Mama ixtisası üzrə nümunəvi test suallarının toplusu Mamalıq 1 Birinci əlləmə üsulu ilə nə təyin edilir?


) Şiş ayaqcığı burularkən hansı simptom olmur?



Yüklə 1,51 Mb.
səhifə9/16
tarix29.08.2018
ölçüsü1,51 Mb.
#75876
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

612) Şiş ayaqcığı burularkən hansı simptom olmur?

A) Soyuq tər, huşun itməsi

B) Arterial təzyiqin enməsi

C) Arterial təzyiqin qalxması

D) Ürəkbulanma və qusma

E) Qarının aşağısında ağrı


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
613) Cinsi yetişkənlik dövrü nə ilə xarakterizə olunur?

A) Yumurtalıqlar yavaş – yavaş böyüyür, estrogenlər cüzi miqdarda sintez olunur

B) Orqanizmin inkişafını və uşaqdoğma funksiyasını yerinə yetirən bir mərhələdir

C) Uşaqlıq yolu dar və qısa olur, xarici cinsiyyət orqanları formalaşır

D) Yumurtalıqların daxili sekretor fəaliyyətinin tədricən sönməsi baş verir

E) Yumurtalıqlar büzüşür, bərkiyir, atrofiya prosesi xarici cinsiyyət orqanlarına yayılır


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
614) Keçid (klimakteriya) dövrü nə ilə xarakterizə olunur?

A) Yumurtalıqların daxili sekretor fəaliyyətinin tədricən sönməsi baş verir

B) Uşaqlıq yolu mayalanma prosesində iştirak edir

C) Sekretor funksiya və cinsiyyət aparatının başqa funksiyaları tam inkişafa çatır

D) Yüksək dərəcəyə catan cinsiyyət orqanlarının tədricən atrofiyası baş verir

E) Uşaqlıq yolu dar və qısa olur, xarici cinsiyyət orqanları formalaşır


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
615) İkincili cinsi əlamətlərin və qadın fenotitipin formalaşması proseslərinin qurtarması üçün nə səciyyəvi deyil?

A) Damar, sinir və endokrin sisteminin oyanıqlığının artması

B) Süd vəziləri alveolların paycıqlarının birləşdirici toxumasının hesabına formalaşır

C) Qadının skeleti - xüsusən, çanaq formalaşır

D) Bud nahiyyəsində əzələlər inkişaf edir, piylər çökür

E) Qadının cinsi tüklənməsi birinci aybaşıya qədər zahir olur


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
616) Xarici cinsiyyət dodaqlarının bir – birinə möhkəm yaxınlaşması uşaqlıq yolunu nədən qoruyur?

A) Çirrklənmədən, uşaqlıq yolu tərkibinin və onun selikli qişasının qorunmasını əmələ gətirən havanın daxil olmasından

B) Uşaqlıq yolu toxumalarında fizioloji dəyişikliyin əmələ gəlməsindən

C) Spermatazoidlərin cinsiyyət yolunun yuxarı şöbəsinə keçməsindən

D) Uşaqlıq yolunun baryer funksiyasının pozulmasından

E) Cinsi əlaqədə ifraz edilən toxum mayesinin uşaqlıq yoluna düşməsindən


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
617) Klimaks dövründə və eləcədə ağır ümumi ginekoloji xəstəliklərdə yumurtalıqların fəaliyyəti necə olur?

A) Uşaqlıq yoluna xaricdən düşən mikroblar azalmağa başlayır

B) Yumurtalıqların fəaliyyəti zəifləyir, selikli qişada qlikogen sintezi azalır

C) Uşaqlıq yolu möhtəviyyatının reaksiyası turş olur

D) Xəstəlik törədən mikrobların cinsiyyət aparatının daxilinə keçməsinə kömək edir

E) Yumurtalıqların fəaliyyəti zəifləyir, selikli qişada qlikogen sintezi artır


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
618) Uşaqlıq və uşaqlıq borusunun əsas funksiyasına nə aid deyil?

A) Uşaqlığın selikli qişasında hamiləlik üçün əlverişli şəraitin olmaması

B) Uşalıq selikli qişasının funksional qatının qopması

C) Uşaqlığın selikli qişasında hamiləlik üçün əlverişli şəraitin olması

D) Uşaqlığın selikli qişasının funksional qatının regenerasiya olması

E) Uşaqlıqda döl yumurtasının implantasiyası üçün yatağın əmələ gəlməsi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
619) Aybaşı siklində ritmiki təkrar olunan fizioloji dəyişikliyə nə aid deyil?

A) Qarın boşluğunda baş verən dəyişikliklər

B) Uşaqlıq siklində baş verən dəyişikliklər

C) Qadının bütün orqanizmində baş verən dəyişikliklər

D) Hipotalamo – hipofizar sistemdə olan dəyişikliklər

E) Yumurtalıq siklində baş verən dəyişikliklər


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
620) Follikul yetişdikcə onun birləşdirici toxuma təbəqəsində nə baş verir?

A) İnkişaf edən follikul yumurtalığın sinir elementi ilə qıcıqlanır

B) Birləşdirici toxuma təbəqəsi inkişaf edir, iki qat əmələ gəlir

C) Birləşdirici toxuma təbəqəsi inkişaf edir, arası maye ilə dolur

D) Birləşdirici toxuma təbəqəsi inkişaf edir, şüalı tacla əhatə olunur

E) Birləşdirici toxuma təbəqəsi inkişaf etmir


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
621) Aybaşı qanının tərkibini nə təşkil edir?

A) Uşaqlıq vəziləri şirəsinin xeyli qarışığı və endometriyanın funksional qatının dağılan hissələri

B) Endometriyada heç bir dəyişiklik baş vermir

C) Aybaşı qanının tərkibində ferment olmur

D) Uşaqlıq vəzilərinin şirəsi olmur

E) Uşaqlıq vəzi şirəsi az olur, funksional qatın hamısı


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
622) Follikul stimuləedici hormon (FSH) nəyə səbəb olur?

A) Generativ funksiyaların dayanmasına

B) Estrogen və progesteronun eyni vaxtda ifrazına

C) Follikulların inkişafına, yetişməsinə, estrogen hormonunun ifrazına

D) Yumurtalıqda asiklik dəyişikliyin əmələ gəlməsinə

E) Follikulun inkişafına, yetişməsinə, progesteron hormonunun ifrazına


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
623) Estrogenlərin bioloji xüsusiyyətlərinə nə aid deyil?

A) Uşaqlığın spontan yığılmasına, cinsi hissiyyatın yaranmasına səbəb olur

B) Cinsiyyət orqanlarının hiperemiyasına və maddələr mübadiləsinin güclənməsinə səbəb olur

C) Daxili sekresiya vəzisinin funksional inkişaf etmə dövründə ən yüksək səviyyəyə çatır

D) Enerji mənbəyi olan fosfor birləşməsinin miqdarının artmasına səbəb olur

E) İkincili cinsi əlamətlər əmələ gəlir


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
624) Uşaqdoğma funksiyasının xarakterini aydınlaşdırmaq üçün aşağıdakılardan hansı əhəmiyyətə malik deyil?

A) Cinsi həyatın başlanmasından sonra hamiləliyin olması, birinci hamiləliyin baş vermə müddəti

B) Keçirilmiş abortlar və onların xarakteri

C) Doğuşların və xüsusi ilə zahılıq dövrünün gedişi

D) Yumurtalıqların funksiyasının pozulması və ovulyasiyanın olmaması halı

E) Hamiləliyin sayı, gedişi və nəticəsi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
625) Mayalanma qabiliyyətinin olmamasına hansı amil aid deyil?

A) Boruların keçiriciliyinin pozulması

B) Cinsi həyata başladıqdan sonra hamiləliyin olması

C) Yumurtalıqların funksiyasının pozulması ilə baş verən endokrin pozğunluqlar

D) Ovulyasiya prosesinin pozulması şərti ilə xroniki ooforit və periooforitlər

E) Boruların iltihabı ilə uyğunlaşan endoservisitlər


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
626) Sidiyin tez – tez ifrazı cinsiyyət orqanlarının hansı xəstəliyi ilə əlaqədar ola bilər?

A) Uşaqlığın normal yerləşməsi

B) Aralığın cırılması

C) Sidik kisəsi – uşaqlıq yolu fistulası

D) Uşaqlıq yolunun ön divarının enməsi

E) Uşaqlığın natamam sallanması


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
627) Qonşu üzv olan bağırsağın funksiyasının pozulmasında hansı hal müşahidə obyekti sayılmır?

A) Defekatsiya aktının səhərlər ağrısız olması

B) Nəcisin və qazın saxlanmaması

C) Dekatsiya aktı zamanı qanlı ifrazatın olması

D) İshalın olması

E) Defekatsiyada ağrılar, tenezm


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология»
628) Ginekoloji əməliyyatdan sonra hansı hal ağırlaşma sayılmır?

A) Əməliyyatdan sonra dəri və dərialtı toxumada irinləmə

B) Aşağı ətraf venalarının tromboflebiti

C) Narkozdan sonra xəstənin dəri və görünən selikli qişalarına nəzarət

D) Cinsiyyət yollarından qanlı ifrazatın əməliyyatdan sonra görünməsi

E) Əməliyyatın ilk saatlarlnda qanaxma


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
629) Aşağıdakılardan hansı ginekoloji əməliyyata aid deyil?

A) Salpinqooforektomiya

B) Ovarioektomiya

C) Uşaqlığın ekstripasiyası

D) Tubektomiya

E) Appendiksektomiya


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
630) Aşağıdakılardan hansı uşaqlıq yolu əməliyyatına aid deyil?

A) Arxa tağdan qarın boşluğunun punksiyası

B) Yumurtalığın rezeksiyası

C) Uşaqlıq boynunun plastik əməliyyatı

D) Uşaqlıq boynun elektrokonizasiyası

E) Uşaqlıq yolunun ön divarının plastikası (ön kolporafiya)


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
631) Uşaqlığın amputasiyasına göstəriş nədir?

A) Qanaxma ilə nəticələnən uşaqlığın submukoz mioması

B) Uşaqlıqdan kənar hamiləlik

C) Uşaqlıq boynunun travmatik cırıqları

D) Qanaxma ilə nəticələnən uşaqlıq abortu

E) Uşalığın anomaliyaları


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
632) Ginekoloji xəstəliklərin hansında təcili əməliyyata ehtiyac duyulur?

A) Uşaqlıdan kənar hamiləlik

B) Klimakterik qanaxma

C) Disfunksional uşaqlıq qanaxması

D) Yumurtalığın kəskin iltihabı

E) Uşaqlığın fibromioması


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
633) Aşağıdakı simptomlardan hansı boru abortuna aid deyil?

A) Uşaqlıq artımlarının birtərəfli böyüməsi

B) Dil quru, ərplə örtülüdür

C) Dəri örtüyünün avazıması, dodaqların və dırnaqların göyərməsi

D) Ağrının qəflətən baş verməsi, bayılma

E) Hərarətin normal və ya subfebril olması


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
634) Aşağıdakı simptomlardan hansı uşaqlıq artımlarının iltihabi xəstəliyinə aiddir?

A) Hərarətin normal və ya subfebril olması

B) Ağrının düz bağırsağa vurması

C) Bayılma ilə nəticələnən ağrının olması

D) Qasıq nahiyyəsində kəskin, tutmaşəkilli ağrının olması

E) Qarının aşağı hissəsində ağırının həmişə olması


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
635) Uşaqlıqdan kənar, hamiləliyə aid olmayan simptom hansıdır?

A) Kəskin ağrı, azacıq qanlı ifrazatın olması

B) Yüksək hərarət, kskin olmayan ağrı, ürəkbulanma və qusmanın olmaması

C) Xəstənin xarakter göskəmi

D) Kəskin ağrı, üərkbulanma və qusma olmur

E) Qarının ön divarının əzələsi gərgindir


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
636) Aşağıdakılardan hansı ultrasəs müayinəsi vasitəsilə təyin edilmir?

A) Uşaqlıqda fibromatoz düyünlər

B) Uşaqlıq boynun psevdoerroziyası

C) Uşaqlığın endometriozu

D) Uşaqlığın anomaliyası

E) Uşaqlıda hamiləlik


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
637) Ginekologiyada hansı müayinə üsulundan nadir hallarda istifadə edilir?

A) Rentgen – kontrast müayinə üsulu

B) Xüsusi müayinə üsulları

C) Endoskopik müayinə üsulu

D) Ümumi müayinə üsulları

E) Tibbi – genetik üsul


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
638) Fizioloji həqiqi amenoreyaya nə daxil deyil?

A) Əmizdirənlərin əksəriyyətində (zahılıq dövründə)

B) Qızlıq pərdəsinin bütöv olması

C) Cinsi yetişkənliyə qədər

D) Hamiləlik vaxtı

E) Menopauza dövründə


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
639) Aşağıdakılardan hansı patoloji amenoreyaya aid deyil?

A) Klimakterik amenoreya

B) Hipotalamik və ya mərkəzi amenoreya

C) Yumurtalıq amenoreyası

D) Psixogen amenoreya

E) Hipofizar amenoreya


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
640) Uşaqlıq qanaxmasının hansı forması qadının həyatı üçün çox təhlükəlidir?

A) Qorxulu abort

B) Başlanğıc abort

C) Natamam abort

D) Hərəkətdə olan abort

E) Uşaqlıq boynu hamiləliyi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
641) Aşağıdakı əlamətlərdən hansı ginekoloji peritonitə aid deyil?

A) Dəri və görünən selikli qişaların rənginin normal olması

B) Qarın divarının gərgin olması

C) Möhkəm ağrı vaxtı uşaqlığın və artımların əllənməməsi

D) Uşaqlıq boynunun hərəkəti zamanı ağrının olması

E) Arxa tağın sallanması və ağrılı olması


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
642) Aşağıdakılardan hansı qız uşaqlarının cinsiyyət orqanlarının anatomik - fizioloji xüsusiyyətlərinə aid deyil?

A) Neytral dövr

B) Cinsi yetkinlik dövrü

C) Prepubertal dövr

D) Yeni doğulmuş dövr

E) Pubertal dövr


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
643) Uşaqlara xüsusi ginekoloji yardım işini aparmaq üçün haralardan istifadə edilmir?

A) Uşaq xəstəxanasının nəzdində olan uşaq şöbələrindən

B) Məktəblərdən

C) Uşaq poliklinikalarının nəzdində olan uşaq ginekoloji kabinələrindən

D) Qadın məsləhətxanasından

E) Uşaq bağçalarından


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
644) Orqanizmin reaktivliyini dəyişən və desensebilizəedici terapiyaya nə daxil deyil?

A) Kalsi preparatları ilə terapiya

B) Vitaminoterapiya

C) Simptomatik terapiya

D) Autohemoterapiya

E) Biogen stimulyatorlar


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
645) Ginekoloji xəstələrin əsas müalicə prosedurlarına nə daxil deyil?

A) Uşaqlıq yoluna emulsiya və mazla tampon yeridilməsi

B) Uşaqlıq yoluna xüsusi şamların yeridilməsi

C) Uşaqlıq boynunun işlənməsi

D) Uşaqlıq yolunun dərmanla işlənməsi

E) Dərmanla imalə


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
646) Ginekoloji baxış otağında hansı alətlərdən istifadə edilmir?

A) Folkman qaşığı

B) Kateter

C) Kornsanq

D) Lanset

E) Pinset, şpatel


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
647) Xarici cinsiyyət üzvləri əsasən nə vaxt zədələnə bilməz?

A) Zərbə və əzilmə ilə

B) Kəsici və küt alətlə

C) Süni abort vaxtı

D) Kobud cinsi əlaqə zamanı

E) Yıxılarkən


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
648) Cinsiyyət üzvlərinin bədxassəli şişinə nə aid deyil?

A) Uşaqlıq boynunun şişi

B) Uşaqlığın şişi

C) Yumurtalığın kistası

D) Yumurtalığın şişi

E) Uşaqlıq yolunun şişi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
649) İtiuclu kondiloma əsasən cinsiyyət üzvlərinin hansı hissəsində müşahidə edilmir?

A) Uşaqlıq boynunda

B) Aralıqda

C) Uşaqlıq yolu dəhlizində

D) Uşaqlıqda

E) Uşaqlıq yolunda


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
650) Uşaqlıq borularının vərəmə tutulma ehtimalı neçə faiz təşkil edir?

A) 50%


B) 85%

C) 24%


D) 60 – 70%

E) 5 – 8%


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
651) Uşaqlıq boynunun xərçəngi diaqnozunu təsdiqləyən üsul hansıdır?

A) Uşaqlıq boynunun biopsiyası, histoloji müayinə ilə

B) Uşaqlıq yolundan götürülən yaxmanın təmişlik dərəcəsinə görə müyinəsi

C) Uşaqlığın zondlanması

D) Uşaqlıq boşluğundan diaqnostik məqsədlə materialın götürülməsi

E) Uşaqlıq boynun güzgülərlə müayinəsi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
652) Kişi sonsuzluğunun diaqnozunu qoymaq üçün əsasən nəyin müayinəsi aparılır?

A) Anomaliyalı spermatozoidlərin təyini

B) Eyakulyatda təkcə ölü və hərəkətsiz spermatazoidlərin təyini

C) Eyakulyatın mikroskopik müayinəsi

D) Eyakulyatın histoloji müayinəsi

E) Eyakulyatda spermatazoidlərin miqdarı və xarakteri


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
653) Süni tibbi abort zamanı baş verən ağırlaşma nə ola bilər?

A) Endometriozun inkişaf etməsi

B) Uşaqlığın perforasiyası

C) Döl yumurtasını xaric etmək üçün uşaqlıq boşluğunun qaşınması

D) Sistitin əmələ gəlməsi

E) Svişin əmələ gəlməsi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
654) Süd yarasının (göbələk kolpiti) müalicəsində nədən istifadə edilir?

A) Trixopol

B) Xlorheksedin

C) Sinestrol

D) Nistatin

E) Penisillin


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
655) Başlanğıc abortun klinik əlaməti hansıdır?

A) Ürəkbulanma, qusma

B) Cinsiyyət yolundan azacıq qanlı ifrazatın olması

C) Cinsiyyət yolundan çoxlu qanlı ifrazatın olması

D) Uşaqlıq artımlarının böyüməsi və ağrılı olması

E) Uşaqlığın həcminin hamiləliyin müddətinə uyğun gəlməməsi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
656) Hormonal kontraseptivlərin qəbulu nə zaman əks göstərişdir?

A) Uşaqlıq boynunun erroziyası

B) Endometrit

C) Tromboflebit

D) Kolpit

E) Endoservisit


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
657) Hansı hallarda təcili hospitalizasiya məcburidir?

A) Şiş ayaqcığının burulması (kəskin qarın)

B) Endometriumun hiperplaziyası

C) Artımların xroniki iltihabı

D) Kandidomikoz

E) Uşaqlığın sallanması və düşməsi


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
658) Natamam abortun simptomu hansıdır?

A) Döl yumurtası uşaqlıqdan tamamilə xaric olmaq üzrədir

B) Uşaqlıq boynu tıxacının xaric olması

C) Döl yumurtasının bir hissəsi uşaqlıq divarından ayrılmışdır

D) Uşaqlıq boynu kanalının bağlı olması

E) Qarının aşağı hissəsində kəskin ağrı


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
659) Təcili hospitalizasiyaya aşağıdakılardan hansı göstərişdir?

A) Hipomenoreya

B) Natamam abort

C) Uşaqlığın mioması

D) Dismenoreya

E) Uşaqlıq boynun psevdoerroziyası


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
660) Uşaqlığın inkişaf qüsurlarında ən çox hallarda nə baş verə bilər?

A) Xorionepitelioma

B) Endometrioz

C) Sonsuzluq

D) Kistoma ayaqcığının burulması

E) Çoxdöllü hamiləlik


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
661) Trixomoniaz üçün xarakterik ifrazat necə olur?

A) Azacıq qanlı

B) Köpüklü, pis qoxulu

C) Ağ kəsmiyə oxşar

D) İrinli

E) Şəffaf


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
662) Uşaqlığın sınaq qaşınması nəyə şübhə olduqda aparılır?

A) Metroendometritdə

B) Uşaqlığın subseroz miomasında

C) Uşaqlıq cisminin xərçəngində

D) Uşaqlığın anomaliyalarında

E) Doğulan poliplərdə


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
663) Retension kistanı hansı patologiya ilə fərqləndirmək lazımdır?

A) Uşaqlığın mioması

B) Erroziya

C) Bartolinit

D) Polip

E) Endoservisit


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
664) Qızları müayinə etmək üçün hansı ginekoloji müayinə üsullarından istifadə edilir?

A) İki əlli müayinə

B) Güzgülərlə müayinə

C) Kolposkopiya ilə müayinə

D) Rektal müayinə

E) Qarın boşluğunun punksiyası


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991

Neonatologiya

665) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?

A) Hiperbilirubinemiya ilə

B) Anemiya ilə

C) Hipertermiya ilə

D) Hipoksiya ilə

E) Cinsi krizlə


Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова. Г.И.Кащива «Педиатрия» Минск «Вышейшая школа» 2002
666) Bətndaxili qonoreyanın klinik əlaməti hansıdır?

A) Blenoreya

B) Ensefalit

C) İnkişaf qüsuru

D) Sepsis

E) Görmə sinirinin atrofiyası


Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа». 2002
667) Ağır yarımçıq doğulmuş uşaqlarda öskürək refleksinin olmaması nə ilə nəticələnir?

A) Plevropnevmoniya

B) Pnevmotoraks

C) Ağ ciyərin emfizeması

D) Atelektaz

E) Yedizdirmə zamanı aspirasiya


Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа» 2002.
668) Yarımçıq doğulmuş uşaq yedizdirilən zaman göyəribsə nə etmək lazımdır?

A) Antibiotik vurmaq

B) Ürək qlükozidləri vurmaq

C) Qan köçürmək

D) Oksigen vermək

E) Hormonlar vermək


Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Кащеева «Педиатрия» 2002
669) Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?

A) Məxmərək

B) Sifilis

C) Toksoplazmoz

D) Qızılca

E) Listerioz


Ədəbiyyat: Н.Н. Шабалов. Д.А. Ходов «Неонатология» 1998
670) Hemolitik xəstəlik zamanı qanda nə baş verir?

A) Trombositoz

B) Leykopeniya

C) Eritropeniya

D) Eritrositoz

E) Trombositopeniya


Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002.
671) Bakterial lampa nə vaxt yandırılmalıdır?

A) Uşaqlar yedizdiriləndə

B) Uşaqlar bələnən vaxt

C) Uşaqlara baxış vaxtı

D) Uşaqlar palatada olmayanda

E) Uşaqlar yatan vaxt


Ədəbiyyat: Е.Ежова, Г.И.Ежова «Педиатрия» Минск «Вышейшая школа» 2003.
Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin