Kurs: III fənn: Məktəb təliminə hazırlığın əsasları



Yüklə 154,47 Kb.
səhifə15/22
tarix10.01.2022
ölçüsü154,47 Kb.
#106696
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Pedaqoji innovasiya - təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə, müəllim və uşaqların fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumiyyətlə, pedaqoji sistemdə baş verən yeniliklərdir.

Uşaq nailiyyətləri – təlim zamanı uşaqların qazandıqları dəyərlərdir.

Dəyərlər - şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir.

Şəxsiyyətyönümlülük - uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı və onlarda həyat üçün lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur.

Diferensiallaşdırma - uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki və əqli inkişaf səviyyələrini, psixofizioloji xüsusiyyətlərini nəzərə almaqla, onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasıdır.

Əməkdaşlıq - “Müəllim, uşaq və valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunmasıdır.

Nəticəyönümlülük - fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasıdır.

Portfolio - uşağın müəyyən müddət ərzində yerinə yetirdiyi işlərin (çəkdiyi rəsmlər, fikirləşdiyi hekayələr, təsviri fəaliyyət məşğələlərinin nəticələri və s.) toplandığı xüsusi qovluqdur.


Yüklə 154,47 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin