«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   7   8   9   10   11   12   13   14   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

12 
 
Müvafiq surətdə material-istehsalat ehtiyatlarının qiymətləndirilməsi bütün 
hallarda faktik məsrəflərdən asılı olaraq müəyyənləşdirilir. Bu məsrəflər isə onun 
faktik maya dəyərini təşkil edir. 
Eyni zamanda, müxtəlif malsatanlardan daxil olan ehtiyatların hər bir 
nbvünün faktik maya dəyərinin hesablamaq o zaman mümkündür ki, istehlak 
olunan ehtiyatların nomenklaturu məhdud sayda olsun. Praktikada müəssisələrin 
böyük əksəriyyəti ehtiyatların cari uçotunu onların uçot dəyərilə, daha konkret 
desək, orta satın alma qiymətilə, plan (normativ) maya dəyərilə və s. üsularla əks 
etdirirlər.
Uçot qiyməti anlatyşına satın alınan ehtiyatlarınplan maya dəyəri daxil edilir. 
Plan maya dəyərini müəssisəözü hesablayır və onun tərkibinə ehtiyatların mövcud 
satın alma qiymətləri, habelə onların qablaşdırılması, yüklənməsi, boşaldılması və 
s. xərcləri də daxildir. Orta satın alma qiymətləri də uçot qiyməti kimi çıxış edə 
bilər. Belə qiymətlər material-istehsalat ehtiyatlarının müxtəlif növlərinin ilin 
əvvəlinə və axırına qiymətlərindən asılı olaraq hesablanılır. Bu və ya digər hallarda 
ehtiyatların satın alınmasının faktiki maya dəyəri ilə uçot qiymətləri (plan, orta və 
i.a.) arasındakı fərq mühasibat uçotunda materiaların dəyərindən kənarlaşmalar 
kimi əks etdirilir.
Hazırda material-istehsalat ehtiyatlarının uçotunun təşkilinin metodoloji 
prinsipləri ehtiyatların faktiki maya dəyərnə daxil edilən məsrəfləri müstəqil və 
dolayı xərclərə bölünməsini nəzərdə tutur. Müstəqil xərclərə bilavasitə daxil olan 
ehtiyatların dəyəri daxildir. Dolayı xərclər isə onların tədarükü və gətirilməsi ilə 
əlaqədardır. Bulə xərclərə aiddir: müəssisənin tədarük – anbar aparatının 
saxlanılması xərcləri; ehtiyatların qiymətinə daxil edilməyən nəqliyyat xərcləri; 
kommersiya krediti üzrə faizlərin ödənilməsi xərcləri; ehtiyatların yararlı hala 
gətirilməsi 
xərcləri 
və 
s. 
bu 
zaman 
qqeyd 
etmək 
laxzımdır 
ki, 
ümumtəsərrüfatxərclərinin yalnız ehtiyatların satın alınmasına bilavasitə aid edilən 
hissəsi məbləğində faktik maya dəyərə daxil edilir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin