M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n


Pasterizatorlar və onların hesabatı



Yüklə 2,73 Mb.
səhifə9/16
tarix20.05.2018
ölçüsü2,73 Mb.
#51021
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Pasterizatorlar və onların hesabatı.

Südün tərkibindəki bakteriyaları məhv etmək üçün yerinə yetirilən prosesə pasterizasiya deyilir. Bu ad məşhur fransız bioloqu Lui Pasterin adı ilə əlaqələn-dirilmişdir. Həmin prosesin yerinə yetirilməsini təmin edən qurğu pasterizator ad-lanır. Pasterizasiya müxtəlif qruplara bölünür:

- istilik verilməsinə görə;

- buxarla və ya soyuq halda;

- enerji mənbəyinə görə: buxarla, elektrik üsulu ilə, infra-qırmızı şüalarla, ultra bənövşəyi işıqlanma ilə, yüksək tezlikli rəqslə;

- işin yerinə yetirilməsinə görə: fasiləsiz və fasiləli olur.

Pasterizasiya prosesi üç cür :

- uzun müddətli,

- qısa müddətli və

- ani ola bilər.

Uzun müddətli pasterizasiyada südün temperaturu 336-dən 338 0K qədər qız-dırılıb 30 dəqiqə müdətində saxlanılır.

Qısa müddətli pasterizasiyada südün temperaturu 3492 0K-ə qədər qaldırılıb 20 san saxlanmalıdır. Ani müddətli pasterizasiyada südün istiliyi 359-360 0K qaldırılmaqla iş fasiləsiz yerinə yetirilir.

Fermalarda ən geniş tətbiq olunan pasterizatorlardan biri OPF-1 pasterizato-rudur. Onun köməyi ilə südün təmizlən­mə­si, pasterizasiyası və soyudulması yerinə yetirilir. Qurğu lövhəli istilik və dəyişənindən, mərkəzdənqaçma prinsipində işləyən təmizləyicidən, südün səviyyəsini nizamlayandan, süd nasosundan, isti su, buxar və süd borularından, hidravliki klapandan və idarə pultundan ibarətdir. Qurğu beş sek-siyadan, 1 pasterizasiya, II və III regenerasiya, Iv su ilə soyutma, V buzla soyutma seksiyalarından ibarətdir (şəkil 4.11).

Şəkil 1.6.OPF-1 gurğusunun sxemi:

1-lövhə şəkilli aparat; 2-separator süd təmizləyici;

3- mərkəzdənqaçma nasosu; 4-bərabərləşdirici bak;

5-buraxılış klapanı; 6-sazlayıcı; 7-isti su nasosu; 8-boyler;

9-injektor; 10-idarəetmə pultu; 11-I-birinci regenerasiya

bölməsi; II-ikinci regenerasiya bölməsi; III-pasterizə bölməsi;

IV - su ilə soyutma bölməsi; V-duzlu su ilə soyütma bölməsi.


Qurğunun iş prosesi tamamilə avtomatlaşdırmışdır. Süd öz axımı ilə 8 çənə, buradan (7) nasosu ilə III seksiyaya, oradan süd təmizləyiciyə 6 verilir. Təmizlənmiş süd II regene­ratoruna burada qızdırıldıqdan sonra seksiyaya pasterizasiya olunmaq üçün verilir. Burada süd 358-363 0K dərəcəyədək qızdırılır. 10-cu klapanın köməyi ilə süd saxlanılan çənə verilir. Buradan süd II və III regenarasiyaya verilir. Oradan IB və B buz saxlanılan seksiyalara ötürülərək lazımi temperatura­dək soyudulur. Paster-izatorun seksiyalarına verilən isti su KV-300M buxar hazırlayanın verdiyi buxarla qızdırılır. Buxarın verimi nizamlayıcı klapanla nizamlanılır.

I seksiyada su pasterizə edilən südün istiliyi ilə qızır və təkrarən buxar hazırlanan qazana ötürülür. Buxarın sərfiyyatı avtomatik nizamlanılır. Qurğunun məhsuldarlığı 1000 l/s, tələb etdiyi güc 6,3 kVt, regenerasiya əmsalı 0,8 dir. Pasterizatorun hesabatı aşağıdakı ardıcıllıqla aparılır.

Qızma sahəsi məhsuldarlığa görə aşağıdakı ifadə ilə təyin olunur.

F = 2,3 lg (1.15)


Buradı: M - saatlıq məhsuldarlıq, kq/san;

tbux -buxarın temperaturu;

t nas, t bux - uyğun olaraq pasterizasiya və buxarın temperaturu;

C - südün xüsusi istilik tutumu;

K - pasterizasiya əmsalıdır.

Pasterizasiya müddəti prof.Q.A.Kuk tərəfindən təklif olunan empirik düsturla təyin olunur


ln tmax =40,76 - 0,53 (Tmax - 273) (1.16)
Burada tmax - pasterizasiya müddəti, san;

Tmax -maksimum buraxıla bilən temperaturdurı.

Minimum müddət isə

lntmin = 33,54 - 0,44 (Tmin - 273) (1.17)

Ümumi halda iki sərhəd temperaturlar arasında fərq

ln = a-b (tson -273) (1.18)

ifadəsi ilə təyin olunur.

Burada: a və b-sabit əmsallardır, süd üçün a = 36,84 və b = 0,48 qəbul olunur.

Buxar sərfiyyatı aşağıdakı ifadə ilə hesablanılır
M = (1.19)
Burada: Tson , T boş - uyğun olaraq buxarın son və başlanğıc temperaturu;

M - pasterizatorun məhsuldarlığı;

i - buxarın istilik saxlama qabiliyyəti;

- kondensatın istilik saxlama qabiliyyəti;

- pasterizatorun f.i.ə.-dır.

Məlumdur ki, süd pasterizasiyadan sonra soyumalıdır. Əgər paterizatordan xaric olan isti südün hesabına pasterizatora verilən südü qızdırsaq onda müəyyən qədər qənaət oluna bilər. Bu prosesə regenerasiya prosesi deyilir. Geriqaytarılan istiliyin miqdarının ümumi istilik miqdarına olan nisbətinə regenerasiya əmsalı deyilir və aşağıdakı ifadə ilə təyin olunur.


= (1.20)
Burada Tp regenerasiya temperaturudur.

Lövhəli pasterizatorların hesabatına əsasən parallel paketlərin sayı daxildir. Paketlərin sayına onun daxilində hərəkət edən südün sürəti böyük rol oynayır. Həmin sürət 0,25 m/s qəbul olunur. Onda lövhələrin sayı



m = (1.21)

ifadəsi ilə təyin olunur.

Ümumi istilik keçirmə əmsalı

K = (1.22)


Burada - isti suyun divarla əmələ gətirdiyi istilik keçirmə əmsalı;

-qızdırıcının divarlardan südə verilən istilik ötürmə əmsalıdır.

Qızdırıcı lövhələrin sayı


Z = (1.23)
Burada: F - pasterizatorun ümumi sahəsi;

f - bir lövhənin sahəsidir.

Ümumi təzyiq itkisi və ya südün hündürlüyə qaldırma məsafəsi

H = (1.24)


Burada V- pasterizatorun pərinin son nöqtəsinin sürəti;

h- süd kəmərində ümumi təzyiq itkisidir.

Qovucu barabanı hərəkətə gətirmək üçün tələb olunan güc
Ne = (1.25)
Burada = 0,02 – sabitlik əmsalı;

Fsür - südün barabanının səthi ilə görüşdüyü sürtünmə sahəsidir;


Vor (1.26)
Burada Vor barabanın orta sürəti, m/san;

D1 və D2 - barabanın yuxarı və aşağı hissəsinin diametrləridir.

Məhsuldarlığa görə tələb olunan güc

N = (1.27)


Burada Q - pasterizatorun süd sərfiyyatı;

h - südün pasterizatordan hündürlüyə qaldırılma məsafəsidir.



MÜHAZİRƏ № 8
QOYUNLARIN QIRXILMASI VƏ ÇIMİZDİRİLMƏSİNİ

MEXANİKLƏŞDİRİLMƏSİ

P L A N

1. Qoyunçuluğun inkişaf perispektivləri.

2. Qırxım maşın və qurğuları.

3. Qırxım məntəqəsinin maşınları.



G Ə N C Ə 2017

8.1. Qoyunçuluğun inkişaf perspektivləri.

Qoyunçuluq ölkəmizdə təsərrüfatın ən mühüm və ağır zəhmət tələb edən sa-həsidir. Qoyundan yun, dəri, eləcə də ət və süd alınır. Qoyun dərisindən qiymətli və müxtəlif paltar, ayaqqabı və s. hazırlayırlar.

Qoyunçuluğun inkişaf etdiyi rayonlarda qoyun südündən ərzaq məhsulları və pendir istehsalı üçün istifadə olunur. Qoyunçuluq təsərrüfatının əsas istiqamətləri:

-yunluq və yunluq-ətlik (zərif yunlu);

- ətlik-yunluq (yarım zərif yunlu);

- quzu dərisi almaq üçün;

- kürklük (qabayunlu) dəri almaq üçün.

Ölkəmizdə 60-a yaxın qoyun cinsi mövcuddur. Qoyunların ümumi miqdarının 70%-ə qədəri zərifyunlu və ya yarımnazik yunludur, yəni yunluq, ətlik-yunluq isti-qamətlidir (cədvəl 1.1).

Sahədaxili ixtisaslaşdırma qoyunçuluq təsərrüfatlarının iki tipinin - damazlıq və əmtəə qoyunçuluğunun meydana gəlməsinə səbəb olmuşdur.

Damazlıq qoyunçuluq fermalarının vəzifəsi əmtəə fermalarının komplekləş-dirmək üçün cavan təmir heyvanları almaqdan ibarətdir. Əmtəə qoyunçuluq ferma-larının vəzifəsi isə bərpa üçün qoyunçuluq məhslları (yun, ət) almaqdan ibarətdir.
Cədvəl 1.1. Sürüdə qoyunların miqdarı (başla)

Qoyun qrupları

Qoyunçuluğun istiqaməti







Yunluq və yunluqətlik (zərif yunlu)

Ətlik-yunluq (yarım zərifyunlu)

Quzu dərisi üçün ətlik-piy­lik (qabayunlu)

Kürklük (qaba- yunlu)

Doğar qoyunlar

800

800

800-900

400

Qoçlar (döllük və nümunəlik) cavan təmir heyvanları

300

300

300

100

Toğlu

1000

1000

1000

800

Qoç

300

300

300

300

Otlaqda kökəldilən heyvanlar

1000

100

1200

-

Burulmuş qoçlar (buruqlar)

1200

-

-

-

Qoyunçuluq təsərrüfatlarının həcmi istehsal istiqamətin­dən, ixtisaslaşdırılma səviyyəsindən və yerləşdirilmə zonasın­dan asılıdır.

Torpaqdan, istehsal vasitələrindən, işçi qüvvəsindən da­ha səmərəli istifadə edildiyi və az əmək məsrəfləri müqabilin­də sahə vahidindən (hər qoyundan) maksi-mal məhsul alındığı fermalar öz həcminə görə optimal fermalar hesab edilir.

Heyvanların tərkibindən asılı olaraq fermalar qarışıq və ixtisaslaşdırılmış qoyunçuluq fermalarına ayrılır.

Əvvəllər sürü dövriyyəsi qurtarmış qarışıq fermalar üstünlük təşkil edirdi. Bu, fermalarda əmək bölgüsü cins və yaş əlamətlərinə görə qruplaşdırılan qoyun sürü-lərinə xidmət göstərilməsi üçün çoban briqadalarının ixtisaslaşdırılması ilə şərtləş-dirilirdi.

Qoyunçuluğu intensivləşdirdikdə ixtisaslaşdırılmış qo­yunçuluq fermaları yara-dılır. Bu fermalarda bir qoyun növü (doğar qoyunlar, cavan təmir heyvanları, buruq-lar otlaqda olan və kökəldilən qoyunlar, qoçlar) saxlanır.

Bu fermada daha təkmilləşmiş texnologiya tətbiq olunur, istehsal prosesləri mexanikləşdirilir, bu isə öz növbəsində əmək məhsuldarlığının yüksəldilməsinə və qoyunçuluq məhsullarının maya dəyərinin aşağı salınmasına səbəb olur.

Zərifyunlu və yarım zərifyunlu qoyunçuluqda yunun və qoyun əti isteh-salının yeni texnologiyası. Qoyunların saxlanmasının hazırda mövcud olan texnolo-giyası təbii otlaqlardan, əl əməyinin və kiçik fermalarda primitiv texni­ka­dan istifadə edilməsinin ekstensiv forması ilə daha çox bağlı­dır. Heyvan sürülərinin parçalanması istehsal proseslərinin mexanikləşdirilməsini çətinləşdirir, yaşayış məntəqələrindən ayrı düşmək kadrların axıcılığına səbəb olur.

Qoyunların saxlanmasının yeni texnologiyasındakı başlıca cəhət torpaq ehti-yatından maddi ehtiyatlardan və əmək ehtiyatlardan daha məqsədəuyğun istifadə etməkdən ibarətdir.

Torpağın şumlanması qoyunlar üçün otlaq sahəsini azal­dır, bu şəraitdə (qoyun-çuluğun istiqamətinə və ölkənin zona­sı­na uyğun olaraq) yeni texnologiya lazımdır ki, qoyunçuluq heyvandarlığın rəqabət qabiliyyətli sahəsi olaraq qalsın, zərif­yun­lu və yarımzərifyunlu qoyunçuluqda yeni texnologiya doğar (ana) qoyunların təmərküzləş-məsini, mayalanmasını və quzulanmasının qısa müddətdə keçirilməsini, quzularla birlik­də yataq xal-xal üsulu ilə saxlanmasını, otlaq dövründə küz sistemli və su ilə mexanikləşdirilmiş qaydada təchiz edilmiş çoxillik mədəni otlaqlarda otarılmasını, otlaqlarda intensiv kökəlməsini, eləcə də quzuların altı-yeddi aylıq olana qədər kökəldilməsini, qoyunların bordaq dövründə qaba və şirəli yemlərlə tam təchiz edilməsini, əsas istehsal proseslərinin (suvarma, yemlərin hazırlanması və paylan-ması, qoyunların qırxılması, peyinin yığılması, qoyunların profilaktik çimizdiril­məsi) mexanikləşdirilməsini əhatə etsin. Qoyunların qırxılması işlərin mexanikləşdiril-məsi məhsuldarlığı 3-5 dəfə, yun çıxımını 8-13 % artırır. Qoyunların qırxılmağa 10-12 saat qalmış suvarılması və yemləndirilməsi dayandırılmalıdır. Qırxımdan sonra onlar heksaxlor qatılmış qrialin məhlulunda çimizdirilir. Qırxım ildə iki dəfə yaz və payız fəsillərində aparılmalıdır. Qırxımın dəvamiyyəti 10-15 gündən artıq olmama-lıdır.

İri qoyunçuluq komplekslərinin tikilməsi istehsal proseslərinin mexanikləş-dirilməsinə geniş imkan verir. Ferma binaları kompleksinə aşağıdakılar daxildir:

Doğar qoyunlar (800 baş), cavan heyvanlar və buruqlar (1200 baş), döllük qoçlar üçün qoyun ağılları, digər istehsal binaları və yem anbarları.

5000 doğar qoyuna hesablanmış qoyunçuluq fermalarının "Ovüevodçeskiy-5" (KOO-5) avadanlıq kompleksi hərəsi 835 başa hesablanmış 6 ağıldan ibarətdir. Bu ağılların gəzinti həyətləri və peyinlikləri, briqada üçün yaşayış evi, sanitariya buraxılış məntəqəsi, avtomobil qapanları, transformator yarımstansiyası subasan qülləsi və digər köməkçi obyektləri vardır (cədvəl 1.2).

Kompleksdə aşağıdakı texnoloji proseslər mexanikləş­diril­mişdir:

-Doğar qoyunların süni mayalanmasını keçirmək;

-Boğaz qoyunların saxlanması;

-Quzulama dövründə doğan qoyunların saxlanması;

-Cavan heyvanların yetişdirilməsi;

-Qaba və şirəli yemlərin xırdalanması və yüklənməsi;

-Yemin paylanması;

-Qoyunların suvarılması;

-Peyinin ağıllardan və xal-xallardan yığılması və nəq­liy­yat vasitələrinə yük-lənməsi;

-Qoyunların qırxılması və yunun ilkin emalı;

-Qoyunların profilaktik çimizdirilməsi.

Kompleks qoyunların saxlanması yeni, mütərəqqi texno­lo­giyaya əsaslanır. Bu texnologiyanın əsasını doğar qoyun­ların mayalanması və qrup halında quzulama-sının dövriliyi təşkil edir. Bu cür dövrilik (tsikillik) isə hər bir qoyun sürüsündə quzulamanı qısa müddətdə keçirməyə imkan verir və quzuların yetişdirilməsini asanlaşdırır.

Qoyunların iki tsikildə (hər bir tsikildə 3 qoyun sürüsü olmaqla) mayalayırlar. Fasilə 21-22 gündür. Mayalanma müddəti sentyabr-oktyabr aylarıdır. Hər bir qoyun sürüsü ağılda və onunla yanaşı yerləşən xalxalda qışlayır. Bu metodun təbiqi quzulamanı keçirmək üçün istiləşdirilmiş ağıllara ehtiyacı azaldır, avadanlıqlardan istifadə edilməsini yaxşı­laşdırır, məsrəfləri 1,7-2,7 dəfə döllük (damazlıq) qoçlara tələbatı isə 1,5-2,0 dəfə azaltmağa imkan verir.

Üç ağıl quzulamanı keçirmək, üç ağıl isə cavan heyvanları yetişdirmək üçün nəzərdə tutulmuşdur (şəkil 1.1)



Şəkil 1.1. 5000 baş doğar qoyuna hesablanmış fermanın təxmini planlaşdırılması:
1-quzulama üçün ağıl; 2- cavan heyvanlar üçün ağıl.
Ağıllarda və xal-xallarda avadanlığı bordaq dövründə doğar qoyunları kateqori-yasından (boğaz qoyunlar, quzulama dövründə olan doğar qoyunlar, quzu, ana qoyunlar) asılı olaraq yerləşdirirlər.

Cədvəl 1.2-də KOO-5 kompleksi üçün maşınların siyahısı verilmişdir.



Cədvəl 1.2. 5000 doğar qoyun hesablanmış qoyunçuluq fermalarında " Ovüevodçeskiy -5" avadanlıq kompleksinə daxil olan maşınların siyahısı

A D I

Miqdarı

T ə y i n a t ı

Suvarma məntəqəsi

6

Qoyunların xal-xalda suvarılması

Çəpərləmə

3 komp-lekt

Cavan heyvan yetişdirmək üçün ağıllarda bölmələr yaradılması

Yem təknəsi

240

Quzuların mineral əlavələr qatılmış qüvətli yemlərlə kökəldilməsi

Yem təknəsi

192

Quzunun quru otla kökəldilməsi

Yem təknəsi

480

Doğar qoyunların yemlənməsi

Yem paylayıcı maşın

3

Quzulama üçün ağıllarda yem paylanması

Çəpərləmə

3 komp­lekt

Quzulama üçün ağıllarda bölmələr yaradılması

Süni mayalanma üçün bölmə

2

Doğar qoyunların süni mayalandırılması

KTU-10 markalı traktor yempaylayan maşını

2

Yemlərin daşınması və paylanması

Gövdəli yemləri yüklə-mək üçün RSK-5,0 mar­ka­lı yükləyici

1

Silosun və qaba yemlərin yüklənməsi

KTO-24 markalı texno-loji avadanlıq komplek-ti

1

Qoyunların qırxılması və yunun ilkin emalı

OKV çimdirmə vannası (oxlu)

1

Qoyunların prafilaktik çimizdirilməsi

PB-35 markalı yükləyici buldozer

1

Peyinin ağıllardan və xal-xallardan yığıl-ması və nəqliyyat vasitələrinə yüklənməsi

2PTS-4M markalı trak­tor qoşqusu

3-4

Peyinin fermadan kənara daşınması

"Belarus" traktoru

3-4

KTU-10, PSK-5,6 və 2PTS-4M ilə aqre-qatlaşdırılma

DT-54A və ya DT-75, DT-74, T-74, T-75 traktorları

1

PB-35 ilə aqreqatlaşdırılma

3S-3 lampatermoşüalan-dırıcı

204

Quzuların qızdırılması

Qoyunlar üçün QAO-4 markalı qrup avtomatik suvarma qurğusu

120

Doğar qoyunların və quzuların ağıllarda suvarılması

Boğaz qoyunları xal-xallarda, ağıllara sərbəst girib-çıxma şəraitində saxlayır-lar. Əvvəlcə mayalandırılmış qoyun sürüləri quzulamanın keçiriləcəyi ağıllarda yetişdirilir. Quzu­la­maya qədər doğar qoyunlar xal-xallarda qoyulmuş yem təknə-lərindən yemlənir. Təknələrə isə mobil yempaylayıcı maşınlar vasitəsilə yem tökür-lər. Suvarma qurğuları istiləndirilmiş su kəmərindən götürülmüş su ilə doldurulur.

Doğar qoyunlar quzulama dövründə quzulama keçirmək üçün nəzərdə tutulmuş ağıllarda yerləşdirilir. Ona görə də bu ağılları qabaqcadan peyindən təmizləyir, qurudur və yerinə 30 sm qalınlığında döşənək döşəyirlər. Ağıllı 25 doğar qoyun üçün nəzərdə tutulmuş bölmələrə ayırırlar. Bölmələrdə həmçinin suvarma qurğusu, yem təknəsi və qızdırıcı qoyulur. Sürüdə quzulama 5-9 gün davam edir. Quzulama-dan 3-4 gün sonra sağlamların sahələrlə ilk iriləşdirilməsi işi həyata keçirilir, iki bölmə arasındakı lövhə çıxarılır. İriləşdirilmiş bölmələrdə quzuları əlavə olaraq quru otla, qüvvətli yemlərlə və mineral əlavələrdə yemləyib bəsləyirlər. Bu zaman xüsusi yem təknələrindən istifadə olunur. Yemi doğar qoyunlara stasionar yempaylayan maşınlarla paylayırlar.

Cavan heyvanlar yetişdirmək üçün üçhəftəlik quzuları olan qoyun sürüsünü sağılmaq üzrə ağıla köçürürlər. Boşalmış ağılı növbəti doğar qoyunlar sürüsünü qəbul etmək üçün hazırlayırlar.



Cavan heyvanların yetişdirilməsi. Quzuları gündə 3-4 dəfə əmizdirirlər, bunun üçün də qoyunları xal-xallardan çıxarıb ağıllara salırlar. Gecələr doğar qoyunlar balaları ilə birlikdə ağıllarda qalır.

Quzuları bəsləmək üçün ağılın divarı boyunca yerləşən hər bir bölmədə yem təknəsini arakəsmə lövhə ilə ayırırlar.



Qoyunların qırxılması. Qoyunları ümumtəsərrüfat qır­xım məntəqəsində və ya bu iş üçün müvəqqəti təşkil edilmiş ağıllarda qırxırlar.

Qoyunların profilaktik çimizdirilməsi. Bu əməliyyat ildə 2 dəfə aparılır.

Peyinin yığılması. Peyini yükləyici buldozerə yığır, traktor qoşqullarında aparırlar.

Suvarma məntəqəsi. Dörd suvarma qurğusundan və boru kəməri sistemindən ibarətdir.

Çəpərləmə. Metal məhəccərli lövhələrdən ibarətdir. Doğar qoyunlar üçün qoyulan yem təknələri yuxarı, aşağı və yan lövhələrdən ibarətdir. Qoyunlar yemi yuxarı və aşağı lövhələrin arasındakı boş yerdən yeyir.

Stasionar yempaylayıcını KTU-10 markalı yempaylayıcı maşın vasitəsilə yük-ləyirlər.



Qoyunçuluq fermalarında sağıcı qurğular. Qoyunlar üçün sağıcı qurğular bir və ya iki sıralı sağım dəzgahları olan səyyar platforma şəklində buraxılır.

Sağım aqreqatı sağıcı stəkanlardan, sağıcı avtomatdan, soyuq və isti su boruları olan suqızdırıcısından, süd çənindən və elektrik stansiyasından ibarətdir. Sağıcı avtomat elektrik mühərriyi və ehtiyat benzin mühərriyi olan rotasion vakuum-nasosdan, mərkəzi elektromaqnit pulsatoru olan vakuum kəmərdən, vakuum kəmər-dən, sağım stəkanlarından şəffaf paylaşdırıcıdan, avtomat siyirtmələrdən, şüşə süd kəmərindən və çəndən ibarətdir.

Səyyar platformanın divarlarından süd kəməri və vakuum-kəmər çəkirlər, hə-min kəmərlərə sağıcı avtomatları birləşdirirlər. Platformanın axırında istilik güc stansiyasını quraşdırırlar.

Sağım qurğunun köməyi ilə iki nəfər sağıcı 250 başa qədər qoyundan ibarət olan sürüyə xidmət edə bilər.



Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin