90
bölüşdürüləcəkdir. Əks halda dividendlər ödənilməyəcək. Əgər diqqəti cəlb edən
bütün investisiya layihələrinin ümumi dəyəri xalis mənfəət və yüksək priotritetli
qiymətli kağızların dəyərindən çoxdursa, firma bu çatışmamazlığı yeni səhmlərin
buraxılışı və qiymətli kağızlarla örtəcəkdir.
Əgər dividend siyasətinə maliyyələşmə həlli kimi baxılarsa, dividendlərin
ödənilməsi passiv qalıq kimi olacaqdır. Dividendin səviyyəsi, firma nöqteyi-nəzərindən
əlverişli olan investisiya layihələrinin sayının dəyişilməsinə uyğun olaraq müxtəlif
dövrlərdə dəyişiləcəkdir. Əgər firmanın vəsaitləri investisiya etməkdən ötrü əlverişli
imkanları olarsa, dividend səviyyəsi sıfra bərabər olacaqdır; əksinə bu imkan
olmadıqda dividend səviyyəsi 100% ola bilər.
Dividend siyasətinin maliyyələşmə haqqında həll olub, firmanın investisiya
imkanlarının mənfəətliliyindən asılı olmasını göstərməkdən ötrü Djems E.Uolter
düsturunu nəzərdən keçirək.
Dostları ilə paylaş: