Qorxuluğun götrülməsi 1
Qorxuluğçun mən adətən, suyun içinə şamı əridib tökürəm, o damcılar töküldükcən hansısa duaları oxuyuram. Nədən qorxubsa həmin şəkil əmələ gəlir o suda. Həmin qorxuluğ da çıxır insanın canınnan. Həm oxunan duaların köməyiynən, həm də orda alınan şəkil nədən qorxduğunu bildirir, ona qarşı onda nəsə yaranır.
Qorxuluğun götrülməsi 2
Bizdə belə şeyləri nənəm eliyərdi. Nənəm bizim qorxuluğumuzu götürməy üçün deyərdi, gözüvüzü yumun. Yumarduğ, qəfildən bir stəkan suyu tökərdi üstümüzə, biz də diksinərdüy, onnan da qorxuluğumuz gedərdi. Heç bizim xəbərimiz olamazdı yee, mamam deyərdi gizdincə ona ki, gecə bəs filankəs qorxub, o da qəfil eliyərdi.
Qorxuluğun götrülməsi 3
Uşağ möhkəm qorxur, səmə kimi olub, gətiriblər yanıma. Dedim:
– Mənə qara gəncə verün, duz verün, un verün.
Unu 3 dəfə vururam qoşa kürəginin ortasına. Boş unu, aparıram onu qarannığda evin 4 küncünə vururam. Sora vururam onun kürəginə yenə. Onnan da o qorxuluğu götdüm. O uşağın adını deyirəm 4 dəfə. Deyirəm, onun qorxusun götdüm, onun qorxusun götdüm, onun qorxusun götdüm, onun qorxusun götdüm. Həmən o qara gəncəni də 3 dəfə onun başına atıram, götürürəm.
Ruh ölçmə 1
Evinnən beblə çörək aparırsan o ruh ölcənə. O ölçür. Nəsə deyir yavaş-yavaş, onnan o duzu, çörəgi zad eliyir, nə bilim, balaca belə qaşıxdı nədi, onda belənçig zad eliyir. Bir-bir ölənnərin adını cəkir. Kimin ruhu tutub onun adına quran oxuyur, ya halva boyun alır. Elə olur gedirsən, deer, məsəl dədəən rufu tutub, ya qoca babanın rufu tutub səni, halvıya. Mütləq gəlib gərək halva çalasan. 5-6 evə də paylıyasan, özün də yeyəsən. Məsəl ruf tutub nəyə-süddü plov balıxnan. Gərək bişirəsən. Ruh elə belə dəyil ee, elə ölşdüm yeri get. Nəyə tutubsa, onu da bişirirsən. Axşamçağı günortadan xeyləm sora adamı qızdırma tutur. Ruhun özü ümumiyyətlə, mal gələn vaxtı, çox vaxt axşamçağı tutur.
Ruh ölçmə 2
Ruh tutanın əlində taxta qaşığdı, bir də ki, təsbehdi. Ya təsbehnən, ya da ki, taxta qaşığın ucuna ip bağlıyıllar, onunla ruh tutullar. Sora, məsələn, gəlib deyillər ki, üç gündü bu adam qızdırır, hər gün günortadan sora. Bunun ruhunu ölçməy lazımdı. Oturursan, məsələn sən də oturursan, indi kim bacarır də, onun rufun ölçür. Ölçənnən sora deyir ki, hə, atası tutub, ya babası tutub, ya kimsə tutub, deyir ona. Sora bir də eliyir, məsələn, deyir ki, yasın oxutdur və yaxud nə bişirirsənsə bişir, adamın adını çək, ehsannığa duz at qazana.
O adam o yeməkdən yeyir və yaxud isə yasın oxutdurur, ruf onnan çıxır, gedir. Amma ruh tutmağ yüz faiz var. Bizim bu ocağımızda var. Məsələn, bir də görürsən ki, kənddəndi bir nəfər Bakıda yaşıyır, zəng eliyir ki, 3 gündü qızmadan dayana bilmir. Həkim-zad da işdiyir üstündə, heç bir şey olmur. Onun rufun ölçməy lazımdı. Biz onu eliyürüy. Qaynanamın qaynanasında ruh tutma var idi, sora qaynanamda, qaynanam da rəhmətə gedəndə, dedi, mən sənə verirəm, sən eliyərsən. Rufu belə ölçürəm. Təsbehi belə tuturam əlimdə, əyər adamı ruh tutubsa, təsbeh yellənir. Amma tutmayanda yellənmir. Ruf tutan adam xəstə olur, qızması olur, titrətmə götürür, özü də günortadan sora olur.
Ruh ölçmə 3
Qaşığı boğazınnan ipnən bağlıyıllar, yeməy yeyən yeri qalır aşağıda. Tutullar o ipdən qaşığ qalır tam sakit vəziyyətdə. Məsələn, kimsə də qızdırıb, titrədib, amma əsasən günortadan sora olur bu hallar. Hə, ölçən adam astaca qaldırır, dayandırır belə qaşığı, deyir, bu filankəsin, məsəlçün babasının ruhu tutub, nənəsinin, kiminsə də ölənnərinin ruhunun adını çəkir. Əgər tərpənmədisə, başqa qohumunun adını deyir. Belə-belə addarı çəkir, kiminki tutubsa, bi də görürsən bı qaşığ belə-belə gedir. Məsələn, xorəyə tutub, yasinə tutub, ərrəhmana tutubsa, o yellənir, ya tutmuyubsa yellənmir. Adam var ruh tutur aylarnan. Gündüz o malariya adam kimi yaxşı olur, axşama dönəndə titrətmə qızma gəlir. Bax, mənim özümə bir gündə 3 dəfə ruh ölşdürüblər. Bacım ölşdü özü də. Bi dəfə plova tutmuşdu, bi dəfə də yasinə. Axşama yenə qızmam qalxdı, Allah, dilim söz tutmur, nə haldayam. Da yoldaşım dedi ki, əşi, bı ruh tutma döör. Qaynanam dedi, bala, yo elə ginə də ruh tutub mını. Da o qədər bezdi ki, dedi kim tutubsa, söyəcəm onu. Bı yoldaşımın da cavan qardaşı rəhmətə getmişdi. Bacım ölşdi ruhu, dedi Rauf tutub, ərrəhmana. Qardaşının adı Rauf idi. Bı götürüb qardaşımı da gəlib bizə oturdular başımın üstündə. Ölüyə oxunan kimi, ərrəhman oxudular. Sora öyrəndim ki, Rauf tutub. Allah rəhmət eləsin ona. Ərrəhman qutaran kimi durdum ayağa, keşdim kuxnaya başdadım iş görməyə. Bax, and olsun Allaha. Necə olub danışdım, yəni ruhtutma var. Bir gündə 3 dəfə olub bu şey.
Ruh ölçmə 4
Adətən günortadan sora insannarda qızma, titrətmə olur. Ona adətən primitiv bir şey kimi baxırığ, amma onun da çarəsi var. Heç həkim də ona dava dərman eliyə bilmir. Bu dərmannan keçmir. Onda bilirüy ki, hə o adamı ruh tutub. Onun xüsusi metodu var, onnan ölçülür. Qaşığnan da ölçülür, sap əyirənnən də ölçülür. Orda bir-bir ölülərin adı çəkilir, o zaman o qaşığ onun hərəkətində bildirir ki, həmən adamın rufudu tutan. Sora bilirüy ki, ehsana tutub, ya yasınə tutub.
Göbəkdüşmə
Adamda halsızdığ, hərəkətsizdiy yaranır, başgicəllənmə verir. Elə bil ki, mədədə sallanma gedir. Urək-göbəy deyilir o aşağı düsüb elə bil. Hə onu götürəndə məsəl, adicə əlimnən, o mənim əlimdəki hissiyyatdı. O çırpıntını harda dayandıracam. Həmin çırpıntı dayanannan sora göbəkdüşmə götrülmüş olur. Onu bağlıyırsan, 3 gün sora öz yerinə tam oturur. Sora o döyüntülər dayanır. Başgicəllənmə, ürəybulanma hamısı dayanır. Əlnən göbəyin aşağı tərəfinnən asta-asta yuxarı qaldırıram onu. Axırda o belə barmağnan burulur, saxlıyıram. Yaylığnan bağlıyırsan ki, o sürüşməsin aşağı.
Ərizə yazdırma
Gəlirsən, məsələn deyirsən, Miri, mənə ərizə yaz, məsələn filankəs xəstədi, ya instituta girmək istiyirəm. On iki imama, ağam Əbəlfəzil Abbasa, Həzrəti Əliyə, 5 kimsənəyə, biların hansına istəsən, ərizə yazdırırsan filan arzum qəbul olunsun, boyun alırsan. Mən də yazıram. Amma o ərizələr axar suya atılmalıdı. Məsələn, Viləş cay da var ha ora olmaz. Çünki ordan atarsan gedir ilişər o yanda kola-kosa mındarranar. O ərizə mütləq gedib yiyəsinə çatmalıdı. Onu gərək evdə saxlayıb dusdağ eləmiyəsən. Bi də onu yazdıran şəxsin inamı olmalıdı. Hal-hazırda nə qədər ərizəm var suya atılası.
Qələm çalma
Məsələn biri gəlir deyir, xəstəyəm qızmam düşmür. Həkimə gedirəm düşmür. Mən də baxıram ki, qorxubsan. Duva yazıram onnan da qorxuluğu götrilir. Özü də ananın adına yazılır. Gedib buları yerbəyer eliyirsən, onnan da düzəlirsən. Bu falçı başqadu, falçılığ deyil a bu. Amma biz Qurannan eliyirüg, məəm ağam bax Qurannan qız bəxti açardi, o hay duva basdırıblar get çıxard zad elə, yox o bizdik döyirdi. Mən özüm də qorxuluğu götürürəm, məsələn biri gəlib ki, bəxtim yatıb, ona yazıram, o qədər qızdar ərə gedib ha mənim əlimnən.
Qələm vurma
Sora biz qələm də vururuğ. Atam da eliyirdi, bacım da eliyir. Da haralardan ona görə bizə zənglər gəlmir. Mövsüm qardaşım da yazır. Özü də bı günah deyil haaa. Özü də bı qələmvurma ananın adıynan olur. Atanın adını yazmıllar. Bi qohummuz var idi, bi gün Sumqayıtdan zəng vurdu ki, ağa, uşağ düşüb partdamıya, gecəni səhərə kimi yatmıyıb, çır-cır çağırır. Atam da qələm vurdu. Onnan da yaxşı olmuşdu uşağ.
* * *
Bizim bu Şəfəq helə xəstə olardı, çox tez-tez xəstələnərdi. Day həkimlərdə, çöpçilərdə qalmışdüy. Bi dəfə bu yenə çərşəmbə vaxtı xəstə olur, dedim mən bu gecə bi fel işdədəcəm. Heç kimin xəbəri yoxdu. Birdən götürdüm yekə bir nataraz baltamız var, onu, gəldim, cumdum bu uşağın üstünə. Köpəyin qızı sağalırsan sağal, yoxsa səni vurub öldürəcəm. Elə bil xəstəliyi qorxuzdum da. Onnan da Şəfəqin xəstəliyi getdi.
O biri ili getdim qonşuya. Oların da 13 dənə uşağı var evdə. Ordan ora süfrəni düzüblər. Gör indi qonşuya balteynan getməy nə olar. Balteynən necə girmişəm evə, qızzar da qalıb da evdə, getmiyiblər ərə. Balteynən qızzarın üssünə elə cumdum ki, qız, bu il gedirsən get, getmirsən səni indi balteynən doğrıyacam. Olar da qorxdular durdular ayağa, ay Allah, bu kimdi? Dəli oldular. Dedim az mənəm qorxmuyun.
Dostları ilə paylaş: |