uşaqlar müəyyən qədər təcrübə qazandıqdan sonra oyun qaydaları bir qədər mürəkkəbləşir. Oyun təxminən dərsdə, tənəffüsdə olduğu kimi qurulur.

Məktəb həyatına başlamamışdan əvvəl uşaqda məktəb həyatına psixoloji identifikasiya başlayır: "Mən daha uşaq deyiləm, artıq məktəbliyəm". Məktəb həyatına identifikasiya uzun və ziddiyyətli bir prosesdir. Valideynlər və tərbiyəçilər uşaq qarşısında sosial mövqelərini kəskin şəkildə qoymamalıdırlar. Onlar hesab edirlər ki, məktəb həyatına başlayan uşaqlar daha oyun (qızlar kukla oynatmamalı, oğlanlar oyuncaq maşın sürməməli) oynamamalıdırlar. "Sən daha uşaq deyilsən, I sinif şagirdisən. Özünü uşaq kimi aparmaq sənə yaraşmaz". Bu cür qeyri-real tələblər uşağın imkanları ilə üst-üstə düşmür, onun təlim maraqlarına və motivlərinə mənfi təsir göstərir. Eyni zamanda, uşağın özünüqiymətləndirməsini, özünəinamını azaldır. Belə hallar məktəbəqədər hazırlıq prosesi keçməyən, əzizlənən, təriflənən, müəyyən qədər eqoist böyüyən uşaqlar üçün ağır keçir. Yaxşı olar ki, böyüklərin gözləmələri və tələbləri reallığa uyğun, uşaq üçün başa düşülən olsun.

Bilirsiniz, məktəbə daxil olmaqla uşağın uşaqlığına son qoyulmur. Uşağa imkan verilməlidir ki, o, dərs prosesində şagird, ondan kənarda isə uşaq olsun. Lakin o, məktəbə getməmişdən əvvəl onun məktəbə daxilən hazır olmasına kömək etmək lazımdır. Məktəbəqədər təhsilin, o cümlədən uşaqların məktəbə psixoloji hazırlığının mahiyyəti bu proseslərdə çox vacib bir məsələdir.

III Bağça yaşı dövründə oyun uşaqların əsas fəaliyyəti olur. Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.

Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).

Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inkişaf edir.

Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir.

Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ün­siy­yət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid et­mək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun şəra­­itində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsas­lı rol oynayır.

Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar özlərinin mövzularına, qaydalarının müxtə­lifliyinə görə kiçik bağça yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. Burada kiçik bağça yaşı dövründən fərqli olaraq oyunda təbii şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə simvolik oyun xarakteri alır.

Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda iradənin inkişafına güclü təsir gös­tərir. Adi şəraitdə bir yerdə dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra qədər yerinə ye­tirməyə, qaydaya əməl etməyə məcbur olur. Oyun prose­sində uşaqlar qarşılıqlı münasibətlərin hə- yata ke­çirilməsinə əməl etməyə alışırlar. Rollu oyun pro­sesində ilk dəfə olaraq uşaqda liderlik özünü gös­tərir, təşkilatçılıq bacarıq və vərdişləri inki­şaf etməyə başlayır. Oyun eyni zamanda uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir. Bütün bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla bəzi sadə əmək baca­rıqlarına da yiyələnirlər.

IV Məktəbəqədər yaş dövrü uşağın həm fi­ziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsin­də inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisi­nin artmasında nəzərə çarpacaq dəyişiklik baş ve­rir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaq­lar qalır. Uşağın skeleti əsasən qığırdaq toxuma­lardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.

Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmya­şıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşa­ğın sosial şəraitə və həyatın tələblərinə uyğunlaş­masına imkan verir.

Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur. Böyük­lərin qiymətləndirməsi və nəzarətinin təsiri altın­da bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəa­liyyətlərindəki qüsurları hiss etməyə başlayırlar. Bununla əlaqədar təqlid obyektləri dəqiqləşməyə baş­layır. Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları ya­ranır və özünü göstərməyə başlayır.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: VI mövzu: Uşaqların məktəb təliminə fiziki hazırlığı

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan


  1. Uşaqların məkətəbəqədər yaş dövründə fiziki inkişafı

  2. Uşaqların sağlamlıq və təhlükəsizliyi ilə müəllimin üzərinə düşən vəzifələr

  3. Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi məsələləri

I Məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir; baş beynin, sinir siteminin, bədənin ayrı-ayrı üzvlərinin keyfiyyətcə funksional təkmilləşməsi baş verir. Uşaq orqanizmində sümükləşmənin xeyli sürətlə getməsinə baxmayaraq onun skelet sistemində hələlik yenə də bərkiməyən hissələr olur. Bu dövrdə beyin kütləsinin çəkisi 1110 qramdan 1350 qrama çatır, sinir siteminin birləşdirici, əlaqə yaradıcı telləri də xeyli inkişaf edib möhkəmlənir.

Dörd-altı yaş arasında uşağın boyu sürətlə artdığından ilk baxışdan belə təsəvvür yaranır ki, o, arıqlayıbdır,lakin bu dövrdə onun əzələləri möhkəmlənib qüvvətlənir, orqanizmin mütəhərrikliyi nəzərə çarpacaq dərəcədə çoxalır.

Uşağın boyunun artması ilə əlaqədar onun bədəninin ayrı-ayrı üzvləri arasındakı mütənasiblik də dəyişir: çağa ilə müqayisədə 7 yaşınadək uşağın ayaqları 3 dəfə, əlləri 2,5 dəfə, bədəni isə 2 dəfə böyümüş olur.3-6 yaş ərzində uşağın boyunun, çəkisinin artmasında gözə çarpacaq dəyişikliklər baş verir. Beş yaşlı uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da, onun əl və ayaq əzələlərində hələ sümükləşməmiş qığırdaqlar qalır.

6 yaşlı uşaq xarici qıcığa qarşı özü müstəqil cavab verir, hərəkətlərini idarə etməyi bacarır.Məktəbəqədər yaş dövrü şərti reflekslərin əmələ gəlməsi, sadə reflekslərdən mürəkkəb reflekslərə doğru inkişaf dövrü kimi xarakterizə olunur. Qabıq proseslərinin möhkəmliyi, daxili ləngimənin qüvvəsi, getdikcə davamlı şərti reflekslər kimi qalır. Məktəbəqədər dövrün axırlarında ləngimə prosesinin qüvvəsi xeyli artır, müvazinətlilik inkişaf edir.



II Məktəbəhazırlıq yaşında olan uşaqlarda fiziki inkişaf prosesi davam edir. Uşaqlarda hərəki fəallığa yüksək tələbat qalmaqdadır. Beşyaşlılarda boy artımı prosesi fəallaşır, uşaqların onurğa sütunu müxtəlif deformasiyaya gətirən təsirlərə (boya uyğun olmayan mebel dəsti, pis işıqlandırma, bədənin hərəkətsiz vəziyyəti) qarşı həssas olur. Bunları nəzərə alaraq hər bir uşağın qamətinin düzgün saxlanmasına müntəzəm diqqət yetirmək ən vacib məsələlərdən biridir. Bu yaşda uşaqların pəncə quruluşu tamamlanmamışdır. Odur ki, vaxtında yastıpəncəliyin qarşısını almaq lazımdır. Bu problem müxtəlif səbəblərdən yarana bilər. Müəllim ayrı-ayrı uşaqların ayaq ağrıları, hərəki oyunlar zamanı tez yorulmaları ilə bağlı şikayətlərinə diqqətlə yanaşmalıdır.

Uşaqların fiziki sağlamlığı əzələlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə əlaqədardır. Onların böyük əzələləri daha yaxşı inkişaf etdiyindən özlərini tənzimləməyi bacarır, davranış və hərəkətlərində daha fəal və çevik olurlar. Kiçik əzələlərin inkişafı üçün müəllim barmaq gimnastikasından, təsviri fəaliyyət növlərindən, müxtəlif qrafik imlalardan istifadə etməlidir. Müəllim uşaqlara həm böyük, həm də kiçik əzələlərdən istifadə etmək imkanı yaratmalıdır.

5 yaşlı uşaqlarda hələ də hərəkət və reaksiyaların impulsivliyi (qeyri-iradiliyi) özünü büruzə verir. Uşağın hərəkətlərinin və davranışının dəyişilməsinə mənfi təsir göstərən amillərdən əzginliyi, emosional yüklənmələrin çoxluğunu, yorulmanı qeyd etmək olar. Buna görə müəllim uşaqların həddindən artıq həyəcanlanmalarına imkan verməməli, onları artıq yükləməməlidir.

Uşaqların hərəki rejimini səmərəli təşkil edib, gün ərzində müxtəlif hərəki fəaliyyət növləri ilə zənginləşdirmək lazımdır. Fəaliyyət növlərini təşkil edərkən hərəkətləri daha keyfiyyətli və dəqiq yerinə yetirmələri üçün tələbləri mütəmadi artırmaq lazımdır.

Əsas hərəkətləri yerinə yetirmə bacarıqlarını hərəki oyunlar və estafet yarışlarında möhkəmləndirmək olar. Onu da nəzərə almaq lazımdır ki, müəyyən hərəkətlər yalnız uşaqlar tərəfindən yaxşı mənimsənildikdən sonra oyunlara əlavə edilə bilər. Uşaqların çevik və cəld olmaları üçün hərəkətlərin ardıcıllığını və oyun şərtlərini dəyişmək məqsədəuyğundur. Müəllimin vəzifələrindən biri də uşaqlarda yarışmaq həvəsini oyatmaq və dəstəkləməkdir.

Məktəbəhazırlıq qrupunun uşaqları sağlam və təhlükəsiz həyat tərzinə riayət etməyi öyrənməlidirlər. Uşaqların təhlükəsizliyini təmin etməklə fiziki tələbatlarını ödəyən məşğələlər qurmaq müəllimin vəzifəsidir.

Uşaqların sağlam həyat tərzi, gigiyenik prosedurlar (nə üçün dişləri, əlləri yumaq lazımdır və s.), idman məşğələləri, təmiz havada gəzinti, səhər gimnastikası haqqında təsəvvürlərini genişləndirmək lazımdır. Uşaqlarla sağlam və təhlükəsiz həyat tərzini təbliğ edən söhbətlər aparmaq, bu mövzuda süjetli-rollu oyunlar keçirmək, fiziki fəaliyyətin, düzgün qidalanmanın, təmizliyə riayətin vacibliyini əks etdirən mövzuları səhnələşdirmək, sağlam və qeyri-sağlam həyat tərzi ilə bağlı məsələləri tədqiq və müzakirə etmək məqsədəuyğundur.

Təhlükəsizlik sağlam olmağın tərkib hissəsidir. Uşaqları təhlükəsizlik qaydaları, müəyyən zədə alma ehtimalı olan situasiyalar, hissiyyat orqanlarını (göz, qulaq, burun) qorumağın vacibliyi, zədə alarkən ilk yardım, ictimai yerlərdə xəstəliyin yayılmaması üçün düzgün davranış qaydaları (öskürmə və asqırma hallarında ağızı burun dəsmalı ilə örtmək, üzünü əks tərəfə çevirmək, xəstə ilə öpüşməmək, eyni qabdan istifadə etməmək), xəstə insana sadə yardım göstərmə (xahişini yerinə yetirmək, səs salmamaq və s.) haqqında məlumatlandırmaq lazımdır.

Uşaqların gigiyenik qaydalar və prosedurlar haqqında təsəvvürlərini genişləndirmək (əl-üzün yuyulması, bədənin təmizliyi, saçların daranması və səliqəli saxlanılması, dırnaqların kəsilməsi, geyim və ayaqqabıların təmiz saxlanılması), masa arxasında, ictimai yerlərdə davranış qaydalarını aşılamaq məqsədəuyğundur.

III Azərbaycan ailəsində uşaqların bir qismi bağçalara gedir və orada fiziki cəhətdən tərbiyə olunurlar. Uşaq bağçasında fiziki tərbiyə planlı, məqsədyönlü və mütəşəkkil şəkildə həyata keçirilir. Uşaq bağçasında «Uşaq bağçasında tərbiyə və təlim» proqramına əsasən uşaqlar sərbəst, təbii, əl-ayaq hərəkətlərini bir-birinə uyğunlaşdırmaqla ayaqlarını sürümədən, başını aşağı salmadan yerimə və qaçışın müxtəlif növlərini mənimsəyirlər. Onlar yeriş, qaçış, hoppanma, qol-çiyin, ayaq, gövdə üçün hərəkətləri icra edirlər. Bütün bu təmrinlər onların bədənlərinin normal inkişaf etməsinə, sağlamlığının təmin edilməsinə şərait yaradır. Uşaq bağçasının fiziki tərbiyə işləri xüsusi proqramlara əsaslanır. Uşaqlar bədən tərbiysi proqramında göstərilən hərəkətləri və müxtəlif növ olduqca maraqlı oyunları yerinə yetirərək öz sağlamlıqlarını möhkəmləndirir, şən və gümrah böyüyür, təbii hərəkət vərdişlərini formalaşdırır. Eyni zamanda sadə hərbi-fiziki hazırlığını yüksəldir, gələcək zehni, fiziki əməyə və vətənin müdafiəsinə hazırlaşırlar.

Yadda saxlamaq lazımdır ki, məktəbəqədər yaşlı uşağın skeleti əsasən qığırdaq toxumalarından ibarət olur.Bununla əlaqədar uşağı həddən artıq ayaq üstə saxlamaq, çox oturtmaq, boyuna uyğun olmayan avadanlıqdan istifadə etməyə qoymaq olmaz. Əgər deyilənlər nəzərə alınmazsa, uşağın qaməti düzgün inkişaf etməyəcək, bu isə öz növbəsində sümüklərin inkişafına, qan dövranı və nəfəs almaya mənfi təsir göstərəcəkdir.Uşağın baş beyin qabığı, yarımkürələrin ləngidici fəaliyyəti qabıqaltı sahələri müəyyən dərəcədə tənzim etsə də, o, hələlik orqanizmin bütün hərəkətlərini tam surətdə öz nəzarəti altında saxlaya bilmir. Qabıq ləngimələrinin zəifliyi və oyanmanın çox yayılması üzündən uşaqların diqqəti davamsız, ətraf aləmin qıcıqlandırıcılarına verdikləri cavab isə emosional xarakter daşıyır, əqli fəaliyyət zamanı onlar çox tez yorulurlar.Bu yaşda olan uşaqlarda ikinci siqnal sistemi əsasında asanlıqla şərti refleks yaratmaq olur, uşağın ürək-damar sistemində anatomik və funksional dəyişikliklər baş verir, ürəyin çəkisi və iş qabiliyyəti xeyli dərəcədə artır.Bu dövrdə uşaqlar mütəhərrik oyunlarla daha çox məşğul olurlar. Belə oyunlar müxtəlif hərəkətləri uzlaşdırmaq və bədənin ayrı-ayrı əzalarını onlara tabe etmək məqsədi güddüyündən uşağın əzələlərinin inkişafı üçün ən əlverişli şərait yaranır. Unutmaq olmaz ki, kiçik məktəbəqədər yaş dövründə uşağın əzələləri kifayət qədər inkişaf etmədiyindən və zəif olduğundan o, tez-tez düzgün olmayan vəziyyətlər alır: başını aşağı sallayır, çiyinlərini yaxınlaşdırır, belini əyir, sinəsini çökdürür və s.Göstərilən yaş dövründə beynin fizioloji fəaliyyətinin başlıca funksiyası xaricdən gələn qıcıqlandırıcıları fərqləndirmək və onlara cavab verməkdən ibarət olur.

6. Fiziki tərbiyədə oyunların rolu

Uşaqların sağlamlığı və onun orqanizminin möhkəmləndirilməsi ilk növbədə ailədən başlayır. Uşaqlar ilk addım atmağı, yeriməyi, qaçmağı və s. təbii hərəkətləri ailə şəraitində öyrənirlər. Bütün bunlar əsasən oyunlar zamanı, gəzintilər vaxtı həyata keçirilir. Uşaqları oyunsuz təsəvvür etmək mümkün deyildir. Ona görə də hər bir ailə uşağının fiziki tərbiyəsinə, gigiyenasına diqqət yetirməlidir. Valideynlər uşaqların sağlamlığı qayğısına qalmağa, səhiyyə tələblərini onlara öyrətməyə borcludur. Xüsusən uşaqların normal yatmalarına, dişlərini, əllərini, ayaqlarını təmiz saxlamalarına, sudan, təmiz havadan düzgün istifadə etmələrinə nəzarət etməli və səy göstərməlidir.



N.K.Krupskaya uşaq oyunlarını xarakterizə edərək yazırdı ki, oyunun məktəbəqədər yaşlı uşaqlar üçün müstəsna dərəcədə əhəmiyyəti vardır. Oyun onlar üçün təlimdir. Tərbiyənin ciddi bir şəklidir, böyüməkdə olan orqanizmin tələbidir. Böyük proletar yazıçısı M.Qorkiyə görə uşaq 10 yaşına qədər əyləncələr tələb edir və onun tələbi bioloji cəhətdən qanunidir. O, oynamaq istəyir, onu əhatə edən dünyanı hər şeydən əvvəl və hər şeydən asan oyunla dərk edir. A.S.Makarenko «Tərbiyə haqqında mühazirələr» kitabında oyunun uşağın həyatındakı mövqeyini belə qiymətləndirir. «Yaşlı adamın həyatında iş fəaliyəti, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın həyatında oyun o qədər vacib və əhəmiyyətlidir. Uşaqlar oyunda necədirlərsə, böyüyəndən sonra işdə də bir çox cəhətdən elə olmalıdırlar. Ona görə də gələcək xadimin tərbiyəsi hər şeydən əvvəl oyun prosesində keçir (A.S.Makarenko. Seçilmiş pedaqoji əsərləri, s.378). A.S.Makarenko oyunla işin arasında o qədər də fərq olmadığını göstərir: «Yaxşı oyun yaxşı işə bənzəyir, pis oyun pis işə bənzəyir. Bu bənzəyiş çox böyükdür. Cəsarətlə demək olar ki, pis iş yaxşı işdən daha artıq pis oyuna oxşayır (A.S.Makarenko. Seçilmiş pedaqoji əsərləri, səh.378). Oyun uşaqda kollektivçilik, dostluq, təşəbbüskarlıq, qoçaqlıq, düzgünlük, beynəlmiləlçilik, vətənpərvərlik və s. ən yüksək müsbət əxlaqi keyfiyyətləri aşılayır. Valideyn hər hansı bir oyunu uşağa keçmək üçün ona qabaqcadan hazırlaşmalı, metodik yolları, qaydaları özü üçün dürüstləşdirməlidir. Oyun zamanı qaydaların pozulmasına imkan verməməlidir. Ailə şəraitində tətbiq olunan oyunlar məzmununa görə təklikdə və ya bir neçə uşağın iştirakı ilə yerinə yetirilə bilər. Dəstə halında oyunları yaşayış binasına yaxın sahə və meydançalarda oynamaq lazımdır. Belə oyunlardan biri də Azərbaycan xalq oyunu «Şaxta və günəş» dir. Bu oyun əsasən qızlar üçündür. Valideyin qızları 2 dəstəyə bölür, meydançanın əks tərəfində cərgə ilə üz-üzə düzləndirir.Dəstəbaşı seçir. Dstələrin birinə qırmızı, digərinə isə ağ yaylıq verilir. Əllərində qırmızı yaylıq olan dəstə «Şaxta» adlandırılır. Valideyn dəstə başçılarını meydançanın ortasına çağırır. Ağ yaylıqlı dəstənin başçısı o birinə deyir: «Şaxtayam yüküm ağır, Nəfəsimdən qar yağır. Mən gələndə dəryalar, Qorxudan buz bağlayır». Qırmızı yaylıqlı dəstənin başçısı cavab verir: «Şaxta baba, nahaq sən Qüvvətliyəm deyirsən. Mən buluddan çıxanda Mum kimi əriyirsən». Valideynin işarəsi ilə dəstə başçıları yaylıqları oyunçulardan yığırlar. Dəstəni sıraya düzüb cəld valideynin yanına yüyürürlər və yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab edilir. Valideynin işarəsi olmadan dəstə başçıları yaylıqları oyunçulardan yığmamalıdır. Dəstəni sıraya düzmədən valideynin yanına qaçmamalıdır. Ailədə uşaqların fiziki tərbiyəsinə səhər gimnastikasının icrası, həyətyanı sahə və meydançalarda voleybol, basketbol, futbol və s. oyunlar ilə məşğul olmaq da daxildir. Bütün bunlar uşaqların əzələ və sinir sistemini, dayaq hərəkət aparatını daha da möhkəmləndirir, fəal istirahətlərini təmin edir. İdman oyunlarının təşkili və keçirilməsi üçün valideynlər məhəllələrdə meydançalar hazırlamağa borcludur. Həmin meydançaların dağılmaması və həmişə səliqəli olması üçün valideyn ora nəzarət və rəhbərlik etməlidir

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: VII mövzu: Uşaqlarda koqnitiv (idrak) bacarıqlarının inkişaf etdirilməsi

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan:


  1. Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı

  2. Məktəb təliminə hazırlıqda nitq inkişafının psixoloji xüsusiyyətləri

  3. 5-6 yaşlı uşaqlarda nitqin inkişaf xüsusiyyətləri

  4. Məktəb təliminə hazırlıqda “nitq davranışı” və “nitq etiketi”

  5. Uşaqlara dioloji nitqin öyrədilməsi

I İdrakın inkişafı. Bu inkişaf sahəsi 3 hissədən ibarətdir: - Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir. - Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən isitfadə edir. - Sadə riyazi əməliyyatları yerinə yetirir. Gördüyünüz kimi, I hissə ətraf aləmlə tanışlıq məsələlərini özündə birləşdirir. Bu sahə, əslində uşaqların həvəslə öyrəndikləri və sürətlə irəlilədikləri sahədir. Körpə yaşlarından uşaq tədqiqatçıdır: müxtəlif əşyalara toxunmaq, onlarla cürbəcür manipulyasiyalar etmək, eyni hərəkəti dəfələrlə təkrar edib ən xirda incəliklərə fikir vermək və mülahizə söyləmək uşaqların təbiətindədir. Heyif ki, bir çox valideynlər və müəllimlər uşaqdakı təbii tədqiqatçılıq həvəsini erkən yaşda məhv edirlər (təhlükəsizliyin təminatı adı altında). II hissədə əsas vurğu nitqin inkişafına qoyulur. Nitq - idrakın inkişafının həm göstəricisidir, həm də onun inkişafını stimullaşdıran fəaliyyətdir. Başqa sözlə, beynində idraki proseslər daha sürətli gedən uşaq aydın və səlis danışır, digər tərəfdən nitqi inkişaf etdirilən uşaqda idrak fəaliyyəti optimallaşır. III hissə sadə riyazi təfəkkürün (və ya bəzi sənədlərdə yazıldığı kimi, təsəvvürün) inkişafıdır. Müşahidələr göstərir ki, sadə riyazi təfəkkürün inkişafı adı ilə adətən, uşaqlara saymaq və hesablamaq öyrədirlər. Amma saymaq və hesablamaq riyazi təsəvvürlərin bir hissəsidir. Tam riyazi təsəvvürün formalaşması üçün forma, ölçü, kəmiyyət və həcm barədə anlayışlar; planlaşdırma, modelləşdirmə, sxemləşdirmə və simvollaşdırma bacarıqları, məkan və zamanla bağlı ilkin riyazi əməliyyatlar, müxtəlif alətlərdən istifadə, məsələ həlli və s. vacibdir.

Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı onlarda öyrənməyə həvəs və maraq formalaşdırır. Məktəbəqədər yaşlı uşağın idrak fəaliyyətində sistemlilik, ardıcıllıq, əlaqəlilik, həyat şəraitinə uyğunluq, mühüm şərt hesab olunur. Məktəbəqədər yaş dövründə uşaq idrakın inkişafı baxımından, ilk növbədə, sadə danışıq dilinə və rabitəli nitqə yiyələnir, ətrafdakılarla ünsiyyət qurur, öz fikirlərini təqdim etməyi öyrənir. Uşaqlar təmasda olduqları əşyaların adlarını, əlamətlərini, necə hərəkət etməsini düzgün ifadə edir, bu istiqamətdə məntiqi mühakimə yürütmək, düzgün, sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə gəlmək qabiliyyəti nümayiş etdirir. İdrak üzrə uşağın yerinə yetirdiyi tapşırıqlar onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, məkan və zaman haqqında təsəvvürlərini genişləndirir. 

Riyazi tapşırıqların həlli zamanı uşaqlarda induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi mühakimə qabiliyyətləri inkişaf edir. 


Yüklə 154,47 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin