Qorxmaz Əliyev, doğum tarixi 1952, təhsili orta ixtisas, Qəriblər kəndi
Nazilə Hüseynova, doğum tarixi 1959, təhsili ali, Həsənli kəndi
Toplayıcılar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
Çıçək Əfəndiyeva
Könül Hümmətova
26. OVÇULUQ
Kəttə birinci ovcu mən olmuşam. O quş qalımıyıb mən vurmamış olam: qajğaldağ, doxdox, gərəf, ördək, qaz, qaratoyuq... Ancaq bəzi quşları vurmaq olmaz, bəzilərinin də əti yeyilməz. Məsələn, qu quşunu vurmaq olmaz. Cünki biri erkək, biri dişidi. Birin vursan, o biri yaşamaz, ölər. Cütdülər, birin vursan, o biri dərtdən ölməlidi. Harda olsa, bağrı cattıyıb ölür. Ona görə də qu quşunu ovlamaq günahdı.
Məsələn, ağ vağ var, qara vağ var, qarğa var, buları yeməy olmaz, əti acıdı, həm də qaradı. Ən yaxşı quş əti turacdır, bizdə çox az olur, Talışda olur. Əvvəllər quş tutmaq üçün cələ qurardılar. Bizim vaxtımızda sələ olmuyub, kecmişdə olub. İnidi tüfəglə ova gedirik.
Ovun da vaxtı var. Quşlar bala çıxardanda ov olmaz, günahdı. Yumurta üsdündə kürt yatan quşu vurmazlar. Ov payızın sonu ilə qışda olur. * * *
O vaxtı bolluğ olub da ölkədə, təbiət də belə zəngin imiş, hər şey var imiş, quş, balıq, mer-meyvə, çörəh. Ov da həmişə bol olurdu. Bizdə səl qoyardılar, tor qururdular. Bi dənə ağac belə burda basdırırdılar, bi dənə ağac da burda. Bu ağajdarın məsafəsi hardasa, bir-birinə 50 metrə olur. Tor hörüllər, onun bu tərəfinə ciyə keçirdilər, aşağısına da ciyə kecirdirdilər. Bunu belənci cəkillər, biri yuxarıdan gəlir, biri aşağıdan. Bunu gətirillər, bir 20 metrə o tərəfdə, orda balaca şey düzəldillər, küləş müləş töküllər, gecə oturullar orda, ciyə də bunun əlində. Quş gecə gələndə ilişir buna. İlişən kimi, aşağasın çəkillər. Çəkəndə bu qatdanır. Quş qalır orda. Bir gecədə bəlkə bir 150-200 cür quş tutarmışdar. Yaşılbaş olur-du, gərəf, qajğaldağ var, nə bilim cürbəcür olur də. Onnan 100 dənə tutanda birin buraxarmışdar. Kəndimizin adəti olub da belə. Yəni Allah-taala deyir ki, insan, qənaətcil, rəhmdil olmalıdır. Bu da insanın humanistliyidir də.
* * *
Atam Qəribəli yaman qoçax kişi olub. Onun bir tüfəngi var idi. Ova gedərdi, bir qaracücə, qaratoyuğ vurardı, gətirərdi bi də görərdün. Belə, belə günün keçirdərdi. Bir gün yenə gedər bıra dərəyə ova, helə şey üçün, quş üçün. Birdən bi canavara rast gələr, amma qorxmaz. Çox curətdi kişi idi. Bı canavara atar bir-iki güllə, opşem yaralıyar canavarı. Gələr vırar öldirər, elə orda kəsər doğrıyar, sürüyüb gətirər evə. Onunçün bular elə belə bi şey idi.
Söyləyicilər:
Xeyrulla Həsənov, doğum tarixi 1937, təhsili orta ixtisas, Xırmandalı kəndi
Şirvan Əbilov, doğum tarixi 1932, təhsili ali, Mahmudavar kəndi
Qorxmaz Əliyev, doğum tarixi 1952, təhsili orta ixtisas, Qəriblər kəndi
Toplayıcı:
Füzuli Bayat İÇİNDƏKİLƏR
İKİNCİ KİTABA ÖN SÖZ 5
Füzuli BAYAT 13
1. ADƏT-ƏNƏNƏLƏR 14
Söyləyicilər: 22
Toplayıcılar: 22
2. DOĞUM ADƏTLƏRİ 22
Söyləyicilər: 31
Toplayıcılar: 32
3. YAS ADƏTLƏRİ 33
Söyləyici: 36
Toplayıcı: 37
4. XALQ HƏKİMLİYİ 38
4.1. Müalicə üsulları 38
4.2. Umma 47
4.3. Çilə 49
4.4. Pambığça 52
Söyləyicilər: 53
Toplayıcılar: 54
5. İNANCLA BAĞLI MÜALİCƏLƏR 55
Qorxuluğun götrülməsi 1 57
Qorxuluğun götrülməsi 2 58
58
Qorxuluğun götrülməsi 3 58
Ruh ölçmə 1 59
Ruh ölçmə 2 59
Ruh ölçmə 3 60
Ruh ölçmə 4 61
Göbəkdüşmə 61
Söyləyicilər: 64
Toplayıcılar: 65
6. XALQ BİLİCİLƏRİ VƏ YA TÜRKƏÇARƏLƏR 66
6.1. Həbəçilik 67
6.2. Çöpçülük 76
6.3. Sınıqçılıq 77
Söyləyicilər: 81
Toplayıcılar: 81
7. MƏZƏLİ, GÜLMƏLİ, QƏRİBƏ ƏHVALATLAR 82
Alışoğlu Mürsəl 82
Duz əhvalatı 82
Bəyin ülgüc pulu 83
Dua lüt bədənə yazılmalıdır 84
Giv məsələsi 85
Üstünə qussan da yeyəcəm 86
Plov məsələsi 88
Nəfsim çəkir 88
Duzlu yemək 89
Yumurta davası 89
Mülayim olmayıb sərt olsa.... 90
Bir eşşəyin hesabın verə bilmişdim ki... 91
İç eləmə 93
Tarı günü 94
Nə üçün dəstamaz alırdın 94
Qoy luğab salsın 95
Mənə deyib indi gələcəm 96
Niyə yemədin? 96
Hacı uşaqdır 97
Onsuzda qılmayacaq 97
Çimməkdən uzun çəkdi 98
Demişdim gəlib aparacaq, gördün apardı 99
Şükür ki yolu var imiş 100
Dəli Həbinin müsəlla mərsiyyəsi 101
Deynən mənə yun lazımdır 102
Surra Bədirin güləşməyi 103
Qatıq əhvalati 104
Cəfərin hayıf çıxması 105
Guya mən ölmüşəm 106
Dəli Cəfər 106
Kosara əhvalatı 108
Bozu kişinin həftə bazarı 109
Qoy çay bişsin 109
Bozu bulağı 110
Yandım Xanəli 110
Pud alan Kərim 111
İmməlinin cəhdi 112
Kasıb Zərbəlinin hazırcavablığı 114
Nəhəng pəhləvanın xasiyyəti 114
Hopp, çı nığılə? 115
Hə, indi islanmışam 115
Şüşə çəkərəm 116
Şıxəli, sən yaxşı bilərsən 116
Mollalar düşüblər Zülfüqarın çayına 117
Hərəniz on manat verin 117
Mahmudavarı sökərəm, yenidən tikərəm 118
İlahi, hamı qırılsın, təki mən qalım Nisə xanımla 118
Fətullanın çuxası 119
Donuz soyan Demon 119
Gələr ahu bu kəməndə 119
Qızı qaçırmağ istədik 120
Höcət əmi 121
Adə, bu ölüb ki 121
Sənə görə üc dəfə vurmuşam 122
Arif, mən, Yadigar 123
Sənin atan qanan kişidi də 124
Allah sənin də ölülərinə rəhmət eləsin, mənim də 125