Liderlərin onları dinləyən insanlara ehtiyacı var. Ancaq bunun üçün əvvəlcə siz özünüz digər insanları dinləməlisiniz. Komandanızın sizin əmrlərinizdən başqa bir çox şeyə - dəstəyə, köməyə, geri bildirişə ehtiyacı olduğunu unutmayın. Bunları təmin etmək üçün əsas məsələ işçilərinizi diqqətlə dinləmək və anlamaqdır.
7. Məqsəddən yayınmamaq
Hər hansı bir şirkət uzunmüddətli hədəflərinin öhdəsindən müvəffəqiyyətlə gəlməklə öz əməkdaşlarına motivasiya verə bilər. Eyni zamanda, həmin hədəflərə çatmaq üçün işçilərin dəstəyini alması mütləqdir. Beləliklə, nə qədər yaxşı bir lider olmağınızdan asılı olmayaraq, işçiləriniz sizinlə eyni məqsədə sahib deyillərsə, uğur qazana bilməzsiniz.
8. Komanda mühitini yaratmaq
Uğurlu liderlər təkcə işçilərlə ünsiyyət qurmaqla kifayətlənmirlər. Onlar, eyni zamanda, komanda daxilində güclü əlaqələrin mövcudluğunu təmin etmək üçün çalışırlar. Beləliklə, liderlər olmasa belə, komanda öz işini görməyə davam edir.
Əgər işçiləriniz arasında komanda ruhu yarada bilmirsinizsə, sizə davamlı hesabat verən insan topluluğundan kənara çıxa bilməzsiniz. Komanda işi vacibdir; bu sayədə işçiləriniz fərdi məqsədlər əvəzinə şirkətin məqsədlərinə xidmət edəcəklər.
9. Vəzifələrdən qabaq insanlara dəyər verməkİnsanların hamısı eyni deyil. Buna görə də fərqli xarakterlərə malik insanlara fərqli yanaşmaq lazımdır. Hər hansı bir işi yerinə yetirmək istəyirsinizsə, ilk növbədə vəzifələrə fokuslanmayın. Diqqətinizi işi yerinə yetirəcək şəxsə və onu necə motivasiya etməyə cəmləyin.
Nəticə:
Liderlik icma üçü bir mayakdır!
Liderin rolu:
İcmanı mayaka doğru istiqamətləndirmək,
Vəzifəsi isə
Mayaka istinad edərək, icmanı inkişafa doğru aparmaqdır.