87
məhdudiyyətdir. Məsələn, borclu tərəfindən dövriyyə kapitalının minimum həcminin
saxlanılması.
Kredit müqaviləsi, borclunun öhdəçsiliyi ilə kreditin müddətini müəyyən edən
hüquqi razılaşmadır.
Bu
müqavilə, istənilən müqavilə şərtinin pozulmasına görə kreditora fəaliyyətə
qarışmaq hüquq verir. Zərər və ya başqa əlverişsiz hallarda borclu, düzgün tərtib
edilmiş kredit razılaşmasının nəzarətinə düşür və kreditorun fəaliyyət göstərmək
hüququ vardır. Müqavilə maddələrinin pozulmasına görə, kreditorun qanuni hüququ
olmasına baxmayaraq, o, çox az hallarda ödənişlərin dərhal yerinə yetirilməsini tələb
edir. Çox hallarda borclunun pozduğu şərtlər müvəqqəti saxlanılır
və ya kredit
müqaviləsinə düzəlişlər verilir.
Kredit razılaşmasının mühüm qarant öhdəçilikləri bunlardır:
1. Kredit müqavilələrinin çoxunda nəzərə alınan ümumi şərtlər;
2. Standart, şablon şərtlər də kredit müqavilələrinin çoxuna əlavə edilir və onlar
dəyişilmir;
3. Yalnız konkret vəziyyətlərdə istifadə olunan xüsusi şərtlər.
Ümumi məhdudiyyətlər:
Kredit müqaviləsində daha aydın olan, dövriyyə vəsaitlərinə məhdudiyyətlərdir.
Onların qoyulmasında məqsəd, kompaniyanın cari vəziyyətini və ssudanı ödəmək
imkanını saxlamaqdır. Dövriyyə kapitalının minimum ölçüsü kimi dəqiq məbləğ
müəyyənləşir və kompaniya bu səviyyəni müqavilənin bütün fəaliyyət dövründə
saxlamalıdır.
Lakin bu məhdudiyyət, mənfəətin alınması prosesini çox
limitləşdirməməlidir. Zərərlə işləyərək və ya əsas vəsaitlərə, qiymətli kağızların
alınmasına, dividendlərin verilməsinə çoxlu vəsait sərf edərək, borclu dövriyyə
kapitalına olan məhdudiyyəti pozur.
Dividendlərin verilməsinə və səhmlərin yenidən satılmasına olan məhdudiyyət də
əsas sayılır. Onların tətbiqinin əsas məqsədi dövriyyədən nağd pulun çıxmasına sərhəd
qoymaqla, kompaniyanın likvidliyini saxlamaqdır.
Əsaslı xərclərin məhdudlaşması – ümumi məhdudiyyətin üçüncü növüdür. Əsaslı
xərclərin ölçüsü illik daimi məbləğlə limitləşdirilərək, ya amortizasiya ayırmaları və ya
onlardan faiz kimi müəyyənləşdirilir. Bu kreditorun bir nəzarətetmə alətidir. Əsaslı
xərclərin ölçüsünü məhdudlaşdıraraq, bank, öhdəçiliyi ödəməkdən ötrü kompaniyanın
əsas vəsaitləri sata bilməyəcəyinə əmin ola bilər.
Axırıncı şərt kimi, borcun qalan məbləğinə məhdudiyyətin qoyulmasıdır. Kredit
razılaşmasına görə, kompaniyaya başqa uzunmüddətli ssudanın alınması qadağan edilə
88
bilər.
Bu məhdudiyyət, kreditoru müdafiə edir, çünki gələcək kreditorlara, borclunun
vəsaitlərinə üstünlüyün əldəetmələrinə imkan vermir. Adətən, kompaniyaya, mövsümi
və başqa qısamüddətli ehtiyatlar üçün məhdud məbləğdə pul borc etmək icazəsi verilir.
Standart məhdudiyyətlər.
Məhdudiyyətlərin ikinci kateqoriyası – standartlardır ki, bunlar dəyişilməyən
şərtlərdir və kredit müqavilələrinin çoxunda qeyd olunur. Adətən, kredit müqavilələrinə
uyğun olaraq, borclu banka, kompaniyanın maliyyə fəaliyyəti və tələb olunan sığortanın
təminatı haqqında hesabat verməlidir.
Bundan başqa, borclu öz əsas vəsaitlərinin çox
hissəsini satmamalı, bütün vergiləri və borcları ödəməlidir. Kompaniyadan debitor
borclarının azaldılmaması və satılmaması tələb olunur. Belə məhdudiyyətlərdə məqsəd,
borclunun öz üzərinə çoxlu öhdəçilik götürməklə, onun ssudanı qaytarmaq imkanını
təhlükədə qoymamaqdır.
Xüsusi məhdudiyyətlər.
Xüsusi kredit müqaviləsində, kreditor, krediti tam müdafiə etməkdən ötrü xüsusi
məhdudiyyətlər qoyur. Müqavilədə müəyyən razılaşmalar qeyd olunur ki, onlara görə
də kredit elə istifadə olunmalıdır ki, o, imzalandığı vaxt nəzərdə tutulmayan məqsədlərə
sərf edilməsin. Ssudalar üzrə müqavilələrdə, kredit və avansları məhdudlaşdıran
şərtlərə rast gəlmək olar. Bu məhdudlaşma ilə likvidlik
üçün istifadə olunan
investisiyaların başqa məqsədlərə istifadə edilməməsi əlaqədardır.
Əgər firmanın səmərəli işi üçün bir və ya bir neçə mütəxəssis lazım olarsa,
kreditor onların həyatının sığortalanmasını tələb edə bilər. Sığorta məbləği
kompaniyaya və ya kreditorun özünə ödənilə bilər. Müqavilədə həmçinin idarəetmə
aparatı haqqında maddə də ola bilər ki, kredit ödənilənə qədər, bir neçə şəxsin
kompaniyanın işində iştirakı vacib hesab edilsin.
Kredit müqaviləsində, mənfəətin
aşağı düşməsinə təsir edən, rəhbər işçilərin həddən artıq mükafatlandırılmasına mane
olmaqdan ötrü, onların ümumi maaşı və mükafatları məhdudlaşdırılır. Bu şərt digər
tərəfdən, iri səhm paketinə sahib olan qulluqçular üçün müqavilə şərtinə görə yüksək
dividendlərin ödənilməsi məhdud olduğundan onların maaşlarının artırılmasının
qarşısını alır.
Yuxarıda göstərilən şərtlər (məhdudiyyətlər) kredit müqaviləsində qarant
öhdəçilikləri formasında çıxış edir. Kreditorun nöqteyi-nəzərindən bu məhdudiyyətlər
borclunun malyiyə vəziyyətini və onun krediti ödəmək imkanı üçün şərait yaradır.
Düzgün tərtib edilmiş kredit müqaviləsinə görə, borclu maliyyə çətinliyinə düşə
bilməz. Baxmayaraq ki, kreditor məhdudiyyətlərin qoyulmasında vasitəçidir, qarant
öhdəçilikləri kreditorla borclu arasında olan danışıqların predmetidir.
Son nəticə, hər
89
iki tərəfdən müqavilənin gücünə olan münasibətdən asılıdır.
Dostları ilə paylaş: