Kurs: III fənn: Məktəb təliminə hazırlığın əsasları



Yüklə 154,47 Kb.
səhifə22/22
tarix10.01.2022
ölçüsü154,47 Kb.
#106696
1   ...   14   15   16   17   18   19   20   21   22
Ekoloji tərbiyənin prinsipləri: Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsini lazimi səviyyədə qurmaq üçün bir sıra tələblərə-prinsiplərə əməl edilməlidir.

  1. Ekoloji tərbiyəyə uşaq şəxsiyyətinin hərtərəfli inkişafının tərkib hissəsi kimi baxılmalıdır. Ekoloji tərbiyəyə, estetik əmək və vətənpərvərlik tərbiysi ilə bağlıdır. Onda uşaqları təbiətdə olan gözəllikləri qorumaq və qavramaq, doğma torpağın təbii sərvətini mühafizə etmək, onların qayğısına qalmaq bacarıq və vərdişlərinə yiyələnirlər.

  2. Ekoloji tərbiydə təbii sərvətlərin mahiyyətini anlamaq üçün məktəbəqədər yaşlı uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Kiçik yaşlı uşaqlara təbii ehtiyatların tükənməsi, erroziya. havanın, suyun, torpağın bəzi bitki və heyvan növlərinin qeyri-insani münasibətinin nəticəsində məhv edilməsini anlamaq üçün istər məşğələ istərsə də məşğələdənkənar tərbiyəvi tədbirlər vasitəsi ilə sadə şəkildə onlara çatdırılmalıdır.

  3. Ekoloji tərbiyə işində sistematik və ardıcıllıq gözlənilməlidir. Bu müntəzəm, planlı və məqsədyönlü həyata keçirilməlidir.

  4. Ekoloji tərbiyə hərtərəfli aparılmalıdır. Uşaqlarda təbiətə sadə formada olsa da münasibət formalaşmalıdır. Bu uşağın əxlaqına xüsusən də vətənpərvərlik hissinə təsir göstərməlidir.

Ekoloji tərbiyənin vəzifəsi yalnız təbiət hadisələrini müşahidə etmək, təbiətlə insan arasında tarazlığın mahiyyətini sad şəkildə aparmaqla bitmir. Uşaqların ömrü bağça yaşı dövründə təbiətdə, yaşadığı binanın həyətində, bağçanın əkin sahəsində gözəllik yaratmaqla, əməklə məşğul olmaqla daha da mənalandırır.

Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Ekoloji tərbiyə hələ kiçik yaşlardan, ailə və uşaq bağçasından başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.



III Kinofilmlərin və diofilmlərin göstərilməsindən uşaq bağçasının bütün yaş qruplarında əyani vasitə kimi geniş istifadə olunur. Fim uşaqlarda maraq, emosiya yaradır və onlar bunu uzun müddət yadda saxlayırlar. Məşğələlərdə kinofilmlərdən istifadə edərkən mütləq bir sıra metodik tələblərə riayet etmək lazımdır. Filmin göstərilməsi 9-10 dəqiqədən çox olmamalıdır. Film göstərilməzdən qabaq tərbiyəçi göstəriləcək film haqqında söhbət aparmalıdır. Uşaqlara imkan verməlidir ki, filmdən sonra onları ən çoc maraqlandıran məqamlar haqqında bir-biri ilə müzakirə etsinlər. Uşaqların biliklərini dəqiqləşdirmək və sistemləşdirmək üçün təkrar baxış və söhbət ilk baxışdan 5-6 gün sonra aparılmalıdır. Filmin göstərilməsi üçün müvafiq şərait olmalıdır.

Bir çox diofilmlər uşaqlarda əxlaqi keyfiyyətlər aşılayır. Nağılları, hekayələri oxuyarkən, şerləri söyləyərkən, müsahibə vaxtı ekranda kadr göstərilməsi uşaqların diqqətini cəlb edir, mövzuya marağı artırır, düşünmə qbiliyyətini fəallaşdırır, bədii əsər haqqında obrazlı təsəvvür əldə etmə imkan yaradır. Tez-tez diofilmlər o halda göstərilir ki, tərbiyəçi hekayə və nağılı mütləq illüstrasiyaların köməyi ilə təqdim etsin.

Diapozitivlərdə isə müsahibə prosesində və nağıletmədə daha çox istifadə olunur.

Məlumdur ki, diafilmlər uşaqlardan daha çox əqli iş tələb edir. Odur ki pedaqoq-tərbiyəçi mətni oxyub sonradan əsəri nümayiş etdirsə daha yaxşı olar.

Məktəbəqədər yaşlı uşaqlar üçün belə diafilmlər “ Qırmızı papaq”, “ Kirpi və dovşan”, “Üç ayi”, “Cırtdan” və s. göstərmək olar. Onlardan, məsələn eyni adlı B.Oceyevanın “Sehirli söz” hekayəsi üzrə çəkilmiş diafilmlərə nəzər yetirək. Burada məqdəs əsərin məzmununa uyğun yaxın hekayə qurub danışmaq, mədəni davranıç tərbiyə etmək, insanlara xeyirxah münasibət tərbiyə etməkdir.

Diofilmə baxışdan sonra onunla iş məzmununa əsasən müxtəlif formalada təşkil edilə bilr. Adətən uşaqların xoşuna gələn kadrlar, epizodlar təsvir edilir, ayrı-ayrı kadrlar və fraqmentlər, suallar tətbiq olunur. Süjetin qısa nəqli, suallara cavablar, ayrı-ayrı kadrların rəsm edilməsi və s. tapşırığı yerinə yetirən uşaqlarda yaddaş, dünyagörüş sərbəst olaraq düşünmə qabiliyyəti inkişaf edir. “Səni nə və nəyə görə xoşuna gəldi?” sualına cavab verməzdən əvvəl uşaq gördüklərini yenidən göz önünə gətirir, yaddaşı təzələnir, müqayisə edir, tutşdurur. qiymətləndirir, seçir.

Diofilm və pozitivlərin tətbiqini divar şəkilləri ilə təşkil edilən ümumi yaxınlıq əlaqəsi var. belə ki, ekranda böyük ölçülü şəkillərin göstərilməsi məktəbəqədər yaşlı uşaqlara hər hansı bir əşyanın tam qavranılması imkanı verir.
İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: XIV mövzu: Məktəbəhazırlıq qrupu ilə məktəb arasında əlaqə formaları

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan


  1. Bağça ilə məktəb arasında əlaqə

  2. Məktəbə hazırlıq qrupu ilə məktəbin oxşar cəhətləri

  3. Tərbiyəçilərin və I sinif müəllimlərinin üzərinə düşən öhdəliklər

I Ilkin olaraq qeyd edilməlidir ki, Azərbaycanda məktəbəqədər tərbiyə müəssisəsi ilk dəfə 1907-ci ildə Bakının Bayıl qəsəbəsində Alisa İvanovna Radçenko adlı bir qadın tərəfindən təşkil edilmişdir. “Dəcəllər məktəbi” adlanan bu uşaq bağçası ilə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinin əsası qoyulmuşdur

Respublikamızın təhsil sisteminin müxtəlif mərhələləri arasında qarşılıqlı əlaqə və ardıcıllıq mövcuddur. Təhsil sistemində ardıcıllıq o deməkdir ki, təlim-tərbiyə vəzifələrinin ardıcıl həlli məqsədilə onun qarışıq halqaları arasında qarşılıqlı əlaqə müəyyən edilir. Belə ki, təhsil sisteminin hər bir mərhələsi öz işini əvvəlki mərhələ əsasında ibtidai məktəbin I sinfi də öz fəaliyyətini təhsil sistemində ilk halqa olan məktəbəqədər təlim-tərbiyə zəminində qurur. Respublikamızda geniş miqyaslı islahatların aparıldığı bir dövrdə uşaq bağçası ilə məktəb, o cümlədən məktəbəqədər və məktəb pedaqogikası arasında ardıcıllıq mühüm əhəmiyyət kəsb edir. Bu problem pedaqoq və psixoloqların (prof.Y.Ş.Kərimov, A.P.Usova, R.İ.Jukovskaya, L.A.Levinova, L.İ.Bojoviç və b.) daim diqqətini cəlb etmişdir. Onlar bununla əlaqədar müxtəlif fikirlər irəli sürmüşlər. Bəs uşaq bağçası ilə məktəbin işində əlaqə və ardıcıllıq dedikdə biz nəyi nəzərdə tuturuq?

1) Uşaq bağçası uşağı məktəbin irəli sürdüyü tələblərə (məktəbə) hazırlamalıdır.

2) Məktəb uşağın uşaq bağçasında əldə etdiyi bilik, bacarıq və vərdişlərə əsaslanmaqla şagirdlərin sonrakı hərtərəfli inkişafı üçün ondan istifadə etməlidir.

3) Ardıcıllıq yalnız təlim-tərbiyənin məzmunu üzrə deyil, həm də metodları, priyomları, təşkili formaları üzrə həyata keçirilməlidir.

4) Əlaqə və ardıcıllıq məktəbə keçid şəraitini yaratmalı və bu zaman əvvəllər mənimsənilmiş vərdişlər yeni vərdişlərin inkişafına təsir göstərməlidir.

Uşaq bağçası ilə məktəbin, məktəbəqədər və məktəb pedaqogikası arasında əlaqə və ardıcıllığın nəzəri əsası uşaqlara vahid tərbiyəvi təsirləri tələb edir. Uşaq bağçası məktəblə əlaqə və ardıcıllığı həyata keçirmək üçün ilk növbədə uşaqları məktəbə hazırlamalıdır. Uşaqların məktəb təliminə hazırlanması dedikdə fiziki, əqli və psixoloji hazırlıq nəzərdə tutulur.

Uşaqlarda ilkin təlimə hazırlıq iki mərhələdə gedir:

1) məktəbəqədər tərbiyə sistemində, ilkin təlimə başlayanadək;

2) ilkin təlim prosesinin özündə.

Ilkin təlimin hazırlıq mərhələsində müəllimin məktəbəqədər tərbiyənin nəticələrindən hərtərəfli istifadə etməsi zəruridir. Bununla belə, bəzi I sinif müəllimləri uşaq bağçasına gedən uşaqların kifayət qədər ümumi inkişafa malik olduğunu desələr də, onların potensial imkanlarından tam istifadə etmirlər. Sinif müəllimi pedaqoji diaqnostikanın köməyi ilə uşaqların məktəbəhazırlıq səviyyəsini öyrənməli və onların uşaq bağçasında qazandıqları bilik və bacarıqlardan məktəbdə verilən yeni məzmunla əlaqələndirərək istifadə etməlidir. Sinif müəllimi uşaqların əvvəlki mərhələdə - uşaq bağçasındakı təlim-tərbiyənin nəticələrindən nə qədər çox və səmərəli istifadə edərsə, I sinifdə təlimi daha müvəffəqiyyətlə təşkil edə bilər. Bununla yanaşı, o, sonrakı siniflərdə müvəffəqiyyətli təlim üçün zəmin yaratmalıdır.

II Uşaq bağçasının məktəbə hazırlıq qrupu ilə məktəbin I sinfi arasında ümumi, oxşar cəhətlər mövcuddur:

1. Uşaq bağçası və məktəbdə təlim pedaqoq tərəfindən həyata keçirilir.

2. Uşaq bağçası və məktəbdə təlim uşaqlarda “oxumaq bacarığı” yəni, bilikləri mənimsəmək, tərbiyəçi və müəllimin göstərdiyi fikri iş priyomlarına və yollarına yiyələnmək bacarığı, nəticəni əldə etmək qabiliyyəti formalaşdırır.

3. Uşaq bağçasında və məktəbdə uşaqların davranışına bir sıra ümumi tələblər verilir: pedaqoqu və yoldaşını dinləmək, pedaqoqun hərəkətlərini müşahidə etmək, onu göstərişlərini izləmək, onları diqqətlə yerinə yetirmək, aldığı qiymətə fikir vermək, sonra öz işini müstəqil qiymətləndirmək bacarığı, məlum qaydalara müvafiq səhvləri düzəltmək. Bütün bunlar diqqəti, təfəkkürün fəallığını, iradəni və səyi tərbiyə edir. Bu oxşar cəhətlər heç də uşaq bağçasında və məktbdə təlimi eyniləşdirməyə əsas vermir.

Məktəbdə təlim prosesinin inkişafı uşaqlardan əqli fəaliyyətin müəyyən sürətini tələb edir. Məktəbli təlimə məsuliyyətlə yanaşmalı, onun mahiyyətini dərk etməli, məktəb həyatının tələb və qaydalarına tabe olmalıdır. Müvəffəqiyyətli təlim üçün o inkişaf etmiş idrak marağına kifayət qədər geniş əqli dünyagörüşə malik olmalıdır. Bu dövrdə uşaqların müəllimlə qarşılıqlı münasibətləri yenidən qurulur. Bu münasibətlər uşaq bağçasında tərbiyəçi ilə münasibətlərə nisbətən daha işgüzar və təmkinli xarakter alır. I sinif şagirdi üçün ona dərs deyən qeyri-adi adamdır – ilk müəllimdir. Uşağın həyatında çox şey ondan asılıdır. Ona görə də sinif müəllimi özünə tələbkarlıqla yanaşmalı, uşaqların mənəvi aləmi, qayğı və həyəcanları ilə maraqlanmalı, onlara vaxtında kömək göstərməlidir.

III Uşaq bağçasında məktəbə hazırlıqla əlaqədar az-çox iş gedirsə də, tərbiyəçilərin əksəriyyəti öz məzunlarının məktəbdəki aqibəti ilə maraqlanmırlar. Sinif müəllimlərinin bəziləri isə uşaq bağçasında uşaqların hansı inkişaf səviyyəsinə çatdığını öyrənmirlər. Fikrimizcə, problemin həllinə kömək etmək məqsədilə aşağıdakı işlər görülməlidir:

1. Uşaq bağçasının məktəbəhazırlıq qrupunda uşaqların məktəbə ekskursiyaları təşkil olunmalıdır. Ekskursiyadan sonra tərbiyəçi şərait yaratmalıdır:

a) uşaqların məktəb haqqında hekayə tərtib etmələrinə;

b) uşaq bağçasındakı rejimlə məktəbin rejimi arasındakı oxşar və fərqli cəhətlərin müəyyənləşdirilməsinə dair didaktik oyunun keçirilməsinə;

c) uşaqların yaradıcı təxəyyüllərinə əsasən məktəbə dair müstəqil oyunların təşkilinə və s.

2. Məktəbə hazırlıq qrup uşaqları ilə I sinif şagirdlərinin birgə tədbirlərdə (səhərciklər, bayramlar, rəsm sərgiləri, məşğələlər və s.) iştirakı təmin olunmalıdır.

3. Ibtidai sinif müəllimləri uşaq bağçasında tərbiyə alan uşaqlar, tərbiyəçilər isə məzunlar-məktəblilər üzərində müşahidələr aparmalı, bir-biri ilə təcrübə mübadiləsi etməli, məsləhətləşməlidirlər.

4. Rayon, şəhər, respublika miqyasına problemlə əlaqədar konfranslar keçirilməli, habelə orta ixtisas və ali məktəblərin müvafiq fakültələrinin müəllimləri, tələbələri bura dəvət olunmalı, xarici ölkələrin bu sahədə qabaqcıl təcrübəsi ilə tanış olan görkəmli alimlərin məruzələri dinlənilməlidir.

5. Uşaqların məktəbə hazırlanmalarına xidmət edən çap əsaslı stolüstü oyunlar sistemi nəşr edilib, tərbiyəçi və sinif müəllimlərinə çatdırılmalıdır.

6. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsində problemin həllinə kömək edən yazılar dərc olunmalıdır.

7. Problemlə əlaqədar televiziya verilişləri hazırlanmalıdır.

8. Tərbiyəçi və sinif müəllimləri özlərinin elmi-pedaqoji hazırlıqları üzərində müntəzəm işləməli, əlaqə və ardıcıllığın yeni forma və metodlarını axtarmağa səy göstərməlidirlər.

Qeyd edildiyi kimi məktəbəqədər tərbiyə təhsil sisteminin ilk mərhələsidir. O, uşaqların tərbiyəsində hərtərəfli inkişafın özülünü qoyur və uşaqları məktəbə hazırlayır. Tərbiyəçilər məktəbdə I sinif şagirdlərinə verilən pedaqoji tələbləri yaxşı bilməli və buna müvafiq olaraq uşaqları məktəbdə təlim prosesinə hazırlamalıdırlar. Uşaq bağçası ilə məktəbin arasındakı əlaqə və ardıcıllıq tərbiyə prosesində varislik 125 prinsipinə əsaslanır.

Uşaq bağçası ilə məktəbin işində ardıcıllığın mühüm cəhətlərindən biri də tərbiyəçinin I sinifdəki, müəllimin isə uşaq bağçasındakı işin məzmunu, formaları, rejimlə tanışlığıdır. Tərbiyəçilər və müəllimlər rəngarəng əlaqə formalarından istifadə edirlər: dərslərdə və uşaq bağçasında məşğələlərdə qarşılıqlı iştirak etmək, bayramlarda və səhərciklərdə olmaq və sonradan onları müzakirə etmək, uşaq bağçası tərbiyəçilərinin öz yetişdirmələrini məktəbdə müşahidə etməsi, uşaq yaradıcılığı işlərindən ibarət sərgilərdə olmaq və s.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: XV mövzu: Məktəbəhazırlıq qrupunun ailə ilə fərdi əlaqə formaları

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan:


  1. Uşaqların tərbiyəsində ailənin rolu.

  2. Məktəb təliminə adaptasiya prosesində ailənin rolu

  3. Məktəbəqədər müəssisələrin valideynlərlə iş formaları.

  4. Ailə və uşaq bağçası qarşısında duran məqsəd və vəzifələr.


I Uşaqlar məktəbəhazırlıq qruplarına müxtəlif ailələrdən gəlirlər. Məktəbəhazrlıq dönəmindən öncə uşaq artıq ailədə müəyyən bilik, bacarıq və vərdişləri mənimsəyir. Ailə ilk müəllim kimi uşaq üzərində ilkin təlim və tərbiyə üsullarını tətbiq edir. Bütün bunlara baxmayaraq, ailələr uşağın sosiallaşması, digər insanlarla ünsiyyət qurması, məktəb təlimi üçün lazım olan bilik və bacarıqları mənimsəməsi üçün məktəbəqədər müəssisələrə və ya digər məktəbəqədər institutlara ehtiyac duyurlar. Buna görə artıq məktəbəqədər müəssisələrdə müəllimlərin ailənin uşağın ilk müəlliməsi olaraq qəbul etməsi gələcək təlim-tərbiyə prosesinin qurulması və aralarında əməkdaşlıq münasibətlərinin yaranmasının vacib amillərindən biridir. Valideyn və müəllimlərin ümumi səyləri uşaq haqqında məlumatın bölüşməsi, təcrübə mübadiləsi və ən əsası ‒ uşağın böyüməsi və inkişafı üçün daha əlverişli şəraitin təmin etməsi üzrə əməkdaşlıq münasibətlərinin qurulmasına yönəlməlidir. Ailə uşağın doğulduğu, böyüdüyü və tərbiyə aldığı ilk ictimai-mədəni bir mühit olduğu üçün müəllimlər hər bir ailənin mədəni dəyərlərinə hörmətlə yanaşmalı və öz münasibətində nəzərə almalıdırlar. Eyni zamanda müəllimlər uşaqların maraq və problemləri, ailələri və yaxınları haqqında təsəvvürlər əldə etməlidirlər. Valideynlər ilk müəllimlər kimi uşağın təlim-tərbiyə prosesində məktəbəhazırlıq müəllimləri ilə əməkdaşlıq qurmalı, uşaqlarla birgə keçirilən bütün tədbirlərdə iştirak etməlidirlər.

Valideynlər aşağıdakı qeydlərlə tanış olmalıdırlar:

- Beşyaşlı uşaqların yaş xüsusiyyətləri ilə;

- tərbiyəvi işin əhəmiyyəti ilə;

- uşaqların öyrədici, fəaliyyətlərini stimullaşdıran mühitin vacib rolu ilə;

- fiziki, emosional mühafizənin təmin edilməsinin və mühitin təhlükəsizliyinin zərurəti ilə;

- uşaqların fəaliyyətləri ilə.

II Məktəb təliminə adaptasiya prosesində ailənin rolu. Uşağın məktəb təliminə hazırlanması və uğurla uyğunlaşmasında valideynlərin, ailənin, məktəbəqədər təhsil müəssisələrinin, yoxsa müəllimin rolunun daha mühüm olması sualı həmişə mübahisə mövzusu olmuşdur. Mütəxəssislərin fikrincə, hətta ən yaxşı təhsil müəssisəsi belə, ailə və ailə tərbiyəsini tam olaraq əvəz edə bilməz. Müəllimlər uşağa bir çox şey öyrədə bilər, amma bunun üçün diqqət formalaşdırmaq, uşağın fikrini cəmləşdirə bilmək lazımdır, bu isə o qədər də asan iş deyil. Məktəbəqədər uşaqlarda davranışın ixtiyari formaları kifayət qədər inkişaf etməyib, onlar öz diqqət və fəaliyyətlərini idarə edə bilmirlər. Belə şəraitdə öyrətmək və öyrənmək çox çətin olur. Məktəbdə tədris prosesi uşaqdan xüsusi diqqət tələb edir. Uşaq dərsdə sakit oturub qulaq asmalı, ona deyilənləri yadda saxlamalıdır. Davranışın ixtiyariliyi bütün məktəbəqədər dövr ərzində uşağın həyatının müxtəlif aspektlərində (böyüklərin tələblərinə əməl etməkdə, davranış qaydalarına riayət etməkdə, ümumi intizamda və s.) inkişaf etməlidir. Əgər uşaq məktəbə qədəm qoyarkən öz fəaliyyət və davranışını ixtiyari idarə edə bilmirsə, demək inkişafının ilk mərhələlərində onun tərbiyəsində valideynlər səhvlər buraxmışlar. Ola bilər ki, uşağı ya həddən artıq çox əzizləyirdilər, ya həddən artıq sərt davranıb sərbəstliyini məhdudlaşdırırdılar. Belə təqdirdə, uşaq sərbəst olaraq heç vaxt, hətta ən gözəl şəraitdə də olsa, öz hərəkət və davranışını idarə etməyi öyrənə bilməyəcək. Bütün bunları o, yalnız böyüklərlə ünsiyyət və birgə fəaliyyət zamanı əldə edə biləcək

Uşaq inkişaf etdikcə onun müstəqil fəaliyyət dairəsi artır. Hər bir yaş dövründə yalnız böyüklərin iştirakı ilə öhdəsindən gələ biləcəyi və ya heç edə bilməyəcəyi məhdud fəaliyyət dairəsi mövcuddur. Valideynin məşğulluğundan asılı olaraq uşaqların birində bu dairə geniş, digərində isə məhduddur. Beləliklə, tez-tez sərbəst buraxılan uşaq özünü inamlı, uğurlu hiss edərək daha tez inkişaf edəcək. Uşaq üçün çətin olan zamanlarda, müəyyən işin öhdəsindən gələ bilməyəndə onu öz problemi ilə tək qoymaq isə doğru deyil. Bu halda uşaqda öz gücünə inamsızlıq, uğursuzluq hissi oyanar və gələcəkdə özünü aşağı qiymətləndirməsinə səbəb olar. Əgər uşaq valideynlərin yardımını qəbul etməyə hazırdısa, valideynlər aşağıdakıları yadda saxlamalıdırlar:

* Valideyn yalnız uşağın bacarmadığını öz üzərinə götürməli, digər hallarda isə ona sərbəstlik verməlidir;

* Uşaq yeni hərəkətləri mənimsədikcə onları tədricən uşağın öz öhdəsinə buraxmalı;



III Ailənin və uşaq bağçasının qarşısında duran məqsəd və vəzifələr eynidir: hərtərəfli inkişaf etmiş, estetik zövqə, bədii qabiliyyətə malik insan tərbiyələndirmək.

Uşaq bağçasında gələcək vətəndaşların şəxsiyyət kimi formalaşması mühüm əhəmiyyət kəsb edir. Uşaq bağçalarında uşaqların tərbiyəsi ilə xüsusi şəraitdə vahid dövlət proqramı üzrə ixtisaslı pedaqoqlar məşğul olurlar. Uşaq bağçasının işçiləri uşaqları düzgün tərbiyələndirməklə ailəyə kömək etməyə, ən yaxşı ailə tərbiyəsi təcrübəsini təbliğ etməklə, ailə tərbiyəsi ilə ictimai tərbiyə arasındakı əlaqələrini genişləndirməlidir.

Valideynlərin hərtərəfli müntəzəm pedaqoji maarifləndirmədə əsas məqsəd odur ki, onlar həm uşaqların təcrübəsi həm də nəzəri biliklərin əsası ilə tanış olurlar.

Uşaq bağçaları ilə ailə arasında əlaqə formal xarakter daşıyır. Bunun qarşısını almaq üçün pedaqoji təbliğatı gücləndirməli, yaxşı ailənin təcrübəsi təbliğ edilməlidir. Ailələr ilə əlaqə formaları fərdi və kollektiv ola bilər.

Fərdi formada tərbiyəçi uşağın vəziyyəti, davranışı haqqında valideynə tək tək məsləhət verə bilir. Kollektiv əlaqə formasının sahəsi genişdir.

İbtidai siniflərdə şagirdlərin təlimdə geri qalmalarının səbəblərindən biri onların məktəbə hazırlanmaları sahəsində buraxılan nöqsanlarla əlaqədardır. Respublikada ailələrdə mədəni səviyyəsinin yüksəldiyi, ali təhsilli valideynlərin əhəmiyyətli dərəcədə artdığı indiki dövrdə şübhəsiz uşaqların inkişafı sürətlənir. Buna görə də uşağın məktəbə hazırlanması sahəsində sistemli, ardıcıl və mütəşəkkil iş aparılır.

Ətraf aləmin təsiri, ailə şəraiti, ictimaiyyət uşağı müəyyən dərəcədə məktəb təliminə hazırlayır, lakin bu hazırlığa düşünülmüş istiqamət vermək, onu mütəşəkkil prosesə çevirmək son dərəcədə faydalıdır.

A.S.Makarenko yazırdı ki, “Sizin şəxsi davranışınız əsas həlledici amildir. Elə fikirləşməyin ki, siz uşaqları onlarla söhbət edərkən, nəyi isə öyrənərkən və yaxud nəyə isə təhrik edərkən tərbiyələndirirsiniz. Siz onları həyatın hər bir anında tərbiyələndirirsiniz, hətta siz evdə olmayanda belə. Əgər valideyn əməli və sözləri eynidirsə, uşaqlara verdikləri tələb vahiddirsə, daim və ardıcıldırsa, onda onların nümunə və rəğbətinin tərbiyəedici təsiri daha da qüvvətlənir.



IV Məktəbəqədər müəssisələrin, valideynlərlə iş formaları müxtəlifdir: canlı söz, tərbiyə işlərinin göstərilməsi,sərgilərin təşkili, pedaqoji kitabxana, valideynlərin uşaq bağçasının həyatında fəal inkişaf etməyə cəlb olunması və s. Bu işlər valideynlərlə iki istiqamətdə; fərdi və kollektiv formada aparılır.

Məktəbəqədər müəssisə əməkdaşlarının ailə ilə işi əsas fəaliyyət hədəfidir. Məktəbəqədər müəssisə uşaqların tərbiyəsini düzgün təşkil etmək etmək üçün ailələrlə ünsiyyət yaradır, birgə fəaliyyət göstərirlər. Bunun üçün müəssisənin qarşısında bir neçə vəzifə durur.



  1. valideynlərin pedaqoji maariflənməsi;

  2. hər bir uşağın ailə həyatını öyrənib, ailə təcrübəsini təbliğ etmək

Uşaq bağçası ilə ailə arasındakı əməkdaşlıq o uşağın tərbiyəsinə müsbət təsir edər. Bəzən elə olur ki, tərbiyəçi ilə valideyn bir-birinə çox yaxın olur. Lakin uşağın tərbiyəsini hər biri öz istədiyi istiqamətdə aparır. Bundan heç bir müsbət nəticə almaq olmaz.

Uşaq bağçada ictimai mühitə düşür, onun yaşıdlar, tərbiyəçilər, müəssisənin digər əməkdaşları əhatə edir. Onda davranış mədəniyyəti, adət və vərdişlər yaranır.

Ailə- uşaq bağçası ilə qarşılıqlı əlaqəsi olan ilk sosial institutdur.Məktəbəqədər tərbiyə müəssisəsi və ailənin tərbiyə funksiyaları müxtərlif olsa da, onların birgə fəaliyyəti zəruridir.

Məktəbəqədər tərbiyənin konsepsiyasında deyilir ki, məktəbəqədər tərbiyə müssisəsi ailənin xronoloji davamçısıdır.Müasir tərbiyə işi ailənin öyrənmə metodunu ailəyə bələd olmağın yollarını tapmalıdır. Nəticədə uşaq-valideyn məhəbbəti, digər tərəfdən tərbiyəçinin diqqəti sayəsində cəmiyyətin fəal üzvünə çevrilir.




1



Yüklə 154,47 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin