Bizdə adət-ənənələr indi keçmişdəki kimi deyl. İndi çox şey dəyişib. Böyük-kiçik qalmayıb, ona görə də xeyir-bərəkət göyə çəkilib. Qabağlar qohum-ağraba axşamüstü bir-birinə oturmağa gedərdi. Baxardın ki, qışda ev adamnan dolub-daşır. Hamı mehriban idi. Qış gecələrində nağıl danışardılar, oyun oynayardılar. Qadınlar da öz aralarında beşdaş və başqa şeylər oynardılar. Evdə də ailəlikcə ya kitab oxuyardıq, ya da uşaqlara nəsihət verərdik.
O vaxtlar doğumun, sünnətin, toyun, yasın öz adəti vardı. Hətda təzə ev tikməyin də qayda-qanunu olurdu. Qonşular, qohumlar kərpic kəsər, evin himi qoyulanda xeyir-dua verərdilər. Bu bir nöyü iməcilik kimi bir şey idi. İlk şalban qalxanda da xələt aparardılar.
Toylar üç gün, üç gecə olardı. Toyxana qurulardı, sərxeyr olardı, toyu o aparardı. Aşıq gələrdi, nağıl danışardı. İndi o da dəyişdi. Sünnətə kiçik toy deyərdik. E, o vaxtlar hər şey adətincə olardı.
Dəyişən adətlərdən biri də sünnət adətidir. Qabaxlar sünnəti dəllək eliyərdi, indi doktora kəsdirirrər. Sünnətdə yemək-içmək olurdu. Kirvə olurdu. Dəlləyə pul verirdik, xələt də. Kirvəyə də xələt verilirdi. Bizdə kirvə əmidən də, dayıdan da üstündü. Əminin, dayının qızı ilə evlənmək olar, kirvənin qızı ilə yox. Deyillər ki, qanı üstünə tökülmüş adam ikinci atadır, onun ayləsi doğmadır, qızı bacın, oğlu da qardaşındır. * * *
Ümümiyyətlə, ata babalarımızdan eşitdiyimiz adət ənənələrimiz ümümiyyətlə çoxdu. Həmin adət-ənənələrdən biri toydur, biri yasdı və orda deyilən ağıtlardı. Məsələn, hüzürlər düşəndə adətən qadınlarımız ağıt diyillər. Olar sırf bayatılardan istifadə eliyillər. Ağıt hansısa qadının hüzür məclisində istifadə elədiyi fikirlərdi. İndi də bu adət yaşamaqdadı. Aydındı ki, o bir az mərsiyyə xarakterlidi. Ağılar mərsiyyə xarakterlidi.
Qaldı, hüzürlərimiz indi çox qısalıb, mərasimlər çox qısalıb, qabaglar, indiki qırx gün, il söhbəti olub, hətta qəbir üstündə bizdə çadır qurulub, vaxtı ilə. Orda molla otuzdurublar iki nəfər. Gecəni üç gün ərzində onlar orda oturublar.
Qaldı xeyir işlərimizə, xeyir işləri deyəndə aydındı ki, nikah məsələləri ortaya gəlir. Adətən qiz tərəfinə yaxın olan adamlardan, kimsə qız evinə gedib, bu fikri söyləməlidi ki, aylə bilsln. Fılan aylə hansısa aylənin qızını nikaha dəvət eliyir. Belə.
Demək, yaxın adam, eşidilən adam seçilir, gizli yolnan, leqal yox, qeyri leqal şəkildə, yəni elan olunmamış şəkildə həmin kadınnanmı, yaşlı kişidirsə, onnan ünsiyyət saxlanılır. Hə varsa vədə alınır, hansı günü bu olacaqsa əvvəlcədən müəyyən olunmuş ağsakqallar, agbirçəklər, kadın, kişilər, seçilir. Sora nişan vermə mərasimi kimi, yaylıx dyillər, qabaxlar, əvvəl yaylıx verirdilər. Oglan evi tərəfindən, qız evi tərəfinə. Qız evinə verilirdi ki, bu mənimdi.
Yaylığ vermə mərasmi kimi verilirdi, onnan sora nişan müəyyyən olunurdu. Həmin nişan günü şirin gətirilirdi ortaya. Adətən şirinçay olurdu. Nə bilim o biri, bu biri. Şirniyyat paylanılırdı, bilinirdi ki, kətdə söz çıxırdı ki, filankəsin qızı, filankəsə nişanlıdır. Onnan sora xınayaxdı mərasimi keçirilirdi, o da dəst paltarlarnan, qızılnan. Nə bilim, dəst paltarlar alınırdı və ziynət şeyləri elan olunurdu. Göstərilirdi. Bu gəlnin nə bilim, üzüyü, bilərziyi, nəyi, nəyi, filan paltarı, filan ayakqabısı.
Bundan sora aydındı ki, hər iki tərəf hazırlaşırdı. Onu da mən sizə deyim ki, dövlət səviyyəsində nikahdan əvvəl kəbin kəsmə mərasimi, indi də qalıb, o qalıb. Hər iki tərəfdən şahidlərnən, demək, o nikahı kəsə bilən, kəbini kəsə bilən, daha dogrusu molla yanına gedirlər. Aydındı ki, hər molla yox, seçilən, o işi bacaran molla yanına gedrdilər.Və kəbin kəsiləndən sora, üzr istiyirəm, bunu deməliyəm. Deməsəm mümkün deyil, oglan qız arsında görüş təşkil olunurdu. Bunnan sora! Belə bir ata-baba qaydası var idi.
Soradan toy günümü, toydan iki gün əvvəlmi, ərazi nümayəndəliyində, indi bələdiyə, keçmiş kənd savetində, demək o indi toylara dəvət olunur, toy da elə nikah keçirilir. Bu da bizim toy adət-ənənəmiz.
Qaldı vaxti ilə, bunu mən demədim, toya qalmış, o mərasimə qalmış, adətən qızbaşına toplaşardılar. Toplaşma nəyinən baglı idi, adətən halaylar diyərdilər. Qızın şəninəmi, oglanın şəninəmi deyilirdi, orda başqa şey iştirak eləmirdi , ancaq əlnən qaval olardi, üz-üzə durardılar, quruplar, bu diyərdi, o diyərdi. Oglan tərəfi kimi, qız tərəfi kimi. Amma artıq bular yıgışdırılıb.
Sora qız seçmə mərasimləri olub. Azərbaycanın bütün guşələrində də olub. O mərasimlər, demək, əvvəl bulağ başında olub, əvvəlki vaxtlarda, soralar bizdə demək iri agacların altında, küp asma olarmış, yəni indi yellənəcəklər. Qızlar orda yellənərmişlər. Bu da qız bəyənmək ücün bir məqam.
Sora qız toylarında, adətən belə idi ki, qız toylarında oglanlar, kişilər iştirak eləmirdi. Məsuliyyəti ev sahibinin üzərində idi. “Mənim qızım sənin qapıva gəlibsə, kiminsə oglanı onu narahat etməməlidi,” bu baxımdan nəzarət təşkil olunardı. Sonra qazan üstüləri olardı, adətən xorəy bişirlən yerə belə diyərdilər. Ora nəzarətçilər qoyulardı, sora paylayıcılar, kəndin özündən cavanlar seçilərdi, stolamı diyim, sizə sıriyamı diyim, nəzarət eliiyən bir şəxs gəzişərdi ortalıqda. O iş görməzdi, ancaq nəzarət edərdi. Adətən bizdə belə olub.
İndiki toylara gəldikdə isə bir az yıgcamlaşıb. Xınayaxdılar da, bəzən nişanlarda, dəbdəbədən məhdudlaşıb, konkretləşib, ancaq biraz ifratçılıq var. Bütün yerlərdə var, biz də də var.
Tədricən bunu yıgışdırmağ doğru səy var, addımlar atılır, kəndinn seçilən adamları, sayılan adamları, ancaq indiki seçilib, sayılmaq vara söykənib. Keçmiş seçilib, sayılan kişilər başqa olub. Yəni var-dövləti olmuyub buların. Buların var-dövləti buların sayılmagı olub. Belə adamlar olub. Yəni belə adamlar olub ki, bir dənə “sən öləsən” böyük iş görüblər. Keciblər, ölmişin keciblər. Hal-hazırda isə bu götürülüb, yox səviyyəsindədi. İndi pulnan ölcülür, o da ki meyar deyil.
Mənim rəhmətlik atam, indiki embavuud şirkətinin saxladıgı atasından demək nişanlı olub, ama onu götürüb Şahbaz kişi saxlıyıb, kişiynən dost olublar. O varlı olub, bu kasıb. Böyük var sahibi olub o. Yalnız sözləri keçərli olub. Sən ölüm, həə, sən öl sözü. * * *
Qədim adət-ənənələrdən, məsələn, üzür mərasimlərində, rəhəmətə gedən adamı basdıranda, onun üstünü örtmürdülər, yəni torpaqlamırdılar. Orda acığ idi, ancaq nətəhər qoçaq idi, demək, açığı o idi ki, örtülürdü qalırdı torpaq səviyyəsində. Torpaq səviyyəsində qalırdı, yuxarıya qalxızmırdılar. Onu ona görə eliyirdilər ki, atalardan eşitdiyimi deyirəm, öz atamdan, ona görə eliyirdilər ki, yəni birdən o, ürək tutmasından ölə bilər, məsələn, qan laxalanmasından ölə bilər və dirilə bilər. Hətta olub belə şeylər, məsələn, mən eşitmişəm olub.
Son zamanlar da bu ləğv oldi. O adət-ənənə indi demək olar ki, heç yoxdu. Həm çadır, heç bir şey yoxdu. Orda da üç gün molla olurdu, onun yanında köməkçi də olurdu. O molla gecə-gündüz, üç gün orda otururdu. Otururdu, özüdə üç günün üçünü də, Qurani-kərimdən oxuyurdu. Onun yanında isə xüsusi adam qalırdı. Ondan başqa, olar iki nəfər olmalıydi mütləq, tək ola bilməzdi. Onun yanında bir nəfər də qulluq eliyən var idi. Məsələn, çayın qoyurdu, yeməyin verirdi, daha olar ordan, oturduğu yerdən heç yerə durmurdular. Bax, belə bir adətimiz var idi. İndi ləğv oldu getdi, amma gözəl adət idi, pis adət deyildi. * * *
Təqribən bu son yüz ildə olub. Bizim hüzür yerlərinin fərqi demək olar ki, hamısınnan fərqlənir. Bax, bizdə hüzür məclisləri, Boradigahın özündə, yeddi gün davam edir. Üç, yeddidə ümumi ehsan verlir. Belənçisə, günurta ehsan verilir, axşam da ehsan verilir. Məclisdə də, ruhanilər əyləşir. Öz ruhanilərimiz var, bizim Bordigahın savadli ruhaniləri var. Olar ali dini təhsil alıblar. Qəşəng də danışıllar. Belə hərtəfli savadli. Qabaq savadsız mollalar olub, amma indi ən savadlı mollalar bizim mollalar, bütün respublikada məəşurdular. Yaxşı din xadimlərimiz var bizim.
Hüzürlərdə əlavə söz-söhbət olsun, belə şey ola bilməzdi. Din xadimi danışər dini mövzulardan, yəni, müxtəlif mövzulardan. Qonşuluğ, valideyn münasibətləri, ata-oğul münasibətləri, sora vətənpərvərli. Bax bu mözulardan danışallar. Yəni onu dinnnən əlaqəndirəllər. Oların əksəriyyəti gedib Suriyada təhsil alıb.
* * *
Hər bir yerin milli xüsusiyətləri var və ona məxsus da folklor mədəniyyəti var. Məsələn, bizdə maraqlı adamlar çox olub. Əliməmməd adlı bizdə yumor hissi güclü olan bir adam olub. Onun haqqında mən ,,Boradigahım mənim” kitabımda yazmışam. Bu adam çox mıx alana nə boyda xaraba tikirsən, deyir. Əksinə, ev tikənə xeyir-dua verəllər, bu diyir ki, bu boyda xaraba tikrsən.
Bizdə boşanmaya bir faciə kimi baxırdılar. Ona görə boşanmaların sayı bizdə çox azdı. İndi son vaxtlar bizdə də boşanma olur, amma vaxtilə demək olart ki, barmağla sayılardı. Çünki bizdə ayləyə müqəddəs bir varlığ kimi baxırlar. Aylələr də ki, təkcə məhəbbət əsasında qurulmur, ata-babaların rəyi əsasında qururlur, köhnə adət-ənənələr əsasında qurulur və o sevənlərin ailə həyatınnan daha güclü olur. Bəzən deyillər ki, məhəbbət olmasa, aylə dağılar, düzdü, məhəbbət də aylənin şərtlərinnən biridi, ama adət-ənənələrin davamlılığı ki var ha, o davamlılığ, o iplərin möhkəmliyi bəlkə sevgi-məhəətdən də güclü ola bilər. Belə bi məsəl var, deyir, gözəldən qırx günə doymaq olar, gözəl xasiyyətdən qırx ilə də doymaq olmaz. Alışma var, aylənin təməli alışma ilə qoyulur.
Məsələn, ata-ananın rəyi ilə qurullar, soradan bir-birinə alışıllar. Övladaların xətrinə, bu aylə daha davamlı olur.
Mənim bir xalam oğlu var idi, o mənə dedi ki, gərəy sevdiyin qıznan evlənmiyəsən. O mənə dedi bu sözü, mən fikirləşdim ki, axı nəyə görə deyir. Axı həmişə deyillər, sevdiyin adamla gərəy qovuşasan.
Mən öz-özümə xırdaladım ki, insan ki öz xəyalında o adamı ideallaşdırır, artıq onnan evlənirsən, o adam səninçün adiləşir. O mətbəx bir qadınına çevrilir. O ideal tamamilə yox olur. Ona görə o ideallıx itənnən sora o tamamilə sənin gözündə kiçilir. Elə sevənlər bir-birinə qovuşmasa yaxşıdı ki, o ideallığı özündə qoruyub saxlıya bilsin. Bəlkə də elə kökü də elə burdan gəlir ki, sadəcə olaraq adi qaydada evlənir, yoldaşına da yaxşı baxır. Onunçün əvvəlcə o ideal yox idi, o idealın puç olması da yoxdu və adi qaydada yaşıyıllar, həyatlarını davam edillər. Bir nüans da bəlkə burdan irəli gəlir.
Düzdü, sevib aylə quranlar da var, ama mənə elə gəlir ki, ata-ananın rəyi ilə evlənmək daha yaxşıdı. Həm də mən təcrübəmdən görürəm ki, adi ata-babanın rəyiynən, el adətiynən sevib aylə quranların həyatı daha möhkəm olur. * * *
Bizim adətlərimizdən biri də oğlan uşağına sünnət toyu eləməkdi. Sünnət toyunu gücü-quvvatı olanlar eliyirdi, kasıblar da eləcə uşağı sünnət elətdiridilər. Dəllək gətirirdük, bi övlad sünnət olunursa, bi dənə də xoruz kəsilirdi ki, qoy cüt olsun, tək uşaq sünnət eləmək olmaz. Yox iki uşaqdırsa, kəsmirdilər. Sünnətdən sora dəlləyə xələtin-xarmanın verirdun, qonağlığ olurdu. O vaxtı ev dolu olardı uşaxnan, bala. Oğlan uşağıynan. Əmi, dayı uşaxlarının hamısı bi gündə sünnət olunardılar. Dəllək çəmədannan xələt alardı. Görün nə qədər uşax sünnət eliyirdi. Kirvəyə də xələt verirdilər, ya cibinə pul qoyurdular, ya evinə göndərirdilər. Kirvəyə paltar almaq adəti də vardı. Uşağın əlinə də ya dayı, ya əmi pul verərdi. Sora kirvəlik olardı. Kirvə arvadı ilə, par-parça ilə gələrdi. Kirvəliyi eləmək çox çətindi, gərək həmşə kirvənin hörmətin saxlayasan. * * *
Mənim hindiyə kimi yadımdadı, atam içəri girəndə biz hamımız bir nəfər kimi ayağa dururduq. Xörəyi bişirərdi nənəm, çəkərdi anam. Deyir, Peyğəmbərimiz deyib ki, qonşusu ac qalan bizdən deyil. Mənim dayım var, bizə qabda xörək saxlamamağı o öyrədib. Bizim ixtiyarımız nə idi, ay bunu yemirəm, bunu istəmirəm, elə söhbət yoxdu. Mən hələ birinci onun yanında danışmamışam. Salam məleykim, sual verib cavab vermişəm. Bir dəfə gəldi bir söz dedi bir qulağı ağır eşidirdi. Dedi, filan şey filan oldu. Dedim, nə deyirsən, dedi, filan şey filan oldu. Dedi, nə qışqırırsan, ə. Onnan da dayımın yanında bərkdən danışmağı tərgitdim.