Mama ixtisası üzrə nümunəvi test suallarının toplusu Mamalıq 1 Birinci əlləmə üsulu ilə nə təyin edilir?


) Aşağıdakılardan hansı göstərici fiziki inkişaf göstəricisi deyil?



Yüklə 1,51 Mb.
səhifə14/16
tarix29.08.2018
ölçüsü1,51 Mb.
#75876
1   ...   8   9   10   11   12   13   14   15   16

972) Aşağıdakılardan hansı göstərici fiziki inkişaf göstəricisi deyil?

A) Boy


B) Çəki

C) Nəbz


D) Dərialtı piy qatı

E) Əzələ gücü


Ədəbiyyat: И.Г.Лавров, К.В.Майстрах.Социальная гигиена и организация здравоохранения.1987
973) Aşağıdakılardan hansı demoqrafik göstəricilərə aiddir?

A) Travmatizm

B) Əlillər

C) Çəki indeksi

D) Döş qəfəsinin dairəsi

E) Ölüm göstəricisi


Ədəbiyyat: И.Г.Лавров, К.В.Майстрах.Социальная гигиена и организация здравоохранения.1987
974) Hansı hallarda evdə stasionar təşkil edilir?

A) Vərəm xəstəliyində

B) Bədxassəli şiş xəstəliyində

C) Xəstəni hospitalizə etmək məsləhət olmadıqda

D) Dəri zöhrəvi

E) İnfeksion xəstəliklərdə


Ədəbiyyat: И.Г.Лавров, К.В.Майстрах.Социальная гигиена и организация здравоохранения.1987
975) Aşağıdakılardan hansı cari sanitar nəzarətinə aid deyil?

A) Qida məhsullarının istehsalı, saxlanması, daşınması və realizasiyasına nəzarət

B) Sərhədlərin sanitar nəzarəti

C) Uşaqların sanitar vəziyyətinin və sağlamlıq səviyyəsinin sistematik öyrənilməsi

D) Atmosfer havasını, tarpağı, su mənbəyini çirkləndirə bilən obyektlərin qeydiyyatının aparılması

E) Tibbi baxışların təşkili və keçirilməsinə nəzarət


Ədəbiyyat: И.Г.Лавров, К.В.Майстрах.Социальная гигиена и организация здравоохранения.1987
976) Hansı bənd sanitariya marifinin əsaslarından hesab olunur?

A) Hipodinamiya

B) Profilaktika

C) Gün rejimi

D) Səmərəli qidalanma

E) Müalicə


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
977) Sanitariya maarifinin ən mühüm prinsipi hansıdır?

A) Dövlətçilik

B) Elmilik

C) Profilaktik

D) Kütləvilik

E) Bütün variantların hamısı


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
978) İlkin profilaktika nədir?

A) Spesifik profilaktika

B) Dərman preparatlarından istifadə olunması

C) Düzgün və keyfiyyətli qidalanma

D) Əmək qabiliyyətinin itirilməsi ilə mübarizə

E) İdman və istirahət


Ədəbiyyat: И.С.Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
979) Sanitar marifi evi nə vaxt yaradılıb?

A) 1930-cu il

B) 1925-ci il

C) 1920-ci il

D) 1923-cü il

E) 1917-ci il


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
980) Fərdi təsir metodu hansı yolla həyata keçirilir?

A) Söhbət

B) Plakat

C) Sərgi


D) Mətbuat üsulu ilə

E) Televiziya


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
981) Fərdi təsir metodunda üçüncü mərhələ hansı dövrə təsadüf edir?

A) Xəstəilyin xroniki inkişaf dövrünə

B) Reabilitasiya dövrünə

C) Xəstəlikdən qabağkı dövrə

D) Xəstəlik dövrünə

E) Sağalma dövrünə


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
982) Hansı bənd kütləvi təbliğat vəsaitidir?

A) Kitabçalar

B) Bülletenlər

C) Televiziyalar

D) Təqvimlər

E) Fotoşəkillər


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
983) Dispanserizasiyanın əhəmiyyəti nədir?

A) Ağır xəstələrin müalicəsi

B) Səmərəli qidalanmanı təşkil etmək

C) Yüksək sanitar mədəniyyəti yaratmaq

D) Xəstəlikləri vaxtında aşkara çıxarmaq

E) Əhalidə gigiyenik bilikləri inkişaf etdirmək


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
984) Düzgün səmərəli qidalanmanın xüsusiyyəti hansıdır?

A) Gün ərzində bircə dəfə qədalanma

B) Qidanın normadan çox az qəbulu

C) Qidanın həddən çox qəbulu

D) Qidanin günün vaxtından asılı olmadan tez-tez qəbul edilməsi

E) Qidanın kəmiyyətcə, keyfiyyətcə düzgün qəbulu


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
985) Poliklinikada sanitar maarifi işi necə təşkil edilir?

A) Plakat, buklet, xəstələrlə söhbət

B) Poliklinikanin statistik göstəricilərinin hesablanması

C) Müalicənin gedişinə nəzarət

D) Xəstələrin müayinə olunması

E) Tibbi əməliyyatların yerinə yetirilməsi


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
986) Apteklərdə sanitar maarifi işi necə təşkil edilir?

A) Tərkibində zəhər və narkotik maddələr olan dərmanların ədəbi qeydiyyatının təşkili

B) Dərman maddələrinin saxlama şəraiti ilə tanışlıq

C) Xəstələrin dərmanları vaxtı-vaxtında qəbul etməsi

D) Söhbət, kitabça, yaddaş vərəqi

E) Dərmanların yararlılıq müddətinə nəzarət


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
987) Doğum evində sanitar maarifi işi necə təşkil edilir?

A) Qan xəstəliklərinin vaxtinda aşkar etmək

B) Rezus mənsubiyyətinin təyin edilməsi

C) Yeni doğulmuş uşaqlara qulluq

D) Qadınların stomatoloji həkim müayinəsinin təşkili

E) Sorğu, informasiya materiallarının təşkili, plakatlar, söhbətlər


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
988) Uşaq xəstəxanasında sanitar maarifi işi necə təşkil edilir?

A) Diaqnozu aydınlaşmamiş uşaqların xüsusi diaqnostika şöbəsinə qoyulması

B) Uşaqlar və valideyinlər arasında söhbətlər, sanitar maarifini təbliğ edən qəzet, sorğu informasiya vəsaitləri

C) Xəstələrin istirahətinin təşkili

D) Xəstəxanadaxili infeksiyaların qarşısının alınması

E) Xəstələrə düzgün diaqnozun qoyulması


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
989) Qadın məsləhətxanalarında sanitar maarifi işi necə təşkil edilir?

A) Çanağın ensizliyinin aşkar edilməsi

B) Arzuolunmaz hamiləliyin qarşısının alınması

C) Dispanser müşahidə prosesində qruplarda profilaktik qəbullar

D) Laborator tədqiqatın təşkili

E) Hamiləliyi ağırlaşmalarla cərəyan edən qadınların aşkar edilməsi və vaxtında xəstəxanaya göndərilməsi


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
990) Uşaq poliklinikalarında aparılan sanitar maarifi işi nədən ibarətdir?

A) Xəstəlik keçirən uşaqların müayinəsi

B) Analara gigiyenik biliklərin öyrədilməsi, uşaqlara qulluq qaydaları

C) Uşaqlara peyvənd edilməsi

D) Yeni doğulmuş uşaqlar arasında ümumi müayinənin təşkili

E) Həkim təyinatların yerinə yetirilməsi


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
991) İkincili profilaktika nədir ?

A) Erkən diaqnostika və vaxtında müalicə

B) Peyvəndlərdən və vaksinlərdən istifadə olunması

C) Əmək qabiliyyətinin itirilməsi ilə mübarizə

D) Sağlamlığın qorunması və möhkəmləndirilməsi

E) Dərman preparatlarından istifadə olunması


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
992) Üçüncülü profilaktika nədir ?

A) Əmək qabiliyyətinin itirilməsi ilə mübarizə və reabilitasiya tədbirləri

B) Erkən diaqnostika və vaxtında müalicə

C) Sağlamlığın möhkəmləndirilməsi

D) Spesifik profilaktika

E) Sağlamlığın qorunması və möhkəmləndirilməsi


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
993) Əks-epidemik tədbirlər aparılmasa hansı xəstəliklər baş verə bilər?

A) Endokrin xəstəliklər

B) Sinir xəstəlikləri

C) Travmalar

D) Kardioloji xəstəliklər

E) Parazitar xəstəliklər, bağırsaq infeksiyaları, infeksion xəstəliklər


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
994) Sanitar maarif işini əks epidemik tədbirlərlə həyata keçirilməsində hansı amil iştirak etmir?

A) Epidemioloji müayinə

B) Epidemioloji ocaqlarla dezinfensiya

C) Xəstələrin hospitalizasiyası

D) Sanitar-gigiyenik tədbirlər

E) Fizioterapevtik müayinə


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
995) Əks-epidemik tədbirlərin prinsipləri hansılardir?

A) Xəstələrin hospitalizasiyası

B) Epidemioloji müayinə

C) Epidemioloji ocaqlarla dezinfeksiya

D) Peyvənd işləri

E) Bütün variantların hamısı


Ədəbiyyat: И.С. Соколов. Я.Н.Трахтман.Санитарное просвещение.1976

В.С.Ершов, А.Т.Беляева. Санитарное просвещение .1982
996) Hansı formalı element oksigeni daşıyır?

A) Leykosit

B) Monosit

C) Eritrosit

D) Bazofil

E) Trombosit


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
997) 1 ml qanda leykositlərin miqdarı?

A) 3800-6000

B) 6000-8000

C) 5000-6000

D) 7000-9000

E) 3000-5000


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
998) II qrup qanı hansı qrupa köçürmək olar?

A) I, III

B) I, II

C) II


D) II, III

E) I, IV
Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”


999) Hipovolemiya nədir?

A) Hipoksiya

B) Dövr edən qanın miqdarının azalması

C) Hamısı

D) Hipoksemiya

E) Qanaxma


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1000) Qaraciyər neçə paydan ibarətdir?

A) 5


B) 2

C) 3


D) 6

E) 4
Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”


1001) Mədə hansı nahiyyədə yerləşir?

A) Sol qabırğaaltı

B) Sağ qabırğaaltı, xüsusi qarınüstü

C) Xüsusi qarınüstü, sol qabırğaltı

D) Qarının orta nahiyyəsi

E) Xüsusi qarınüstü


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1002) Qalxanabənzər vəzin hiperfunksiyasında hansı xəstəlik baş verir?

A) Bürünc xəstəliyi

B) Bazedov xəstəliyi

C) Diabet

D) Miksedema

E) Kretinizm


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1003) Ürəyin anadangəlmə qüsurlarına nə aiddir?

A) Aortanın anevrizması

B) Hamısı

C) Mitral stenoz

D) Oval dəliyin qapanmaması

E) Aypara qapaqlarının çatmamazlığı


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1004) Pankreasın Langerhans adacıq hissəsinin β hüceyrələrinin hormonu hansıdır?

A) Tireoksin

B) İnsulin

C) Adrenalin

D) İntermedin

E) Noradrenalin


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1005) Nekrozun forması hansıdır?

A) Qanqrena

B) Metaplaziya

C) Atrofiya

D) Mübadilə pozğunluğu

E) Regenerasiya


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1006) Öd kisəsinin uzunluğu və həcmi nə qədərdir?

A) 12 – 15 sm - 30 sm3

B) 9 – 11 sm - 22 sm3

C) 7 – 10 sm - 20 sm3

D) 8 – 12 sm - 30 sm3

E) 10 – 17 sm - 32 sm3


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1007) Qida borusunun uzunluğu nə qədərdir?

A) 25 - 30 sm

B) 21- 24 sm

C) 15 – 19 sm

D) 11 – 17 sm

E) 12 – 21 sm


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1008) Onurğa beyni neçə seqmentdən ibarətdir?

A) 29


B) 27

C) 28


D) 36

E) 31
Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”


1009) Hissiyatın azalması necə adlanır?

A) Hipersteziya

B) Atrofiya

C) Anesteziya

D) Paresteziya

E) Hiposteziya


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1010) Uşaq anadan olarkən əmgəklərin sayı nə qədər olur?

A) 6


B) 2

C) 4


D) 3

E) 5
Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”


1011) İşemiya nə ilə nəticələnə bilər?

A) Hamısı

B) Arterial hipertoniya

C) İnfarkt

D) Arterial hipotoniya

E) Emboliya


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1012) Yumurtalıqlar harada yerləşir?

A) Uşaqlığın arxasında

B) Uşaqlıq yolunun yan tərəfində

C) Uşaqlığın yan tərəfində

D) Uşaqlığın önündə

E) Qarın boşluğunda


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1013) Filtrasiya prosesi hansı sistemlə bağlıdır?

A) Əzələ sistemi

B) Ürək damar sistemi

C) Həzm sistemi

D) Sidik – ifrazat sistemi

E) Tənəffüs sistemi


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1014) Prostat vəzi harada yerləşir?

A) Qasıq kanalında

B) Aralıqda

C) Böyük çanaqda

D) Kiçik çanaqda

E) Qarın boşluğunda


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”
1015) Mədə turşuluğunun artması necə adlanır?

A) Hiperassid

B) Normoassid

C) Anassid

D) Axiliya

E) Hipoassid


Ədəbiyyat: G.A.Hacıyev. “İnsanın anatomiyası”. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.S.Məmmədova “İnsanın anatomiyası və fiziologiyası”. A.Q. Eynqorn “Patoloji anatomiya və patoloji fiziologiya”

Yoluxucu xəstəliklər

1016) Yoluxucu xəstəliklərdə infeksiya mənbəyi bunlardan hansılardır?

A) Xəstə insan, patoloji prosesin lokallaşdığı yer, rekonvalessentlər

B) Xəstə insan, qida, ərzaq məhsulları

C) Xəstə insan, rekonvalessentlər və sağlam insan

D) Xəstə insan, xəstə heyvan

E) Xəstə insan, xəstə heyvan, infeksiya gəzdirənlər, rekonvalessentlər


Ədəbiyyat: N.Əliyev. Yoluxucu xəstəliklər 1993
1017) Dezinfeksiyaedici məhlullar hansılardır?

A) Xloramin, lizol, hemodez, poliqlükin

B) Xloramin, lizol, xlorlu əhəng, hidrogen-peroksid, fenol B-propiolakton

C) Xlor, süleymani məhlulu, fenol, hemodez

D) Regidron, lizol, xlorlu əhəng, fenol

E) Lizol, xloramin, albumin, reopoliqlükin, B-propiolakton


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
1018) Gözləri yumaq üçün hansı məhluldan istifadə edilir?

A) Hemodez, ringer məhlulu

B) 0,5 % - li natrium – hidrokarbaonat məhlulu

C) 0,9 % - li NaCl məhlulu

D) 2 % - li bor turşusu məhlulu

E) 5 % - li qlükoza məhlulu


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
1019) Simptom nəyə deyilir?

A) Xəstəlik nəticəsində meyadana çıxan vahid patogenezlə birləşən əlamətlərin məcnuna

B) Xəstəliyin əlaməti olan patoloji hala

C) Ayrı-ayrı orqan və toxumalarda baş verən patoloji proseslərə

D) Yoluxucu xəstəliklər zamanı qanda, sidikdə, nəcisdə, bəlğəmdə gedən dəyişikliklərə

E) Bir neçə xəstəlik əlamətlərinin birlikdə təzahür etməsi


Ədəbiyyat: N. Əliyeva. “Yoluxucu xəstəliklər”1993
1020) Süni aktiv immunitet necə əmələ gəlir?

A) Tərkibində antitel olan zərdabı və qammaqlobulinlərin yeridilməsi ilə

B) Ana südü ilə qidalandırma ilə

C) Yoluxucu xəstəliyi keçirdikdən sonra

D) Vaksinlərin yeridilməsi ilə

E) Müalicədən sonra


Ədəbiyyat: В.И. Покровский. К.М. Лова. «Руководство по инфекционные болезням» 1986
1021) Süni passiv immunitet necə əmələ gəlir?

A) Yoluxucu xəstəliyi keçirdikdən sonra

B) Antitel tərkibli zərdab və qamma-qlobulinlərin yeridilməsi ilə

C) Nəsildən-nəsilə irsi yolla keçməsi ilə

D) Anadangəlmə

E) Vaksinlərin yeridilməsi ilə


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
1022) Residiv nəyə deyilir?

A) Törədicinin yenidən yoluxdurulması

B) Periodik olaraq kəskinləşən xəstəlik

C) Əlamətlərin geriyə qayıtması

D) Bir neçə əlamətin birlikdə təzahürünə

E) Simptomsuz, subklinik səviyyədə cərəyan edən prosesə


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
1023) Dizenteriyada infeksiya mənbəyi bunlardan hansıdır?

A) Qansorucular

B) Xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlər

C) Bit, birə, gənə

D) Vəhşi və ev quşları

E) İri və xırda mal-qara


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1024) Dizenteriyanın əsas klinik formaları hansılardır?

A) Eritematoz, eritematoz – bulyoz, eritomatoz – hemorragik forma

B) İntestinal forma, generalizə olunmuş forma: yatalağabənzər və septikopiyemik variantları, bakteriyagəzdirmə

C) Dəri: korbunkulyoz, bulloz, ağciyər və bağırsaq formaları

D) Kəskin: Kolitik, qastroenterokolitik, qastroenterik, xroniki: residivlənən və fasiləsiz formaları, bakteriyagəzdirmə

E) Bubon , göz bubon, generalizə edilmiş


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1025) Amöbiazın klinik formaları hansıdır?

A) Anginoz-bubon, göz-bubon, xoralı bubon

B) Bağırsaq, bağırsaqdan kənar, dəri

C) Qastrit, qastroenterit, qastroenterokolitik

D) Dəri, dəri-bubon, ağciyər, bağırsaq

E) Algiddəri, qastritik


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1026) Qarın yatalağının ağırlaşmaları hansılardır?

A) Bağırsaq qanaxması, bağırsağın deşilməsi, perforativ peritonit, infeksion və toksiki şok

B) Ağciyər qanaxması, mədə qanaxması

C) Əzələlərin iflici, bağırsaq qanaxması

D) Burundan qanaxma, irinli meningit

E) Perforativ peritonit, otit, parotit, bronxit


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1027) Vəba xəstəliyində orqanizmdə baş verən əsas patogenetik dəyişikliklər hansılardır?

A) Nazik bağırsağın limfa aparatının zədələnməsi, orqanizmin intoksikasiyası

B) Yoğun bağırsağın nekrotik zədələnməsi

C) Bağırsaq epitelisinin ferment sisteminin zədələnməsi və sorulmanın pozulması, orqanizmin intoksikasiyası, dehidratasiya, demineralizasiya

D) Bütün orqan və sistemlərdə damar aparatının zədələnməsi

E) Bağırsaqdan qanaxma, bağırsaq divarının deşilməsi


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1028) Vəbanın klinik formalarının klassifikasiyası necədir?

A) Dəri, ağciyər, enterit, qastroenterit, algid formalar

B) Dəri-bubon, anginoz-bubon, asfiksik, komatoz formaları

C) Abdominal, algid, generalizə olunmuş formalar

D) Enterit, qastroenterit, algid, asfiksik, komatoz formalar

E) Enterit, qastroenterit, ağciyər formaları


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1029) Qida-toksiki infeksiyalarının diaqnostikası nəyə əsaslanır?

A) Bakterioloji üsul

B) Qalın damcı və qan yaxması

C) Vidal reaksiyası

D) Rayt-Xeddelson reaksiyası

E) Bürne sınağı


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1030) Qida-toksiki infeksiyalarının əsas klinik simptomları hansılardaır?

A) Ürəkbulanma, dəfələrlə bollu qusma, düyü həlimini xatırladan ishal, dehidratasiya, deminerallaşma, asidoz, hipovolemiya

B) Ürəkbulanma, qusma, sutkada 15-20 dəfə duru nəcis ifrazı, epiqastral nahiyədə ağrılar, zəiflik

C) Ürəkbulanma, qusma, ishal, “moruq jelesini” xatırladan, sutkda 3-5 dəfə nəcis ifrazı, zəiflik

D) Ürəkbulanma, qusma, sutkada 15-20 dəfə selikli və qanlı ishal, tenezmlər, halsızlıq

E) Ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyədə ağrılar, sidiyin rənginin tündləşməsi, nəcisin rəngsizləşməsi


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1031) Qida-toksiki infeksiyalarının əsas klinik simptomları hansılardaır?

A) Ürəkbulanma, dəfələrlə bollu qusma, düyü həlimini xatırladan ishal, dehidratasiya, deminerallaşma, asidoz, hipovolemiya

B) Ürəkbulanma, qusma, sutkada 15-20 dəfə selikli və qanlı ishal, tenezmlər, halsızlıq

C) Ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyədə ağrılar, sidiyin rənginin tündləşməsi, nəcisin rəngsizləşməsi

D) Ürəkbulanma, qusma, sutkada 10 -15 dəfə duru nəcis ifrazı, epiqastral nahiyədə ağrılar, zəiflik

E) Ürəkbulanma, qusma, ishal, “moruq jelesini” xatırladan, sutkda 3-5 dəfə nəcis ifrazı, zəiflik


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin