825) Hansı metod həzm sisteminin radioizotop müayinə metoduna daxildir?
A) Xolesistoqrafiya
B) Kolonoskopiya
C) Rektoromanoskopiya
D) Irriqoskopiya
E) Qaraciyərin skaner müayinəsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
826) Xroniki enterit zamanı hansı qrup dərmanların təyini məqsədəuyğun deyil?
A) Antibakterial preparatlar
B) Bioloji preparatlar
C) Anabolik steroid hormonlar
D) Antibiotiklər
E) Həzm fermentləri
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
827) Xroniki kolitin əsas simptomu nədir?
A) Diareya
B) Sol qabırğaaltı nahiyədə ağrı
C) Sağ qabırğaaltı nahiyədə ağrı
D) Qəbizlik
E) Epiqastral nahiyədə ağrı
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
828) Kolit nədir?
A) Nazik bağırsağın iltihabı
B) Düz bağırsağın iltihabı
C) Yoğun bağırsağın iltihabı
D) 12 barmaq bağırsağın iltihabı
E) Mədənin iltihabı
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
829) Splenomeqaliya termini nəyi bildirir?
A) Mədəaltı vəzi böyüməsi
B) Öd kisəsinin böyüməsi
C) Dalağın böyüməsi
D) Qaraciyərin böyüməsi
E) Mədənin böyüməsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
830) Mexaniki sarılığı nə yaradır?
A) Virus hepatiti
B) Qaraciyərdə birləşdirici toxumanın inkişafı
C) Eritrositlərin parçalanması
D) Öd yollarında mexaniki maneə
E) Hepatositlərin parçalanması
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
831) Öd durğunluğuna hansı faktor səbəb olmur?
A) Qida rejiminin pozulması
B) Hamiləlik
C) Uzunmüddətli ishal
D) Psixoemosional gərginlik
E) Hipodinamiya
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
832) Qaraciyər çatışmazlığında hansı ağırlaşma müşahidə edilmir?
A) Mexaniki sarılıq
B) Assit
C) Parenximatoz sarılıq
D) Toksiki ensefalopatiya
E) Kəskin xolesistit
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
833) Mədə xorası daha çox mədənin hansı hissəsində əmələ gəlir?
A) Kiçik əyrilikdə
B) Boyun əyrikdə
C) Pilorik hissədə
D) Kardial hissədə
E) Mədə cismində
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
834) Penetrasiya nədir?
A) Xoranın maliqnizasiyası
B) Xoranın qonşu orqana keçməsi
C) Xoranın periton boşluğuna açılması
D) Xoranın çapıqlaşması
E) Xoranın qanaxma verməsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
835) 12 Barmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?
A) Qida qəbulundan dərhal sonra
B) Gecə və acqarına
C) Qida qəbulundan 15-30 dəq. sonra
D) Qida qəbulundan 2-3 saat sonra
E) Qida qəbulu zamanı
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
836) Xroniki residivləsən pankreatit hansı xəstəlik zamanı daha çox müşahidə olunur?
A) Xroniki kolit
B) Mədə xorası
C) Öd daşı xəstəliyi
D) Xroniki duodenit
E) Xroniki enterit
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
837) Xroniki pankreatitin laborator göstəriciləri hansıdır?
A) Hipoqlikemiya
B) Hiperqlikemiya
C) Hipoqlükozuriya
D) Qanda qələvi fosfatazanın səviyyəsi
E) Qan və sidikdə amilazanın aktivliyi
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
838) Bu dərmanlardan hansı xroniki pankreatitdə ağrıkəsici kimi istifadə edilmir?
A) Analqin
B) No-şpa
C) Novokain
D) Morfin
E) Baralqin
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
839) Kəskin leykozun patogenizində əsasən hansı faktorlar durur?
A) Xromosomların zədələnməsi
B) Hamısı
C) Patoloji meyllik
D) Şüa faktorları
E) Kimyəvi faktorlar
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
840) Kəskin leykozun diaqnozunda hansı laborator simptom həlledici sayılır?
A) Leykopeniya
B) Eritrositlərin çökmə sürəti (EÇS-nin) artması
C) Trombositopeniya
D) Anemiya
E) Blastemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
841) Xəstəliyin residiv mərhələsində olan kəskin leykozlu xəstədə temperaturun qalxması, azacıq sarılıq, qabırğaaltında ağrı və dalağın ölçülərinin böyüməsi qeyd edilib. Laborator müayinədə anemiyanın atrması və qan zərdabında qeyri-düz bilirubinin səviyyəsinin artması müşahidə edilib. Bu situasiyanı necə qiymətləndirmək olar?
A) Autoimmun hemolitik anemiyanın inkişafı
B) Leykozun proqressivləşməsi
C) Dalağın infarktının olması
D) Kəskin virus hepatiti
E) Toksiko-allergik hepatitin inkişafı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
842) 2 ay qabaq respirator xəstəlik keçirmiş 40 yaşlı xəstədə get-gedə artan zəiflik, qızdırma, dəri örtüklərinin avazıması, gövdədə və ətraflarda azacıq petexial-ləkəli hemorragik səpgilər, qoltuqaltı limfa düyünlərinin böyüməsi (yumuşaq, ağrısız, ölçüsü 2x 1sm.) müşahidə edilib. Qaraciyər və dalaq böyüməyib. Qanın analizi: Hb 100 g\l; eritrositlər 3.1012\l, leykositlər 3,5.109\l; blast hüceyrələr – 32%; EÇS-20 saat; trombositlər 55.109\l; xəstəyə hansı diaqnozu qoymaq olar?
A) Limfaqranulematoz
B) Trombositopenik purpura
C) Xroniki mieloleykoz
D) Sepsis
E) Kəskin leykoz
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
843) Residivləşən kəskin leykoz zamanı hansı müalicə aparılır?
A) Hemotransfuziya
B) Qlükokortikoidlərlə müalicə
C) Kurs monokimyaterapiya
D) Kurs polikimyaterapiya
E) Antibiotikoterapiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
844) Eritremiyanın patogenezinin əsasında nə durur?
A) Leykosit və eritrositlərin proliferasiyası
B) Eritrosit və trombositlərin proliferasiyası
C) Leykosit, eritrosit və trombositlərin proliferasiyası
D) Bütün variantlar eyni dərəcədə doğrudur
E) Eritroid elementlərin daha çox proliferasiyası
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
845) Eritremiya zamanı hemodinamik pozğunluqların əmələ gəlməsində əsas səbəb nədir?
A) Bütün faktorlar müxtəlif dərəcədə rol oynayır
B) Regionar damar spazmları
C) Qan axınının zəifləməsi
D) Damar divarında dəyişikliklər
E) Qanın formalı elementlərinin aqlomerasiya reaksiyasına uyğunlaşmasının dəyişməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
846) Hemofiliya xəstəliyi zamanı təsadüf olunan əsas əlamət hansıdır?
A) Beyinə qansızma
B) Bağırsaq qanaxması
C) Ağ ciyər qanaxması
D) Mədə qanaxması
E) Oynaqların zədələnməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
847) Xroniki mieloleykoz zamanı ən çox rast gələn klinik simptom hansıdır?
A) Limfa düyünlərinin böyüməsi
B) Qansızma
C) Dalağın böyüməsi
D) Qara ciyərin böyüməsi
E) Qızdırma
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
848) Hemorraqik vaskulitdə kliniki olaraq hansı sindromlar müşahidə olunmur?
A) Abdominal
B) Oynaq
C) Böyrək
D) Dəri
E) Qara ciyər
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
849) Xroniki limfoleykoz zamanı limfoproliferativ sindromu təsdiqləyən daha dəqiq metod hansıdır?
A) Limfa düyününün biopsiyası
B) Qanın leykositar formulası
C) Qara ciyərin punksiyası
D) Limfa düyünün punksiyası
E) Dalağın punksiyası
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
850) Xroniki limfoleykoz üçün ən xarakterik klinik simptom hansdır?
A) Sümüklərdə ağrı
B) Qansızma
C) Qızdırma
D) Dalağın böyüməsi
E) Limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
851) Hansı göstəricinin olması dəmir defisitli anemiyaya diaqnoz qoymaq üçün vacibdir?
A) Rəng göstəricisinin azalması
B) Hiperbilirubinemiya
C) Trombositlərin sayının azalması
D) Hipoqlikemiya
E) Leykositlərin sayının azalması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
852) Dəmir defisitli anemiya zamanı aşağıdakı simptomlardan ən az təsadüf olunanı hansıdır?
A) Subfebril temperatur
B) Saçların tökülməsi
C) Anoreksiya
D) Sarılıq
E) Qlossit
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
853) Dəmir defisitli anemiyanın ən çox təsadüf olunan səbəbi hansıdır?
A) Anadangəlmə dəmir defisiti
B) Avitaminoz
C) Qida ilə kifayət qədər dəmirin qəbul olunmaması
D) Qurd invaziası
E) Qanitirmə
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
854) B12 defisitli anemiyanın yaranmasına əsas səbəb hansıdır?
A) Qanitirmə
B) Mədənin fundal şöbəsinin vəzlərinin atrofiyası
C) Qurd infaziyası
D) Alimentar faktor
E) Hamiləlik
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
855) Hansı laborator göstəricisinin dəyişməsi B12 defisitli anemiyanı təsdiqləyir?
A) Rəng göstəricisinin artması
B) Leykozitlərin miqdarının azalması
C) Sümük iliyinin meqaloblastozu
D) Eritrositlərin miqdarının azalması
E) Eritrositlərin makrositozu
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
856) B12 defisitli anemiyanın simptomları içərisində ən az təsadüf olunanı hansıdır?
A) Qlossit
B) Subfebril temperatur
C) Saçların tökülməsi
D) Anoreksiya
E) Sarılıq
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни. «Медицина» Москва 1989
857) Sadalanan əlamətlərdən yalnız hansı hüceyrə daxili hemolizin əlaməti deyil?
A) Retukulositoz
B) Sidikdə sərbəst hemoqlobinin olması
C) Anemiya
D) Qanda qeyri düz bilrubinin artması
E) Nəcisdə sterkobilinin artması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
858) Hansı göstəricinin dəyişilməsi hemolitik anemiya diaqnozunu təsdiqləyir?
A) Eritrositlərin yaşama müddətinin qısalması
B) Hemoqlobinin aşağı düşməsi
C) Retikulositlərin sayının artması
D) Eritrositlərin osmotik rezistentliyinin dəyişilməsi
E) Hiperbilirubinemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко.”Внутренние болезни”. «Медицина» Москва 1989
859) Sadalananlardan hansı B-talassemiyanın göstəricisi deyil?
A) Eritrositlərin “hədəvə bənzər” formada olması
B) Desferal sınağın müsbət olması
C) Eritrositlərin və hemoqlobinin səviyyəsinin aşağı düşməsi
D) Rəng göstəricisinin artması
E) Zərdab dəmirinin miqdarının artması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
860) Hipoplastik anemiyaya dəqiq diaqnoz qoymaq üçün hansı müayinə aparılır?
A) Sternal punksiya
B) Eritrositlərin osmotik davamlığının yoxlanması
C) Kumbs sınağı
D) Desferal sınağı
E) Periferik qanın müaynəsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
861) Aplastik anemiya zamanı əsas klinik sindrom hansıdır?
A) Iltihab
B) Immunodefisit
C) Hemorragiya
D) Intoksikasiya
E) Hepatolienal
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
862) 20 yaşlı xəstə son 2 ay ərzində artan zəiflik, qansızma, subfebril temperatur müşahidə olunub. Limfa düyünləri, qara ciyər, dalaq böyüməyib. Qanın analizi: Hb 50 q/l; eritrositlər 1,5.1012/l rəng göstəricisi 1,0; leykositoz 1,8.10 q/l, trombositlər 30.10 q/l; EÇS 60 mm/saat. Xəstəyə hansı diaqnozu qoymaq olar?
A) B12 – defisitli anemiya
B) Aplastik anemiya
C) Kəskin leykoz
D) Hemoplastik anemiya
E) Dəmirdefisitli anemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
863) Hemorragik diatez üçün hansı simptom daha xarakterikdir?
A) Qızdırma
B) Zəiflik
C) Qansızma
D) Dalağın böyüməsi
E) Oynaqlarda ağrı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
864) Hemofiliya xəstəliyinin gedişinin tipik xüsusiyyəti hansıdır?
A) Xəstəliyin infeksiyadan sonra inkişaf etməsi
B) Xəstəliyin sulfanilamid preparatların qəbulundan sonra meydana gəlməsi
C) Spontan remissiyalı kəskin gediş
D) Xəstəliyin şüa terapiyası ilə əlaqədar olması
E) Xəstəliyin uşaq yaşlarından başlanmsı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
865) 35 yaşlı xəstə son 5 ildə tez-tez burun qanaxmasından, vaxtaşırı dəridə yaranan göy ləkələrdən şikayətlənir. Özünü normal hiss etdiyindən həkimə müraciət etmir. 2 həftə əvvəl güclü qanaxmadan sonra halsızlıq və baş gicəllənməsi artır, rəngi avazıyıb. Qanın analizi: Hb 90 q/l, eritrositlər 4,2.1012/l; EÇS 15mm/saat. Xəstəyə hansı diaqnozu qoymaq olar?
A) Trombositopenik purpura
B) Hemorragik sindrom
C) Hemofiliya
D) Dəmir defisitli anemiya
E) Aplastik anemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
866) Trombositopenik purpura diaqnozunu hansı laborator müayinə təsdiqləyir?
A) Trombositopeniya
B) Koaquloqrammadakı dəyişikliklər
C) EÇS-nin artması
D) Leykositoz
E) Anemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
867) Hemorragik vaskulit zamanı qansızma əsasən hansı xarakterli olur?
A) Hematoma
B) Papulyoz-hemorragik
C) Angiomator
D) Qarışıq mikrosirkulyator-hematomalı
E) Petexial - ləkəli
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко.” Внутренние болезни”. «Медицина» Москва 1989
868) Limfoqranulematoz zamanı ən çox rast gəlinən kliniki simptom hansıdır?
A) Qaraciyərin böyüməsi
B) Sümüklərdə ağrı
C) Qızdırma
D) Limfa düyünlərinin böyüməsi
E) Dəridə qaşınma
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко.” Внутренние болезни”. «Медицина» Москва 1989
869) Kəskin diffuz qlomerulonefrit əsasən hansı infeksiyadan sonra yaranır?
A) Virus
B) Bağırsaq çöpləri
C) Digər qrammənfi bakteriyalar
D) Streptokokk
E) Stafilokokk
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко.” Внутренние болезни”. «Медицина» Москва 1989
870) Qlomerulonefritin patogenizində aşağıdakı faktorlardan hansı iştirak edir?
A) Sadalanan faktorlardan heç biri
B) Böyrək yumaqcıqlarının süzücü səthində antigen – antitel kompleksinin çökməsi
C) Sadalanan bütün faktorlar
D) Bazal membranın immun iltihabı
E) Kapilyarlarda miktotrombların əmələ gəlməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
871) Böyrək yumaqcıqlarının kəskin iltihabı sindromuna hansı variant aid deyil?
A) Bel nahiyəsində ağrı
B) İshal
C) Oliqouriya, hematuriya, proteinuriya
D) Leykositoz,EÇS-nin artması
E) Bədən temperaturunun yüksəlməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
872) Xroniki qlomerulonefrit diaqnozunu qoymaq üçün hansı müayinə metodu daha düz cavab verir?
A) İzotop renoqrafiya
B) Stintiqafiya
C) Böyrəyin punksiyası
D) Venadaxili uroqrafiya
E) Sidiyin müayinəsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко.”Внутренние болезни”. «Медицина» Москва 1989
873) Sadalanlardan hansı kəskin qlomerulonefritin təhlükəli ağırlaşması hesab edilmr?
A) Anemiya
B) Kəskin böyrək çatmamazlığı
C) Hiperkaliemiya
D) Eklampsiya
E) Progressivləşən azotemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
874) Aşağıdakı sadalanan simptomlardan hansıları xroniki qlomerulonefritin nefrotik tipi üçün xarakterik deyil?
A) Silindiruriya
B) Ödemlər
C) Proteinuriya
D) Arterial hipertenziya
E) Hematuriya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
875) Xroniki tonzillitdən əziyyət çəkən 26 yaşlı geoloq ekspedisiya zamanı angina olur. 2 həftədən sonra göz qapaqlarında ödem, halsızlıq olur, iş qabiliyyəti azalır, təngnəfəslik və üzün ödemi əmələ gəlir. Sidiyin analizi: xüsusi çəki 1021, zülal 9 q/l; eritrosit görmə sahəsində 15-20 A/T-125/80 mm süt. Xəstəyə hansı diaqnozu qoymaq olar?
A) Nefrotik komponentli kəskin qlomerulonefrit
B) Kəskin qlomerulonefrit (hemoturik variant)
C) Ürək xəstəliyi nəticəsində ürək çatmamazlığı
D) Xroniki qlomerulonefritin hipertonik forması
E) Qarışıq tipli qlomerulonefritin kəskinləşməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
876) Göstərilən xəstəliklərdən hansıları ən çox ikincili amiloidozun yaranmasına səbəb olur?
A) Revmatoid poliartrit
B) Xroniki pankreatit
C) Deformasiyaedici osteoartroz
D) Podaqra
E) Revmatizm
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
877) Hansı müayinə böyrəkdə ikincili amiloidozun olduğuna şübhələnməyə əsas verir?
A) Hipoproteinemiya
B) Hematuriya və böyrək çatmamazlığı
C) Proteinuriya 3-5 q/sut.
D) Proteinuriya 1q/sut; ödem
E) Aşağı ətrafların ödemi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
878) Sadalananlardan hansı əsasən böyrək amilodozuna səbəb olur?
A) Böyrək çatmamazlığı
B) Böyrək daşı xəstəliyi
C) Anemiya
D) Bədxassəli hipertenziya
E) Ürək çatmamazlığı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
879) Hansı simptom xroniki böyrək çatışmazlığının ilk simptomudur?
A) Diurezin azalması
B) Arterial təzyiqin qalxması
C) Ödemlərin əmələ gəlməsi
D) Anemiyanın inkişafı
E) Dispepsik pozğunluqlar
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
880) Xroniki böyrək çatışmazlığını təsdiqləyən əsas əlamət hansıdır?
A) Oliquriya
B) Qanda kreatinin artması
C) Arterial hipertenziya
D) Hiperkaliemiya
E) Proteinuriya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
881) Xroniki böyrək çatışmamazlığı olan xəstədə ilk növbədə pəhrizdə nəyi azaltmalıdır?
A) Karbohidratları
B) Vitaminlər
C) Zülal və xorək duzunu
D) İçilən mayenin miqdarını
E) Yağları
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
882) Hansılar hemodializə göstəriş sayıla bilər?
A) Qanda kreatinin miqdarının 1,2mmol/l (12mq%) çox olması
B) Infeksion ağırlaşmalar
C) Nəzərə çarpan ödemlər
D) Görmənin kəskin zəifləməsi
E) Stabil arterial hipertenziya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
883) Xroniki qlomerulonefritin hipertonik tipinin kəskinləşməsi zamanı yalnız hansı simptom xarakterik deyil?
A) Proteinuriya
B) Ödemlər
C) Hematuriya
D) Arterial hipertenziya
E) Silindiruriya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
884) Avtoklavda alətlərin sterilizasiya müddəti nə qədərdir?
A) 30 dəqiqə.
B) 90 dəqiqə.
C) 180 dəqiqə.
D) 120 dəqiqə.
E) 60 dəqiqə.
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
885) Qızdırmanın I dövründə nə tətbiq etmək olar?
A) Yaş bürümə
B) İsitqac
C) İsti vanna
D) Soyuq kompress
E) İsidici kompress
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
886) Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?
A) 60
B) 45
C) 90
D) 30
E) 75
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
887) Xəstənin yataq ağlarını neçə gündən bir dəyişirlər?
A) 14 gündən bir
B) 7gündən bir
C) Ayda 2 dəfə
D) Ayda bir dəfə
E) Gündə bir dəfə
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
888) Bayılma zamanı ilk yardım nədən ibarətdir?
A) Xəstəni otuzdurmaqdan
B) Ətralara jqut qoymaqdan
C) Ürək nahiyəsinə isitqac qoymaqdan
D) Xəstəni uzatmaqdan
E) Ürək nahiyəsinə soyuq kompress qoymaq
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
889) Aşağıdakılardan hansı dispanser ola bilməz?
A) Dəri-zöhrəvi
B) Stomatoloji
C) Vərəm əleyhinə
D) Endokrinoloji
E) Onkoloji
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
890) Stasionar tipli müalicə müəssisəsinə aşağıdakılardan hansı aid deyil?
A) Sanatoriya
B) Dispanser
C) Klinika
D) Hospital
E) Xəstəxana
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
891) Orqanizmdən zəhərli maddələri çıxarmaq üçün hansı imalədən istifadə olunur?
A) Yağlı
B) Qidalandırıcı
C) Dərman
D) Sifon
E) Təmizləyici
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. “Общий уход за больными”. «Медицина» Москва 1989
Dostları ilə paylaş: |