1032) Salmonellyoz xəstəliyinin əsas klinik simptomları hansılardır?
A) Meteorizm, qusma, pustulyoz səpgi, ishal
B) Ürəkbulanma, qusma, tez-tez duru nəcis ifrazı (köpüklü, selikli, tünd yaşıl), epiqastral nahiyədə ağrı, temperaturun yüksəlməsi, qıcolmalar
C) Epiqastral nahiyədə ağrı, ürəkbulanma, petexial səpgi, qaraciyərin böyüməsi, temperaturun yüksəlməsi, limfatik düyünlərin iltihabı
D) Ürəkbulanma, qusma baş ağrısı, ənsə əzələlərinin rigidliyi, fotofobiya, hidrofobiya
E) Tez-tez duru nəcis ifrazı, tenezmlər, vezikulyoz səpgilər, qaraciyərin böyüməsi, qıcolmalar, hərarətin yüksəlməsi
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1033) Salmonelyozun diaqnostikası nəyə əsasən qoyulur?
A) Kliniki, epidemioloji məlumat, bakterioloji və seroloji tədqiqat (aqqlütinasiya və qeyri-düzgün hemaqqlütinasiya reaksiyası), immunoflüoressent tədqiqat
B) Bakterioskopik sereloji üsullar, qan yaxmasının müayinəsi, rektoromanoskopiya
C) Bakterioskopik, seroloji, klinik və epidemioloji tədqiqat, qanın qalın damcısının müayinəsi
D) Kliniki epdemioloji məlumat, allerqoloji sınaq, bakterioloji tədqiqat
E) Klniki, epidemioloji məlumat, aqqlütinasiya reaksiyası, bioloji üsul, immunoflüoressent tədqiqat
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1034) Botulizmin infeksiya mənbəyi hansıdır?
A) Bakteriya gəzdirənlər
B) Xəstə insan
C) Gəmiricilər, həşəratlar
D) İstiqanlı və bəzən soyuqqanlı heyvanlar
E) Ağcaqanadlar
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1035) A viruslu hepatitdə infeksiya mənbəyi bunlardan hansılardır?
A) Heyvanlar
B) Qansoranlar
C) Həşəratlar
D) Gəmiricilər
E) Xəstə insan və virusgəzdirənlər
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993; Э. П. Шувалова «Инфекционные болезни» 1999
1036) A viruslu hepatitin əsas klinik formaları hansılardır?
A) Qastroenteritik, enterokolitik, qastroenterokolitik
B) Bağırsaq forması, bağırsaqdan kənar formalar, amöb hepatiti və qara ciyərin absesi, dəri forma
C) Kəskin intestinal forma. Xroniki: residivlənən və fasiləsiz, bakteriyagəzdirmə
D) Sarılıqsız və sarılıqlı forma, virusgəzdirmə
E) İntestinal forma, generalizə olunmuş, yatalağabənzər, septikopiemik variantlar, bakteriyagəzdirmə
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993; Э. П. Шувалова «Инфекционные болезни» 1999
1037) A viruslu hepatitin müalicəsi necədir?
A) Xəstələr hospitalizasiya edilir, təcili mədəsi yuyulur, təmizləyici imalə edilir. Monovalent, yaxud polivalent zərdab təyin edilir
B) Pəhriz stolu N5, məhlulların parenteral yeridilməsi, vitamin qrupları, hepatoprotektorlar, fermentlər
C) Pəhriz stolu N13, levomisetin qrup antibiotiklər, sulfanilamid preparatlar, B və S vitamin qrupları, yuxu gətiricilər
D) Pəhriz stolu N 2, levomisetin və sefalosporin qrup antibiotiklər, bakteriofaqlar
E) Pəhriz stolu N15. bol maye qəbulu, intranazal interferon, remantadin
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993; Э. П. Шувалова «Инфекционные болезни» 1999
1038) B viruslu hepatit zamanı profilaktika tədbirləri necə aparılır?
A) Spesifik profilaktika aparılmır
B) Zərdab və qamma-qlobulinlərin yeridilməsi
C) Gəmiricilərlə mübarizə, sanitar-gigyenik tədbirlər, təmasda olan şəxslər üzərində 21 gün ərzində tibbi nəzarət
D) İnterferon və bakteriofaqların verilməsi
E) Yenidoğulmuşların və risk qrupuna aid olan şəxslərin vaksinasiyası
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993; Э. П. Шувалова «Инфекционные болезни» 1999
1039) Brüsellyozun spesifik profilaktikasına nə aiddir?
A) Baytar-sanitariya tədbirləri
B) Heyvanların yun və dərilərinin zərərsizləşdirilməsi
C) Kontaktda olanlara bakteriofaqların verilməsi
D) Südün zərərsizləşdirilməsi
E) Vaksinasiyanın aparılması
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
1040) Leptospirozun diaqnostikası hansılardır?
A) Qalın damcı və qan yaxmasının müayinəsi
B) Kumbs reaksiyası, immunoflyüoressent üsulu
C) Neqativ Buri üsulu, zəncirvari-polimeraz reaksiyası
D) Bürne allergik sınağı, Rayt-Xeddelson reaksiyası
E) Bakterioloji, bioloji üsullar, KBR, mikroaqqlyütinasiya reaksiyası
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1041) Qripdə hansı ağırlaşmalar baş verə bilər?
A) Qanaxma
B) Dalağın absesi
C) Osteomielit
D) Tromboflebit
E) Pnevmoniya, traxeobronxit, haymorit, frontit, otit
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1042) Ornitozun yoluxma yolları hansıdır?
A) Parenteral
B) Cinsi yol
C) Alimentar
D) Hava-toz
E) Təmas-məişət
Ədəbiyyat: N.Əliyev “Yoluxucu xəstəliklər” 1993
1043) Infeksion mononukleoz kliniki olaraq nə ilə xarakterizə olunur?
A) Yuxarı tənəffüs yollarının katarı, konyuktivit, papulyoz səpki
B) Qızdırma, limfadenit, tonzillit, hepatolienal sindrom
C) Xırda ləkəli səpki, zəif titrəmə, hamilə qadınlarda dölün yoluxması
D) Qulaqyanı vəzin şişməsi, yüksək hərarət
E) Qızdırma, Belski-Filatov-Koplik ləkələri, nöqtəvari səpkilər
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1044) Difteriyanın ən çox rast gələn forması hansıdır?
A) Gözün, qulağın, cinsiyyət üzvlərinin difteriyası
B) Tənəffüs yollarının difteriyası
C) Bağırsaqların difteriyası
D) Əsnəyin difteriyası
E) Yaraların difteriyası
Ədəbiyyat: N.Əliyev “Yoluxucu xəstəliklər” 1993
1045) Difteriyaya məxsus olan xarakter klinik əlamətlər hansılardır?
A) İntoksikasiya, hərarət, limfadenit, bağırsaqda xoraların və eroziyaların əmələ gəlməsi
B) Qızdırma, limfadenit, hepatolienal sindrom
C) Qızdırma, limfa düyünlərinin böyüməsi, səpkilər, Belski-Filatov-Koplik ləkələri
D) “Padalka” simptomu, Filipoviç simptomu, yüksək temperatur
E) Ümumi intoksikasiya, törədicinin daxil olduğu yerdə fibrinoz dəyişikliklər
Ədəbiyyat: N.Əliyev “Yoluxucu xəstəliklər” 1993
1046) Poliomielitin törədiciləri hansılardır ?
A) Spiroxetlər
B) İbtidailər
C) Şiqellalar
D) Göbələklər
E) Viruslar
Ədəbiyyat: N.Əliyev “Yoluxucu xəstəliklər” 1993
1047) Poliomielitin inkubasiya dövrünün müddəti nə qədərdir?
A) 20-30 dəqiqə
B) 2-3 ay
C) 7-25 gün
D) 6 ay
E) 2-35 gün
Ədəbiyyat: N.Əliyev “Yoluxucu xəstəliklər” 1993
1048) Skarlatinanın əsas klinik simptonları hansılardır?
A) ”Moruğabənzər ” dil , pastia simptomu
B) Temperatur , rozeolyoz səpki
C) Limfa düyünlərinin böyüməsi və irinləməsi
D) Eritematoz səpki , qaraciyərin böyüməsi
E) “Padalka” simptomu
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər” 1993
1049) Qızılcanın ilkin diaqnozunu təsdiq edən simptomlar hansılardır?
A) “Padalka” simptomu
B) Belski – Filatov- Koplik ləkələri
C) Pastia simptomu
D) “Moruğabənzər dil ” simptomu
E) Ənsə və boyun limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
1050) Qızılca zamanı papulyoz-ləkəli səpki neçənci günü əmələ gəlir və nə qədər davam edir?
A) 7-8-ci gün başlayır , 1-2 gün davam edir
B) 4-5-ci gün əmələ gəlir , 3-4 gün davam edir
C) Xəstəliyin son günündə başlayır, 4 gün davam edir
D) Xəstəliyin ilk günü əmələ gəlir və sona qədər davam edir
E) Xəstəliyin ilk günündən başlayaraq axıra qədər davam edir
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
1051) Məxmərəyin törədicisini göstərin:
A) Göbələklər
B) Xlamidiyalar
C) Bakterialar
D) Parazitlər
E) Viruslar
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
1052) Məxmərəyin müalicəsində hansı dərmanlardan istifadə olunur?
A) Levomisetin , tetrasiklin, vitamin c
B) Bioparoks, fortum, dimedrol
C) Makmiror, klion, suprastin
D) Dimedrol , suprastin , vitamin c, nurofen
E) Aflubin, metronidazol, dimedrol
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
1053) Göy öskürəyin əsas klinik simptomları hansılardır?
A) Temperaturun yüksəlməsi, üzün hiperemiyası, quru öskürək, limfa düyünlərinin böyüməsi
B) Kataral əlamətlər, öskürək tutmaları, hipoksiya
C) Başda, beldə ağrılar, cəng olmalar, öskürək
D) Ürək bulanma, qusma, temperatur, ishal
E) Baş ağrısı, yüsək temperatur, burun tənəffüsünün çətinləşməsi, bəlğəmli öskürək, dəri üzərində urtikar səpkilərin əmələ gəlməsi
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
1054) Göy öskürək zamanı müalicə?
A) Pensillin, pipolfen, dimedrol, analgin, interferon
B) Pankreatin, diqoksin, kaventon
C) Ampisillin, levomisetin, aminoqlikozidlər, 0,6% faizli aminazin, seduksen, relanium, sibazon
D) Aminazin, ampisillin, dimedrol, interferon, intron A
E) Seduksen, relanium, sibazon, ftalazol, sulfadimezin, etazol, remantadin
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1055) Epidemik parotitin törədicisi hansılardır?
A) Rikketsiyalar
B) Viruslar
C) Xlamidiyalar
D) Bakteriyalar
E) İbtidailər
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1056) Epidemik parotitdə inkubasiya dövrünün müddəti nə qədərdir?
A) 11 – 23 gün
B) 30 dəqiqə, 2 – 3 gün
C) 1 – 7 gün
D) Bir neçə saat
E) 3 – 10 gün
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1057) Səpkili yatalaq xəstəliyinin inkubasiya dövrünün müddəti?
A) 2 – 4 saat
B) 1 – 5 gün
C) 4 ay
D) 6 – 25 gün
E) 1 – 2 gün
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1058) Epidemik qayıdan yatalaq infeksiyasının infeksiya mənbəyi bunlardan hansıdır?
A) Xəstə insan
B) Gəmiricilər
C) Xəstə heyvanlar
D) Həşaratlar
E) Viruslar
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1059) Malyariya törədicisinin ötürücüsü bunlardan hansılardır?
A) Bitlər
B) Gənələr
C) Ağcaqanadlar
D) Gəmiricilər
E) Birələr
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1060) Tulyaremiyanın profilaktikası necədir?
A) Əhalinin vaksinasiyası
B) Su təchizatı və qida müəssisələri üzərində ciddi sanitar nəzarətinin qoyulması
C) Gəmiricilərin məhvi
D) Spesifik profilaktika aparılması
E) Həşəratların məhv edilməsi
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1061) Quduzluğun müalicəsi hansı istiqamətdə aparılır?
A) Spesifik
B) Cərrahi
C) Simptomatik
D) Patogenetik
E) Etiotrop
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1062) Quduzluğa qarşı spesifik müalicə tədbirləri nə vaxt aparılmalıdır?
A) Uşaq anadan olan gündən başlayaraq 1 həftə ərzində
B) Dişlənəndən 40 gün sonra
C) 3 aylığında
D) Xəstəliyin ilk günlərində
E) Dişlənən gündən başlayaraq 14-cü gündən gec olmayaraq
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1063) Dabaq xəstəliyinin mənbəyi bunlardan hansıdır?
A) Xəstə mal-qara
B) Xəstə insan və bakteriya gəzdirənlər
C) Xəstə gəmiricilər
D) Xəstə insan, ağcaqanadlar
E) Xəstə insan və virus gəzdirənlər
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1064) Dabaq xəstəliyi zamanı əsas klnik simptomlar hansılardır?
A) Səpkilərin meydana çıxması
B) Hepatolienal sindrom, yuxarı ətraf əzələlərinin qıcolması
C) Dilin şişməsi, kənarlarında dişlərin izinin qalması
D) Temperaturun 39-400-yə yüksəlməsi, işıqdan, sudan qorxma
E) Sudurcuqların əmələ gəlməsi, xoralı sahələrin yaranması, ağızdan su axması
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1065) Tetanus xəstəliyində inkubasiya dövrünün müddəti nə qədərdir?
A) 5 – 14 gün
B) 1 – 5 gün
C) 1 – 1,5 ay
D) 6 aydan 1 ilə qədər
E) 1 neçə saatdan 2 günədək
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1066) Tetanus xəstəliyi zamanı baş verən əsəs klinik əlamətlər hansılardır?
A) Sayıqlama, qarabasma, qanlı bəlğəm, qanlı öskürək, oynaqlarda ağrılar
B) Tənəffüsün çətinləşməsi, udmanın pozulması, üzün assimetriyası
C) Dəri üzərində hemorragik səpkilər, bəbəklərin qeyri-bərabər böyüməsi, ptoz
D) Oynaqların hiperemiyası və oynaq ağrıları
E) Əzələ ağrıları, trizm, əzələlərin tonik və klonik qıcolmaları
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1067) İİÇV insan orqanizminə daxil olduqdan sonra ilk növbədə orqanizmin hansı sistemini zədələyir?
A) Mədə-bağırsaq
B) İmmun
C) Sidik-cinsiyyət
D) Endokrin
E) Ürək-damar
Ədəbiyyat: К.М.Лобан. В.И. Покровский «Руководство по инфекционные болезни» 1986
Sinir- ruhi
1068) Mərkəzi sinir sisteminin hansı xəstəliyində buynuz qişanı əhatə edən sarımtıl-yaşıl həlqə xarakterikdir?
A) Parkinson xəstəliyi
B) Miasteniya
C) Miotoniya
D) Miopatiya
E) Hepotoserebral-distrofiya
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1069) Araxnoidit nədir?
A) Sinir köklərinin iltihabı
B) Hörümçək toruna bənzər qişanın iltihabı
C) Yumşaq qişanın iltihabi
D) Sərt qişanın iltihabı
E) Sinir kələfinin iltihabı
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1070) Ümumi beyin əlamətlərinə nə aiddir?
A) Baş ağrısı, qusma, göz dibində durğunluq, onurğa beyin mayesinin tərkibinin dəyişməsi, hipertenzion sindrom
B) Hemiplegiya, afaziya
C) Hemiplegiya, üz sinirinin nevriti, udmanın pozulması
D) Hecalı nitq, nistaqm, intension əsmə
E) Udmanın pozulması, burun tipli nitq, çeçəmə
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1071) Spesifik hörümçəyəbənzər örtük hansı meningit üçün xarakterikdir?
A) İkincili irinli meningit
B) Sifilitik meningit
C) Kəskin seroz meningit
D) Meninqokokk meningiti
E) Vərəm meningiti
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1072) Hansı halda keçib-gedən baş-beyin qan dövranının pozğunluğundan danışmaq olar?
A) Xəstəliyin simptomları 2 saat davam edir
B) Xəstəliyin simptomları 5 saat davam edir
C) Xəstəliyin simptomları 24 saatdan artıq davam edir
D) Xəstəliyin simptomları 1 saat davam edir
E) Xəstəliyin simptomları 10 saatdan artıq davam edir
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1073) Varol körpüsündə hansı sinirlərin nüvələri yerləşmişdir?
A) IV-V-VI
B) I-II-III
C) V-VI-VII-VIII
D) IX-X-XI-XII
E) II-III-IV
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1074) Kəmərləyici dəmrov hansı xəstəlik zamanı baş verir?
A) Sirinqomeliya
B) Meningit
C) Qanqlionit
D) Poliomielit
E) Ensefalit
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1075) Epileptik tutma zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Asfiksiyanın qarşısını almaq
B) Antibiotik təyin etmək
C) Təmiz havaya çıxarmaq, oksigen balışı vermək
D) Hipotenziv preparatlar vermək
E) Mədə-bağırsaq traktının yuyulması
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1076) Epileptik status zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?
A) Tutmaların qabağını almaq
B) İnsulin şok terapiyası
C) Barbitur narkozundan istifadə etmək
D) Seliyin aspirasiyasının qabağını almaq
E) Ürək fəaliyyətini yaxşılaşdırmaq
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1077) Psixomotor oyanma vəziyyətinin qarşısını almaq üçün hansı preparatdan istifadə olunur?
A) 50% -lı analgin
B) 1% -lı dimedrol
C) 20% -lı natri-oksibutirat
D) 0,5% -lı seduksen
E) 1% -lı nikotin turşusu
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1078) Maniakal tutmanı aradan qaldırmaq üçün hansı dərman preparatından istifadə edilir?
A) QOMK
B) Dimedrol
C) Aminazin
D) Kofein
E) Serebrolizin
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1079) Alkoqol psixozun müalicəsində alkoqola qarşı şərti (-) nifrət refleksi yaratmaq üçün istifadə olunan dərman maddəsi hansıdır?
A) Apomorfin
B) Seduksen
C) Aminazin
D) Amitriptillin
E) Serebrolizin
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1080) Ruhi xəstəxanaya hospitalizə üçün hansı göstərişlər əsasdır?
A) Emosional ləbillik
B) Ətrafdakılara qarşı təhlükəli olması
C) Nevrozlar
D) Anadangəlmə ağıl zəyifliyi
E) Aqressiyaya meyilli olmayan maniakal vəziyyət
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1081) Birdəfəlik tutma zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?
A) Dərman müalicəsi
B) Köynəyin boynunu açmaq, kəməri çıxartmaq
C) Dili çıxarmaq və ağzına rezin boru salmaq
D) Başı yan tərəfə çevirmək və baş altına yastıq qoymaq
E) Cəngolmuş ətrafların hərəkətlərinə güclü əks-təsir göstərmək
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1082) Alkoqolizmin müalicəsində istifadə olunan sensiblizəedici terapiyanın mahiyyəti nədən ibarətdir?
A) Bədən temperaturunu süni yüksəltmək
B) Alkoqola qarşı orqanizmin həssaslığını yüksəltmək
C) Dehidratasion terapiya aparmaq
D) Alkoqola qarşı şərti-mənfi refleks yaradılmaq
E) Süni komatoz vəziyyətə salmaq
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1083) Baş-beyin damarlarının aterosklerozu zamanı erkən psixi pozulma nədən ibarətdir?
A) Maraq dairəsinin azalması
B) Öz vəziyyətinə qarşı tənqidin itməsi
C) Yaxın hadisələrə qarşı yaddaşın zəifləməsi
D) Qıcıqlandırıcı zəiflik
E) Emosional zəiflik
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1084) İsterik tutma nə qədər çəkir?
A) 1 saat
B) 2 saat
C) 5 saat
D) Qeyri- muəyyən vaxta qədər
E) 3 saat
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1085) Epidemik ensefalit zamanı gözün hərəki pozğunluqları hansı zədələnmə nəticəsində meydana çıxır?
A) Gözün hərəki sinir nüvəsinin zədələnməsi
B) Arxa və boylama dəstənin zədələnməsi
C) Uzaqlaşdırıcı sinir nüvəsinin zədələnməsi
D) Görmənin qabıq mərkəzinin zədələnməsi
E) Gözün hərəki sinir nüvəsi və qabığının zədələnməsi
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1086) Poliomielit zamanı mərkəzi sinir sisteminin hansı şöbəsi zədələnir?
A) Onurğa beyninin seqmentar aparatı
B) Mərkəzi və periferik hərəki neyronlar
C) Periferik hərəki və hissi neyronlar
D) Ekstrapiramid sistem
E) Onurğa beyninin ön buynuzları və hərəki nüvəsi
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1087) Dağınıq skleroz ən çox hansı yaş dövrünə təsadüf edir?
A) 30-40 yaş
B) 50-60 yaş
C) 7-8 yaş
D) 10-15 yaş
E) 21-25 yaş
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1088) Üçlü sinirin nevralgiyası üçün xarakter əlamət nədir?
A) Burun-dodaq büküşünün hamarlanması
B) Qusma
C) Üzün bir tərəfində tutmaşəkilli ağrılar
D) Ənsə əzələlərinin rigidliyi
E) Qaşları qaldıran zaman alında qırışların olmaması
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1089) Hansı xəstəlik zamanı xəstədə seqmentar-dissosasiya tipli hissiyat pozğunluğu meydana çıxır?
A) Bel tabesi
B) Yan amiotrofik skleroz
C) Sirinqomieliya
D) Dağınıq skleroz
E) Ensefolomielit
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1090) Dissirkulyator ensefalopatiya nə deməkdir?
A) Beyin qan dövranının kəskin pozulması
B) Meninqoensefalit
C) Hemorragik insult
D) Beyin qan dövranının tədricən pozulması
E) Dağınıq ensefalomielit
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1091) Getdikcə artan başağrısı, başgicəllənmə, göz dibində durğunluq, kəllə-sümüklərinin deformasiyasi hansı xəstəlik üçün xarakterikdir?
A) Periferik sinir sisteminin xəstəlikləri
B) Mərkəzi sinir sisteminin travmatik xəstəlikləri
C) Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri
D) Baş-beynin şişləri
E) Baş-beynin qan-damar xəstəlikləri
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1092) Müvazinətin pozulması, nistaqm, başqicəllənmə, ürəkbulanma, qusma, bəzən də eşitmənin pozulması hansı ataksiyada müşahidə olunur?
A) Fridreyk irsi ataksiyası
B) Vestibulyar ataksiya
C) Alın ataksiyası
D) Beyincik ataksiyası
E) Sensor ataksiya
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1093) Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf edilir?
A) Dağınıq skleroz
B) Poliomielitdə, qalıq dövrdə
C) Mielitdə, kəskin dövrdə
D) Meningitdə
E) Epidemik ensefalitin xronik dövründə
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1094) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozğunluq nədir?
A) İradi-hərəki pozulma
B) Diqqətin pozulması
C) Yatrogen xəstəlik
D) Maniakal sindrom
E) Yaddaşın pozulması
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1095) Halüssinator paranoid sindromunda geniş işlədilən dərman preparatı hansıdır?
A) Melipramin 1,25% - 2,0 ml
B) Frenalon 0,5% - 1,0 ml
C) Koffein 10% - 2,0 ml
D) Haloperidol 0,5% - 10 ml
E) Sulfazin 1% - 2,0 ml
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1096) Depressiv sindromda geniş istifadə olunan preparat hansıdır?
A) Haloperidol 0,5% - 1,0 ml
B) Qlukozol 40% - 10,0 ml
C) Masiptil 1% - 1,0 ml
D) Melipramin 1,25% - 2,0 ml
E) Aminozil 2,5% - 1,0 ml
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1097) Uşaq serebral iflicinin hansı klinik formasında məcburi qeyri-iradi hərəkətlər, nitqin və psixikanın pozulması müşahidə olunur?
A) Miopatiyada
B) Miasteniyada
C) Uşaq serebral iflicinin hiperkinetik formasında
D) Diplegik klinik formasında
E) Hemiplegik klinik formasında
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
Dostları ilə paylaş: |