167) Uşaqlığın miomasında hansı simptom müşahidə olunmur:
A) defekasiya aktının pozulması
B) tez - tez ağrılı sidik ifrazı
C) amenoreya
D) uşaqlıq qanaxması
E) qarın nahiyəsində ağrılar
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
168) Miomatoz düyünlərin lokalizasiyasının ən çox rast gəlinən yeri:
A) uşaqlığın cismində və dibində
B) uşaqlığın boğaz nahiyəsində
C) uşaqlıq boynunda
D) peritonda
E) bağlararası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
169) Uşaqlığın miomasında hansı hormonal dəyişikliklər baş verir?
A) progesteronların səviyyəsinin artması
B) hiperestrogeniya
C) prolaktin səviyyəsinin artması
D) hipoestrogeniya
E) androgenlərin səviyyəsinin artması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
170) Follikulların atreziyasında hansı hormonal dəyişikliklər müşahidə olunur?
A) normoestrogeniya
B) hiperestrogeniya
C) hipe1rinsulinemiya
D) hipoestrogeniya
E) hiperprolaktinemiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
171) Yumurtalıqların endometrioid kistləri olan xəstələrin orta yaş göstəricisi:
A) 40 yaş
B) 60 yaş və yuxarı
C) 20 yaş
D) 50 yaş
E) 30 yaş
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
172) Endometrioz hansı yaş dövründə daha çox rast gəlinir?
A) 16 - 20 yaş
B) 25 - 40 yaş
C) 40 - 50 yaş
D) 45 - 55 yaş
E) 21 - 30 yaş
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
173) Uşaqlığın miomasının ağırlaşması deyil:
A) miomatoz düyünün maliqnizasiyası
B) miomatoz düyünün ayaqcığının burulması
C) miomatoz düyünün trofikasının pozulması
D) qara ciyərin funksiyasının pozulması
E) qonşu orqanların funksiyasının pozulması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
174) Subseroz miomatoz düyünləri və hiperpolimenoreyası olan xəstələrin aparılma taktikası:
A) kimyəvi terapiya
B) operativ müalicə
C) simptomatik müalicə
D) müşahidə
E) hormonal terapiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
175) Uşaqlığın miomasının operativ müalicəsinə göstəriş deyil:
A) ölçüləri 8 həftəlik hamiləliyə qədər olan uşaqlığın interstisial mioması
B) ölçüləri 15 həftəlik hamiləliyə qədər olan uşaqlığın interstisial mioması
C) qonşu orqanların funksiyasının pozulması
D) miomanın sürətli böyüməsi
E) miomatoz düyünün trofikasının pozulması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
176) Submukoz miomanın adekvat müalicəsi:
A) fizioterapiya
B) şüa terapiyası
C) hormonoterapiya
D) fitoterapiya
E) cərrahi üsul
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
177) Yumurtalıq endometriozunun müalicə üsulu:
A) kimyəvi terapiya
B) hormonoterapiya
C) cərrahi
D) rentgenoterapiya
E) müşahidə
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
178) Uşaqlığın submukoz miomalarında həkimin taktikası
A) cərrahi müalicə
B) şüa terapiyası
C) müşahidə
D) hormonoterapiya
E) laparoskopiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
179) Yumurtalıqların endometrioid kistlərində həkimin taktikası:
A) hormonoterapiya
B) fizioterapiya
C) kimyəvi terapiya
D) operativ müalicə
E) müşahidə
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
180) Uşaqlığın mioması çevrilə bilər:
A) xorionkarsinomaya
B) kistomaya
C) sarkomaya
D) lipomaya
E) adenokarsinomaya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
181) Yumurtalığın kistomasında hansı ağırlaşma müşahidə olunmur?
A) ayaqcığın burulması
B) maliqnizasiya
C) irinləmə
D) kapsulun partlaması
E) uşaqlıqdankənar hamiləlik
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
182) Endometriumun fon xəstəliklərinə aid olunur:
A) adenomatoz
B) endometriumun adenomatoz polipi
C) endometrioz
D) endometriumun vəzi - fibroz polipi
E) adenomioz
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
183) Endometriumun xərçəngönü xəstəliklərinə aiddir:
A) vəzili hiperplaziya
B) vəzi - kistoz hiperplaziya
C) endometrit
D) atipik hiperplaziya
E) adenomioz
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
184) Endometriumun xərçəngönü xəstəliklərinə aid deyil:
A) neyro - mübadilə - endokrin pozuntuları olan qadınlarda vəzili - kistoz hiperplaziya
B) adekvat müalicə şəraitində endometriumun residivli vəzi - kistoz hiperplaziyası
C) adenomatoz poliplər
D) adenomatoz
E) endometriumun sadə vəzi - kistoz hiperplaziyası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
185) Uşaqlıq boynunun fon xəstəliklərinə aiddir:
A) leykoplakiya
B) ektropion
C) eritroplakiya
D) displaziya
E) endometrioz
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
186) Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinə aiddir:
A) psevdoeroziya
B) ektropion
C) servisit
D) eroziya
E) displaziya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
187) Uşaqlığın cisminin xərçəngönü xəstəliyinin əsas kliniki simptomu:
A) sonsuzluq
B) xroniki çanaq ağrıları
C) asiklik qanaxmalar
D) kontakt qanaxmalar
E) qonşu orqanların funksiyasının pozulması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
188) Endometriumda hiperplastik proseslər zamanı uşaqlığın selikli qişasının diaqnostik qaşınması üçün ən əlverişli dövr:
A) aybaşı zamanı
B) aybaşı siklinin I fazası
C) aybaşıdan dərhal sonra
D) aybaşı qabağı
E) aybaşı siklinin ortası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
189) Histerosalpinqoqrafiyanın aparılması üçün əks - göstəriş:
A) uşaqlığın inkişafının anomaliyaları
B) boru sonsuzluğu
C) aybaşı
D) adenomioz
E) uşaqlığın submukoz mioması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
190) Uşaqlıq boynunun patologiyasının ən doğru diaqnostik üsuludur:
A) kolposkopiya
B) histeroskopiya
C) USM
D) histoloji tədqiqat
E) servikoskopiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
191) Endometriumun hiperplaziyasının səbəbi:
A) qısamüddətli hipoestrogeniya
B) uzunmüddətli hiperandrogeniya
C) hiperprolaktinemiya
D) uzunmüddətli hiperestrogeniya
E) qısamüddətli hiperestrogeniya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
192) Uşaqlığın mioması olan xəstədə hansı əməliyyat reproduktiv funksiyanı saxlayır?
A) konservativ miomektomiya
B) uşaqlığın artımlarla ekstirpasiyası
C) uşaqlığın artımlarsız uşaqlıqyoluüstü amputasiyası
D) uşaqlığın artımlarla uşaqlıqyoluüstü amputasiyası
E) uşaqlığın artımlarsız ekstirpasiyası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
193) Hansı miomalarda konservativ müalicə əks - göstərişdir?
A) intramural
B) subseroz
C) çox böyük olmayan düyünlərdə
D) nekrotik
E) uşaqlıq boynu
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
194) Genital daxili endometriozda zədələnir:
A) rekto - vaginal arakəsmə
B) uşaqlıq
C) uşaqlıq boruları
D) uşaqlıq yolu
E) yumurtalıqlar
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
195) Genital endometrioz hansı xəstəliklə ən çox müştərək rast gəlinir?
A) uşaqlığın inkişaf qüsuru ilə
B) uşaqlığın mioması ilə
C) adenokarsinoma ilə
D) yumurtalığın kisti ilə
E) xroniki adneksit ilə
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
196) Yumurtalıqların birləşdirici toxuma mənşəli şişlərinə aiddir:
A) silioepitelial kistoma
B) psevdomusinoz kistoma
C) disgerminoma
D) Brenner şişi
E) fibroma
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
197) Yumurtalıqların epitelial şişlərinə aiddir:
A) yumurtalıqların fibroması
B) disgerminoma
C) psevdomusinoz kistoma
D) tekablastoma
E) dermoid kista
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
198) Uşaqlığın miomasında əsas nəzərəçarpan kliniki simptom:
A) qusma
B) ağımtıl ifrazat (leykoreya)
C) infoksikasiya
D) assit
E) menorragiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
199) Yumurtalıq xərçənginin simptomlarına aid deyil
A) assit
B) kaxeksiya
C) ağrılar
D) menorragiyalar
E) qarnın həcminin böyüməsi
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
200) Qonadların indifferent inkişaf mərhələsi bitir:
A) Hestasiyanın 14 - cü həftəsində
B) Hestasiyanın 7 - ci həftəsində
C) Erkən neonatal dövrdə
D) Hestasiyanın 30 - cu həftəsində
E) Hestasiyanın 1 - ci həftəsində
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
201) Qadın tipi üzrə differensiyalaşan rüşeymdə birincili böyrəyin axarları çevrilir:
A) Uşaqllıq borularına
B) Uşaqlığın cisminə
C) Yumurtalıqların stromasına
D) Uşaqlığın girdə bağlarına
E) Reqressivləşir və rudimentar törəmələr kimi qalır.
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
202) Uşaqlıq cismindən və uşaqlıq borularından limfa axını haraya baş verir?
A) Ümumi qalça limfa düyünləri
B) Paraaortal limfa düyünləri
C) Qasıq limfa düyünləri
D) Daxili qalça limfa düyünləri
E) Bel və büzdüm limfa düyünləri
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
203) Uşaqlığın və uşaqlıq yolunun innervasiyasını təmin edir:
A) Çanaq və qarınaltı sinirlər
B) Qarınaltı və pudendal sinirlər
C) Çanaq sinirləri
D) Bağlayıcı sinirlər
E) Pudendal və bağlayıcı sinirlər
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
204) Yumurtalıqların qan təchizatını təmin edir:
A) Qalça – bel arteriyası
B) Daxili qalça və yumurtalıq arteriyaları
C) Uşaqlıq və yumurtalıq arteriyaları
D) Uşaqlıq arteriyası
E) Yumurtalıq arteriyası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
205) Uşaqlıq arteriyası hansının budağıdır?
A) Ümumi qalça arteriyasının
B) Daxili qalça arteriyasının
C) Xarici qalça arteriyasının
D) Aortanın
E) Qalça – bel arteriyasının
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
206) Normal aybaşı siklinin müddəti
A) 14 - 28 gün
B) 28 - 40 gün
C) 28 - 29 gün
D) 3 - 7 gün
E) 21 - 35 gün
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
207) Normal aybaşının davametmə müddəti:
A) 1 - 3 gün
B) 3 - 7 gün
C) 2 - 10 gün
D) 5 gün
E) 3 - 5 gün
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
208) Normal aybaşı zamanı orta qan itkisi təşkil edir:
A) 200 - 250 ml
B) 100 - 150 ml
C) 150 - 200 ml
D) 50 - 70 ml
E) 20 - 30 ml
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
209) Endometriumun funksional qatının deskvamasiyası nəyin nəticəsində əmələ gəlir?
A) Follitropinin «pik» dərəcədə ifraz olunması
B) Lüteotropinin «pik» dərəcədə ifrazı
C) Prolaktinin qanda səviyyəsinin azalması
D) Estrogenlərin və progesteronun qanda səviyyəsinin azalması
E) Estradiolun qanda səviyyəsinin artması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
210) İkifazalı menstrual siklin əsas meyarı:
A) Ovulyasiya
B) Menstrual siklin düzgün ritmi
C) Cinsi yetişkənlik dövründə menstrual funksiyanın xüsusiyyətləri
D) Qan itkisi
E) Birinci menstruasiyanın vaxtı
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
211) Funksional diaqnostikanın hansı testi 2 fazalı menstrual sikl haqqında xəbər verir?
A) Bazal hərarət
B) Kariopiknotik indeks
C) «Qıjı» simptomu
D) Menstrual tsiklin 12 - 14 günü steroid cinsi hormonların səviyyəsinin təyini
E) «Bəbək» simptomu
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
212) Bazal temperaturun ölçülmə testi aşağıdakılardan hansının hipertermik effektinə əsaslanır:
A) Estradiol
B) LH
C) Prostaqlandinlər
D) FSH hipertermik effektinə əsaslanır
E) Progesteron
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
213) Mestrual siklin ortasında lüteotropinin «pik» göstəricisi nəyin nəticəsidir?
A) Estradiolun səviyyəsinin yüksəlməsinin
B) Qanda prolaktinin yüksəlməsinin
C) Qonadotropin - rilizinq hormonunun sintezinin azalmasının
D) Follitropinin azalmasının
E) Proqesteron və estrogenlərin səviyyəsinin azalmasının
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
214) Lüteotropin və follitropinin siklik ifraz edilməsi bunun nəticəsində baş verir:
A) Hipofizin portal sistemində qan dövranının dəyişilməsi.
B) Follikulyar mayedə prostaqlandinlərin periodik olaraq artması
C) Qonadotropin - rilizinq hormonunun 60 - 90 dəq. bir ifraz olması
D) Yumurtalıqlarda steroidgenezlə mənfi və müsbət ikitərəfli mexanizm nəticəsində
E) Neyrotransmitterlərin periodiki ifrazı
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
215) Qonad oliberin sintezi bunlardan birində baş verir:
A) Baş beyin qabığının neyronları
B) Hipotalamus nüvələrində
C) Hipofizin arxa payı
D) Beyincik neyronları
E) Hipofizin ön payı
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
216) Ovulyasiyanı aşağıdakılardan hansı təsdiq etmir:
A) Laparoskopiya (yumurtaqlıqların üzərində stiqmlərin olması)
B) Endometrinin histoloji müayinəsi
C) Dominant follikulun inkişafının ultrasəs monitorinqi
D) Bazal temperatur cədvəlinin analizi
E) Menstrual tsiklin 12 - 14 günü steroid cinsi hormonların səviyyəsinin təyini
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
217) Oliqomenoreya nədir:
A) Miqdarca az və gec menstruasiyalar
B) Menstruasiya zamanı qanaxmanın azalması
C) Miqdarca az və ağrılı menstruasiyalar
D) Menstruasiya ritminin dəyişilməsi
E) Menstruasiya arası az qanlı ifrazat
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
218) Menorragiya nədir:
A) Menstrual siklin müddətinin azalması
B) Asiklik uşaqlıq qanaxmaları
C) Ağrılı və gur menstruasiyalar
D) Siklik uşaqlıq qanaxmaları
E) Menstruasiya qabağı və sonra qanlı ifrazat
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
219) Metrorragiya nədir:
A) Menstruasiyaların seyrəkləşməsi
B) Asiklik uşaqlıq qanaxmaları
C) Menstruasiya ritminin dəyişilməsi
D) Menstruasiyanın müddətinin artması
E) Menstruasiya zamanı itirilən qanın miqdarının artması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
220) Alqodismenoreya aşağıda qeyd olunanlardan hansı ilə şərtlənmir?
A) Uşaqlığın retrodeviasiyaları
B) Genital endometrioz
C) Genital infantilizm
D) Uşaqlıq boynu displaziyası
E) Cinsi orqanların inkişaf anomaliyaları
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
221) Yuvenil dövrdə disfunksional uşaqlıq qanaxmalarının ən əsas səbəbi hansıdır:
A) Qanın laxtalanma sistemində pozğunluq
B) Hipolüteinizm
C) Follikulların persistensiyası
D) Hiperprolaktinemiya
E) Follikulların atreziyası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
222) Premenopauza dövründə disfunksional uşaqlıq qanaxmasının dayandırılmasının əsas üsulu:
A) Uşaqlıq və uşaqlıq boynu kanalının selikli qişasının ayrılıqda qaşınması
B) Androgenlərin tətbiq edilməsi
C) Sintetik estrogen - hestagen preparatların istifadəsi
D) 17 - oksiprogesteron kapronatın (17OPK) davamlı rejimdə istifadəsi
E) Qandayandırıcı və uşaqlıq yığıcı vasitələrin yeridilməsi
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
223) İnyeksion kontraseptivlərin tərkibinə daxildir:
A) Uzadılmış təsirə malik progestagenlər
B) Antiandrogenlər
C) Konyuqasiya olmuş estrogenlər
D) Progestagenlərin mikrodozaları
E) Antiqonadotropinlər
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
224) Oral kombinəolunmuş kontraseptiv preparatların qəbulu aşağıda qeyd olunan qadınların hansılarına məsləhət deyil:
A) Abortdan sonra hamiləlikdən qorunanlar
B) Alqomenoreyalı xəstələr.
C) Arterial hipertenziyalı xəstələr
D) Yumurtalıq xərçənginə nəsillikcə meyilli olanlar
E) Anamnezində uşaqlıqdankənar hamiləliyi və keysəriyyə kəsiyi əməliyyatı olanlar
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
225) Patoloji yalançı amenoreya bunlardan birinin nəticəsi ola bilər:
A) Qızlıq pərdəsinin atreziyası
B) Hipofizin mikro və makro adenomalar
C) Testikulyar feminizasiya sindromu
D) Neyrogen anoreksiya
E) Hipotireoz
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
226) Amenoreyanın səbəbini öyrənmək üçün hansı əlavə müayinə üsullundan istifadə etmək lazım deyil
A) Fəqərə sütununun bel - oma hissəsinin rentgenoqrafiyası
B) Daxili cinsiyyət orqanlarının ultrasəs müayinəsi
C) Funksional hormonal testlər
D) Kranioqrafiya
E) Funksional diaqnostika testlərinə görə yoxlanma
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
227) Kombinə olunmuş estrogen - hestogen preparatları ilə funksional sınağın mənfi nəticəsi hansı amenoreya haqqında xəbər verir:
A) Hipofizar
B) Uşaqlıq
C) Yumurtalıq
D) Hipotalamik
E) Qalxanabənzər vəzi mənşəli
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
228) Postmenopauzal osteoporozun ən effektiv müalicə üsullari hansılardır:
A) Sümük resorbsiyası ingibitorlarının təyini
B) Vitamin terapiya
C) Hormonoterapiya
D) Dietoterapiya
E) Fizioterapiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
229) Progesteronun sintetik analoqlarına (progestogenlərə) yalnız biri aid deyil:
A) “Düfaston”
B) “Numestron” (“gesteron”)
C) “Norkolut”
D) “Orqametril”
E) “Ovestin”
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
230) Deksametazonla funksional sınaq bunun üçün aparılır:
A) Hiperandrogeniyanın mənşəsinin təsdiqi üçün
B) Hiperestrogenlərin təyin edilməsi
C) Siklin lütein fazasının çatışmazlığının təyin edilməsində
D) Anovulyasiyanın diaqnostikası
E) Qonadın disgenziyasının tipik növünün diaqnostikasında
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
231) Süd vəzisindən gələn patoloji ifrazatın səbəbi deyil:
A) Adrenogenital sindrom
B) Hipotireoz
C) Süd vəzisinin axacaqdaxili papilloması
D) Fenotiazin törəmələrinin uzun müddətli istifadəsi
E) Hipotezin mikroadenoması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
232) Cinsi orqanların virus infeksiyasına aşağıdakı qeyd olunanların birindən başqa aiddir:
A) Residiv gedişat
B) Yoluxucunun yüksək onkogen potensialı
C) Uşaqlıq borularının prosesə cəlb olunması
D) Yoluxmanın cinsi yolu
E) Yüksək yoluxuculuq
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
233) Cinsi orqanların vərəmində birincili ocaq ən çox hallarda bu orqanda yerləşir:
A) Sümüklər
B) Periton
C) Limfatik düyünlər
D) Sidik ifrazat sistemi
E) Ağ ciyərlər
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
234) Qadın cinsi orqanlarında hansı hissə daha çox vərəmdə zədələnir:
A) Uşaqlıq
B) Yumurtalıqlar
C) Uşaqlıq yolu
D) Xarici cinsiyyət orqanları
E) Uşaqlıq boruları
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
235) Uşaqlıq artımlarının vərəmə yoluxmasının əsas kliniki simptomu:
A) Amenoreya
B) Birincili sonsuzluq
C) Xroniki çanaq ağrıları
D) İkincili sonsuzluq
E) Menometrorragiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
236) Boru periton sonsuzluğunda ən məlumatlı diaqnostika üsulunu qeyd edin:
A) Xromosalpinqoskopiya ilə laparoskopiya
B) Bikontrast pervioqrafiya
C) Transvaginal exoqrafiya
D) Histerosalpinqoqrafiya
E) Kimoqrafik pertubasiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
237) Süzənək mənşəli tünd salpinq ilə xarakterik bunlardır:
A) Qanın kəskin fazalı göstəricilərinin aktivləşməsinin olmaması
B) Zədələnmənin çoxocaqlı olması
C) Antibakterial preparatlardan tez effekt
D) Menstrual siklin follikulyar fazasında xəstəliyin debütü
E) Uşaqlıq artımlarının ikitərəfli zədələnməsi
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
238) Süzənək infeksiyasının yayılmasının əsas yolu:
A) İntrakanalikulyar
B) Hematogen
C) Limfogen
D) Perinevral
E) Kontakt
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
239) Qonokokkların identefikasiyasının ən effektiv üsulu:
A) Bakterioskopik
B) Seroloji
C) İmmunoflüorestent
D) Bioloji provokasiya sonrakı bakterioskopiya ilə birgə
E) Kultural
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
240) Xarici genital endometrioza aid deyil:
A) Uşaqlığın cisminin
B) Uşaqlıq boynunun
C) Yumurtalıqların
D) Uşaqlıqarxası sahənin
E) Uşaqlıq borularının istmik hissəsinin
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
241) Histerosalpinqoqrafiya nə zaman göstəriş deyil:
A) Uşaqlığın inkişaf qüsurları və anomaliyaları
B) Uşaqlıq cisminin endometriozu
C) Cinsiyyət üzvlərinin vərəmi
D) Birincili və ikincili sonsuzluq
E) Uşaqlıq boynunun fon xəstəlikləri
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
242) Normal uşaqlıq boşluğu üçün hansı rentgenoloji əlamət xarakterik deyil:
A) Dolma defektlərinin olmaması
B) İti boru bucaqları
C) Düz üçbucaq forma
D) Uşaqlıq boşluğunun girdə forması, dolma defektləri
E) İstmus nahiyəsində daralma
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
243) UDV yeridilməsi zamanı ən tez - tez əmələ gələn ağırlaşmalar:
A) Vərdişli düşük
B) Kəskin infeksiya
C) Uşaqlıqdankənar hamiləlik
D) Canaq venalarının trombozu
E) İstimiko - servikal çatışmamazlıq
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
244) Yumurtalıqların şişəbənzər töbrəmələrinə aşağıdakılardan hansı aid deyil?
A) Paraovarial kista
B) Follikulyar kista
C) Dermoid kista
D) Teka - lütein kista
E) Sarı cismin kistası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
245) Yumurtalıqların kistalarının xarakter xüsusiyyətləri:
A) Kapsulaları yoxdur
B) Yuxarıdakıların hamısı düzgündür
C) Kistalar - retension törəmələrdir
D) Maliqnizasiyaya uğraya bilərlər
E) Hüceyrələrin proliferasiyası nəticəsində ölçüləri böyüyür
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
246) Yumurtalıqların epitelial şişlərinə hansı aid deyil?
A) Seroz sistadenoma
B) Tekoma
C) Brenner şişi
D) Sistadenokarsinoma
E) Musinoz sistadenoma
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
Dostları ilə paylaş: |