Kurs: III fənn: Məktəb təliminə hazırlığın əsasları


Ümumi inkişaf və təlim nəticələr



Yüklə 154,47 Kb.
səhifə21/22
tarix10.01.2022
ölçüsü154,47 Kb.
#106696
1   ...   14   15   16   17   18   19   20   21   22
Ümumi inkişaf və təlim nəticələr 
Uşaq:
• sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir.
• insanlara qarşı hörmət və dözümlülük (tolerantlıq) nümayiş etdirir;
• özündən kiçiklər, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiyyət qurur;
• sosial normaları dərk edir və davranışında ona riayət edir;
• özünüdərk bacarıqları nümayiş etdirir.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: IX mövzu: Məktəb təliminə hazırlıq dövründə uşaqların mədəni-estetik və yaradıcı inkişafı

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan:

1. Estetik tərbiyənin məzmunu



2. Uşaqlarda estetik hislərin tərbiyəsi.

3. Uşaqların bədii qabiliyyətlərini inkişaf etdirilməsi

4. Müstəqil yaradıcılıq( təsviri,musiqi və konstruktiv fəaliyyət rollarin ifası) qabiliyyətləri

Ədəbiyyat

1. Baxışova S.A. Uşaq bağçalarında gəzintilərin təşkili. Bakı, 2011

2. Cəfərova L. Uşaqların ictimai həyat hadisələri ilə tanış edilməsi üzrə işin sistemi. Bakı, 2006

3. Mursaqulova R.,Əliyeva S. Bağşa yaşlı uşaqların təbiətlə tanışlığı. Bakı, 1993

4. Sadıqova T.B. Məktəbə hazırlıq qrupunda ətraf aləmlə tanışlıq üzrə məşğələlər. Metodik vəsait, Bakı,2008

5. Zak A.K 6-7 uşaqların intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi. Bakı, 1999

I Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin tərkib hissələrindən biridir. "Estetika" yunanca "estezis" sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.

Estetik tərbiyə-insanda, o cümlədən uşaqda estetik hisslərin, zövqün, estetik şüur və mühakimənin təşəkkül tapıb möhkəmlənməsinə səbəb olan incəsənət əsərləini, təbiət və cəmiyyətdəki gözəllikləri düzgün başa düşməkdə köməklik göstərən və onda bədii yaradıcılıq qüvvələrini, qabiliyyətlərini, obrazlı təfəkkürü, emosional aləmi inkişaf etdirən təsirlərin məcmusudur.

Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib hissələri ilə sıx bağlıdır. Estetik tərbiyə əqli tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk etməyə yardım edir.

Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiyyətlər formalaşdırır. Gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Bu mənada "Dünyanı gözəllik xilas edəcək" fikrinə haqq qazandırmaq olar. Əsas vəzifə estetik təhsili, uşağın formalaşması və estetik baxımdan dünya tərəfindən qəbul edilməsini daha da inkişaf etdirməkdir. Onların yerinə yetirilməsi onların fantaziyalarını, fikirlərini, yaradıcılıq qabiliyyətlərini və sevgilərini formalaşdırmaq prosesini birbaşa təsir edən duyğularını inkişaf etdirməklə həyata keçirilir

Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Ailə gözəlliyin, uşaq zövqünün ilk məktəbi, ana laylası uşaqların ilk melodiyasıdır. Ailədəki səliqə-sahman, təmizlik, uşaq oyuncaqları, ev avadanlığı və əşyalarının gözəlliyi, valideynlərin oxuduğu mahnı və şerlər, danışdıqları nağıllar, təbiət gəzintiləri - bütün bunlar kiçik yaşlarda uşaq zövqünü formalaşdırır.

II Estetik tərbiyə uşaq bağçasında daha sistemli xarakter kəsb edir. Uşaqlarla estetik məzmunlu məşğələlər - təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, gil, applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqili-didaktik oyunlar keçirilir, bayram və əyləncələr yüksək estetik formada təşkil edilir.

Məktəbəqədər tərbiyə müəssisələrində uşaqların estetik tərbiyəsi planlı və mütəşəkkil şəkildə həyata keçirilir. Şəxsiyyətin estetik tərbiyəsi məhz məktəbəqədər yaş dövründə başlayır. Uşaq bağçasında estetik tərbiyə öz mahiyyəti etibarilə uşaqların sosial inkişafına təkan verir. eyni zamanda şəxdiyyətin zənginləşməsində, ahəngdar inkişafınfa mühüm rol oynayan amildir. Azərbaycan mütəfəkkirləri N.Gəncəvi, Q.Təbrizi, Ş.İ.Xətai, M.P.Vaqif, Q.Zakir, A.Səhhət, S.Vurğun və b. əsərlərində estetikaya, estetik təsir vasitələrindən olan təbiət gözəlliklərinə təsviri incəsənətə xüsusi diqqət verilmişdir.

Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq, estetik cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq üçün ilkin pillədir. Bu sahədə aparılan işlər estetik tərbiyənin vəzifələrinə daxildir. Məktəbəqədər yaşlı uşaqların estetik inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Estetik tərbiyə məktəbəqədər yaşlı uşaqlarda bədii hisslərin və zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri müşahidə və müzakirə etmək bacarığının inkişafını təmin edir. Təsviri fəaliyyətdə rənglər və formaların yeni birləşməsi, quraşdırma prosesində müxtəlif modellərin qurulması, yeni hekayə və nağılın, musiqi fəaliyyətində sadə melodiyanın dinlənilməsi, mahnı və uşaq musiqi alətlərində ifa məktəbəqədər yaşlı uşaqların estetik inkişafına kömək edir. Uşaqlarda ətraf aləmin gözəlliklərini düzgün qiymətləndirmək bacarığı və ətraf aləmə müsbət emisional münasibət formalaşmağa başlayır.

2.Məktəbəqədər müəssisəələrdə tərbiyə və təlim proqramında hər bir yaş qrup üzrə estetik tərbiyənin vəzifələri və məzmunu verilmişdir.

Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsi qarşısında duran vəzifələri təxmini olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Uşaqları əhatə edən təbiət gözəlliklərini

2. İctimai həyat və məişət gözəlliklərini

3. İnsanın əməyində və davranışındakı gözəlliklərini

4. İncəsənət əsərlərindəki(ədəbiyyat, musiqi, təsviri sənət əsərləri) gözəlliklərin öyrənilməsi.

5. Uşaqlarda bədii qabiliyyətlərin inkişaf etdirilməsi

a) nəğmə, musiqi, rəqs fəaliyyəti

b) bədii əsər və təsviri fəaliyyət nümunələrindən istifadə etmək



III Məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafında estetik trbiyə müstəsna əhəmiyyət kəsb edir. Onun spesifik xüsusiyyəti uşaqıların estetik hisslərinin tərbiyə edilməsindən və bədii fəaliyyətin müxtəlif sahələrində onların yaradıcı qabiliyyətinin inkişafından ibarətdir.

İncəsənət əsərləri ilı tanışlıq uşaqlarda qavrayışı, təfəkkürü, təxəyyülü, yaddaşı və s. inkişaf etdirir. Hekayələri dinləmə prosesində uşaq əşyaları, hadisələri sözlə başa düşməyi, mürəkkəb olmayan məntiqi nəticələr çıxarmağı və qərara gəlməyi öyrənirlər. İncəsənət əsərləri uşağın təxəyyülünü, fantaziyasını, təşəbbüskarlığını inkişaf etdirir. Bədii obrazların aydınlığı, parlaqlığı sayəsində incəsənətin bütün növləri analizatorların funksional fəaliyyətinin, hər şeydən əvvəl görmə- eşitmə və lamisənin əhəmiyyətli dərəcədə inkişafına təkan verir.

Məktəbəqədərmüəssisələrdə estetik zövqə və bədiiqabiliyyətə yiyələnmiş uşaqlar məktəbdə də gözəlliyi duymaq, mühakimə yürütmək bacarığına yiyələnirlər. Bunu nəzərə alaraq tərbiyəçilər uşaqların düzgün tərbiyəsi üçün pedaqogikanın və psixologiyanın son ehtiyatlarından istifadə edirlər. Məqsəd fiziki cəhətdən sağlam, əqli, əxlaqi, estetik tərbiyəsi yüksək olan əməksever uşaqlar yetişdirməkdir.

Uşaqların geniş təhsilini, yüksək estetik inkişafını təmin etmək məqsədilə didaktik oyunlar, gəzintilər, əmək və incəsənət adamları ilə görüşlər keçirir. Bunun nəticəsində onlarda ətraf aləmdəki gözəlliklərə dair məlumatları genişləndirmək. gözəlliklərin hiss etdirilməsi və onun yaradılmasında fəal iştirak etməsi mümkündür.

Uşaqların estetik tərbiyəsinin ümumi tərbiyə prosesi üçün etibarlı özüllər qoymaq məqsədilə hər şeydən əvvəl bu işin səmərəli təşkili formalarını, yollarını, vasitələrini müəyyənləşdirmək zərriyyəti vardır. Estetik tərbiyənin keyfiyyətli nəticə verməsində incəsənət nümunələrindən istifadə mühüm rol oynayır. Bu iş bütün yaş qruplarında olan məşğələlərdə və məşğələdən kənar vaxtlarda aparılır.

IV Estetik tərbiyə uşaqlarda bədii qabiiyyətini təşəkkül və inkişaf etdirməli, onları incəsənətin müxtəlif cəhətlərinə dair müvafiq bilik, bacarıq və vərdişlərlə silahlandırılmalıdır. Estetik tərbiyə insanın incəsənət sahəsində yaradıcılıq göstərə bilməsinə, kollektiv surətdə və ya təklikdə söz söyləmək, nağıl nəql etmək, musiqi əsərlərini ifa etmək, rəqs etmək bacarığına yiyələnməsinə kömək etməlidir. Bunu nəzərə alaraq estetik tərbiyə ilə məşğul olan tərbiyəçi istər təlim prosesində istəsə də məşğələlrdən kənar digər fəaliyyət növlərində uşaqların bədii yaradıcılıq qabiliyyətlrinin inkişaf etdirilməsinə müvafiq şərait yaratmalı, onları incəsənətin müəyyən növləri ilə məş.ğul olmağa sövq etməli, estetik yaradıcılığın müxtəlif sahələri üzrə lazimi bilik, bacarıq və vərdişlərlə silahlandırmalıdır.

Məktəbəqədər tərbiyə müəssislərində uşaqlarda bədii qabiliyyət tərbiyə edən məşğələlər spesifik xüsusiyyətlərə malikdir. Rəsm mə.ğələlərində uşaqlara nəinki əşyaları düzgün təsəvvür etməyi öyrədirlər, eyni zamanda onlarda rəngləri zövqlə seçmək bacarığını inkişaf etdirirlər. Musiqi məşğələlərind həm düzgün həm də zərif, gözəl hərəkət etməyi öyrədirər.

Məşğələlərdə uşaqların bədii qabiliyyətlərinin müvəffəqiyyətli inkişafı üçün onların bu məşğələlərər olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir. Uşaqarın emosionallığı olmadıqda müvəffəqiyyət qazanmaq çətindir. İncəsənətin bütün növləri uşaqlar tərəfindən onları estetik hisslər keçirməyə sövq etdirməlidir.

Musiqi, rəsm, nitq inkişafı məşğələlərini keçirirkən tərbiyəçi bütün şərtlərə əməl edərək, bu məşğələlərin incəsənətlə əlaqədar cəhətlərini,onların məqsəd və vəzifələrini nəzərə almalıdır.

Məşğələlərdə uşaqların yaradıcı fəaliyyətinə rəhhbərlikdə təfəkkür fəaliyyətinə yaradıcı iş ilə vəhdətdə həyata keçirmək lazımdır.Bu və ya digər bacarıqlar nə qədər möhkəmdirsə. onalr uşaqların məqsəd və niyyətlərində bir o qədər geniş təzahür edir.

Əgər tərbiyəçi yaradıcılıq növünün birinə( məsələn,rəsm) diqqətlə və təkidlə rəhbərlik edirsə,başqa növünə isə( məsələn, yapma, yaxud quraşdırma) diqqəti azaldırsa,bu bədii fəaliyyətin bütün növlərində uşaqların yaradıcı qabiliyyətinin inkişafını ləngidir.

Bir çox pedaqoqlar uşaqlara öz fikirlərini və hisslərini daha aydın və ətraflı ifadə etmək bacarığının inkişafını göstərməyə çalışırlar. Mimika, əl- qol hərəkəti, intonasiya uşaqları bir- birlərini daha yaxşı başa düşməsinə imkan yaradır. Düzgün ifadə forması fikirləri dəqiqləşdirir, hissləri dərinləşdirir.

Mahnı,rəqs, musiqi, oyun, dramlaşdırlımış oyun, şer söylənməsi , rəsm uşaq fəaliyyətinin bütün bu növləri fikirlərin və hisslərin ifadə qabiliyyətini təkmilləşdirir, bu ifadəyə müxtlif forma verir.İncəsənət sahəsində uşaqların fəaliyyəti çox vaxtnatamam olsa da, bədii qabilliyyətin və estetik hisslərin inkişafını əsasıdır.

Bütün vasitələrdə olduğu kimi, bədii qabiliyyətlərin tərbiyəsi də ilk növbədə ailədə həyata keçirilir.Uşaq ailə içərisində təmizliyə riayət edir, səliqəli və yaraşıqlı geyinməyi öyrənir, məişət əşayalarındakı gözəlliyi birinci növbədə ailədə görür: laylanı, musiqini , mahnını ,şeri və nağılı ilk dəfə ailədə eşidir,şəkil çəkməyə, rəqs etməyə ailədən başlayır.

Uşaq bağçaya getdiyi dövrdə də vaxtının çoxunu ailədə keçirdiyi üçün onun zövq və hisslərinin zənginliyi xeyli dərəcdə məhz ailənin təsirindən, valideynin bədii qabiliyyətin tərbiyəsi üzrə apardığı işalərdən və ailədə yaratdığı şəraitdən asılı olur.

Ailələrdə ədəbiyyat və incəsənət ilə uşaqların tanışlığı sahəsində də müvafiq işlər görülür. Maraqlı şer, nağıl və hekayələrin oxunması təmin olunur, uşaqların sərgilərə, kino. teatr tamaşalarına vaxtaşırı gedişinə nail olunur. Ailədə isə uşaqlar bədii yaradıcılıq işinə cəlb edilirlər: uşaq bu və ya digər musiqi alətində çalmağı öyrənir, mahnı oxuyur, rəqs edir.

Uşaq bağçasında keçirilən məşğələlər bədii qabiliyyətin tərbiyəsi baxımından müəyyən əhəmiyyət kəsb edir. Təlim nitq inkişafı və ətraf aləmlə tanışlıq, rəsm, gil işi, quraşdırma, musiqi, kəsib-quraşdırma, riyazi təsəvvürlərin formalaşdırılması və s. məşğələlərdə və kənar vaxtlarda həyata keçirilir. Uşaqların bədii qabiliyyətlərinin tərbiyəsi tərbiyəçilər tərəfindən, ardıcıl, planlı və mütəşəkkil aparılır.

Uşaq bağçasında keçirilən məşğələlərdə bədii nümunələrdən istifadə olunur. Həmin nümunələr uşaq incəsənətinin tələblərinə uyğun. səmərəli, uşaq zövqünü oxşayan, qavrayış və ifa üçün əlverişli olmalıdır. Yapma, rəsm və s.ayrı-ayrı məşğələlərdə nümunələrin göstərilməsinə xüsusi tələblər verilir.

Təsviri fəaliyyət məşğələlərində istifadə olunan nümunələr və metodlar müxtəlifdir: mahnı oxuyarkən, şer soylənərkən məşğələnin gedişi prosesində tərbiyəçinin şəxsi nümunəsi zəruridir. Tərbiyəçi özü ifa etməli, uşaqlar onun ardınca, bəzən isə onunla birlikdə mahnı və rəqs hərəkətlərini təkrar etməlidirlər.

Rəsm, yapma və başqa təsviri fəaliyyət məşğələləri prosesində yalnız nümunədən istifadə edilir. Tərbiyəçinin ayrı-ayrı iş üsullarından istifadə etməsi böyük əhəmiyyətə malikdir. Hazır nümunə çocx vaxt dekorativ rəsmdə tətbiq olunur. burada əsas vəzifə uşaqlara naxışın vurulması, rəngin seçilməsi bacarığı, yəni uşaqların az rast gəldiyi halları öyrətməkdir. Bəzi dekorativ rəsmdə eyni üsuldan istifadə edilərkən köçürmə üçün nümunə verilir.

Məktəbəqədər yaşlı uşaqların bədii qabiliyyətlərinin inkişafına musiqi məşğələlərin də təsiri böyükdür. K.D.Uşinkisinin dediyi kimi, kiçik bir mahnının ifasından sonra uşaqlar yağışdan sonra güllər kimi açılırlar. Uşaq bağçasında musiqi məşğələlərinin təsiri üç istiqamətdə; musiqi dinləmək, mahnı oxumaq və rəqs etmək. Musiqi dinləmək bacarığı uşaqıara musiqi əsərləri haqqında məlumat verilməsini, səslərin notlarla ifadəsini öyrənmək nəzərdə tutur. Mahnının öyrədilməsi müəyyən ardıcıllıqla, musiqi alətinin (fortopiano) müşayəti ilə musiqi məşğələlərində nəğmələrin oxunmasını öyrətməyi nəzərdə tutr. Bu zaman uşaqlar bir qayda olaraq xorla oxuyurlar. Mahnının xorla oxunmasının ifadə etməsinin böyük bədii və pedaqoji əhəmiyyəti vardır. K.D.Uşinski yazırdı: “ Xorla oxumaq ən qüdrətli pedaqoji vasitədir. O, uşaqların yorğunluğunu götürür, qrupu çox yaxşı təşkil edə bilir”.

Uşaqlara mahnı öyrədilərkən mətnin müəllifi haqqında qısa söhbət aparmaq və məşğələni mümkün qədər əyaniləşdirmək, yəni sözlərin məzmununa dair çəkilmiş rəsmlərdən istifadə etmək lazımdır. Bu uşaqların bədii qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir. Musiqi zalında uşaqların çalması üçün müxtəlif musiqi alətləri: qarman, royal, piano və s. olur. Belə şəraitdə uşaqla çalmağa böyük həvəs göstərərək bir-birilərini dinləmək imkanı qazanır ki, bu da öz növbəsində onların bədii qabiliyyətlərinin inkişafına təkan verir. Uşaqların musiqi məşğələlərində qazandıqlrı bilik, bacarıq və vərdişlər bağçanın xor kollektivində mohkəmləndirilməli və genişləndirilməlidir.

Uşqların estetik tərbiyəsində rəsm məşğələləri də böyük əhəmiyyətə malikdir. bu məşğələlər təsviri incəsənət vasitələri ilə estetik tərbiyənin əsas vəzifələrini planlı surətdə yerinə yetirməyə xidmət edir.

Rəsmlə bütün uşaqlar maraqlanırlar. Rəsm məşğələləri uşaqların görmə qabiliyyətini, təxəyyülünü, zövq və bədii yaradıcılıq bacarığını inkişaf etdirir. Bu məşğələlər uşaqlara cism və hadisələrin forma və məzmunun gözəlliyini seçməkdə və onu qiymətləndirməkdə, gözəllik yaratmaqda yardım edir.

Uşaq bağçasında rəsm məşğələləri əsasən dörd sahəni əhatə edir. Naturadan rəsm, mövzu üzrə rəsm, dekorativ rəsm və niyyət üzrə rəsm.

Naturadan rəsm etmək həm uşaqlara təsviri savad öyrətmək, onlarda müşahidəçilik qabiliyyətini, karandaş və boya ilə işləmək bacarığını inkiçaf etdirməklə yanaşı bədii yaradıcılıq qabiliyyətlərini inkişafında müsbət təsir göstərir.

Mövzu üzrə rəsm mühitdən və ya bədii əsərlərdən alınmış mövzular üzrə şəkil çəkməyə deyilir. Rəsmin bu növü uşaqların estetik təxəyyülünü inkişaf etdirir, öz hisslərini rəsm vasitəsi ilə ifadə etməyə alışdırılır və rəsm sahəsində yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək edir.

Mövzu üzrə rəsm uşaq bağçasının orta qruplarından başlayaraq bütün yaş qruplarında keçirlir.

Dekorativ rəsm naxış, bəzək rəsmləri deməkdir. Dekorativ rəsm vasitəsi ilə uşaqlara rəsmin texnikasına, rənglərin ahəngdar birləşməinə, forma və rəngin uyğunlaşdırılmasına və s. bu kimi cəhətlərə dair bir sıra faydalı vərdişlər aşılanır ki, bunun sayəsində onlarda bədii qabiliyyətlər inkişaf edir , formalaşır.

Rəsmin bu növü üzrə əldə edilən qabiliyyət, bacarıqvə vərdişlər uşaqların inkişafına o cümlədən estetik tərbiyəsinə ciddi təsir göstəririr: onların bədii qavrayıışını dərinləşdirir və gözəllik haqqındakı təsəvvürlərini təkmilləşdirir.

Niyyət üzrə rəsm, yapma, quraşdırma işlərində məzmunun uşaq tərəfindən seçilməsi və əldə edilən bacarığın yaradıcı tətbiqi mühümdür. Tərbiyəşi uşağın yaradıcı fikirlərinin həyata keçirilməsinə şərait yaradır.

Uşaq yaradıcılığını inkişaf etdirərkən təlimdə alınanları yeni, orjinal, kombinaiyalrd, estetik birləşmələri sərbəst tətbiq etməyə həvəsləndirmək mümkündür. rəsmdə musiqi ilə hərəkətlərin uzlaşdırılması, yeni formlarla zənginləşdirilməsi, onları yaradıcı kombinasiyada işləmək məqsədi ilə nümunədən qismən istifadə etmək olar.

Bədii qabiliyyətlərin tərbiyəsi sahəsində aparılan məşğələdən kənar işlərin forması və məzmunu müxtəlifdir.

Bədii yaradıcılıq və ya incəsənət üzrə rəsm, yapma, tikiş, bədii əsərlərin söylənilməsi və nağılı, mahnı oxunması, rəqs, toxuma və s. üzrə iş təşkil edir.

Rəqs uşaqların arasında ən geniş yayılmış təsviri fəaliyyət növlərindəndir. Uşaqlar nəinki musiqi məşğələlərində, eyni zamanda səhnəciklərdə, bayram təntənələrində, şənliklərdə həvəslə rəqs edirlər. Rəqs uşaqları əyləndiri, onların həyatına fərəh və sevinc gətirir. Rəqs zamanı uşağın estetik hissləri onun öz qabiliyyətini səfərbərliyə almağa , hərəkətləri üzərində düşünməyə, gördükləri rəqs hərəkətlərini xatırlamağa təhrik edir. Kollektiv rəqs uşaqları bir –birinə yaxınlaşdırır, onların əxlaqi və fiziki tərbiyəsinə də müsbət təsir göstərir. Buna görədir ki, rəqs prosesində müntəzəm iştirak edən uşaqlar həyatda gülərüzlü, nikbin, gümrah və fəal olurlar.

Təbiət, cəmiyyət və incəsənət əsərlərindəki gözəllikləri uşaqlara müşahidə və dərk etdirmək, onlarda estetik zövqü, mühakiməni formalaşdırmaq nöqteyi- nəzərində kukla teatrı və cizgi filmlərinin çox böyük əhəmiyyəti vardır. Məktəbəqədər yaşlı uşaqlarda ayda bir neçə dəfə(qrupdan asılı olaraq) ekskursiyaya apararaq onların bədii yaradıcılıq qabiliyyətinin inkişafına təkan verir. Təbiətə olan ekskusiyalar uşaqlarda təbiətimizin zəngin təbii sərvətlərini görüb onun gözəlliklərindən həzz almağa xidmət edir. Təbiətin əsrarəngiz gözəllikləri uşaqlara bədii zövq verməkdə çox vaxt incəsənət əsərlərindən təsirli olur.

Buna görə də təbiətin gözəllikləri haqqında uşaqlarda zövq aşılmaq üçün təkcə təbiəti əks etdirən gözəllikləri göstərməklə və ya təbiət haqqında danışmaqla kifayətlənmək olmaz, həmin gözəlliklərin özlərini təbii halda uşaqlara göstərmək lazımdır.

Uşaqların estetik tərbiyəsinin vəzifələri onların hərtərəfli inkişaf tələblərindən irəli gəlir. Onları dörd istiqamətdə qruplaşdırmaq olar:

1.Estetik davranışın inkişaf etdirilməsi, emosiyanın, hislərin, münasibətin və marağın formalaşdırılması

2.elementar estetik şüurun formalaşdırılması

3.estetik fəaliyyətin dərk edilməsi

4.estetik və bədii yaradıcılığa sövq edən qabiliyyətin inkişafı

Estetik və bədii qabiliyyət müxtəlif analizatorların inkişafı ilə əlaqədardır. Burada uşağın təşəbbüskarlığını, nəticəni qabaqcadan duymaq, görmək, ona can atmaq arzusunu hiss etmək mühüm əhəmiyyət kəsb edir.

Uşaqların və bağşa əməkdaşlarının səliqəli geyimi də estetik tərbiyədə mühüm əhəmiyyət kəsb edir. Onların geyimi, saçlarının zövqlə daranması, mədəni davranışı estetik tərbiyə baxımından çox qiymətlidir.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: X mövzu: Məktəb təliminə hazırlıq dövründə savad təlimi

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru


Plan:

  1. Savad təlimi anlayişi

  2. Oxu texnikasının mənimsənilməsi.

  3. Yazı texnikasına hazırlıq.

  4. Savad təlimi dövründə nitq və təfəkkürün inkişafi

  5. Əlifba təliminə hazirliq dövrü


I Savad anlayışı insanın oxumaq və yazmaq üzrə ilkin vərdişlərə yiyələnməsini nəzərdə tutur. Məlumdur ki, uşaq bir yaşından danışmağa başladığı, şifahi nitqə yiyələndiyi halda, yazılı nitqə ən tezi beş ildən sonra yiyələnir. Uşağın ilkin oxu texnikasına yiyələnməsinin əsasında onun şifahi nitq sahəsində qazandığı vərdişlər durur. O, böyük hərflərin çap şəkli ilə tanış olduqdan sonra asanlıqla oxu texnikasına yiyələnir, həmin hərflərin yazılması onların bitişdirilməsi üzrə vərdişlərə yiyələnmək isə çətin proses olub, nisbətən uzun yol tələb edir.

Savad təlimi prosesi qarşıya qoyulmuş məqsəd və onun yerinə yetirilmə yollarından asılı olaraq üç dövrdə keçirilir: Əlifba təliminə qədərki dövr, savad-əlifba təlimi dövrü, savad-əlifba təlimindən sonrakı dövr.

Müasir proqramlar Ana dili dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi «Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurrikulumu (I-IV siniflər)» əsasında hazırlanmışdır və üç kitabdan – dərslik, iş dəftəri, müəllim üçün vəsaitdən və multmediyadan ibarətdir. Bunlar şagirdlərin Ana dili üzrə məzmun standartlarına nail olması üçün minimum zəruri təlim resurslarını təşkil edir.

II Oxu texnikasının mənimsənilməsi. savadın mənimsənilməsi hərflrin-səslərin görmə simvollarının mənimsəniməsi deməkdir. Bu səslərdən səslənən dilin sözləri əmələ gəlir. Uşaq oxumağı və yazmağı öyrənmək üçün eşitməyi və sözdə ayrı-ayrı səsləri ayırmağı bacarmalıdır.

Uşaq bağçası şəraitində uşaq körpəlik dövründən ana dilindən praktik şəkildə istifadə etməyə başlayır, lakin o, nitqin köməyi ilə həyata keçirildiyi qaydaları dərk etmir.

Fonematik eşitmə müxtəlif uşaqlarda müxtəlif vaxtlarda başa çatır. Bunu nəzərə alaraq, cümlə və soz üzərinə təhlil-tərkib işi il boyu aparılmalıdır. Hər bir məşğələdə 3-5 sözdən ibarət cümlə sözlrə ayrılmalı, sözlərin sayı və yeri(ardıcıllığı) xəbər alınmalıdır. Uşaqlar bu vərdişə yiyələndikdən sonra hər hansı oyuncaq, quş, meyvə, heyvan haqqında iki-üç sözdən ibarət cümlə qurmaq təklif olunmalıdır.



Uşaqların hər hansı yalnış, qeyr-dəqiq cavabına dərhal düzəliş verilməlidir. Yaxşı olar ki, uşağın öz səhvini tapmasına kömək göstərilsin. Oxu texnikasına yiyələnməyin ilk addımları sxemlər və kartoçkalarda oyun xarakterli məşqlər hesab olunur. Tərbiyəçi. cümlələri, sözləri, hecaları və səsləri ifadə edən sxemlələrlə uşaqları tanış etməlidir. Onlar bilməlidirlər ki, cümlədəki bitmiş fikir sözlərin düzgün sıralanması ilə bildirilir. Ona görə də cümlədə neçə söz varsa, onun sxemində o qədər də sözü əks etdirən işarə olur: Məs, “Arzu oynayır” cümləsinin sxemi belədir:

Onlar öyrənirlər ki, sözü hecalara bölmək mümkündür. Hecalar da hərflrə bölünür:

Bu sxemlər üzrə müəyyən vərdişlər qazandıqdan sonra uşaqlar uzanan və uzanmayan səslərlə tanış olurlar. Beləliklə onlar sözün hecalara ayrılmasına saitlərin rolu haqqında praktik məlumata yiyələnirlər. Onlar öyrənirlər ki, sözdə neçə sait varsa, o qədər də heca olur.

Adətən nəinki uşaq bağçalarında, hətta məktəbdə də belə hazırlıq məşqinə əhəmiyyətsiz bir iş kimi baxırlar. Halbuki uşaq bağçalarında savad təlimi prosesini elmi cəhətdən əsaslı şəkildə tədqiq etmiş və orjinal əlifba dərs vəsaiti hazırlamış akademik D.B.Elkoninin iş sistemi üzrə 70-ci illərdəməktəbdə də eksperiment qoyulmuş və yaxşı nəticələr alınmışdır. Uşaq bağçalarında savad təlimi yuxarıda qeyd olunduğu kimi, səs təhlil-tərkib metodu əsasında təşkil olunur. Bu metod uşaqların eşitmə qavrayışına, sözün səs təhlilinə istinad edir. Bu isə fonematik eşitmənin yüksək inkişaf səviyyəsini, başqa sözlə, şifahi nitqin təhlilini qavramaq-dinləmək və cümləni sözlərə, sözləri hecalara, hecaları səslərə ayırmaq, səslərdən heca, hecalardan söz, sözlərdən cümlə əmələ gətirmək qabiliyyətinin olmasını tələb edir. Son vaxtlarda uşaq bağçalarında uşaqlara sözlərin sadə səs təhlilini, bir sıra hərflərlə tanışlığını, sözlərin hecalarla oxunmasını, kəsmə əlifba ilə qısa cümlələrin tərtibini əlin yazıya hazırlanmasını, hətta çap hərflərlə sözlərin yazılmasını nəzərdə tuturlar.

III Yazı texnikasının mənimsənilməsinə hazırlıq. Məktəbəqədər dövrdə uşaqların yazıya hazırlanmalarıda xüsusi diqqət və səy tələb edir.Səliqəli ,gözəl yazı vərdişinə yiyələnmək üçün əlin yazıya hazırlanması vacibdir.Uşaqlarla ilkin tanışlıq göstərir ki,onların bir qismi məktəbə gələnədək əlinə karandaş almamış olur.Qələmi tutmaq, dəftəri qoymaq, partada əyləşmək qaydasını bilmək bir yana, ümumiyyətlə, uşaqların bir çoxunun bilək əzələləri mökəmlənməmiş olur. Bunu nəzərə alaraq bağçada, xüsusilə məktəbə hazırlıq qrupunda bilək, əl hərəkətləri etdirmək, bilək əzlələrini ,barmaqların inkişafina kömək edən hərəkətlərə üstünlük verək lazımdır.

Yazı təliminin əsasında hrfin qrafik obrazın təhlil edərək qavramaq, sətri tanımaq, əl və göz hərəkətlərini uyğunlaşdırmaq qabiliyyəti durur. Əgər əl hərəkətlərini idarə etmək , əsas hərəkətləri əlaqələndirmək üzrə iş inkişaf etdirələrsə, uşaq savad təlimi dövründə yazmağı müvəffəqiyyətlə öyrənəcəkdir.

Uşağın əsil mənada yazıya başlaması onun yazı ləvazimatı ilə tanışlığı və onlardan istifadə edə bilməsi ilə bağlıdır. Uşaq dəftər ,onadakı sətir xətti , karandaş,qələm , onu tutmaq qaydası ilə tanış olmalıdır.Evdə uşaqğın boyuna müvafiq stol olmalı,yazud yazarkən ayağının altına dayaq qoyulmalıdır. Yazarkən dəftərin aşağı sol küncünü döşün ortasına yönəltməyi, sağ əllə qələm tutmağı, qələmin ucu ilə barmaqlar arasında 2 sm məsafə saxlamağı, sol əllə dəftəri tutmağı, sağ qolun dirsəyini stolun kənarından azacıq çıxarmağı, döşü stola dayamamağı , çiyinləri dik tutmağı, başı azacıq aşağı əyməyi, gözlə dəftər arasında 20-25 sm məsafə saxlamağı öyrətmək vacibdir.

Uşaqların karandaşla müstəqil məşqləri göstərir ki, onlar çəmbər, müxtlif xətlər, naxışlar və sadə əşya şəkilləri çəkirlər. Tərbiyəçi bu fəaliyyətə düşünülmüş istiqamət verməklə , tədricən hərflərin elementlərini və s. yazmağı öyrətməlidir.Bu məqsədlə məşğələlərə elementləri xatırladan əşya şəkillərindən başlmaq olar: məsələn, kirpi, müxtəlif növ şotka , daraq şəkilləri kiçik və böyük düz xətti,qarmaq, asqı, yuxarıdan dairələnən düz xətti, yumurta, kartof , şar ovalı, aypara , qarpız dilmi yarımovallı yazmağa hazırlıq vəzifəsini görür.

Oxu və yazıya belə hazırlıq sonralar uşaqların ilkin oxu və yazı texnikasına asanlıqla yiyələnməklərinə imkan verir.

Savad təlimi dövründə oxu və yazı texnikası üzrə məşğələlərin cansıxıcı xarakter daşımasının qarşısını almaq məqsədilə uşaqları məktəbəqədərki oyun və əyləncə aləmindən ayırmamaq lazımdır.Hər beş-on dəqiqədən bir yumoristik əhvalat, lətifə danışmaq, tapmaca, yanıltmac, düzgü, oyun- nəğmələr, kiçikhəcmli şeir, hekayə, təmsil və nağılların oxunması uşaqların yorğunluğunu aradan qaldırır, marağını artırır, diqqətini daim oyaq saxlayır.Uşaqlarla dialoqa geniş yer vermək, suala cavab vermək, dialoqa qoşulmaq bacarığını inkişaf etdirmək lazımdır. Bu məqsədlə seriya-sujetli şəkillərdən, uşaqların ekskursiya, gəzinti, oyun və əyləncələrdə gördüklərindən istifadə etmək mümkündür.



IV Savad təlimi dövründə bütün fəaliyyəti yalnız oxu və yazı texnikasının öyrədilməsi ilə məhdudlaşdırmaq olmaz. Bu dövrdə ekskursiyalar, təbiət üzərində müşahidələr, əşya dərsləri, müəllimin nağılı, şifahi müşahidələr və s. prosesində nitq inkişafına da geniş yer verilməlidir.

Kiçikyaşlı məktəblilərin əyani-obrazlı təfəkkürü tədricən inkişaf edir. Onlar gördükləri əşya və hadisələrin bir neçə mühüm cəhətlərini ayıra bilir, onlar ümumilləşdirmə aparma, mücərrədləşdirmə üzrə ilkin vərdişlərə yiyələnirlər. Əgər uşaq bunu bacarmırsa, bu, onun təcrübəsizliyi, biliyinin azlığı və qırıq-sökük olması ilə izah edilməlidir. Ona görə də şagirdlərin həmin əşya və ya hadisə haqqında təsəvvürlərini dəqiqləşdirmək lazımdır.

Bunlardan əlavə, şagirdlərin şəxsi həyat təcrübəsi, əmək prosesi, onların əməyi, oyunları, əyləncələri, oyuncaqlar, şəkillər, müəllimin təşkil etdiyi müşahidələr lüğət ehtiyatının zənginləşdirilməsinin mənbələridir. Ətraf aləm üzrəində müşahidə prosesində onunla fəal təmasda şagirdlər müxtəlif əşyalarla, onların nədən düzəldilməsi ilə tanış olur, forması, rəngi, dadı, xarici görünüşü, insanlara faydası və s. cəhətlərinə görə onları qruplaşdırır, təsnif edirlər. Şagirdlər ayrı-ayrı əşyaları ümumi başlıq altına yığırlar: inək, qoyun, it, pişik, camış, keçi, donuz-ev heyvanlarıdır, sağsağan, qaranquş, sığırçın, sərçə, bülbül-vəhşi quşlardır və s. Belə çalışmalar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir.

V Savad təlimi dövründə şagirdlərin lüğət ehtiyatınn zənginləşdirilməsi əlifba dərsliyinin sütunlarında verilmiş sözlərlə başlanır. Sütunlar və mətnin lüğəti uşağın həyatı, ətraf aləm haqqında çox rəngarəng sözlərlə zəngindir. Sütunlardakı sözlər, bəzən çox müxtəlif sahələrə aid olmaqla mənası şagirdlərə çatmır. Müəllim belə sözlərin səs-hərf təhlilini aparmalı, kəsmə əlifbanın köməyilə düzüm lövhəsində düzdürməlidir.

Əlifba dərsliyi ailə, uşaqların oyunları, oyuncaqlar fəsillər, ev heyvanları və vəhşi heyvanlar, ev quşları və vəhşi quşlar, çiçəklər və otlar, meyvələr və giləmeyvələr, ev şeyləri, qab-qacaq, əmək alətləri, insanların əməyi, ərzaq haqqında sözlər hesabına şagirdlərin lüğət ehtiyatını zənginləşdirməyə imkan verir.

Ana dili dərsliyi iki əsas hissədən ibarətdir. Əlifba (savad təlimi) və Oxu (savad təlimindən sonrakı dövr)1.

Əlifba dövrünün ilk dərsləri şəkillər üzrə şagirdlərin nitqini inkişaf etdirir, onlara dil qaydalarını öyrədir.



Hazırlıq dövrü üzrə ümumi məqsədləri aşağıdakıları hesab etmək olar:

1. Cümlə qurulmasının öyrədilməsi məqsədilə sözlərin xüsusiyyətlərini uşaqlara başa salmaq.

2. Əşya, əlamət və hərəkət bildirən sözlərlə şagirdləri tanış etmək;

3. Şagirdlərin cümlə qurmaq bacarıqlarını inkişaf etdirmək;

4. Şagirdləri cümlə anlayışı, onun qurulması və sxematik təsviri ilə tanış etmək.

5. Oxuya hazırlıq məqsədilə şagirdləri qrammatika elementləri ilə tanış etmək.

6. Süjetli şəkillər üzrə şagirdlərin şifahi nitqini inkişaf etdirmək.

7. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək məqsədilə müxtəlif texnikalar vasitəsilə alınan sözlərin, yaxınmənalı, əksmənalı, eynimənalı, eyniköklü sözlərin öyrənilməsi ilə tanış etmək.

Əlifba təliminə hazırlıq dövründə şagird Ana dilində verilən şərti ifadələrlə də tanış olur.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: XI mövzu: Məktəb təliminə hazırlıqda sadə riyazi təsəvvürlərin formalaşması

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan:

1. Sadə riyazi təsəvvürlərin formalaşdırılması proqramının ümumi xarakteristikası.

2. Məktəbəhazırlıq qrupu və I sinif riyaziyyat proqramları arasında varisliyin təmin edilməsi.

3. Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının əsas vəzifələri.

4. Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası fənninin başqa elmlərlə əlaqəsi.

I Uşaq ana dilinə yiyələnərkən istər-istəməz ilkin riyazi təsəvvürlərə yiyələnir. Ətraf aləmin əşya və hadisələrinin adları, adi məişət sözləri kimi ədədlərin adları, riyazi terminlər də lüğət ehtiyatına daxil olur. Bu prosesdə nə tərbiyəçi, nə də uşaq riyaziyyat fənnindən proqram materialının mənimsənilməsi haqqında düşünür. Uşaq 3-4 yaşında 5-ə, bəzən də 10-a qədər saya bilir. Uşaqların riyazi idrak qabiliyyətinin formalaşdırmaq məqsədi ilə rənglər və formalar əsasında əməliyyat aparmaq lazımdır. Beşyaşlı uşağa on göy top verilir. O, topların dördünü saya-saya qarşıda əyləşmiş yoldaşına atır. Yoldaşı həmin topları kənar qoyub, ona dörd yaşıl top atır. O, topları sayır, yenə on top olduğunu bildirir.

Uşaq iki çoxluğu müqayisə etməyi, onlar arasında münasibətləri başa düşməyi bacarmalıdırlar. Yeddi altıdan böyükdür. Yeddi altıdan bir artıqdır, altı isə yeddidən bir əksikdir. Deməli, yeddi rəqəmi altı rəqəmindən sonra, altı isə ondan əvvəl durur.

Bağça yaşlı uşaqların riyazi hazırlığı məzmununa nələr daxildir? Məktəbəqədər təhsil kurikulumunun “İdrakın inkişafı” adlanan bölməsində yaş qrupları üzrə say təlimi, miqdar münasibətələrinin inkişafı, sadə hesab məsələləri həllinin öyrədilməsi, məsələ tərtib etdilməsi, kəmiyyətlərin ölçülməsi və gözəyarı ölçmə vərdişlərinin yaradılması, forma və ən sadə həndəsi fiqurlar haqqında təsəvvürlərin inkişaf etdirilməsi, zaman və fəza münasibətləri haqqında təsəvvürlərin formalaşdırılması. Bütün bu məsələlər əyani vəsaitlər və didaktik materialların tətbiqi ilə əşya çoxluqları üzərində əməliyyatlarla müşayiət olunur. Göründüyü kimi, uşaqların riyazi hazırlığı müxtəlif istiqamətlərdə aparılmaqla, onların gələcəkdə sistematik riyazi təhsil almaları üçün möhkəm bünövrə hazırlayır.

Ayrı-ayrı qrupların proqram məzmununu nəzərdən keçirək.

1) Kiçik yaş qrupu proqramı say təlimi və uşaqların ölçmə fəaliyyətinə nəzərən propedevtik xarakter daşıyır. Uşaqlar əşyaları uzundur-qısadır, hündürdür-alçaqdır və s. əlamətlərinə görə müqayisə etməyi öyrənirlər. Əşyaların formaları ilə tanış olur, fəzada istiqamətləri fərqləndirməyi və vaxtı müəyyən etməyi öyrənirlər.

2) Orta yaş qrupunda əvvəlki qrupa nisbətən burada riyazi elementlər bir qədər genişləndirilir və dərinləşdirilir. Əsas diqqət sayın öyrədilməsinə yönəldilir. Uşaqlar düzgün priyomlardan istifadə edərək, 1-dən 3-ə qədər saymağı öyrənir, hesablama əməliyyatları yerinə yetirirlər. Əşyaları müəyyən əlamətlərinə görə (forma, ölçü, rəng, kəmiyyət) fərqləndirirlər və müqayisə edirlər. Həndəsi fiqurlardan üçbucaq və dairə ilə tanış olurlar. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliyyatlar (toplama, az-çox, uzun-qısa, böyük-kiçik, hündür-alçaq) yerinə yetirirlər və əşyaların sayını müəyyən edə bilib və müvafiq rəqəmlə əlaqələndirməyi bacarırlar. Bu yaş qrupunda uşaqlar məkan ( irəli, geri, yuxarı, aşağı, alt-üst) və zaman (səhər, günorta, axşam, gecə) anlayışlarını fərqləndirməyi öyrənirlər. Ətraf mühitdə uşaqlar sensor qabilyyətlərindən istifadə etməklə gördüyü obyektlər haqqında məlumat toplayırlar.

3) Böyük yaş qrupunda 1-dən 5-ə qədər say təlimi aparılır. Əşyaları müxtəlif şəkildə sayma vərdişləri möhkəmləndirilir. Hesablama və ölçmə əməliyyatları yerinə yetirilir. Uşaqlar dairə, üçbucaq və kvadratı müqayısə etməyi öyrənir, onları ətraf mühitdə tapır və göstərirlər. Bu qrupda qazanılmış bilik və vərdişlərə istinad edərək əşyaları əlamətlərinə görə ( forma, ölçü, rəng, kəmiyyət) qruplaşdırır və müqayisə edirlər. Həndəsi fiqurlar haqqında təsəvvürlərin inkişafına aid proqram məsələləri də tədricən çətinləşdirilir. Bu işdə müşahidəyə üstünlük verilir. Uşaqlar ətraf mühitdə , sinifdə, şəkillərdə həndəsi fiqurları (formanı) görməyi və fərqləndirməyi bacarmalıdırlar.

4) Məktəbə hazırlıq qrupunun proqramında aşağıdakılar nəzərdə tutulur: əvvəlki qruplarda öyrənilmiş biliklərə söykənərək, yeni biliklər və onların əsasında bacarıq və vərdişlərin qazanılması. Buraya daxildir: 10 dairəsində say vərdişlərinin möhkəmləndirilməsi, sıra sayı, ədədin miqdarca tərkibi (təkliklər üzrə), ədədin tərkibcə iki ədədə ayrılması, qonşu ədədlər arasındakı münasibətin aşkar edilməsi, düzünə və tərsinə sayma, sadə hesab məsələlərinin tərtib edilməsi və həlli.

Kəmiyyətlərlə tanışlıqda ölçmə işinə daha çox yer verilir və getdikcə mürəkkəbləşdirilir. Uşaqlar şərti ölçü vasitəsilə maye və dağılan cisimlərin həcmini, cismin uzunluğunu və s. bacarmalıdırlar. Praktik işlə əlaqədar olaraq, bütöv əşyanı bir neçə bərabər hissəyə bölmə və gözəyarı ölçmə vərdışləri inkişaf etdirilir.

Uşaqların həndəsi fiqurlarla tanışlığı davam etdirilir. Fiqurları seçməyi, fərqləndirməyi, bir neçə fiqurdan yeni bir fiqurun düzəldilməsinə aid çalışmalar verilir.

Uşaqlarda əşyalar, həndəsi fiqurlar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatlar ( toplama, çıxma, bərabər, qeyri-bərabər) aparmağı və konstruktiv bacarıqları (planlaşdırma, modelləşdirmə, sxemləşdirmə) inkişaf etdirilir.

II I sinfin riyaziyyat proqramı elə qurulmuşdur ki, uşaqların bağçada qazandıqları elementar riyazi təsəvvürlər, bacarıq və vərdişlər nəzərə alınır. Əsas məsələ bağçanın hazırılıq qrupu ilə ibtidai məktəbin I sinfi proqramları arasında ardıcıl keçidi (varislik) elə təmin etməkdən ibarətdir ki, yersiz təkrara, artıq vaxt itkisinə yol verilməsin. Təlim prosesində konsentrizmə əməl edilməlidir.

I sinfin riyaziyyat proqramı şagirdlərdə riyazi təfəkkürün əsaslarını formalaşdırmağa xidmət edir. Lakin həmin proqram əsasında duran vəzifə: təlim və tərbiyənin üzvi vəhdəti, biliklərin mənimsənilməsi, təhsilin nəzəri səviyyəsinin yüksəldilməsi və biliyin praktikada tətbiqi bacarığının formalaşması və bunun üçün zəruri vərdişlərin yaradılmasından ibarətdir.

“Onluq” I sinifdə öyrənilən birinci mövzudur. Bağçada uşaqlar on dairəsində ədədlərlə, onların tərkibi ilə tanış olurlar. Lakin buna baxmayaraq I sinfin nömrələmə mərhələsində həmin məsələlər təkrar edilir və tədricən dərinləşdirilir. Ədədləri müqayisə etmək üçün “<, >, =” işarələrindən istifadə olunur.

Burada 1-dən 10-a qədər natural ədədlərin xassələri, tərkibi öyrənilir. Bütün bu işlər təlimin sonrakı mərhələsi olan 10 dairəsində toplama və çıxmaya aid hazırlıq məqsədini daşıyır. Nömrələmə ilə toplama və çıxma arasındakı ardıcıl keçidin bu cür həyata keçirilməsi ilk hesab əməllərinin şüurlu mənimsənilməsini təmin edir. Toplama əməlinin yerdəyişmə xassəsinin doğruluğu həm əyani vəsaitlərlə, həm də əşyaları müxtəlif şəkildə saymaqla göstərilir. Hesab materialının təlimi prosesində bağçada qazanılmış biliklərin yada salınması və onlara istinad edilməsi şagirdlərin fəallığını və dərsin effektini artırır.

Hələ 10 dairəsində şagirdlər sadə hesab məsələləri ilə tanış olur, toplama və çıxmaya aid sadə məsələlərin həllini, məsələ tərtib etməyi öyrənirlər. I sinifdə hesab məsələsinin strukturu öyrənilərkən bağçada buna aid qazanılmış biliklər xeyli kömək edir. Bağçada sadə məsələlər şifahi və səhnələşdirilmiş şəkildə həll edilir. I sinifdə həmin baza üzərində məsələ həlli genişləndirilir və dərinləşdirilir.

Burada da bağça ilə ibtidai məktəb arasındakı ardıcıl varislik təmin olunur. Həndəsə elementləri hesabla qarşılıqlı əlaqədə öyrədilir. Xətkeşlə və santimetrlə tanış olduqdan sonra, müxtəlif əşyaların uzunluğunu xətkeşlə ölçməyi öyrənirlər. Bu işdə onların əvvəlki vərdişləri köməyə çatır. Çönki uşaqlar bağçada şərti ölçü vasitəsilə uzunluğu ölçməyi öyrənmişlər.

I sinifdə şagirdlər düz xətt, parça, əyri xətt, düzbucaq, kvadrat və onların xassələri ilə də tanış olurlar. Hələ bağçada uşaqlar sadə həndəsi fiqurları fərqləndirməyi, adlandırmağı bacarırdılar. Odur ki, I sinifdə verilən yeni biliklər yaxşı mənimsənilir.

Şagirdlər kəmiyyətlərdən kütlə və onun vahidi (kq-la), tərəzi və tərəzidə çəkmə ilə, tutum və onun vahidi (litrlə) tanış olurlar. Tanışlıq əyani-praktik şəkildə və şagirdlərin bilavasitə iştirakı ilə aparılır. I sinif riyaziyyat təliminin hazırlıq mərhələsində müəllim şagirdlərin bağçada qazandıqları hesab biliklərinin səviyyəsini, çatışmamazlıqları müəyyən edir. Kəmiyyətlər və fəza təsəvvürlərinə aid qazandıqları bilik, bacarıq və vərdişləri yoxlayır, ümumi səviyyəsini müəyyənləşdirir. Uşağın bağçadan aldığı riyazi hazırlığından I sinifdə səmərəli istifadə olunmalıdır.

III Bağça yaşlı uşaqların ilk riyazi hazırlığı, onların məktəbə hazırlanması işinin bir hissəsi olub, sadə riyazi təsəvvürlərin formalaşdırılması məqsədini daşıyır. Bu hazırlıq prosesi uşaq bağçasında aparılan təlim – tərbiyə işinin bütün istiqamətləri ilə əlaqədardır.

Bağça yaşlı uşaqların riyazi hazırlığı vəzifəsini həyata keçirmək üçün:

1) uşağın fərdi inkişaf xüsusiyyətləri, zehni inkişafı və bacarığı;

2) biliklərin mənimsənilməsində uşağın yaş xüsusiyytləri və bununla əlaqədar bacarıq və vərdişlər;

3) uşaq bağçası ilə ibtidai məktəbin I sinfi arasında varislik nəzərə alınmalıdır.

Bağça yaşlı uşaqların riyazi hazırlığı dedikdə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

1. Bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlər sisteminin formalaşdırılması.

2. Uşağın gələcək riyazi hazırlığı və inkişafı üçün onun riyazi təfəkkürünün tədricən formalaşdırıması.

3. Uşaqda sensor proseslərin və qabiliyyətin formalaşdırılması.

4. Uşağın riyazi söz ehtiyatının artırılması və əlaqəli nitqinin təkmilləşdirilməsi.

5. Uşağın tədris fəaliyyətinin ilk ibtidai formalarının yaradılması.

Bağça yaşlı uşaqlarda formalaşdırılan ilk riyazi təsəvvürlərin məzmununa çoxluq, münasibət, ədəd, kəmiyyət kimi anlayışlar daxildir. Bu anlayışlar haqqında təsəvvürlər ilk növbədə əyanilik əsasında yaradılır. Təlim prosesi sırf əyani induktiv yolla aparılmaqla, miqdar, fəza və zaman haqqında təsəvvürlər tədricən genişləndirilir və dərinləşdirilir. Riyazi təsəvvürlərin formalaşdırılması uşaqların müəyyən ardıcıllıqla müvafiq hərəkətləri ilə ( məs. qoymaq, götürmək, düzmək və s.) əlaqələndirilir.

Elementar riyazi təsəvvürlərin formalaşdırılması prosesi uşağın əyani-hərəki və əyani-obrazlı təfəkkürünün inkişaf səviyyəsinə əsasən qurulur və başlıca məqsəd tədricən mücərrədləşməyə doğru getməkdən ibarətdir. Bunun üçün konkret və empirik yolla əldə edilən biliklərdən ümumiləşməyə doğru getmək lazımdır. Sensor təcrübə nəticəsində formalaşan empirik biliklər bağça uşaqlarının əqli və riyazi inkişafı üçün zəruri şərtdir. Bununla da onun riyazi nitqi, söz ehtiyatı tədricən inkişaf edir. Belə ki, uşaq miqdar münasibətlərini “çoxdur, azdır, o qədərdir, bərabərdir, böyükdür, kiçikdir” və s. sözləri ilə ifadə edir və bilavasitə əşyaları müqayisə etməklə, saymaqla bu sözlərin mənasını dərk edir.

Ayrı-ayrı riyazi terminlərin öyrənilməsi nəticəsində uşağın söz ehtiyatı artır və əlaqəli nitqi inkişaf edir. Beləliklə, riyazi təsəvvürlərin formalaşdırılması zamanı uşağın nitqi sensor və təfəkkür prosesləri ilə əlaqəli surətdə inkişaf edir.

IV Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası ilk növbədə pedaqogika elmi ilə əlaqədardır. Bu fənn pedaqogikanın və didaktikanın hazırladığı, böyüməkdə olan nəslin təlim və əqli tərbiyə vəzifələrinə istinad edir. Buraya təlimin prinsipləri və şəraiti, təlim yolları, məzmunu, vasitələri, təşkili formaları və s. daxildir. Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması probleminin tətqiqi və praktik fəaliyyət üçün metodik məsləhətlərin hazırlanması pedaqogika nəzəriyyəsini zənginləşdirir və onu faktik material ilə təmin edir.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası digər xüsusi metodikalarla: nitqin inkişafı metodikası ilə, fiziki tərbiyənin metodikası ilə və s. əlaqədardır.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası bu fənnin nəzəri əsasları ilə də əlaqədardır.

Çünki sadə riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları:

1) bağçada uşaqlara verilən biliklərin həcmi və məzmununu;

2) varislik prinsipinə və uşaqların yaş xüsusiyyətlərinə müvafiq olan təlim metodları və vasitələrini müəyyən etməyə imkan verir.

Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası riyaziyyat təlimi metodikası ilə sıx əlaqədardır və onlar arasında varisliyin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Həqiqətən, bağça uşaqlarında riyazi təsəvvürlərin lazımi səviyyədə formalaşdırılmaması ibtidai siniflərdə şagirdlərin riyazi materialı çətin mənimsəmələrinə səbəb olur.

Bağçada riyaziyyat elementlərinin təlimi prosesində uşaqların yaş xüsusiyyətləri və idarak fəaliyyəti inkişafının qanunauyğunluqları nəzərə alınmalıdır. Deməli, elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası psixologiya elmi ilə əlaqədardır.

Bağçada təlimin səmərəli qurulması və onun effektivliyinin artırılması uşaqların anatomik-fizioloji xüsusiyyətlərinin elmi əsaslar üzərində nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Deməli, elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası insanın anatomiyası və fiziologiyası elmi ilə bağlıdır.

Elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası nisbətən cavan elmi-pedaqoji fənn olmasına baxmayaraq, xalqımızın əsrlərdən bəri riyaziyyatın ibtidai təlim sahəsində əldə etdiyi nailiyyətlərindən istifadə edir.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: XII mövzu: Məktəb təliminə hazırlıq dövründə ətraf aləmlə tanışlıq

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

Plan:


  1. Uşaqların ətraf aləmlə tanışlıq işinin məktəb təliminə hazırlığında əhəmiyyət

  2. Uşaqlarda təbiət haqqında təsəvvürlərin formalaşdırılması

  3. Gəzinti və ekskursiya.

I Uşağın məktəb təliminə əqli cəhətdən hazırlanmasına onun ətraf aləmlə tanışlığı mühüm rol oynayır. Hər bir uşaq adını, atasının adını və soyadını, yaşını, ev ünvanını, valideynlərinin digər ailə üzvlərinin adını bilməlidir. Uşaqların bitkilər, ev heyvanları haqqında məlumatlandırmaq tərbiyəçinin üzərinə düşən ən mühüm vəzifələrdəndir. Təbiətlə tanış olmaq üçün uşaqları müxtəlif üsullardan (müşahidə, şəkil, oyuncaq və s.) istifadə edərək həyata keçirir, uşaqların aktiv fəaliyyətləri fəal şəkildə (mövzu, məhsuldar, oynayır, oyunlara daxil edilir, oyuncaqlarla səhnələşdirilir) istifadə olunur. Metodun seçilməsi məşğələnin növündən, onun əsas vəzifəsindən asılıdır. Buna görə müxtəlif şifahi metodlardan istifadə olunur (sənət əsərini oxuyan bir müəllimin hekayəsi).

Gəzinti zamanı müəllim uşaqların diqqətini ətrafdakı təbiətə çəkir. Yavaş-yavaş, ilin müxtəlif vaxtlarda dünyanın təbii dəyişikliklər haqqında məlumat verir. Payızda yarpaq sarı, qırmızı, rəngarəng olur ,təbiət yuxuya gedir, çəmən qəhvəyi və sarı rəngə çevrilir, çiçəklər başlarını aşağı salır, quruyurlar. Hər şey qışın gəlməsinə hazırlaşır. Bu zaman uşaqlar, öz kiçik əlləri yarpaqları toplamaq istəyir, onların az ayaqları altında xışıldayan yarpaqlara diqqətlə qulaq asmaqdan zövq alırlar. Bütün bunlar, əlbəttə, uşağın qavrayış, danışmasını və intellektini zənginləşdirir.

Tərbiyəçi uşaqların diqqətini heyvanlardakı dəyişikliklərə yönəldir. Birincisi, bunlar qidalandırmaq üçün qrupun saytına daha çox gedən quşlardır. Böyüklər uşaqlara quşların özlərini bəslənməsinin daha çətin olmağı izah edir. Bunu etmək üçün insanlar ağacları çörəkləri bağlayırlar. Çox vaxt uşaqlar qarğalar, çılpaq çaylar və göyərçinlərlə yol ilə gedərkən görüşürlər. Müəllim quşların necə yemək yediklərini, necə danışdığını izah edir. Uşaqlar diqqətlə qulaq asırlar və quşun söhbətini təqlid etməyə çalışırlar: qar-qar, chick-chirik və s.

Qış gəlir: ilk qar düşür. Uşaqlar qar yağışlarını ovuclarında tutmağa tutmağa çalışırlar ki, qar da anında eriyir və bu da uşaqlarda xüsusi maraq doğurur. Uşaqlar qışın soyuq toxunuşlarını əllərində hiss edirlər.

Yeni il bayramları yaxınlaşır. Qrup otağı kağız oyuncaqları ilə bəzədilmişdir. Uşaqlar xoşbəxtdir və bu onlara müsbət təsir göstrir. Bağçanın əyətinə çıxıb gəzmək üçün can atırlar, tərbiyəçinin nəzarəti altında qarlari təmizləyir, qar adamı düzəldir, sürətlə böyüyən kartopları yuvarlayırlar. Beləlilə onlar heykəltəraşlıqla məşğul olmağı da öyrənirlər.

Məktəbəqədər tərbiyənin əsas vəzifələrindən biri də, uşaqlara təbiət və cəmiyyət haqqında ilkin təsəvvür vermək, onları məktəbdə elmlərin əsaslarına yiyələnməyə hazırlamaqdan ibarətdir.



II “ Ətraf aləm” anlayışı dar mənada körpənin yaşadığı doğma ocaq, ev, ailə, həyət və s.əhatə edir. Geniş mənada bu anlayışa təbiət və cəmiyyət də daxildir. Təbiətdəki cansız əşyalar, canlılar(bitkilər, cücələr, quşlar, heyvanlar), təbiət hadisələri (külək, yağış, qar, dolu, göy gurultusu və s.) ətraf aləmin bir hissəsidir.Digər hissəsi cəmiyyət – uşağın yaşadığı kənddə, şəhərdə, küçədə rastlaşdığı əşyalar və hadisələrdir. Uşaq məktəbə gələnədək bütün bunlarla əlaqədar sadə, yığcam, lakin elmi məlumat almalıdır. O, nəinki əşyalar və hadisələr haqqında biliklərə yiyələnməli,təbiət və cəmiyyətə məxsus qanunlari, bilməli, üstləlik onlar arasıdakı qanunauyğunluqlardan da agah olmalıdır. Uşaqların bütün bunlarla tanış olmaları valideyn və tərbiyəçidən böyük əmək və bacarıq tələb edir. Bunun üçün, hər şeydən əvvəl, ətraf aləmə gəzintilər və ekskursiyalar təşkil edilməlidir. Müşahidələr göstərir ki, uşaq bağçalarında proqram tələblərinə uyğun şəkildə olmasa da, hər halda, arabir gəzinti və nadir hallarda ekskursiya təkil olunur. Ailələrdə isə bu sahədə işin vəziyyəti çox pidir. Valideynlərin bir qismi həftədə bircə dəfə də olsa övladlarını gəzməyə aparmağa vaxt tapmır, bir qismi sadəcə olaraq uşağı yanına salaraq şəhərə çıxarır, bağa, parka gedir,lakin uşağı ilə deyil özünün əylənmələrənə üstünlük verirlər.

Valideynlərin az bir qismini gəzinti zamanı uşaqlarının diqqətlərini ətraf aləmdəki əşya və hadisələrə yönəldir, adlarını, mahiyyətini öyrədir, uşaqların qarşısında müxtəlif əşya və hadisələrə dair suallar qoyur, onların suallarına cavab verir. Gəzinti məqsədli olmalı və valideyn orada qarşıya çıxa biləcək hallara, suallara necə cavab verəcəyi üzərində əvvəlcədən düşünməlidir.

Görkəmli pedaqoq M.Muradxanov yazmışdır: “ Uşağı məktəbə hazırlamaq işində ana təbiət və ya.ayış haqqında suallar vermək, xüsusən, təbiət hadisələri arasındakı əlaqə və asılılığla onların diqqətini cəlb etmək də çox əhəmiyyətlidir”

Məktəbəqədər yaşlı uşaqları ətraf aləmdə gördükləri əşyaların adlarını yadda saxlamaları ilə qənaətlənmək olmaz. Onlar həmçinin əşyalar və hadisələr arasında müxtəlif əlaqləri müəyyənləşdirməyi də bacarmalıdırlar. Bu dövrə uşaqlar sadə bioloji, fiziki, ictimai hadisələrin mahiyyətini dərk etməlidirlər. Ona görə də uşaqları canlı və cansız aləmi müxtəlif sahələr ilə etmək lazımdır. Məktəbəqədər dövrün vəzifəsi bir tərəfdən uşağı məktəb proqramına yaxınlaşdırmaq, diər tərəfdən onun özünün maraq dairəsinə, səviyyəsinə, ehyiyacı olan proqrm yaratmasına imkan verməkdir. Uşaq müstəqilliyə alışmaqla yanaşı, yeni biliklərə, bacarıqlara yiyələndiyini də dərk etməlidir. Gəzinti və ekuskursiya zamanı tərbiyəçi və valideynlər uşaqların ətraf aləmə bələdləşmələri üzərində düşünməlidirlər. Bu prosesdə uşaqların hazırlıq səviyyəsi də nəzərə alınmalıdır.



III Gəzinti və ekskursiya zamanı onlara düşünmək, əvvəlcədən nəzərdə tutulandan fəqli obyekt və hadisələrlə məşğul olmağa, yaradıcılığa verməkdir. Belə olarsa hər bir uşağın özünəməxsus proqramı yaranar. Uşaqların əqli fəaliyyəti bir çoxunun rəğbətlə yanaşmadıqları, narazı qaldıqları qəlibə salınmaz, hər bir balaca şəxsiyyətin müstəqil inkişafına təkan verilər. Təlim prosesində isə onlara fərdi yanaşmanın yolları araşdırılar.

Uşaqların ətraf aləmdə dəfələrlə gördükləri əşyalar haqqında söhbət təşkil olunduqda onlar həmin əşyaların adlarını sadalamaqla kifayətlənirlər. Bir çox hallarda uşaqların diqqəti aydın, parlaq, hərəkətdə olan əşyaya yönəldiyindən qavrayışları məhdud olur. Təəssüf ki valideyn və tərbiyəçilər bununla razılaşırlar. Əşya və hadisələrin adını bilmək, onları bir-birindən fərqləndirmək hələ işin başlanğıcıdır. Onların mahiyyətinin dərk olunması üçün uşaqları müşahidəliçiyə alışdırmaq lazımdır. Bunun üçün uşaq valideyn və tərbiyəçinin rəhbərliyi və köməyi ilə hər hansı əşyanın hissələrini görməyi, onların adlarını və vəzifələrini müəyyənləşdirməyi bacarmalıdır. Müşahidə zamanı uşaq əşyaya əl vurub sığallıya kələ-kötür, tikanlı, isti yaxud soyuq, quru ya yaş, bərk ya yumşaq, dadına baxıb şirin ya acı və s. olduğunu müəyyən etdikdən sonra onu tanıyır, dərk edir, başqalarından fərqləndirə bilir. Belə müşahidə “təhliledici müşahidə” adlanır. Məhz təhliledici müşahidə uşağı müşahidəçiliyə alışdırır, nəticədə onun təfəkkürünü və nitqini inkişaf etdirir. Təhliledici müşahidənin təlim əhəmiyyəti böyükdür.

Müşahidə məqsədəyönəlmiş planlı qavrayış olduğundan uşaqların ümumi inkişafında mühüm rol oynayır. K.D.Uşinski demişdir ki, “ Əgər təlim uşaqların əqlinin inkişafına irad tutursa o, uşaqların müşahidə qabiliyyətini məşq etdirməlidir”

Uşağın müşahidə etdiyi günəşli, qızmar hava, dumanlı, tutqun səma, güclü külək onun üçün çox maraqlı olmaqla xarici mühitin emosianal qavrnılmasını təmin edir. Bütün belə müşahidələr uşaqlarda idraki maraq yaradır. Yəni biliklərin, estetik hisslrin qapısını açır.

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Kurs: III

Fənn: Məktəb təliminə hazırlığın əsasları

Mövzu: XIII mövzu: Məktəb təliminə hazırlıq dövründə ekoloji mədəniyyətin formalaşdırılması üzrə iş

Ədəbiyyat siyahısı:

1. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” Bakı 2017

2. “Məktəbəqədər təhsilin kurikulumu” (layihə) Bakı 2017

3. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri. (Metodik tövsiyyə) Bakı 2015

4. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı 2013

5. Аyşə Məmmədоvа “Uşаq bаğçаsindа bеşyаşlilаrin məktəbə hаzirlаnmаsi” Bakı 2007

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
Plan


  1. Uşaqlarda ekoloji bilik və bacarıqların tərbiyəsi

  2. Ekoloji tərbiyənin vəzifələri və prinsipləri.

  3. Təbiətlə tanışlıqda diofilm və kinofilmlərin rolu


I Ətraf aləm haqqında ilkin biliklərə yiyələnmə uşaqların əqli tərbiyəsi ilə yanaşı həm də əxlaqi və estetik tərbiyəsinin mənbəyi hesab olunur. Müşahidə prosesind uşaqlara müstqillik vermək lazımdır. Müstəqil olmayan uşaq lazımi obyekti. yenini görə bilmir. O məlumların əsiri olur. Hər şeyi əvvəlki təsəvvürlərin təsviri ilə izah edir. Uşaq məlumda yeniliyi görməyi bacaranda, məlum olmayan cəhətlərə diqqət yetirəndə bilik əldə edir. Beləliklə, ağıllı, məlumatlı uşaq müşahidəni mükəmməl aparır, müşahidə isə onun ağlını, məlumatını artırır.

Təbiət uşağın təfəkkürünü fəaliyyətə gətirir. Cism və hadisələrin mahiyyətini, onların arasındakı mühüm əlaqə və münasibətləri əks etdirən, varlığı insan beynində inkiası olan təfəkkür prosesində uşaqlar qavranılmış cisimlər qrupuna aid ümumi, həm də mühüm cəhətləri ayırır və onları söxlərlə ifadə edirlər. Uşaq ona əsaslanaraq ətraf aləmdəki əşyalar arasında münasibətlərin əsas xassələrinin ayırmaq imkanı əldə edir. Bununla məktəbəqədər yaşlı uşaq yalnız sixematik təsviri anlamır həm də ondan müvəffəqiyyətlə istifadə edir. Bütün bunlarla yanaşı onun təfəkkürü əşyalarla real fəaliyyətə əsaslanmaqla öz konkretliyi, əyaniliyi, düzgün ümumiləşdirmə qabiliyyətinin olmaması ilə xarakterizə edilir.O, bir çox hallarda əşyanı mühüm əlamətlərinə görə müəayyənləşdirə bilmir. Cins-növ anlayışını bilməmək bu dövr üçün xarakterikdir. Ona görə də ağac, çiçək, tərəvəz, meyvə, giləmeyvə və s. əşyaları ən mühüm əlamətlərinə(forması, rəngi, dadi, ətri və s.) görə tanımaq üzrə məşğələlərin təşkili vacibdir. Alma, armud. heyva, nar,əncirə hansı ümumi adınverilməsinin mümkünlüyü xəbər alınır. Onlara bilikdə “meyvə” deyildiyini öyrənən uşaq moruq, çiyələkdə də oxşarlığı hiss edir v bunları necə adlandırmaq üzərində düşünür. Beləliklə, çox sadə yolla “növ, cins” anlayışları formalaşır. Bununla da ətraf aləmlə tanışlıq uşağın dünyagörüşünün formalaşmasında nitqinin və məntiqi təfəkkürünün inkişafında misilsiz rol oynayır.



II "Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.

Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.

Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur.

Ekoloji tərbiyədə aşağıdakı vəzifələri həyata keçirilir:

- böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq

- uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq;

- təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.


Yüklə 154,47 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin