Kurs: III fənn: Məktəb təliminə hazırlığın əsasları


Ümumi inkişaf və təlim nəticələri



Yüklə 154,47 Kb.
səhifə20/22
tarix10.01.2022
ölçüsü154,47 Kb.
#106696
1   ...   14   15   16   17   18   19   20   21   22
Ümumi inkişaf və təlim nəticələri 

Uşaq: 

• nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir; 

• sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; 

• əşya və hadisələr haqqında ilkin təsəvürlərə malik olur və anlayışları izah edir; 

• səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli sürür; 

• sadə təqdimatlar edir



II 4-5 yaşın aralıq mərhələsində uşaqların böyük əksəriyyəti hələ təkmilləşməmiş nitqə malik olurlar. Dördyaşlı uşaqların nitqinin qrammatik qurluşu, fonetik eşitmə, orfoepiya qaydalarına əməletmə, rabitəli, fəal nitq imkanları respublikada ümumi normalardan aşağı olduğundan nitq inkişafı ilə təşkil olunan oyun-məşğələlərdə başlıca diqqət bu problemlərin aradan qaldırılmasına yönəldilir.

4-5 yaş mərhələsi dövründə daxili nitq sürətlə inkişaf edir. İstifadə etdiyi frazalarda başlıca və ikinci dərəcəli olanları asanlıqla ayırd etmək mümkün olur. Səbəb, məqsəd, nəticə və cümlənin digər əlaqələri möhkəmlənir, lakin nitqin semantik quruluşu haqqında eyni fikri söyləmək olmaz. Bu dövrdə lüğət ehtiyatı sürətlə zənginləşdiyindən onların məna tərzini də eyni sürətlə mənimsəmək uşaq üçün çətinləşir. 5-6 yaş ərəfəsində bu çatışmazlıqlar əsasən aradan qalxır.

Məhz nitqin kifayət qədər mükəmməl olmamasından irəli gəlir ki, 4 yaşlı uşaqlar öz düşüncələrini hələ məntiqi səviyyədə quraraq yerinə yetirdikləri sadə, primitiv iş və hərəkətləri mürəkkəb quruluşlu fəaliyyətdən ayıra bilmirlər. Onlar üçün hər hansı iş və hərəkət heç də fəaliyyətin hissəsi olmayıb bilavasitə onun özüdür. 5 yaşlılarda isə biz bu sahədəxeyli irəliləyişin şahidi oluruq. Onlar fəaliyyət növünü fərqləndirməklə yanaşı onun ayrı-ayrı sahələrinə də fərqli yanaşa bilirlər.

Bu imkanlar əsas götürülərək dördyaşlıların nitqi səciyyələndirilərkən “parktik ünsiyyət” ifadəsi təklif olunur. Praktik ünsiyyət uşağın subyektiv praktik faliyyətində öz qarşısına qoyduğu fikri fəaliyyətin məhsulu olub, hadisələrin ümumi əlamətlərini, hadisələrin keyfiyyətini özündə cəmləşdirir.

4-5 yaşlı uşaqlar dil vasitələrindən, ilk növbədə nitq hissələrindən differensiallaşmış qaydada istifadə edirlər. Təbiət hadisələrini, yaxud ayrı-ayrı əşyaları təsvir edərkən ictimai həyat hadisələrindən 3-4 dəfə çox emosionallıqla, dəqiqliklə bəhs edirlər. Daha çox tanış olduqları sosial hadisələri təsvir edərkənfellərin sayı əhəmiyyətli dərəcədə artır. Onlar eyni zamanda mürəkkəb cümlələrin işlədilməsində də müstəqillik göstərə bilirlər. xüsusi ilə təlim fəaliyyətində buna ciddi yanaşırlar. Məktəbə hazırlıq prosesində bu problemi diqqət mərkəzində saxlamaq lazım gəlir. Yarımçıq cümlələr, sözlərin təkrarlanması, uzadılması, cümləyə yersiz intonasiyanın, pauzanın əlavə edilməsi, kəkələmələr kimi zərərli vərdişlərin aradan qaldırılması məhz bu dövrdə qurulan pedaqoji prosesin mühüm vəzifəsi olmalıdır. Onlar məktəbə hazırlanma ərəfəsində olduğundan belə fəal nitqə yiyələnmə tələbi ön plana keçirilir. Effektli pedaqoji şəraitdə 4 yaşlı uşaqlar bunun öhdəsindən gələ bilirlər.

Nitqin leksik tərkibi və lüğət ehtiyatı. Nitq imkanları baxımından 5 yaşlı uşağın

inkişaf səviyyəsi yaşlılara çox yaxın olur. Onlar, hətta ana dilinin mənimsənilməsi ilə yanaşı digər dillərin də öyrənilməsində uğurlar əldə edə bilirlər. Nitqin leksik tərkibi zənginləşir. Yaşın sonunda lüğət tərkibi 2500 söz arasında dəyişir.

Nitqin semantik məzmunu. Sözlərin. sinonimlərin. informasiyanın müxtəlif variantlarından, məsələn, “edirəm” felinin, “gözəl” sifətin bir çox oxşar formalarından mübaliğə və təşbehlərdən istifadə edirlər. Bu bacarıqdan söhbətlərində, həmyaşıdlarla ünsiyyətdə məharətlə istifadə edirlər. 5 yaşa keçmiş uşaq sanki birdən –birə dəyişir. Ağıllı mühakimələr yürüdür, ciddi söhbətlərə qoşulur, tənqidi fikirlər söyləyir. Sözdə vurğu, cümlədə pauza, nitqdə intonasiya 5 yaşlıların nitqinin mədəni səviyyəsinin əsas göstəriciləridir.

Nitqin qrammatik quruluşu. Nitq qrammatik cəhətdən bitkinləşir. Bir nağılın, yaxud hekayənin içərisində eyni ismi bütün hallarda sayları tək və cəm halda, xəbəri indiki, keçmiş və gələcək zamanda asanlıqla işlədirlər. nağıl personajlarina. hekayə qəhrəmanlarını məharətlə yamsılayırlar: “Ayı dedi: - ehheeyyy! Sən məndən qorxmursan? -ha -ha –ha!” , yaxud, siçan qorxaq səslə civildədi “ ci-ci –ci, ...va – y -va- va-y, mən haaa-raa qaçım? Vaay !” . Onlar 12 rəngi fərqləndirir və adlandırırlar.

5-6 yaş dövrü “Sosial standartlamış nitq dövrü” kimi də xarakterizə edilir. Uşaqlar ünsiyyət bacarığına, davr anış mədəniyyətinə yiyələndikdə ətraf aləmlə birbaşa əlaqə qura bilirlər. Təbiət, mədəniyyət hadisələri ilə bilavasitə tanış olur, onların iştirakçısına çevirilirlər. Bu zaman öz nitqinə də tələbkarlıqla yanaşır, münasib elementlər seçir, onları münasib məqamlarda işlədir, münasib tərzdə ifadə edirlər. Bu, koqnitiv imkanlar sayəsində mümkün olur, çünki insan münasibətlərinin bu yüksək səviyyəsi idrakın, hisslərin, iradənin sosiativ əlaqəsi ilə yüksək şüurluluq tzəminində tənzimlənir.

Nitqin riyazi ölçüləri: 5 yaşlıların nitqi müvafiq riyazi ölçülərə malik olmalıdır. Ona görə də təlim məşğələlərində onların nitqi bu səviyyəyə qaldırılır. 5 yaşlıların nitqinin ən spesifik ölçüsü müstəqil nəqletmədə işlətdikləri sözlərlə bağlıdır. Məs,5 yaşlı uşaq nəqletmə zamanı heç bir müdaxilə olmadan 30-dan 60-a qədər söz işlətməlidir. Onlarda fəal söz ehtiyatı 100-ə çatır. Elə istedadlı uşaq var ki həmin rəqəm 150-200 və daha çox olur. Bu göstəricilərə fikrin ifadəliliyi, tamlığı, emosionallığı, süjet üzrə inkişafı, süjeti hissələrə ayrılması və yenidən kuliminasiya nöqtəsinə yönəldilməsi də daxildir.

5 yaşlı uşaqların nitqinin qüsurlu cəhətlərindən biri onun diqqətlə tənzimlənməməsidir. Uşaq müstəqil fikir söyləyərkən onun üçün mətnin bir mövzu ətrafında mərkəzləşməsi və tabe edilməsi çətinləşir. 5 yaşlı uşaq ən azı 4- 6 sözdən ibarət cümləni nitq mədəniyyətinin müvafiq tələblərinə görə ifadə edtməlidir.

5 yaşlı uşaqların oyun, əmək və təlim fəaliyyəti zamanı onların nitqi 2-3 dəfə zəifləyir. Bunun səbəbi xarici nitqin daxili nitqlə əvəzlənməsi ilə izah edilir. Bu fakti reqressiv əlamət kimi qiymətləndirmək olmaz. Əslində daxili nitqin inkişafı fəaliyyətin məhsuldarlığını artırır, koqnitiv imkanları genişləndirir.

Nitqin inkişafında məşğələdən kənar oyun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Onlar öyrndikləri yenilikləri, nitq elementlərini oyun süjetinə daxil edərək vərdişə çevirirlər. Məhz bu baxımdan 5 yaşlıların süjetli- rollu oyunları özünün real nəticələrinə görə yüksək qiymətləndirilir. Müşahidələr gpstərir ki, beşyaşlıların nitqinin göstərilən səviyyəsi heç də bütün uşaqlar üçün xarakterik deyildir.

III Uşağın təfəkkürünün inkişafında nitq böyük rol oynayır. Təfəkkürlə bilavasitə bağlı olan nitq iki funksiyanı yerinə yetirir: o, bir tərəfdən başqaları ilə ünsiyyət vasitəsidir, digər tərəfdən, təfəkkür formasıdır. Belə ki, insan daxili nitqin köməyi ilə sözlərlə fikirləşir. Daxili nitqin əmələ gəlməsi 4-5 yaşından formalaşmağa başlayır və onun köməyi ilə uşaq gələcək işi planlaşdırmağı öyrənir. Bu dövrdə nitq inkişafı üzrə iş səs mədəniyyətinin tərbiyəsi, lüğət ehtiyatının zənginləşdirilməsi, nitqin qrammatik quruluşunun təkmilləşdirilməsi, dialoji və monoloji nitqin formalaşdırılması, həmçinin savad təliminə hazırlığı nəzərdə tutur. Nitqin düzgün formalaşması üçün artikulyasiya aparatının inkişafı mühümdür. Artikulyasiya orqanlarının işi nəticəsində nitq səsləri əmələ gəlir. Səslərin aydın tələffüz edilməsi üçün nitq orqanlarının vəziyyətinin və hərəkətinin düzgünlüyü, fonematik eşitmə zəruridir. Nitqeşitmə qabiliyyəti dedikdə, diqqətli dinləmə və sözlərin başa düşülməsi, nitqin müxtəlif keyfiyyətlərini qavramaq və fərqləndirmək nəzərdə tutulur. Nitqeşitmə qabiliyyətinə yiyələnmək yaxşı fonematik eşitməyi, yəni ana dilinin bütün səslərini düzgün eşitməyi, səslənməsinə görə yaxın səsləri fərqləndirməyi təmin edir. Uşağı məktəbə hazırlamaq üçün onun yaş xüsusiyyətlərini bilmək zəruridir. Amma müəllim nəinki ümumi yaş xüsusiyyətlərini, eyni zamanda fərdi keyfiyyətlərini də nəzərə almalı, inkişafını izləməli və məktəb təliminə hazır uşaqlar yetişdirməyi bacarmalıdır.

Şifahi nitqə bir sıra tələblər verilir: zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqilik, ifadəlilik, təmizlik. Uşaqlarda şifahi nitqi formalaşdırmaq üçün onun forma və məzmununun vəhdəti əsas götürülür. Uşaqların nitqinin düzgün inkişaf etdirilməsi üçün ümumi didaktik tələblər gözlənilməlidir. Yəni, nitq inkişafı üzrə işi xüsusi dərslər və məşğələlərlə məhdudlaşdırmaq olmaz. Nitq inkişafı üzrə iş kompleks şəkildə aparılmalıdır. Bu prosesdə mümkün qədər müxtəlif, rəngarəng üsul, vasitə və priyomlardan istifadə olunmalıdır. Nitq inkişafı anlayışı öz həcmi və məzmunu etibarilə çox geniş anlayışdır. Bu, bir sıra sahələri əhatə edir:

1. Nitqin səs mədəniyyəti üzərində işin təşkili.

2. Ədəbi tələffüz üzrə işin təşkili.

3. Lüğət ehtiyatının zənginləşdirilməsi.

4. Cümlə qurmaq vərdişinin inkişafı.

5. Rabitəli nitq vərdişlərinin inkişafı.

Nitq inkişafı prosesində bu sahələrin biri digərini tamamlayır, birbiri ilə əlaqələnir. Nitqin səs mədəniyyətinə onun tərkib hissəsi olan:

 səs tələffüzü, orfoepiya, diksiya;

 intonasiya, sürət;

 nitqin ünsiyyət mədəniyyəti elementləri;

 nitqi eşitmə qabiliyyəti və artikulyasiya aparatının inkişaf etdirilməsi daxildir.

Ədəbi dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından çox asılıdır. Tələffüzün aydınlığı fikrin dəqiq çatdırılmasını və eşidilənlərin aydın başa düşülməsini təmin edir. Ümumiyyətlə tələffüz dedikdə, dilimizin ümumi normalarına uyğun danışmaq nəzərdə tutulur. Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmaqdır. Bu, orfoepik normalarla tənzimlənir. Düzgün tələffüz normalarını bir və ya bir neçə dərsdə öyrənmək mümkün deyil. Bu uzun bir prosesdir və bütün təlim illəri ərzində aparılmalıdır. Dilimizdə sözlərin bir qisminin tələffüzü ilə yazılışı eynidir. Məsələn, səhər, ata, bacı, bal və s. Bir qisim sözün yazılışı ilə tələffüzü isə fərqlənir: məllim, dosluğ, ayilə, sakqal və s. Bu sözləri tələffüzə əsasən yazan şagirdlər səhvə yol verirlər.

Lüğət üzrə iş nitq inkişafı üzrə iş sistemində mərkəzi yer tutur. Məlumdu ki, söz dilin başlıca vahididir. Söz üzərində iş düzgün təşkil olunmazsa, uşaqların lügəti zənginləşdirilməzsə, uşaqların nitq ünsiyyəti və təfəkkürü də inkişaf edə bilməz. Altıyaşlılar məktəbə qədər az sözlə öz ehtiyaclarını ödəyə bildikləri halda, məktəb dövründə fikrini ifadə etmək üçün daha çox və mürəkkəb dil vahidlərindən istifadə etməli olurlar.

Uşaqlarla məqsədyönlü ünsiyyət onların lügətinə güclü təsir göstərir. Lüğət üzrə işdə əsas məsələ sözün mənasını izah etmək və şagirdin lüğət fondunu zənginləşdirməkdir.

Cümlə üzərində iş nitq inkişafının əsas məsələlərindəndir. Cümlə haqqında praktik bacarıq və vərdişlər uşağın dil açdığı dövrdən yaranmağa başlayır. Təlimin başlanğıcında şagirdlər müəllimin suallarına cümlələrlə cavab verir, ona sual verməyi bacarırlar.Əslində cümlə qurmaq bacarığı zəngin lüğət ehtiyatı tələb edir. Digər tərəfdən, artıq savad təliminə hazırlıq mərhələsində şagirdlər, nitqi cümlələrə ayırmağı, cümlədə sözlərin sayını, ardıcıllığını müəyyənləşdirə bilirlər. Bu zaman cümlə sxemlərindən istifadə olunur.

Cümlə üzrə işin müxtəlif yolları vardır:

 suallara cavab;

 cümləyə sual vermək;

cümləni genişləndirmək;

 dağınıq verilmiş sözlərdən cümlə qurmaq;

 bu və ya digər mövzuya aid cümlə qurmaq;

Rabitəli nitq vərdişlərinin inkişafı. Dilin bütün sahələri ilə bağlı olan belə çalışmalar şagirdlərin nitqini və təfəkkürünü inkişaf etdirir, onları öz fikirlərini rabitəli ifadə etməyə hazırlayır. Rabitəli nitq dedikdə, şagirdlərin xarici aləmi düzgün qavramaları, onu qrammatik və üslubi cəhətdən savadlı ifadə etmələri nəzərdə tutulur. Bunun üçün uşaqların lüğət və cümlə üzrə iş prosesində qazandıqları vərdişlərdən istifadə olunur.

IV Uşağın əqli inkişafını bütövlükdə məktəb təliminə hazırlanmasının ən mühüm şərtlərindən biri onun nitqinin normal inkişafıdır.

Uşağın normal nitqə yiyələnməsi üçün nitqin anatomo-fizioloji əsasını möhkəmləndirmək lazımdır. İlk növbədə baş beynin hüceyrələri “nitq sahəsi” nin struktur kələfinə mənfi təsir göstərən hallardan ( soyuqdəymədən, xroniki xəstəliklərdən) uşağı qorumaq lazımdır. Uşağın sağlamlığının möhkəmləndirilmısi onun nitqinin inkişafı üçün maddi baza hazırlayır. Uşağın nitqinin inkişafı onun müvəffəqiyyətlə təhsil alması, həyati boyu düşünülmüş fəaliyyəti üçün mühüm şərtlərdən biridir. Normal nitqə yiyələnmə prosesində bir sıra çətinliklər meydana çıxır ki, onların da konkret sıbıblri vardır.

Məktəb təcrübəsi göstərir ki I sinfə gələn uşaqlar, hər şeydən əvvəl ədəbi tələffüz normalarına yiyələnməmiş olur, rabitəli monoloji nitq qura bilmirlər. Onlardan çoxunun lüğət ehtiyatı kasıb olmaqla məktəbdə qazanılmış yeni təsəvvür və anlayışların ifadə olunması üçün kifayət etmir.

Uşağın dil açması və nitqin inkişaf etməsi üçün nitq mühitinin olması mühüm şərtdir. Bu mühit ana ilə (hətta ailə ilə) ünsiyyətlə məhdudlaşarsa, uşağın nitqi sürətlə inkişaf etməz. Bu dövrdə uşaq yaşlılarla qarşılıqlı əlaqələrə girməli olur. Belə əlaqədə tam müsahib olmaq üçün usaq yaşlılara nə isə deməli olur. O öz niyyətini dəqiq ifadə etməyə, yaşlıların niyyətini başa düşməyə, yenin vasitələr tapmağa çalışır. Məhz belə kommunikativ vasitələrlə uşaq böyüklərlə nitqə, ictimai nitqə daxil olur. Uşaq ətraf aləmdəkin insanlarla da ünsiyyətə girməyə çalışmalıdır. Bu prosesdə o nitq səslərini daha düzgün. dəqiq tələffüz etməyi öyrənir, onun lüğəti sürətlə zənginləşir.

Uşağın nitqinin inkişafı dil açdığı, böyüdüyü mühitdən asılıdır. Mühit dedikdə, mikromühit ailə. onun tərkibi, ailə üzvlərinin təhsili, ixtisası, nitq xüsusiyyətləri və s nəzərdə ttulur. Bundan əlavə, uşağın böyüdüyü daha geniş mühit-ətraf aləm orada danışanların nitqinin ədəbi dilə yaxınlıq dərəcəsi, coğrafi şərait, insanların əməyi, adət-ənənələri və s. onun nitqinə güclü təsir göstərir. Ona görə də uşağı məktəbə hazırlayarkən bu cəhəti nəzərə almaq zəruridir. Bunun üçün valideynlərin tərbiyəçilər və I sinifdə uşağa dərs deyəcək müəllimlərlə əlaqə saxlamaları, onlardan məsləhət almaları vacibdir. Uşağın nitq inkişafı sahəsində tərbiyəçi və valideynlərin əlbir işindən məqsəd onun nitqindəki qabarıq nəzərə çarpan nöqsanları öyrənib təhlil etmək, imkan daxilində həmin nöqsanları aradan qaldırmaq və bağçada onların nitqini ümumi bir məcraya yaxınlaşdırmaqdan ibarətdir. Adətən, I sinfə nitq inkişafinin səviyyəsinə görə müxtəlif uşaqlar gəlirlər, Onladan hər birinin öz psixoloji xüsusiyyəti, marağı, meyli olur. Az vaxt içərisində bütün bu fərdi frqləri aradan qaldırmaq, hamını bərabərləşdirmək mümükün deyil, buna ehtiyac da yoxdur. Bununla belə, təhsilin müvəffəqiyyətlə g tməsi həmin fərqlərin qismən aradan qaldırılmasından, uşaqların inkişaf səviyyələrinin yaxınlaşdırılmasından asılıdır. Fərdi fərqlərə gəldikdə şübhəsiz, müəllim və valideyn uşaqların nitqində fərdi xüsusiyyəti görməli, onların nitqindəki özünəməxsus cəhətləri qoruyub saxlmalıdır. Hər bir uşaqğın nitqinin öz leksik tərkibi, sintaksisi, üslubu olmaldır.

Məktəbəqədər dövrdə başlıca ünsiyyət forması şifahi nitq olduğundan onun təmizliyinə və düzgünlüyünə, vahid normalar əsasında qurulmasına fikir verilməlidir. Tələffüzün bu normaları orfoepiya normaları adlanır. Orfoqrafiya-dilimizdə yazını, orfoepik normalar isə - danışığı(tələffüzü) qaydaya salır.

Məktəb təliminə hazırlıq dövründə uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Uşağın ətraf aləmdəki əşya və hadisələri şüurlu dərk etməsi, cümlə üzrə iş apara biməsi, hekayə qurub nəql edə bilməsi məhz onun söz ehtiyatının tərkibindən, leksik hazırlığından, sözlərdən yerli-yerində istifadə etmə bacarığına necə yiyələnməsindən asılıdır.

Uşağın nitqini inkişaf etdirərkən ona təqdim olunan materialın ölçüsünə xüsusi fikir verilməlidir. Bəzi valideynlər övladlarına çoxlu kitab oxumaq, nağılların məzmununu nəql etdirmək, şerləri əzbərlətməklə məşğul olurlar. Qeyd edək ki belə bacarığa yiyələnmək heç də uşağın nitqinin inkişafına dəlalət etmir. Çünki uşaqların təkrarladıqlarının mənası hələ onlara məlum deyil.

Uşaqlarla işləyərkən xoşagələn emosional şərait yaratmaq lazımdır. Bu məqsədlə mülayim, musiqinin müşayətilə maraqlı şəkillərin göstərilməsi vacibdir. Şəkillər onları dilləndirir. 15 dəqiqəlik məşğələdən sonra fasilə vermək, oyun və əyləncələr keçirmək, maraqlansalar yenidən məşğələ keçmək mümkündür. Məşğələdə yaxşı iştirak edənlər rəğbətləndirilirlər.

Məktəbəqədər dövrdə uşaqların nitq davranışına da ciddi fikir verilməlidir. Nitq davranışı dedikdə uşağın danışarkən özünü aparma qaydası, mədəniyyəti, səsinin tonu, işlətdiyi söz və ifadələrin yerli-yerində, nəzakətli, incə olması nəzərdə tutulur. Adi kiçik bir şey hesab etdiyimiz bu davranış sonralar çox geniş mənada insanın ümumi mədəni səviyyəsini müəyyən edir. Nitq davranışını danışarkən uşağın hərəkət tərzini, ətraftakılarla rəftarını büruzə verir.

Uşağın nitq davranışı ilk növbədə onun doğulduğu ailə, mikro mühit, ətraf aləmlə, təbiətlə şərtləndiyini qeyd etdik. O böyüdükcə həyatının ilk illərindən alışdığı nitq davranışı adət şəklini alır.

Nitq davranışı cinsə görə də fərqlənir. Oğlanlar çox vaxt quru, sərt müraciət etdikləri halda, qızlar əzizləyici, incə sözlərdən istifadə edirlər: “ Bacıcan o qizcığazı incitmə”....

Uşaqların nitqi onun kənddə yaxud şəhərdə, azsavadlı, yaxud savadlı adamlar arasında, mədəni insanların əhatəsində yaşamasından asılı olaraq fərqlənir. O, inkişaf etmiş yaşlı nəslin dil təcrübəsini daşıyır və tədricən özünün şəxsi nitq siması yaranır.

Bütün bunları nəzərə alaraq biz heç olmasa məktəbəqədərki dövrdə uşaqlara düşünülmüş nitq etiketləri təqdim etməliyik. “Nitq etiketi” dedikdə bir növ qəlibə salınmış danışıq tərzi nəzərdə tutulur. Uşaqlıqda öyrədilən belə etiketlər çox vaxt qocalanadək davam edir. Ona görə də uşaqlara təqdim olunan etiketlərin düzgünlüyünə fikir vermək lazımdır. Qonağı qəbul etmək və yola salmaq, yemək stolu arxasında yanındakılarına yemək təklif etmək, xahiş etmək və təşəkkür bildirmək, təbrik etmək, uğurlar diləmək və s. üzrə düşünülmüş etiketlər üzrə iş getməlidir.

Rabitəli nitqin inkişafı. Məktəbəqədər dövrdə uşağın nitqinin inkişaf etdirilməsi üzrə işin son mərhələsi onun öz fikir və hisslərini aydın, ardıcıl, sistemli, sistemli şəkildə ifadə etmək bacarığına yiyələnməsidir. Məhz belə nitqə yiyələnən uşaq məktəb təliminə hazır olur, müəllimin, dərsliklərin, əlavə ədəbiyyatın , sorğu kitablarının verdiklərini qavrayır, yadda saxlayır, təhrifə yol vermədən məzmununu şərh edir. Rabitəli nitqə yiyələnən uşaq ailələri, oyun və əyləncələri, təbiətin gözəllikləri, ətraf aləmdə baş verən hadisələr, cəmiyyətin həyatı və s. haqqında kiçikhəcmli hekayəlr qurub. məzmununu nəql edirlər.

Rabitəli nitqin iki növü məlumdur: ilkin mərhələ dioloji, yüksək mərhələ isə monoloji nitq adlanır. Dialoq iki və daha çox şəxs arasında replikalar zəncirindən ibarətdir.



V Dioloji nitq uşaqları monoloji nitqə yiyələnməyə hazırlayır. Rabitəli nitq adı altında bəzən eşidilən nağılların, hekayələrin məzmununu nəql etmək nəzərdə tutulur. Unutmaq olmaz ki, əslində, bu, hazır məzmunu, başqasının fikrini təkrarlamaqdır, yamsılamaqdır. Monoloji nitq şifahi nitqin daha mütəşəkkil sistemidir. Monoloq daha mürəkkəb sintaktik quruluşa malik olmaqla düşünülmüş. məzmunlu nitq formasıdır. Uşaqların monoloji nitqi istiqamətləndirilməzsə, ədəbi dilimizin tələblərinə cavab verən monoloji nitqə yiyələnə bilməzlər. Onların rabitəli nitqi yalnız nəqli xarakter daşıya bilər. Ona görə də uşaqların diqqətini ətraf aləmə, təbiətin gözəlliklərinə, əşya və hadisələrinə yönəltmək, onları təsvir etməyə alışdırmaq lazımdır. Nəhayət uşaqlara fəal, müstəqil olmağı, əşya və hadisələrə, gördükləri və eşitdiklərinə öz münasibətlərini bildirmələrini, mühakimə elementləri olan inşalar qurmağı öyrətmək lazımdır.Belə bi məqsədə nail olmaq üçün uzun bir yol keçir: 1. oxunmuş bədii mətnlərin məzmun üzrə nəqletmə, 2. bilavasitə qavrayışa əsasən nəqletmə, 3. oyuncaqlar əsasında təsviri nəqletmə, 4. şəkil üzrə nəqletmə, 5. yaradıcı nəqletmə, (hekayənin axirini tamamlamaq, verilmiş plan üzrə nəqletmə, verilmiş mövzu üzrə nəqletmə,6. yaddaş üzrə nəqletmə. Şifahi rabitəli nitqin inkişafı üzrə görülən işlər təkcə uşaqların nitqinin deyil, həm də əqli inkişafını, ümumi inkişafını təmin edir.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: VIII mövzu: Uşaqların məktəb təliminə sosial emosional hazırlığı

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan


  1. Uşaqlarda əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi

  2. Uşaqların məktəbə sosial hazırlığı

  3. Uşaqların məkəbə emosional hazırlığı

I Əxlaq etikanın tədqiqat obyektidir. “Etika” “Etos” sözündən əmələ gəlib yunanca “vərdiş” mənasını verir. Hərəkətlər vərdiş əmələ gətirir, vərdiş də insanın xarakterini yaradır. Ona görə yaxşı demişlər: “Əkərsən hərəkət, biçərsən vərdiş, əkərsən vərdiş biçərsən xarakter, əkərsən xarakter biçərsən taleh”. Demək, əxlaq hərəkətlə, davranışla, praktik işlə, əməllə bağlıdır. 4-5 yаşlı uşаqlаrdа əхlаqi hisslər gеt-gеdə sаbitləşir. Оnlаr yоldаşlаrınа qаyğı ilə yаnаşır, böyüklərə hörmət edir. Bu zаmаn vаlidеyn və tərbiyəçinin müsbət hisslərini fоrmаlаşdırmаq üçün аpаrdığı tərbiyəvi tədbirlər öz səmərəsini vеrir.

Əxlaq tərbiyəsi- uşaqlarda əxlaqi keyfiyyətlərin formalaşmasına müntəzəm, planlı təsir göstərilməsi, onlara yaşadıqları cəmiyyətin əxlaq tələblərinə müvafiq oaraq davranış normalarını və qaydalarını yerinə yetirməyin öyrədilməsidir.

Əxlaq tərbiyəsi nəzəriyyəsinin metodoloji əsası cəmiyyətin qəbul etdiyi əxlaq normaları təşkil edir.Əxlaq normaları ictimai şüurun formlaşmasında biri olmaqla əxlaqın mahiyyəti müəyyənləşdirilir, ictimai quruluşun dəyişməsi ilə əlaqədar olaraq onun inkişafı və dəyişməsi göstərilir.Adamaların davranış qaydaları və normaları, onların bir-birlərinə , əməyə, vətənə münasibətləri ideologiyaların möhkəm, və əbədi dedikləri kimi deyilir.

Uşaqların əxlaq tərbiyəsi tərbiyənin mühüm tərkib hissəsidir.Əxlaq tərbiyəsi əqli tərbiyə ilə qırılmaz bağlıdır.adamalrın qarşılıqlı əlaqələri, ictimai həyat hadisələri haqqında biliklər, müxtəlif əxlaqi hərəkətlər haqqında onların mənimsəyə biləcəkləri təsəvvürlər və bu əsasda düzlük, borc, məsuliyyət,yodaşlıq və dostluq haqqında sadə anlayışlar uşaqların dünya görüşlərini genişləndirir və yaddaşalarını zənginləşdirir.Müvafiq üsul və priyomaların köməyi ilə ictimai həyat haqqında biliklər verilməsi nəticəsində təfəkkür inkişaf edir, sadə əlaqələr qurmaq, ümumiləşdirmə aparmaq bacarıqları formalaşır və uşaqların idrak maraqları yaranır.

Əxlaq tərbiyəsində uşaqların diqqəti adamaların hərəkətlərinin gözəlliyinə cəlb olunur, bədii ədəbiyyatdan və kitab şəkillərindən, şəkil reproduksiyalarından, musiqidən, nəğmələrdən geniş istifadə olunur.Bütün bunlar uşaqların estetik qavrayışını zənginləşdirir və estetik hissləri inkişaf etdirir.

Əxlaqi keyfiyyətlərin, xarakterin əlamətlərinin inkişafı əxlaq tərbiyəsinin nəticəsidir. Onların formalaşdırılması prosesində müəyyən tərəfləri ayırmaq olar: əxlaqi hisslər, əxlaqi adətlar, əxlaq haqqında təsəvvürlər və mühakimələr, davranışın əxlaq motivləri. Uşağın əxlaqi inkişafının bütün bu tərəfləri bir- biri ilə əlaqədardır, qarşılıqlı təsir nəticəsində formalaşır.

Uşağın həyatında əxlaqi hisslərin çox böyük əhəmiyyəti vardır.Onlar uşağın duyğularını, qavrayışını, təsəvvürlərini, təxəyyülünü müəyyən dərəcədə zənginləşdirir.

Məktəbəqədər yaşda rəğbət hissi ilə yanaşı yoldaşlıq və dostluq hissləri də formalaşır. Uşaq yalnız bilavasitə müşahidə etdiyi adamın hislərini başa düşmür, o , həm də onun həyəcanını təsəvvür edir, dərdinə şərik olur, özünü onun yerinə qoymağı bacarır. Beləliklə, məktəbəqədər yaşlı uşaq dərdə şərik olmağı, başqasına rəğbət göstərməyi bacarır. Bədii obrazın tərbiyəedici təsiri də bununla izah edilir.

Məktəbəqədər yaşda vətənə məhəbbət, digər millətdən olan adamlara rəğbət və məhəbbət kimi yüksək əxlaqi hislərin rüşeymləri özünü göstərir. Bu yaşda formalaşan yüksək mənəvi hisslər arasında uşağın əxlaqi inkişafı üçün ləyaqətinin , utancaqlıq hissinin, insaf hissinin və borc hissinin xüsusi əhəmiyyəti vardır.

Şəxsi ləyaqət hissi ikinci-üçüncü yaşda özünü göstərir. Əvvəlcə o,davranışın zahiri formaları ilə əlaqədardır.(uşaq təzə, gözəl paltarı ilə fəxr edir.) Lakin 4 yaşdan sonra o artıq davamlı xarakter daşıyır. Yaşlıların hərəkəti onun artan imkanlarına cavab vermədikdə uşaq inciyir və etiraz edir.

Uşaqlara valideynin və tərbiyəçinin əxlaqi təsiri çox böyükdür.Uşaqlara məhəbbət və hər bir uşağın taleyinə ədalətli, xeyirxah, qayğıkeş münasibət, onun qüsurlarını bilmək və bunları aradan qaldırmaq üçün tənbeh deyil, onun islahına inanmaq ona bir insan kimi yanaşmaq və onun ləyaqətinə hörmət etmək, formalaşmaqda olan uşaq şəxsiyyətinə yaxşı təsir bağışlayır.

Uşaqlarda əxlaqi təcrübənin toplanması. Uşaqların həyat və fəaliyyəti prosesində onların yaşlılar və yaşıdları ilə münasibətləri yaranır, əxlaqi təcrübə və əxlaqi davranış adətləri əmələ gəlir.

Uşaqların bütün işlərində tərbiyəçinin fəal iştirakı , onun məsləhətləri çox zəruridir: yoldaşına hansı hədiyyənin verilməsində, işin necə təşkil olunmasında, onların hələ bacarmadıqları çətin işin yerinə yetirilməsində kömək etməlidir. Əxlaq tərbiyəsi üçün onun məzmunu kimi təşkili də əhəmiyyətlidir.Tərbiyəşi oyunları və məşğələləri elə təşkil etməlidir ki, bunlar uşaqları ünsiyyətə, bir-biri ilə yoldaşlıq görüşlərinə təhrik etsin, onlardan qarşılıqlı münasibət, həssaslıq, diqqətlilik tələb olunsun.

Uşaq həyatının bütün sahələri, yuxunun ,gəzintinin. yeməyin təşkili ciddi surətdə düşünülməlidir.Uşaq həyatında baş verən hadisələrdən əəxlaqi münasibətlərin tərbiyə olunması, əxlaqi hərəkətlərin mümarisə edilməsi, əxlaqi davranış və adətlərin formalaşması üçün istifadə edilmlidir.



Sözlə təsir göstərmə. Sözün təsirini nə artırmaq nə də azaltmaq olar. Uşaqların davranışı, hələ onlar danışa bilmədikləri, lakin yaşlıların səsinin ahənginə görə fərqləndirə bildikləri dövrdə “olar”, “lazımdır”, “olmaz” sözlərinin tənzim edilməsi ilə başlanır.

II Məktəb, ilk növbədə, sosiallaşmadır, nizam-intizama salan bir sistemdir. Məktəbəqədər yaş dövrünü başa vuran uşaq psixo-fizioloji inkişafa uyğun olaraq həm böyüklərlə, həm də öz yaşıdları ilə ünsiyyətə və birgə fəaliyyətə hazırdır. Həqiqətdə isə birinci sinif şagirdlərinin heç də hamısı bunu edə bilmir. Fəal dərsin əsas tələblərindən biri də uşaqların kiçik qruplar daxilində işləmək bacarıqlarının formalaşdırılmasıdır. Bu da tapşırıqların yerinə yetirilməsi üçün şagirdlərin birgə səyini, bir-biri ilə əməkdaşlığını ön plana çəkir. Məktəb təliminə yenicə qədəm qoyan birincilərdən uşaq bağçasına getmiş uşaqların əksəriyyəti bu işin öhdəsindən qismən də olsa gəlməyi bacarsalar da, evdən gələn  uşaqların münaqişəli vəziyyətləri yoluna qoymaq və birgə qərarlar vermək qabiliyyəti yox dərəcəsindədir. Buna görə də valideynlər imkan daxilində öz övladları ilə kütləvi tədbirlərdə iştirak etməli, ictimai yerlərdə çox olmalıdırlar ki, uşaq ətrafdakılarla ünsiyyətə girmək vərdişləri əldə edə bilsin. Həkimin qəbulunda və ya mağazada isə uşağa bir qədər müstəqillik verib,onun əvəzinə cavab verməməlidirlər.
Bundan əlavə, uşaq öz işinə görə verilən həm müsbət, həm də mənfi rəyə adekvat reaksiya verməyi öyrənməli, ona ünvanlanan tənqidin yalnız gördüyü hansısa bir konkret işə aid olduğunu, ona və onun şəxsiyyətinə verilən ümumi qiymət olmadığını anlamalıdır. Belə olan təqdirdə, uşağın özünüqiymətləndirməsi müsbət olur və o, müəllimin verdiyi aşağı qiymətə görə ruhdan düşməyərək, səhvlərini düzəltməyə səy göstərir.
III Təlim fəaliyyətinə  başlayan altıyaşlı artıq təkcə öz istədiyini deyil, həm də lazım olanları etməlidir, çətinlikdən qorxmamalı, yaranmış çətin vəziyyətlərdən müstəqil olaraq çıxış yolu tapmalıdır. Bu yaş dövrü üçün emosionallıq xarakterik olsa da, artıq o, öz davranışını düşüncəli şəkildə idarə etməyi bacarır. Uşağın iradi sferasını inkişaf etdirmək üçün onda "olar" və "olmaz" anlayışları formalaşdırılmalıdır. "Olmaz" anlayışı uşağın hərəki fəallığını tormozlamağa xidmət edir, "olar" anlayışı isə davranış qaydalarını formalaşdırır, intizamlılığın və məsuliyyətin əmələ gəlməsinə xidmət edir.
Müxtəlif tapşırıqların öhdəsindən uğurla gəlməyə kömək edən iradi keyfiyyətlərin yaranma prosesinə təkan vermək üçün, ilk növbədə, uşağın gündəlik fəaliyyətini düzgün təşkil etmək lazımdır. Uşağın müəyyən edilmiş vaxt ərzində stol arxasında əyləşərək sakit məşğul olduğu işlər hərəki oyunlarla bir-birini əvəzləməlidir ki, o, tədricən dərslərin tənəffüslərlə əvəz edildiyi gələcək məktəb həyatına uyğunlaşsın

Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə inkişafı edir. Uşaq özünün emosional sahəsini məhz yaşadığı sosial mühitin normaları əsasında, buna uyğun olaraq tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda insanlara qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olmaq və s. kimi mənəvi keyfiyyətlər yaranır . Uşaqlar oyun, əmək və əməli fəaliyyətə, kollektivdə davranma qaydalarına dair ilkin bacarıqlara yiyələnirlər. Kommunikasiyanın köməyilə birgə fəaliyyətin müxtəlif növlərində şəxsiyyətlərarası əlaqələr, qarşılıqlı təsir və qarşılıqlı anlaşma təmin olunur. Kommunikasiya uşağın sosial şəxsiyyət kimi formalaşmasında əsas vasitəyə çevrilir.

Yüklə 154,47 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin