M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 2,73 Mb.
səhifə2/16
tarix20.05.2018
ölçüsü2,73 Mb.
#51021
1   2   3   4   5   6   7   8   9   ...   16

Təmərküzləşmə. Bu məqsədlə adi fermalar təsərrüfatın imkanına görə böyü-dülür, heyvanlar cəmləşdirilir və sayı artı­rılır.

İxtisaslaşma. Bu məqsədlə ferma və ya komplekslər ixtisaslaşdırılıb bir növ heyvandarlıq məhsulu istehsal etməyə yönəldilir.

İl boyu bərabər məhsul istehsal etmək. Bu xüsusiyyət sənayedə mövcuddur, heyvandarlıqda buna nail olmaq üçün onları qruplaşdıraraq il boyu bərabər vaxt müddətində süni mayalanma yolu ilə bərabər bala alınır.

İqlimdən asılı olmaması. Tarlaçılıqda görülən işlərdən fərqli olaraq heyvan-darlıqda istehsalat proseslərində ilin fəsil­lərindən, havanın yağmurlu olmasından və ya temperatu­rundan asılı olmayaraq məhsul istehsal olunur;

Əməyin təşkili. Burada ferma və komplekslərdə əməyin təşkilini təmamilə fabrik və ya zavodda olduğu kimi təşkil etmək mümkündür. Bunun üçün hər sahə üzrə mütə­xəssis və işçilər hazırlamalı, hər kəsin konkret işi olmalıdır.

İstehsalat proseslərinin axım üsulu ilə yerinə yetiril­məsi. Bütün bu göstərici-lər heyvandarlıqda rahat tətbiq olunur, nəinki tarlaçılıqda, elə buna görə də heyvan-darlığın bu göstə­ricilərini nəzərə alıb sənaye üsulunda onun inkişaf etdirilməsi məq-sədəuyğun hesab olunur.

Aşağıda müxtəlif istiqamətli heyvandarlıq kompleksləri­nin bəzilərinin xüsusiy-yətlərini nəzərdən keçirək.



Südlük istiqamətli komplekslər. Südlük istiqamətində olan qaramal komp-leksləri əsasən 400, 800 və 1200 başlı olur. Kompleksin ərazisində istehsalat və heyvan saxlanılan binalar: yemlərin saxlanması üçün çardak və tikintilər; köməkçi bina və qurğular; peyin anbarı var. Burada əsasən sağmal inəklər saxlanılır, illik südvermə qabiliyyəti 4000 l-dir. Buzovlar 10-20 gün müddətində saxlanılıb başqa yerə təhvil verilir (şəkil 1.2, 1.3, 1.4).

Bu layihədə (801-315) aşağıdakı istehsalat prosesləri nəzərdə tutulur: yemləmə gəzinti meydançası, heyvanların sax­­lan­ması üçün bokslar; buzovlar üçün fərdi binalar. Töv­lələ­rin döşəməsi qəfəsli metaldan, doğum şöbəsi bütöv halda olur. Yemin paylanma traktora qoşulan mobil yempay­layıcıları ilə, peyinin təmizlənməsi öz axımı və fakel tipli nasos­la, inəklərin sağılması "Eloçka" tipli sağım dəzgahı ilə doğum şöbəsində daşınan vedrə ilə yerinə yetirilir. Bu layi­hədə YC-15 və YC-10 markalı skreperli peyin təmizləyicilər­dən istifadə olunması nəzərdə tutulmuşdur (şəkil 1.1, cədvəl 1.1).

801-314 tipli layihədə 800 və 1200 sağmal inəyin bağlı saxlanması nəzərdə tutulur. Burada sağım "Eloçka" tipli sağım meydançasında, peyin təmizlənməsi isə döşəmə altında yerləşən zirzəmidən yerinə yetirilir (şəkil 1.2, cədvəl 1.1).

Bu komplekslərdə heyvanların saxlanması dörd şöbədə sağılmayan inəklər 50…60; təzə doğan inəklər 25; mayalan­dırılan inəklər 60…90; əsas sağımda olan inəklər 200…300 gün olur. Bu cür komplekslərdə orta hesabla bir işçiyə 54 inək, 1 sen süd, əmək sərfi 2,2 saat düşür.

Südlük istiqamətli komplekslərin iqtisadi göstəriciləri aşağıdakı cədvəldə verilmişdir.

Düyə yetişdirmə komplekslərinin vəzifəsi ferma və kompleksləri cins malqara ilə təmin etməklə, yaşlaşmış süd verən inəklərin yerinə əvəz etdirməkdən ibarətdir. Bu məqsəd üçün 819-198, 819-189, 801-395 və s. layihələrdən istifadə olunur. Məsələn, 819-198 layihə malik olan kompleks 3 min baş heyvana hesablanmışdır. Buraya 10…20 günlük 40 kq çəkisi olan buzovlar gətirilir. Burada heyvanlar qrup halında yaşına görə yerləşdirilir. Heyvanların yemləndirilməsi qış fəslində silos, senaj və kombikorma ilə, yay dövründə yaşıl yem və kombikorma ilə olur. Yem mobil tipli yempaylayan­larla axura verilir. Buzovlar karantin vaxtında fərdi qablarda yedizdirilir. Onların suvarılması avtomatik suvarıcılar vasitəsi ilə olur.



Şəkil 1.1.(801-315) tipli 800 başlıq südlük istiqamətli qaramal kompleksi (bağsız saxlanma şəraiti üçün):
1 - sağım bloku; 2 - baytar sanitariya buraxılış qapısı; 3 - gəzinti mey­dan­çası; 4 – qa-zan-xana; 5 - 400 başlıq inək tövləsi; 6 - senaj xəndəyi; 7 - yem sexi; 8 - dogum şöbəsi; 9 – peyin anbarı; 10 - heyvanlar üçün izolyator və stasionar; 11 - birləşdirici tavan; 12 – hey-vanların ğəzitisi üçün meydança.

Peyinin təmizlənməsi kürəkli və ya skreperli daşıyıcı­larla yerinə yetirilir. Düyələrin süni mayalandırılması bokslar­da aparılır. Belə ki, kompleks ildə çəkisi 450 kq olan 1333 düyənin 25 ay ərzində yetişdirilməsini təmin edir. Burada 35 nəfər heyvana qulluq edir. Bir nəfər operatora 240 baş düyə təhkim olunur. Bir düyəyə 60,2 saat əmək sərf olunur.



Şəkil 1.2. 800 başlıq inək kompleksinin baş planı (bağlı

saxlanma şəraiti üçün):

1-400 başlıq inək tövləsi; 2-süd sağım bloku; 3-160 başlıq doğum şöbəsi; 4-baytar sanitar buraxılış məntəqəsi; 5-10 yerli k izolyator; 6-baytarlıq ambulatoriyası; 7-10 yerlik stasionar; 8-traktorlar üçün qaraj; 9-qazanxana; 10-ğəzinti meydançası; 11-birləşdirici qalereya; 12 - 2000 t-luq peyin anbarı; 13-nasos stansiyası; 14 - 1800 t-luq senaj üçün xəndəklər; 15-yem cexi.

Ətlik istiqamətli qaramal kompleksləri heyvanların sax­la­nıb yetişdirilməsi, kökəldilib ətliyə verilməsi üçün istifadə olunur. Bunlar 801-306, 819-218, 819-215 və s. layihələr əsasında tikilir. Kökəlmə istiqamətində olan heyvanların kom­pleks daxilində qrup halında metal qəfəsli döşəməsi olan töv­lələrdə bağsız üsulla saxlanıl-ması məqsədəuyğun hesab olu­nur. Ətlik istiqamətində heyvanların saxlanılması üç pillədə yerinə yetirilir: yetişdirmə, böyütmə və kökəltmə. Heyvan saxlanılan binalar örtülü, kombinə edilmiş və açıq halda olur. Birinci halda bütün texnoloji proseslər tövlə daxilində yerinə yetirilir. Kombinə edilmiş variantda heyvanların saxlanması bina daxilində, lakin onların yemləndirilməsi çardaq altında olur. Açıq halda isə heyvanların saxlanılması və onların yem­ləndirilməsi çardaq altında olur.
Cədvəl 1.1.


Göstəricilər

801-315

peyinin təmizlənməsi



801-314

800 başlıq zirzəmili peyin an­barı









Mexaniki üsul

Hidravlik yuma üsulu










800 baş

1200 baş

800
baş

1200 baş




Heyvanların sayı

908

1360

908

1360

908

Südə görə layihə gücü min ton

3126

4,90

3,26

4,90

3,57

İişçilərin sayı,nəfər

56

66

52

63

58

Bilavasitə hey­vana qulluq edən şəxslər, nəfər

46

56

43

54

48

1100 kq südə əmək sərfi saat

4 ,87

6,25

3,30

2,70

3,43

Kompleksin sahsi, ha

3,61

2,84

5,30

8,4

6,4



Şəkil 1.3. 200 başlı inək tövləsinin ümumi görünüşü:


1-inək saxlanılan yer; 2-yem qəbuledici bölmə; 3-tambur; 4-peyin təmizləmək üçün tambur; 5-heyvanların qəbul yeri; 6-süni mayalandırma laboratoriyası; 7-yuma yeri; 8-duş qəbulu; 9-paltar soyulunan yer; 10-giriş tamburu; 11-havalandırma kamerası; 12­-sanuzel; 13-koridor; 14-yuma məhlulun hazırlanma yeri; 15-nasos yerləşdirilən yer; 16-işçilərin otağı; 17-soyuducuxana; 18-laboratoriya; 19-südxana; 20-qabların yuyulma yeri.
Bağlı şəraitdə saxlanma aşağıdakı kimi olur. Kütləsi 45 kq olan 15..20 günlük buzovlar, sayı 360 olmaqla, hər 13 gü­ndən bir kompleksə təhvil götürülür. Buzovlar 115 gün ərzində yemləndirilib çəkiləri 128 kq çatdırılır. Onların hərəsi 18 baş buzov tutan 20 ədəd qrup dəzgahlarında yerləşdirilir. Birinci dövrün müd-dəti qurtardıqdan sonra cavan danalar hər biri 720 baş tutan tövlələrə keçirilərək çəkiləri 450 kq olana­dək, təqribən 277 gün saxlanılır. Ümumi saxlanma günlərinin sayı 392 gün olur. Heyvanların yemləndirilməsi ot, silos, senaj, yazda isə yaşıl ot, silos,senaj, yazda isə yaşıl ot və kombikor­ma ilə olur. Adətən buzovlara fərdi qablarda süd də verilir. Yem sexindən hazır yem pnevmatik daşıyıcılarla verilir. Peyi­nin təmizlənmə-sində metal qəfəslərdən, döşəməaltı öz axımı ilə kanal və nasos qurğularından istifadə olunur. Belə kom­plekslərin ətrafı hazırlanıb yaşıllaş-dırılır. Bu komplekslər 10000 baş heyvana hesablanılıb ildə 2500 t ət verə bilər. Hey­vanlara 44 nəfər qulluq edir, orta hesabla 400 başa bir nəfər qulluq edir. 1 t. ətin istehsalına 35 saat əmək sərf olunur.



Şəkil 1.4. 400 yerlik bağsız sağlanma şəraitin­də inək tövləsinin sxemi.

1-boks; 2-kombiboks; 3-axur; 4-yem üçün keçid yolu; 5-qəfəs; 6-maye peyinin nəql etdirilməsi üçün kanal; 7-peyin kanalı.





Donuz ferma və komplesləri əsasən ət və cins yetişdir­mək üçündür. Donuz kompleksləri tam sənaye əsasında işləyir. Burada saxlanılan heyvanlar müxtəlif qruplara bölünür. Anadan olan donuz çoşqaları əvvəlcə anaları ilə birlikdə saxla-nılır, 3-4 ayına çatdırıldıqdan sonra 7-8 ay ərzində kökəldilib təhvil verilir. Donuzlar iki sistemdə saxlanılır: sərbəst gəzinti ilə və gəzintisiz. Komplekslərin əksəriy-yətində gəzintisiz saxlama üsulundan istifadə olunur. Heyvanların yemə tələbatı təsərrüfatın öz hesabına və dövlət hesabına yerinə yetirilə bilər.

Burada bütün istehsalat proseslərinin mexanikləşdi­ril­məsi nəzərdə tutulur. Do-nuzların suvarılması üçün PBP-1, PBS-1, PSS-1 avtomatik suvarıcılardan, KS-1,5, RS-5A, KES-1,7 yempaylayanlardan, TSN-160A, US-12, USP-12, TS-1,2, TS-1,5 kürəkli peyintəmizləyənlərdən və ya hidrav­liki təmizləyicilərdən istifadə olunur.

Binaların havalandırılması və qızdırılması üçün "Kli­mat-2", "Klimat-3, "Kli-mat-4" qurğularından, donuzların sağlamlığını qorumaq üçün ultrabənövşəyi şua vericilərdən istifadə olunur.

Qoyunçuluq kompleksləri yunluq, yunluq və ətlik, ətlik-yunluq və dəri, ət-yun və südlük istiqamətlərində olur. Qoyun komplekslərinin ölçüləri 2 min başdan 20 min başa qədərdir. Qoyunların saxlanılması, bütün il boyu otlaq şəraitində, yarım otlaq və stasionlar yemləndirmə, bütün il boyu yemləndirmə şəraitində olur. Qoyun-çuluq istiqamətində olan ferma və kom­plekslər 819-143, 803-104, 819-152 və s. layihələr əsasında tikilir (şəkil 1.5, 1.6.).


Şəkil 1.5. 803-176 layihə üzrə 650 baş ana qoyun

saxla­nılan tövlə:

1 - BKS-10 quru yem tutan bunker 2,4 - yempaylama xətti, 3-süd əvəzedici hazırlayan aqreqat; 5-qoyunlar üçün avtomatik axur; 6-quzular üçün bunker tipli axur; 7-hasar; 8-stasionar tipli USN-15 avtomatlaşdırılmış peyin təmizləyici; 9-elektrik cərəyanı ilə işləyən KN-25 su qaynadıcı qurğu; 10-AP 1A suvarıcı.

Şəkil 1.6. 5000 baş ana qoyunu olan kompleksin baş planı (819-221 layihə):


1 - 650 başlıq doğum yeri; 2 - 2000 baş quzunun bəslənməsi üçün yer; 3 - 3000 baş qoyunun yemləndirilməsi üçün çardaq; 4 - peyin anbarı; 5 - heyvanların çəkilməsi üçün səyyar tərəzi; 6 - qoyunların nəqliyyata yükləndirilməsi üçün meydança; 7 - dezboryer; 8 - peyin xətti (borusu); 9 - bərpaolunma sexi; 10 - kanalizasiya və digər lazımi yerlərin təmizləyən qurğu; 11 - 20 yerlik izolyator; 12 - 50 yerlik ambulatoriya; 13 – qoyunla­rın kəsilməsi və sanitariya punktu; 14 - ixrac şöbəsi; 15 - 1500 baş ana qoyun üçün sex; 16 - mexanikləşdirilmiş çimizdirmə qurğusu; 17 - baytar-sanitar buraxılış qapısı; 18 - transformator; 19 - traktorların və texnikanın saxlanılması üçün çardaq; 20 - 480 t-luq səpələnən və dənəvərləşdirilmiş yem üçün anbar; 21 - məhsuldarlığı 4 t/s olan qarışıq yem hazırlayan sex.

Məsələn, 2500 başlıq ana qoyun kompleksi (Romanov cinsi) 3600 qoyun dərisi, 1317 sentner ət, 87,5 sentner yun istehsal etməyə hesablanmışdır. Burada hərəsi 835 ana qoyun tutan yatax tikilir. Saxlama üsulunda bağlı-otlaq sistemi tətbiq olunur. Qış vaxtında heyvanlar qalın döşəmə üzərində saxlanı­lır. Süni mayalandırmanın köməyi ilə bir sürüdə 300…1000 baş qoyun olur. Qış vaxtında yemləmə çardaqlarda aparılır. Yem normasında 20…40% küləş, 12…26% ot, 40…60% silos, 7…17% kombikorma nəzərdə tutulur. Yem mobil tipli yempay-layanla, suvarılması QAO-4A qrup avtomatik suvarıcı ilə, peyinin təmizlənməsi BN-1 buldozeri vasitəsi ilə ildə bir dəfə aparılır. Qoyunların qırxılması üçün ESA-6/200, ESD-1D və ya ESA-12/200 aqreqatlarından istifadə olunur. Bu komp­leksdə 8 nəfər qulluq edir, 1 s ətə 12,8, 1 s yuna isə 54,3 saat əmək sərf edilir (şəkil 1.6).




Şəkil 1.7. 200 min yumurtlayan toyuğu olan quş fabriki­nin baş planı:
1 - 1000 baş üçün quş damı; 2 - 50 min başlıq batareyalar; 3 - 50 min baş­lıq quşxana; 4 - 27 - döşəmə materialı üçün anbar; 5 - maşınlar da­yanacağı üçün yer; 6 - maşınyuma meydançası; 7 - benzin dolduran ka­lon­kalar, 8 – yar­dımçı təsərrüfat binaları; 9 - avtomatik tərəzilər; 10 - məişət idarə yeri; 11 - növbəlik gücü 3 t olan sallaqxana; 12 - 35 min quş tutan batareya sexi; 13 - növbədə 140…160 min yumurta tutan sex; 14 - yem sexi; 15 - 1000 t kombikorma tutan anbar; 16 - silos, kökümeyvəli üçün anbar; 17 - mərkəzi qazanxana; 18 - 10 nəfərlik briqada evi: 19 - kömür üçün meydança; 20 – bay­tar üçün blok; 21 - 30 min qəfəsi olan quş­xana; 12 - min cücə saxlanılan bina; 23 - transformator; 24 - 12-15 min başlıq ak­kum­­lyator; 25 - duz anbarı; 26 - 25 nəfər briqada üçün bina; 28 - inkubator.
Quşçuluq fabrik və kompleksləri.

Quş­çuluq əhalinin ərzağa olan tələbatında böyük rol oynayır. Quşçuluq heyvan-darlığın digər sahələrinə nəzərən yüksək surətdə mexanikləşdirilməklə, məhsul is-tehsalı qapanmış axım xəttini əhatə edir (şəkil 1.7).

Quşçuluq fabrikləri iri dövlət müəssisəsi olmaqla tam me­xa­nikləşdirilmiş və məhsulu özündə qapalı sikllə yerinə yeti­rilmiş təsərrüfatdır. Burada 1,5 mln-dək yumurtlaq toyuq­lar saxlanılır.

Quşçuluq sovxozları fabrikdən kiçik olub 50…200 minədək yumurtlaq toyuq saxlamaq imkanına ma­likdir. Fab­rikdən onun fərqi öz təsərrüfatında tələbata uyğun yem isteh­sal edilməsidir, lakin bəzi hallarda yemqarışığını dövlətdən də ala bilər.

Quş fermaları daha kiçik olan quşçuluq təsərrüfatı­dır. Burada 16, 20, 50 min başa qədər yumurtlaq toyuq olur.

Quşçuluqda aşağıdakı əsas işlərin görülməsi nəzərdə tutulmuşdur:

- quşların qəfəslərdə maksimum yerləşdirilməsi;

- avtomatik rejimdə işləyən transportyorların tətbiq olunması;

- fasiləsiz işləyən avtomatik yempaylayanların, peyin təmizləyi­ci­lərin, suva-rıcıların, yumurta yığan və növlərinə ayıranın, kəsilmiş quşların yüklənməsi, optimal mikroklimatik yaradıl­masının və yemin hazırlanmasının tətbiq olunması və s.

Sənaye tərəfindən quşçuluq üçün 30-a qədər avadanlıq buraxılır. Əsaslarından KBN-3 üç yaruslu qəfəsli batareya, BSK-10 konsentrat yem qəbul edib saxlayan, troslu-kürəkli peyin təmizləyən, TS-20 yumurta yığıb növlərinə ayıranı göstərmək olar.

Quş tövlələrində optimal mikroiqlim saxlamaq üçün "Klimat-2", "Klimat-3", "Klimat-4", "Klimat-70" ava­dan­lıq­larından istifadə olunur. Baytar-sanitar işlə-rindən ötrü universal yuyan-təmizləyən dezinfeksiyaedici qurğudan istifadə olunur.

Quş fabriklərindən birinin nümunəsi olan 819-90 layi­həsidir ki, burada 600 min yumurta toyuqlar saxlanılıb il ərzində 158,6 mln. ədəd yumurta istehsal olunur. Burada 6 ədəd əsas toyuq saxlanılan binalar, inqubator, cavanların təmiri, ana toyuq, qoyunların kəsilməsi və peyin anbarı böl­mələri vardır (şəkil 1.7).

Yumurtlaq toyuqlar pəncərəsi olmayan süni işıqlandırı­lan və mikroiqlimi normal saxlanılan binalarda saxlanılır. Sənaye və təmir olunan quşlar birmərtəbəli izolə olun­muş tövlələrdə saxlanılır. Toyuqların yemləndirilməsi qarışıq yem­lə mər-kəzləşdirilmiş və avtomatlaşdırılmış texnika vasitə­si ilə yerinə yetirilir. Burada hər toyuqdan orta hesabla ilə 240 ədəd yumurta alınır, 1000 ədəd yumurtaya 263 yem vahidi, 0,7 s əmək sərfi edilir. İşçilərin sayı 522 nəfərdir, o cümlədən 82 quşa baxan vardır.

Heyvan və quş saxlanılan binalar. Heyvan və quş saxlanılan kompleks və fermalarda əsas tikintilərə heyvan və quş saxlanılan tövlələr, bunların daxilin­də­ avadanlıq, tövlədaxili dəzgahlar, mikroiqlimi normalaşdır­maq üçün qurğular, su kəmərləri və bu məqsəd üçün qurğular, peyin anbarı, yem sexi və yem saxlamaq üçün tikintilər (xən­dək, qüllələr, anbarlar, ot tayları üçün yer və s.), baytar sanitar tikintilər (qoyunları çimizdirmək üçün vannalar, qırxım mən­təqəsi), maşın və nəqliyyat vasitələrini saxlamaq üçün çardaq və s. daxildir. Ümumiyyətlə tikintilər əsas və köməkçi olmaqla iki yerə bölünür. Birincilərə heyvan saxlanılan tikin­tilər, ikincilərə isə müxtəlif texnoloji proseslərin yerinə yeti­rilməsi üçün istifadə olunanlar daxildir.

Qaramal saxlanılan tövlələr süd verən inəklər, kökəldi­lən və cavan heyvanlar, buzov saxlanılan binalardan ibarətdir. Sağmal inək üçün ən geniş istifadə olunan 200 başlıq tövlədir. Bu layihə inəklərin bağlı saxlanma şəraitində tətbiq olunur. Burada heyvanlar dörd cərgədə saxlanılır. Tövlə daxi­lində heyvanların bağlanması üçün bağ vasitəsi, axur avtoma­tik suvarıcılar, sağım qurğusu, havalandırma qurğuları yerləş­dirilir. Tövlənin planında heyvanların saxlanması üçün dö­şəmə, yempaylama və peyin təmizlənməsi üçün sahə nəzərdə tutulur. Yemin paylanmasından ötrü mobil və ya stasionar tipli yempaylayanlardan istifadə oluna bilər. Yempaylama mobil aqreqatla yerinə yetirilirsə, sahənin eni 2,2 m, stasionar yem­paylayanlardan istifadə olunduqda 1,2 m nəzərdə tutulur. Peyin zonasında peyinin təmizlənməsi kürəkli və ya ərsinli qurğular vasitəsi ilə yerinə yetirilir.

Heyvan saxlanılan döşəmələr qısa və uzun olmaqla iki cür olur. Kompleks-lərdə sağlam inəyi qısa döşəmələrdə sax­layırlar, halbuki inəkdən ixrac olunan peyinin 90%-i peyin kanalına tökülür. Ümumiyyətlə istər qısa və ya uzun döşəmə­lərin hər ikisində layihə elə olmalıdır ki, inəkdən ixrac olu­nan peyinin maksimum hissəsi peyin kanalına tökülsün. Bu halı nəzərə alıb döşəmənin uzunluğunu aşağıdakı ifadə ilə hesablamaq olar.
L döş = a+0,8 Lin, (1.1.)
burada L döş - döşəmənin uzunluğu, m-lə;

a - axurun arxa di­varından inəyin qabaq ayaqlarına qədər olan

məsafə, m-lə;

L döş- döşəmənin uzunluğu, m-lə;

Lin - inəyin arxa tərəfindən qabaq ayaqlarınadək olan məsafə, m-lə.

Qısa döşəmənin uzunluğu 1400…1550 mm qəbul edilir. Lakin aparılmış təd-qiqat işləri göstərir ki, qısa döşəmələrdə inəyin arxa ayaqları tez yorulur, dırnaqları sıradan çıxır, yatan zaman onun əmcəyi metal qəfəsin üzərinə düş-düyündən soyuq-layıb xəstəlik əmələ gəlməsinə səbəb olur. Ümumiy­yətlə döşəmənin uzunluğu inə-yin bədən uzunluğundan 100…150 mm çox olmalıdır. Qısa döşəmələrdə peyin metal qəfəsin üzərinə tökülür, oradan keçərək kürək yerləşən xən­dəyə verilir. Burada peyinin təmizlənməsi öz axını və ya kürəklər tərəfindən yerinə yetirilə bilər.

Tövlədaxili avadanlıqlardan biri də inəklərin bağlanma­sını təmin edən bağ vasitələridir. Onlar axurun qabaq hissə­sində yerləşdirilir. Onlar elə olmalıdır ki, inə-yin öz sahəsindən artıq yerdəyişməsinə imkan verməsin, rahatlığını tam təmin etsin. Döşəmənin uzunluğundan asılı olaraq bağlama vasitələri möhkəm və zəncirli olur.

Sənaye tərəfindən OSK-25 A markalı 25 inəyin qrup halında açılıb bağlanma sını təmin edən UQOS-100,100 başlıq universal qrup bağ vasitələri buraxılır. Zən-cirin aşağıdan uc hissəsi döşəməyə, yuxarıdakı hissəsi isə çərçivəyə bərkidilir. Tarımlanmış zəncirə, aşağı və yuxarıya sərbəst hərəkət edən zəncir birləşdirilir ki, bu da inəyin başına geydirilir.

Avtomatik fərdi bağlama qurğu fərdi istifadə oluna bilər. Heyvan axura yaxınlaşıb yem qəbul etdikdə həlqə onun boy­nuna keçərək avtomatik bağlayır. Üstünlüyü ondan ibarətdir ki, onun üzərinə sağım qurğusunun boru kəməri, avto-matik suvarıcılar bərkidilir. O, heyvanların bağlı saxlanma şəraitində habelə ayrıca sağım zallarında tətbiq olunur.


Tikililər arasında zoobaytar məsafələri




Tikili

İnək damı

Buzov damı

Donuz damı

Ağıl

Quş damı

Süd bloku

1

İnək damı

Ym

30

150

150

200

Ym

2

Buzov damı

30

Ym

150

150

200

Ym

3

Donuz damı

150

150

Ym

150

200

150

4

Ağıl

150

150

150

Ym

200

150

5

Quş damı

200

200

200

200

Ym

200

6

Peyin anbarı

50

50

50

50

50

150

Qeyd: Ym-yanğın əleyhinə ara məsafəsi.

Bağsız saxlanmada heyvanlar qrup halında (48 baş) boks və ya kombibokslarda saxlanılır. Tövlənin heyvan saxlanılan yeri iki hissədən: yemləmə və istirahət zona-larından ibarətdir. Hər inək üçün 700…900 mm, uzunluğu 1500…1900 mm olan metal hasar çəkilir. Bu hasar çəkilir. Bu hasar bir baş heyvana hesablanmışdır. Yem zonası ilə istirahət zonası arasında metal qəfəs qondarılmışdır ki, bu da heyvanlardan ixrac olunan peyi­nin kanala tökülməsinə şərait yaradır. Hasarın üstünlüyü ondan ibarətdir ki, heyvan hansı zonada olur-olsun oraya başı tərəfi ilə qəfəsə daxil olur. Arxa tərəfi daima metal qəfəsə istiqa­mətlənir ki, bu da peyinin onun üzərinə tökül-məsinə şərait yaradır.

Yemləmə zonası ilə peyin yolunun ümumi uzunluğu 2500…3000 mm olur.


Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin