2. Donuz, qoyun və quşçuluq kompleksləri.
Sənaye istiqamətli komplekslərdə ana donuzlar birinci mərhələdə çoşqalarla birlikdə fərdi saxlanılır, ikinci mərhələdə isə 10…15 baş birlikdə qrup halında sax-lanılır. Yetişdirmə sexində 20...25 baş çoşqalar bir yerdə saxlanılır.
Müasir donuzçuluq komplekslərində donuzların saxlanması üç variantdan olur. Ana donuzlar balaladıqdan 20…35 gün sonra süni mayalandırılmaq üçün öz balala-rından ayrılıb başqa saxlanma yerinə köçürülür. Balaları isə əvvəlki yerlərində yemləndirilərək kökəldilir. İki faza saxlanma üsulunda çoşqalar anasından 26…35 günlüyündə ayrılıb üç ay ərzində əvvəlki yerində saxlanıldıqdan sonra kökəltmə şöbəsinə köçürülür.
Üçfazalı saxlanmada çoşqalar anasından 26…45 günlüyündə aralanıb 60 gün ərzində yetişdirildikdən sonra kökəltmə sexinə göndərilir. Kökəltmə sexində onlar 90…120 gün saxlanılır.
Donuzların tövlədaxilində saxlanması üçün sənaye tərəfindən müxtəlif quruluş-da dəzgahlar buraxılır. Bunlardan ən geniş yayılanı OSM-120 və OSM-60 dəzgah-larını göstərmək olar. OSM-120 dəzgahı 120 baş çoşqaları 30 günlük olan ana do-nuzlar üçün hesablanmışdır. OSM-60 iki quruluşda buraxılır, onlardan OSM-60-1 nəm yemlərin mobil yempaylayıcılarla paylanması üçün OSM-60-11 quru yemlərin troslu şaybalı yempaylayıcılarla işləməsini təmin edir. Burada verilən quru yem axurlarda nəmləndirilir. Bu dəzgahlar bir baş ana donuz üçün PSS-1, qrup halında çoşqalar üçün KPS-108 avtomatik suvarıcılarla təchiz olunmuşdur. Bəzən çoşqaların suvarılması rezin əmcəyi olan PBP-1 markalı suvarıcılar vasitəsi ilə yerinə yetirilir. Ana donuzlar üçün suvarıcılar yerdən 650…750 mm çoşqalar üçün 300…450 mm hündürlükdə qondarılır.
Son vaxtlar quşçuluqda olduğu kimi, donuzların saxlanmasında batareya qəfəsli qurğulardan istifadə olunur. Onun üstünlüyü ondan ibarətdir ki, binanın sahəsindən səmərəli istifadə etməklə bəzi texnoloji proseslərin mexanikləşdirilməsi və avtomat-laşdırılmasını təmin edir. Burada da heyvanların saxlanılması 3 fazada olur. Birinci fazada 4 günlüyündən 35 günədək üç yaruslu batareyalarda, ikinci fazada 30 gün-lükdən 105 günədək iki yaruslu qəfəslərdə saxlanılır. Çoşqalar birinci mərhələdə nəm və ya quru yemlə, ikinci mərhələdə dənəvərləşdirilmiş quru yemlərdə yemlən-dirilir. Peyin heyvanların altında maili qondarılan altıqlara tökülür, oradan TS-1 daşı-yıcısı ilə təmizlənib sonra suyun köməyi ilə axıdılır. Bundan ötrü həcmi 0,8…1 m3 olan bu bakından istifadə olunur.
Quş saxlanılan tövlələr. Quşlar iki üsulda: döşəmə üzərində və qəfəsdə sax-lanılır. Döşəmə üzərində toyuqlar xoruzlarla qarışıq 60 gündən 140 günədək, cücə-lər isə 1 günündən 70 gününədək saxlanılır. Bu halda tövlə daxilində "Promışlen-nıy 1", "Promışlennıy 2" aqreqatlarından istifadə olunur.
Quşların yemləndirilməsi qrup yemlərlə yerinə yetirilir. Yem qarışığı ZSK-10 yük maşını ilə BSK-10 yemsaxlanılan bunkerədək şnekə, sonra isə dozatordan keçə-rək KB yempaylayana verilir. Buradan yem 4 cərgədə yerləşən 28 ədəd avtomatik axurlarla ötürülür. Suvarılma çardaqdan asılan novla yerinə yetirilir. Toyuqlar mexa-nikləşdirilmiş hinlərdə yumurtlayır. Həmin döşəmə maili olub, yumurtanın qırıl-masının qarşısını almaq məqsədi ilə rezinlə örtülmüşdür. Toyuq yumurtladıqdan son-ra yumurta öz axımı ilə yuvadan diyirlənib eninə lentalı transportyorla verilir.
Eninə transportyor gündə bir neçə dəfə işə duşərək ona verilmiş yumurtaları yumurta növayırımına verir.
Toyuqlardan ixrac olunan peyin qəfəsli döşəmənin kürəkli arabacıqlarıyla toplanıb eninə transportyora verilir. Buradan həmin daşıyıcı peyini tövlənin kənarına, oradan isə peyin anbarına daşıyır. Tövlə daxilində olan avadanlıqlar elektrik mühər-rikləri ilə vaxt relesinin köməyi ilə avtomatik rejimdə istifadə olunur. Cücələrin bu üsulla saxlanılması zamanı "Broyler 10", "Broyler 20" və BK-10, BK-20 avadanlıqda istifadə olunur. Cücələr tövlələrə yerləşdirilməzdən əvvəl tövlənin döşəməsilə 1m2 sahəyə 0,5…1 kq sönmüş əhəng səpilir, onun üzərindən 100…150 mm qalın-lığında hər başa 2 kq-a qədər döşəmə materialı səpilməlidir.
Cücələrin qızdırılması üçün 200 mm hündürlükdən qızdırıcılar asılıb 20 gün ərzində 305…308 K temperaturunda saxlanılır. Bu müddətdən sonra temperatur 295…297 K kimi aşağı salınır. Bir buruder altında 500….550 baş cücə olur. Bru-derin kənarlarında çətirdən 0,5…0,7 m aralı, hündürlüyü 0,4 m çəpər çəkilir. Yemin paylanmasının mexanikləşdirilməsi, cücələrin 20 günlüyündən sonra başlanır. Burada yerləşdirilən avadanlıqlara BK-10 və BK-20 kompleksi, BKS-10 anbarı, zəncirli-şaybalı yempaylayıcı transportyor və s. aiddir.
Qəfəsli batareya quşların 1 günündən 140 gününədək əvəzedici quşların yetiş-dirilməsində, yumurtlayan toyuqların, ətlik üçün quşların kökəldilməsində və cücə-lərin yetişdirilməsində istifadə olunur. Qəfəsli batareya qəfəslərin sayına görə bir, iki, üç, dörd və beş yaruslu olur.
Sənaye əsasında yumurtlaq toyuqlar üçün KBN qəfəsli batareyadan istifadə olunur. Bu iki cərgəli dörd yaruslu olmaqla, üzərinə yempaylayan, yumurta daşıyan və troslu skreperli peyintəmizləyici transportyor qondarılır.
Quş fabrikində OBN-1 yaruslu batereyadan istifadə edilir. Onun komplektində yem bunkeri BSK-10, dozatorla təchiz olunmuş üfiqi transportyor, zəncirli şaybalı yem daşıyıb paylayan yerləşdirilmişdir.
Yumurtaların yığılıb daşınması üçün lentalı daşıyıcıdan, peyinin təmizlənməsi üçün kanatlı skreperli qurğulardan istifadə olunur.
Əvəzedici quşların saxlanması üçün KBU-2 qəfəsli batareyadan istifadə olunur. Bir günlük cücələr 30…36 baş birlikdə uzunluğu 900 mm olan qəfəsdə yerləşdirilir. Burada nipsli suvarıcıdan istifadə olunur. 15 gündən sonra hərəsi 10…12 baş tutan qəfəslərdə yerləşdirilir, 35…45 günlük quşlar üçün həmin qəfəsin həcmi böyüdülür. Digər işlərin mexanikləşdirilməsi üçün şərait yaradılır.
Qoyun tövlələri. Ölkənin müxtəlif iqlim zonalarını nəzərə alaraq qoyunların saxlanma üsulları da müxtəlifdir. Belə ki, tam açıq, yarım otarma və fasilədən asılı olaraq sazlanılır. Otlaq şəraitində qoyunçuluq komplekslərində 5,10 və 15 min baş qoyun olan təsərrüfatlar bir neçə sexlərə bölünərək, ana, qısır, şişək, qoç, quzu sürülərindən ibarət olur.
819-154 layihədə qoyunlar isti havalarda çöldə otarılır, soyuqda isə tövlə daxi-lində saxlanılır.
Qoyunların tövlə daxilində saxlanma günlərinin sayı soyuq olan yerlərdə 150 gün şişəklərin saxlanması 60 gün qəbul olunur. Burada onların yemləndirilməsində lentli yempaylayıcılar, qrup suvarıcılar QAO-4 və ya avtomatik PBS-1 suvarıcılardan istifadə olunur.
Peyinin təmizlənməsi ildə bir dəfə tövlədə saxlanma müddəti qurtardıqdan sonra buldozer vasitəsi ilə yerinə yetirilir. Qırxım isə məntəqələrdə mexanikləş-dirilmiş halda aparılır.
Bu layihəyə əsasən peyin US-15 kürəkli təmizləyicilər vasitəsi ilə saxlanılan döşəmənin alt tərəfindən təmizlənir. Heyvanların yemləndirilməsi quşçuluqda tətbiq olunan troslu şaybalı yempaylayıcılarla yerinə yetirilir. Yemlərdə qranul nəzərdə tutulmuşdur.
Qoyunların suvarılması AP-1A fərdi və ya QAO-4, AQM-4 qrup surıcılarının köməyi ilə olur. Qoyunların hər komplekti 2000 baş üçün hesablanmış qırxım mən-təqələrində yerinə yetirilir.
MÜHAZİRƏ № 3
İSTEHSAL XƏTLƏRİNİN TEXNOLOJİ SXEMLƏRİ
P L A N
1. Yemlərin hazırlanmasına qoyulan zootexniki tələbləri.
2. Qaba yem hazırlayan maşınılar.
3. Qaba yemləri hazırlayan maşınlar.
G Ə N C Ə - 2017
1. Yemlərin hazırlanmasına qoyulan zootexniki tələbləri.
Əsas yemlər bitki mənşəlidir. Qaba (saman, quru ot, püfə), şirəli (silos, bostan bitkiləri, kökümeyvələr), yaşıl (ot, gövdə və yarpaqlar), qüvvəli (taxıl, cecə, quru cecə və s) yemlər vardır. Süd, ət və balıq sənayesinin tullantıları, üzsüz süd, ət-sümük və balıq unu heyvan mənşəli yemlər qrupunu təşkil edir. Mineral (tabaşir, duz, əhəngdaşı və s), sintetik (karbolid, ammonyak suyu), vitamin və mikro-elementlər (mis, kobalt, dəmir və s) həmçinin, antibiotiklər daxil edən əlavə yemlər heyvandarlığın yem bazasını tamamlayır.
Yemləri mexaniki, kimyəvi, termiki və bioloji üsullarla hazırlayırlar. Onlar seçilmiş texnologiyaya uyğun olaraq ayrı-ayrı və bir-birilə əlaqəli tətbiq edilir.
Yemin mexaniki üsullarla hazırlanmasına təmizləmə, yuma, xəlbirləmə, sovurma, doğrama, xırdalama, parçalama, yarma, yoğurma sürtmə, yastılama, qarış-dırma, dozalaşdırma, presləmə, dənəvərləşdirmə, briketləşdirmə və s. aid edilir.
Xırdalama (kəsmə, xırdalama, üyütmə və s) texnoloji prosesin başqa əməliyyat-ları üçün, məsələn, yemi dozalaşdırmaq və qarışdırmaq üçün yaxşı şərait yaradır. Xırdalanmış halda cecə, əhəngdaşı parçaları və s. kimi yemlərlə heyvanları yemlə-mək mümkündür. İlkin yemlərin xırdalanması nəticəsində böyük ümumi səthə malik olan məhsul yaranır ki, o da heyvan orqanizmasının yemi yaxşı həzm etməsini və mənimsəməsini təmin edir.
Kimyəvi üsul müəyyən növ yemlərə kimyəvi maddələrin (xörək duzu, əhəng suyu, qələvilər) təsirinə əsaslanır. Maşınların metal konstruksiyalarına təsir edən aktiv maddələrin işlədilməsi ilə əlaqədar olan çətinliklərə görə onlar az tətbiq edilir.
Emalın termiki üsula yemin növündən və onun təyinatından asılı olaraq pört-lətmə, qurutma, qaxacetmə, bitirmə, buğa vermə, sterilizasiya, qızartma, dəmləmə və s. daxildir.
Bioloji üsullar (öz-özünə qızdırma, maya qatma, silos basdırma, qıcqırtma və s) yemləmə müxtəlif mikroorqanizmlərin və fermentlərin təsirinə əsaslanmışdır. Onlar çox geniş yayılmışdır.
Bütün bu üsulların ümumi məqsədi vardır: yemin heyvanlar tərəfindən tam yeyilməsini təmin etmək üçün onu daha qidalı, faydalı və dadlı etməkdən ibarətdir. Zootexniki şərtlərlə yem hissəciklərinin aşağıdakı ölçüləri müəyyən edilmişdir: inək üçün saman və onun xırdalanması 3-4 sm, at üçün - 1,5-2,5 sm qoyun üçün - 1-1,5 sm. Kökümeyvəlilərin kəsilmə qalınlığı inək üçün 1,5 sm, cavan heyvanlar üçün - 0,5-1,0 sm, donuzlar üçün - 0,5-1,0 sm və quşlar üçün - 0,3-0,4 sm. İnək üçün cecə 10-15 mm ölçüyə qədər xırdalanır. Xırdalanmış qüvvəli yem hissəciklərinin ölçüləri inək üçün 1,8-4,0 mm, donuz və quşlar üçün - 1 mm-ə qədər (narın üyüdülmə) və 1,8 mm-ə qədər (orta üyüdülmə) olmalıdır. Saman(ot) unu hissəciklərinin ölçüləri quşlar üçün 1 mm-dən və başqa heyvanlar üçün 2 mm-dən böyük olmamalıdır. Yaş kökümeyvəlilər əlavə edilməklə silos basdırıldıqda onların doğranıları 5-7 mm-dən böyük olmamalıdır. Qarğıdalının silosu vurulan gövdələri 1,5-8,0 sm-ə qədər xırdalanır.
Yemin, kökümeyvəlilərin 0,3%-dən çox çirklənməsinə yol verilmir, taxıl yemlərin: 1% (q mm; 0,004%) (kəkrə acıyonca; çovdar mahmızı) və 0,25% (qara-çörək, ot, sürmə, dəlicə buğda).
Zootexniki tələbələrə uyğun olaraq hər bir yem növü, onu kənd təsərrüfatı heyvanlarına yedizdirdikdə ən yaxşı effekti təmin edən vəziyyətə gətirilir.
Qaba yemlər - saman və qaba gövdəli ot - aşağıdakı texnologiya üzrə hazır-lanır:
- xırdalama - dozalaşdırma - qarışdırma;
- xırdalama - buğa vermə - dozalaşdırma qarışdırma;
- xırdalama – bioloji (biokimyəvi) və ya kimyəvi emal - dozalaşdırma qarış-dırma.
Ot unu hazırladıqda bu sxemdən istifadə edilir: xırdalama (kəsmə uzunluğu 8-12 mm) - qurutma - üyütmə. Ot unu müxtəlif yem qarışıqlarına əlavə edilir. Ot kifa-yət qədər quru olduqda yem bu sxem üzrə hazırlana bilər: üyütmə – dozalama – qarışdırma.
Sulu-şirəli yemlər (kökümeyvəlilər) bu sxemlər üzrə hazırlanır:
- yuma - xırdalama - dozalaşdırma-qarışdırma;
- yuma - buğa vermə - yoğurma - dozalaşdırma qarışdırma;
- yuma - xırdalama - dozalama - maya qatma – qarışdırma.
Bəzi əməliyyatların növbəsinə və onların təyinatına görə bu texnoloji sxem-lərin variantları da ola bilər. Birinci sxem qaramal fermalarında, ikinci donuz fer-malarında, üçüncü isə müxtəlif heyvandarlıq fermalarında tətbiq edilir.
Qüvvəli yemlər aşağıdakı sxemlərdən istifadə edilərək hazırlanır:
- təmizləmə - xırdalama – qıcqırtma (maya qatma) dozalama qarışdırma;
- təmizləmə - xırdalama - dozalama - qarışdırma;
- təmizləmə - xırdalama - dozalaşdırma, qarışdırma briketləşdirmə;
- təmizləmə - cücərtmə.
Paxlalı yemlər təmizləndikdən sonra isladılır. İkinci və üçüncü sxemlər üzrə qarışıq yemlər hazırlanır.
İş sxemləri texnoloji avadanlığın seçilməsinə xidmət edir.
Qaba yem xırdalayan maşınlar.
Qaba yemlərin hazırlanmasında məqsəd onların tez həll olmasını təmin etməklə bərabər, yeyilən zaman dadının və mənimsənilməsinin artırılmasıdır. Bu məqsəd üçün bir neçə üsullardan istifadə olunur. Onlardan: xırdalama, pörtlətmə, öz-özünə qıcqırtma, kimyəvi və biotermiki emaletmə üsullarıdır.
Qaba yemləri xırdaladıqda heyvanlar tərəfindən yaxşı mənimsənilməklə bərabər, onların dozalaşdırılıb paylanması da asanlaşır. Yem xırdalanmadıqda ümumi kütlənin təqribən 20-30%-i itkiyə gedir. Qaramal üçün yemin uzunluğu 3-5 sm məsləhət görülür. Bu ölçüdən kiçik olduqda heyvanların mədəsində həllolma pisləşərək südün yağlılığı 0,3-0,5% aşağı düşür.
Küləşin pörtlədilməsi onun dadını artırmaqla bərabər, heyvanlar tərəfindən yaxşı mənimsənilib və asan həll olunur. Ən yaxşı üsul konsentrat yemin küləşlə qarışdırılıb pörtlədlməsidir. Bu məqsəd üçün 100 kq qaba yemə 4…5 kq konsen-tratın qarışdırılması məqsədəuyğun sayılır.
Öz-özünə qıcqırtma yemin tərkibində olan mikroorqanizmlərin təsiri ilə gedir. Bunun üçün xırdalanmış yem 2%-li duzlu su ilə isladılıb kipləşdirilir və müəyyən müddət saxlanıldıqdan sonra onun temperaturu 50–70 0S-yə qədər qaldırılır. Bundan sonra yem yumşalır və heyvanlar onu iştahla qəbul edir. Kim-yəvi üsulda yemin yaxşı mənimsənilməsi ilə bərabər onun həll olunması sürət-ləndirilir, tərkibində olan ziyanverici maddələr zərərləşdirilir. Bu üsulla qaba yem 3%-li əhəng, 4%-li kaustik soda, 17-25%-li ammiak məhsulu ilə emal oluna bilər.
Yemin kalsiumlaşdırılması zamanı 1 t küləşə 30 kq sönməmiş əhəng, 10-15 kq xörək duzu, 2-2,5 m3 suda həll edib islatmaq lazımdır. Əhəng suda çətin həll oldu-ğundan onu məhlulda tam qarışdırmaq məsləhətdir. Prosesi daha sürətləndirmək üçün həmin məhlulu 24-36 saat saxladıqdan sonra 2 saat müddətində buxarla pörtlətmək lazımdır. Belə yolla yemi hazırladıqdan sonra 1 kq kalsium-laşdırılmış küləşin yem vahidi 0,4-0,5 onun tərkibində 30-50 q protein, 18-20 q kalsium 2-3 q fosfor olur.
Küləşi kaustik soda ilə emal etdikdə onun suda 4%-li məhlulu hazırlan-malıdır. Küləş isladılıb 6-8 saat saxlanılır, əgər isti məhlulla emal edilirsə bu müd-dət qısaldılıb 1,5 saat olur.
Küləşi kalsium soda ilə emal etdikdə xırdalanmış yemi pörtlədiciyə yükləyib 1,5-2 saat ərzində 80-100 0S temperaturda saxlanılır. Bir ton küləşə 40 kq soda və 800-1000 litr su sərf olunur. Kalsiumlu soda kaustik sodaya nəzərən üstün olub yaxşı dozalaşdırılır, suda asan həll olunur, ucuz və çox tapılandır. Bəzi hallarda küləşi ammiakla da emal edirlər. Hər 100 kq küləşə 12 litr ammiak suyu əlavə olunur.
Küləşə və ya qaba yemin xırdalanması üçün ən geniş tətbiq olunan maşınlara İQK-30 B daxildir. Bu, yemi xırdalamaqla bərabər, xırdalanmış kütləni maşına yükləyir. Bu aqreqat iki variantda: stasionar və asqılı buraxılır. Birincilərə İQK-30 B-1, ikincilərə İUK-30B-P tipli maşınlar aiddir (şəkil 2.1).
|
Şəkil 2.1. İQK-30B xırdalayıcısı
maşının sxemi.
1 - elektrik mühərriki; 2- rotor; 3-kürəcik; 4-deflektor; 5 – istiqamətverici; 6 - deka; 7 - qəbul kamerası; 8 - presləyici transportyor; 9 – qidalandırıcı transport; 10 -çərçivə; 11 - örtük;
12 - elektrik mühərriyinin çərçivəsi
|
Stasionar tipli yemxırdalayan elektrik mühərriki mobil tipli isə gücü 14 kVt olan traktorun gücayrıcı valından alır. Aqreqat çərçivədən, ştifli diskili apparatdan, istiqamətverici deflektordan ibarətdir. Pərin rotoru üzərində barmaqcıqlar yerləş-dirilmişdir. Xarici cərgədə barmaqların sayı 18, daxildə 9 ədəd olur. Yemverici maili və üfüqi lövhəli transportyorlardan ibarətdir. Yemvericinin konstruksiyası elə hazırlanmışdır ki, onun daxilində olan başqa qatışıqlardan təmizlənir. Xırdalayıcı aparat gövdənin daxilindəki valın üzərində möhkəm oturdulmuşdur. Ona 105 ədəd polad ştiftlər bərkidilmişdir ki, bunlar da yemi xırdalamaqdan ötrüdür. Maşının iş prinsipi aşağıdakı kimi yerinə yetirilir. Qaba yem üfüqi daşıyıcının üzərinə tökülüb doğrama kamerasına verilməzdən əvvəl sıxılıb kəsiciyə verilir, oradan hava axımının təsiri ilə defektora və sonra nəqliyyat vasitəsinə yükləşir. Maşının normal yüklənməsi və elektrik mühərrikinə nəzarət ampermetr ilə olur. Ampermetrin göstəricisi 20 A olmalıdır. Əgər maşın həddən artıq yüklənərsə, verici mexanizmini dayandırmaq lazımdır. Təhlükəli göstərici 55 A hesab olunur.
İQK-30B-1 maşını MTZ-82 traktorun üzərinə asılır.
Yemin xırdalanma uzunluğu dəyişkən dişli çarxlardan istifadə etməklə və ya diskin üzərində olan ştriflərin sayını artırıb azaltmaqla nizamlanır. Rulon və ya top-lanmış qaba yemi xırdalamaq üçün İRT-165 aqreqatından istifadə olunur. Bu da iki vəziyyətdə İRT-165-01 mobil tipli, İRT 165-02 stasionar halında buraxılır. İRT-165-01 qaynaqolunmuş çərçivədən, rotordan, rotorun üzərində 40 ədəd çə-kicdən, bunkerdən, üfüqi və maili yükləyici transportyordan, hidravliki intiqaldan ibarətdir. Bu aqriqat T-150 K traktoru ilə aqreqatlaşdırılır.
İRT-165-02 maşınının birincidən fərqi onun üzərində elektrik mühərriyi, idarəetmə aparatları, şkaf, idarəetmə şiti və s.yerləşdirilməsidir. Yem bunkerə və oradan xırdalanmış yemin kənara tökülməsinin qarşısını almaq məqsədi ilə bunkerin aşağı tərəfində spiral formalı pəncələr qondarılmışdır. Xırdalayıcı bunkerin alt hissəsində yerləşdirilmiş yastı disklərdən ibarət olur, baş vala şponkaların köməyi ilə birləşir. Diskdən keçən dörd ədəd polad barmaqcığın üzərində 40 ədəd şahmat qaydası ilə oynaq birləşdirilmiş çəkiclər yerləşdirilmişdir. Hər çəkicin dörd istiqa-mətdə kəsmə imkanı vardır (şəkil 2.2).
Şəkil 2.2. İRT-165 qaba yem doğrayan:
1 - teleskopik val; 2 - multiplikator; 3 - çərçivə; 4 - intiqal; 5 - texniki xidmət üçün körpücük; 6 - bunker; 7-hərəkət hissəsi; 8 - üfiqi transportyor; 9 - qaldırıcı mexanizm; 10 – maili transportyor; 11- barmacıqlar.
Xırdalanmış yemi maşından kənar etmək üçün bunkerin altında üfüqi trans-portlar qondarılmışdır. Buradan isə maili transportyorla yem qəbul bunkerinə ötürü-lür.
Maşının texnoloji iş prinsipi aşağıdakı kimi yerinə yetirilir. Qaba yem qreyferli yükləyici ilə bunkerə verilir. Fırlanan bunker yemi xırdalanma kamerasına çəkiclərə verirxırdalandıqdan sonra xəlbirə, oradan üfiqi daşıyıcıya, sonra maili yükləyici transportyora ötürülür. Yem xırdalanan vaxtı quru olmalıdır. Nəm-liyi 30%-dən artıq olduqda maşın işlədilməlidir. Diskli tipli qaba yem xırdalayan maşınlardan ən çox istifadə olunan RSS-6B aqreqatdır (şəkil 2.3). Bu da iki variantda buraxılır; biri RSS-6B-1 stasionar tipli elektrik mühərriki ilə hərəkətə gətirilir, digəri RSS-6B-II traktora qoşulub onun gücayırıcı valından hərəkət alır. Maşın yemvericidən, diskli tipli kəsici aparatdan, ventilyator və istiqamətverici borudan ibarətdir. Maşın gücü 17 kVt olan elektrik mühərriki ilə hərəkətə gətiri-lir. Yem transportyorla daşınıb maili sıxıcı transportyor və oradan aktiv bıçaqla passiv bıçaq arasında örtülüb xırdalanılır. Bıçaq-ların arxa tərəfində yerləşən havalandırıcının köməyi ilə defektordan maşına yüklə-nir. Əgər yemin siloslaşdırılması lazım gələrsə, boru uzadılıb silos qülləsi ilə əlaqə-ləndirilir və xırdalanmış yaşıl kütləni qülləyə doldurur. Yemin xırdalanma uzunluğu dəyişkən dişli çarxlar vasitəsi ilə yerinə yetirilir.
Şəkil 2.3. a) RSS-6B küləş-silos doğrayanın prinsipal sxemi
1-çərçivə; 2-yemverici transportyor; 3-presləyici transportyor; 4-qidalandırıcı vallar; 5-deflektor; 6-darayıcılar; 7- bıçaq; 8- əkskəsən lövhə; 9 - pərli disk
b) RSS-6B küləşsilosdoğrayanın quruluşu 1-deflektoru döndərmə dəstəyi; 2 - deflektor;
3-bənd; 4-kardan ötürməsi; 5-ampermetr; 6-dəyişdirilən dişli çarx; 7-presləyici valın bəndi; 8-işəsalma və dayandırma lövhəsi; 9- güc şkafı; 10-verici transportyor; 11-çərçivə;12-itiləyici qurğunun yönəldici karetkası; 13-itiləyici qurğunun supportu;14-elektrik mühərrikinin kirşələri; 15-elektrik mühərriki; 16-pazvarı qayış öturməsi; 17-aparatın örtüyü.
Qaba yem xırdalayan maşınların texniki xarakteristikaları aşağıdakı cədvəldə verilir (cədvəl 2.1).
Cədvəl 2.1. Qaba yem xırdalayan maşının texniki xarakteristikaları
Əsas göstəricilər
|
İQK-30B
|
İRT- 165
|
RSS-6B
|
FQ-120MA
|
LİS-3
|
Məhsuldarlığı, t/saat
|
0,8-3,2
|
0,6-16,0
|
2-10
|
0,8-2,5
|
3-5
|
Tələb etdiyi güc, kVt
|
30
|
160
|
|
51,5
|
75
|
Qabarit ölçüləri, mm:
Yzunluğu
Eni
Hündürlüyü
Kütləsi, kq
|
325
2495
3500
1350
|
1550
3025
3650
4186
|
3200
1600
3250
3200
|
4630
1435
1480
1830
|
24340
3680
3580
9850
|
Qulluq edən şəxslər
|
2-4
|
2
|
1-4
|
2
|
1
|
Qaba yemlərin tədarükünün mexanikləşdirilməsi və onun hesabatı
Hal-hazırda çox təsərrüfatlarda qaba yemlərin tədarükü otun çalınması, quru-dulması, topalanması, daşınması və tayaya vurulması texnologiyası ilə yerinə yetirilir. Bu texnologiya çoxdan özünü doğrultmur. Belə ki, burada yemin keyfiyyətli hissəsi zülalaın 1-2,5 dəfə, 10 dəfədən çox vitaminin itkisi olur. Ot qurudulub yığıldıqdan sonra o 19%-ə qədər yarpağını tökür. Ümumiyyətlə ot sahədən tayaya vurulana kimi, o öz yem vahidinin yararsını itirir. Bu çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə otun preslənməsi, briket, vitaminli ot unu halında, tayalarda süni qurudulması, qranul hazırlanması, senaj və silos halında tədarük olunması texnologiyalarından istifadə olunur.
Şəkil 2.9. Presbağlayanın press-ləyici kamerasının hesabat sxemi
Yemlərin preslənməsi və briket halında hazırlanması onun tərkibindəki əsas maddələrin saxlanmasına, daşınması zamanı itkilərin qarşısı-nı almağa və uzun müddət ondan istifadə etməyə şərait yaradır. Yemlərin briketləşdirilməsi, press-lənmə ilə eyni xüsusiyyətə malikdir. Yalnız fərq burada yemin sıxlığının preslənməyə nəzərən çox olmasıdır.
Yemin preslənməsinə sərf olunan qüvvə
Psıx=1,92·10-52,18K (2.21)
ifadəsi ilə təyin olunur. Yan qüvvə
qyan=3,3·10-5(0,82-12)K (2.22)
olar. Burada: Psıx sıxmaya sərf olunan qüvvə; qyan yemin sıxılmasına sərf olunan yan qüvvə; yemin sıxlığı; =[1-0,02(W-15,3)] yemin nəmliyini nəzərə alan
əmsal; = sıxılmanın sürətdən asılılığını nəzərə alan əmsaldır (K=0,67 küləş üçün, K=0,58 ot üçün).
Briket hazırlanma prosesinin hesabatı aşağıdakı ardıcıllıqla aparılır (şəkil 2.10).
Şəkil.2.10. Briketləşdirici maşının sxemi:
1-yiğıci, 2-çəkicli xırdalayıcı qurqunun yeri, 3-qızdırıcı qurğu, 4- plunjer, 5-şnek, 6-briket soyüdulması üçün ventilyator, 7-presləyiçi kamera, 8-bıçaqlar, 9-əksetdırici lövhə, 10-nəqletdirici arabanın bunkeri.
Təzyiqdən asılı olaraq artım
=f(P) (2.23)
Yemin sıxlığından asılı olaraq müxtəlif kəmiyyətlərin dəyişməsi müəy-yənləşdirilir. Funksiyanın qiyməti düz xətt qanunu ilə dəyişilir və hər hansı baş-lanğıc qiymətə malik olur.
f(P)=aP+b (2.24)
Onda,
=aP+b (2.25)
olar. a və b - sabit əmsalların qiymətini təcrübəvi yolla hesablayıb, eyni zamanda differensial tənliyi inteqrallasaq
P= (2.26)
ifadəsini alaraq. Yemin əvvəlki sıxlığı 0 briket hazırlanan kameranın ölçülərinə görə (şəkil 2.11)
= (2.27)
olar. Burada Q kameranın daxilində olan yemin kütləsi; L kameranın uzunluğu; F kameranın en kəsik sahəsidir.
Şəkil 2.11. Briketləşmənin bağlı kamerasının sxemi.
Preslənmədən sonra yemin sıxlığı
(2.28)
burada S porşenin getdiyi yoldur. Onda sıxma qüvvəsi
(2.29)
Yemin briketləşdirilməsinə sərf olunan güc.
N=kVt (2.30)
Burada: A xüsusi işdir; Q1 - presləyicinin məhsuldarlığıdır.
Briketin əsas göstəricisi onun möhkəmliyidir. Bu möhkəmlik əmsalı ilə xarakterizə edilir.
= (2.31)
Möhkəmlik əmsalı briketin 2 m məsafədən beton döşəməyə düşdükdən sonra olan G kütləsinin, onun əvvəlki G0 kütləsinə olan nisbətinə deyilir. Briketin normal sıxlığı 0,14…0,45 q/sm3 qəbul olunur.
Yemin keyfiyyətli tədarükü və ya vitaminli ot unu hazırlanmalıdır. Süni üsulla tayada qurudulma texnologiyası aşağıdakı kimidir. Sahələrdən ot yığılaraq tayaya vurulur, onun alt hissəsindən boşluq yaradılır. Hava sorulub, kolorifer vasitəsi ilə qızdırılıb məcburi havalandırma vasitəsi ilə tayanın daxilinə verilir. Beləliklə, otu lazımi nəmliyə qədər qurudurlar. Vitaminli ot ununu isə sahədə yaşıl yemi 30 mm uzunluğa qədər xırdalayıb, ot unu hazırlayan maşınlarda 15%-ə qədər nəmlikdə qurudulub üyütdükdən sonra kisələrə doldurulur. Bu məqsəd üçün ABM-1,5, ABM-0,65 maşınlardan istifadə olur. Xırdalanmış yaşıl yem quruducu fırlanan kameraya verilir. Bu zaman qaz və ya maye yanacaq təzyiqlə yanma kamerasında yandırılıb onun alovu barabana verilir. Yemin nəmliyindən asılı olaraq kamerada istilik 500…10000 arasında olur. İsti hava böyük siklonun yuxarı hissəsində qondarılan ventilyatorun köməyi ilə sorularaq yemi də özü ilə sorub siklona verir. Kamerada yem hərəkət etdikcə, o isti havanın köməyi ilə quruyur. Siklona verilən yem soyudulub çəkicli doğrayıcıda doğranılır və ikinci siklona oradan bölüşdürücü şnekin köməyi ilə kisələrə dolur. Bu halda yemin tədarükündə yalnız 10…15% itkiyə yol verilə bilər. Yemin xaric olunan nəmliyi aşağıdakı ifadə ilə təyin olunur.
Wk= (2.32)
Burada: Wn-yemin başlanğıc nəmliyi; 2t üstlü kəmiyyətdir (temperaturdan asılıdır); tayada olan ümumi nəmliyin kütləsi –
G = ; (2.33)
G tayada olan kütləsidir.
V==G (2.34)
Burada: G havanın kütləsi, havanın sıxlığı, d1, d2 soyuq və isti havanın nəmliyidir.
Onda qurudulmuş otun kütləsi
Got= (2.35)
Lazım olan qızdırıcı boruların sayı
n= (2.36)
Burada: V=64 m/c havanın sürəti; t yemin qurudulma müddəti; d borunun diametridir.
Borunun üzərində olan deşiklərin sayı
n0= (2.37)
burada: d = 10 mm borunun üzərində olan deşiyin diametri; V0= 1 m/s deşikdən çıxan havanın sürətidir.
Quruducunun istilik balansı
q=C(t2-t1)+C(t2-t1)+ql (2.38)
burada: G sorulan havanın istilik tutumu əmsalıdır; t1 və t2, uyğun olaraq soyuq və isti havanın temperaturu; C qurudulan otun xüsusi istilik tutumu əmsalı; T1 və T2 yemin başlanğıc və son temperaturlar; q istilik sərfiyyatıdır.
Havalandırıcının saatlıq məhsuldarlığı:
Qsaat=Gg (2.39)
Burada b = 20…900 -yə qədər qızdırdıqda xaric olan suyun kütləsidir.
Tələb olan güc (havalandırıcının)
N=2,7 (2.40)
yemin havaya müqavimətini nəzərə alan təzyiq itkisidir, h= 60...80 mm. s.s.
Dostları ilə paylaş: |