& dərketmə motivləri : öyrənmə marağı, həvəskarlıq, iradi – emosional tənzimlənmə, qabiliyyətlərin inkişafı, özününinkişaf marağının ödənilməsi, ixtiraçılıq meyli, fəaliyyətin planı təşkili;
& oyun motivləri : yaradıcılıq, rolların yeni sosial statusda icrası, özünü qaydalara tabeetmə, özünənəzarət, ətraf aləmə qayğı və həssaslıq, yeni fəaliyyətə adaptasiya.
& sosial motivlər : yaşlılıq həyatına alışma, sərbəstlik, müstəqillik, özünəxidmət, özünəhörmət, mədəni davranış, sosial qiymətləndirmə və s.
Təlim motivlərinin yaranması və mərkəzləşdirilməsi. 5 yaşın sonunda uşaqda təlim motivlərinin yaranması müşahidə olunur. Tələblərə uyğun olaraq tədricən digər motivləri əsas motivə tabe etdirmək, ümumi kontekstdə “dəyərlilik motivi” yaratmaq lazım gəlir. O, hansı motivlər kompleksi ilə fəaliyyətini qurmalı olduğunu özü müəyyənləşdirir. Bu məqsədlə özünün psixoloji tempini, fiziki imkanlarını, xarakterini, qabiliyyətlərini, dünyagörüşünü, sosial təcrübəsini və s.sosial – psixoloji göstəriciləri üçün münasib motivasiya sistemi yaradır. 5 yaş dövründə şəxsiyyətin əldə etdiyi ən böyük uğurlardan biri də bu amillə ölçülür.
Dostları ilə paylaş: |